Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1640/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Chevrolet Cruze” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı ASC-də 26 fevral 2020-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari siğortası” haqqında PAZ ********** nömrəli şəhadətnamə ilə siğortalanmışdır. Cavabdeh nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük hüququ olmadan “Chevrolet Cruze” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək, 08 avqust 2020-ci il tarixdə, saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yolda yol-nəqliyyat hadisəsi törədərək “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi ziyan vurmuşdur. Hadisə Nizami RPİ-də qeydə alınmış Cavabdeh barəsində İXMnin 327.1 və 332.4-cü maddələri ilə İXP ******* nömrəli, 08 avqust 2020-ci il tarixli protokol yazılmışdır. “xxxx” MMC tərəfindən “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan 1270 manat, “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 5420 manat məbləğində müəyyən edilmişdir. Vurulmuş maddi ziyana görə İddiaçı ASC tərəfindən siğorta ödənişi kimi “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə 949,17 manat, “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 4050,83 manat ödənilmişdir. Sürücülük hüququ olmadan avtomobili idarə etmiş cavabdehdən 5000 manat pul alınaraq İddiaçı ASC-yə verilməlidir. “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə İddiaçı ASC tərəfindən ödənilmiş 5000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı ASC-nin Hüquq və Sığorta Hadisələr Xidmətinin hüquqşünası Şəfahət Xudiyev ərizə ilə müraciət edərək, işə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən həmin cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ əməkdaşı tərəfindən qəbul edilmiş İXP seriyalı, ******* saylı inzibati xəta haqqında iş üzrə icraata başlama barədə qərardadın və ona əlavə edilmiş yazılı izahatların surətlərindən görünür ki, Cavabdeh 08 avqust 2020-ci il tarixdə idarə etdiyi “Chevrolet Cruze” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkətdə olarkən, yolnəqliyyat hadisəsi törədərək “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi ziyan vurmuşdur, bununla əlaqədar olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur; -Elektron sənəd formasında bağlanmış avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin surətindən görünür ki, ** VR *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil İddiaçı ASC tərəfindən 26 fevral 2020-ci il saat 20:01-dən 26 fevral 2021-ci il saat 20:01-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur; -İddiaçı ASC-nin 2425 nömrəli sığorta aktından görünür ki, 26 fevral 2020-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək sığortalanmış ** VR *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh 08 avqust 2020-ci il tarixdə “Chevrolet Cruze” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 4050,83 manat müəyyən edilmişdir; -İddiaçı ASC-nin 2426 nömrəli sığorta aktından görünür ki, 26 fevral 2020-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək sığortalanmış ** VR *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobili hüququ olmadan idarə edən Cavabdeh 08 avqust 2020-ci il tarixdə “Lexus LX570” markalı ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əmlaka dəymiş ziyanın və sığorta ödənişinin yekun məbləği 949,17 manat müəyyən edilmişdir; -“xxxx” MMC-nin 14 avqust 2020-ci il və 20 avqust 2020-ci il tarixli qüsur aktlarından görünür ki, “Chevrolet Cruze” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 4070 manat, “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 880 manat təşkil edir; -31 avqust 2020-ci il və 03 sentyabr 2020-ci il tarixli ödəniş tapşırıqlarının surətlərindən görünür ki, 2425 nömrəli sığorta aktına əsasən 949,17 manat sığorta ödənişi X2 21 fevral 2020-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi X6 hesabına, habelə 2426 nömrəli sığorta aktına əsasən 4050,83 manat sığorta ödənişi X1 21 fevral 2020-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi X5 hesabına köçürülmüşdür; - Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin arayışından görünür ki, “Chevrolet Cruze” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r, ona 13 mart 2013-cü il tarixdə mülkiyyət hüququnu təsdiq edən AD743309 saylı sənəd verilmişdir. Hadisə baş verən vaxt, yəni 08 avqust 2020-ci il tarixdə isə qeyd olunan avtomobilin sürücüsü isə sürücülük hüququ olmayan Cavabdeh olmuşdur. - 05 fevral 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Chevrolet Cruze” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə X3 adına qeydiyyata alınmışdır. Avtomobil İddiaçı ASC tərəfindən 26 fevral 2020-ci il saat 20:01-dən 26 fevral 2021-ci il saat 20:01-dək sığortalanmışdır. Əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə 5000 manat, bir hadisə üzrə 50.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur. Sürücülük hüququ olmayan Cavabdeh 08 avqust 2020-ci il tarixdə saat 15 radələrində həmin avtomobili idarə edərkən Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkətdə olarkən, yol-nəqliyyat hadisəsi törədərək “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi ziyan vurmuşdur, bununla əlaqədar olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. “xxxx” MMC-nin 14 avqust 2020-ci il və 20 avqust 2020-ci il tarixli qüsur aktlarına əsasən, “Chevrolet Cruze” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 4070 manat, “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin həcmi 880 manat məbləğində hesablanmışdır. İddiaçı ASC-nin 2425 nömrəli sığorta aktına əsasən 949,17 manat sığorta ödənişi X2 21 fevral 2020-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi X6 hesabına, habelə 2426 nömrəli sığorta aktına əsasən 4050,83 manat sığorta ödənişi X1 21 fevral 2020-ci il tarixli etibarnaməsi əsasında nümayəndəsi X5 hesabına köçürülmüşdür, bununla da iddiaçının həmin pulu cavabdehdən geri tələb etməklə bağlı subroqasiya hüququ yaranmışdır. İddiaçının xəbərdarlıqlarına baxmayaraq, cavabdeh pulu ödəmədiklərindən, iddiaçı məhkəmədə iddia qaldırmalı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlarla müəyyən olundu ki, Cavabdeh X3 mülkiyyətində olan, mülkiyyətçinin avtomobilə dair onun adına etibarnaməsi olmadan idarə etdiyi və İddiaçı ASC tərəfindən icbari sığorta müqaviləsinə əsasən sığortalanmış ** VR *** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobillə 08 avqust 2020-ci il tarixdə yolnəqliyyat hadisəsi törədərək “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı və “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, nəticədə həmin avtomobillərə maddi ziyan vurmuşdur. Hansı ki, hadisə sığortanın qüvvədə olduğu müddətdə baş vermiş, ödəniləcək sığorta məbləğinin həcmi ümumilikdə 5000 manat həddində müəyyən edilmiş, iddiaçı tərəfindən bu məbləğ zərərçəkənlərin hesabına ödənilmişdir. Bununla da, iddiaçının “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1 və 25.1.3-cü maddələrində nəzərdə tutulan qaydada cavabdehdən həmin məbləği tələb etmək hüququ yaranmışdır. Cavabdeh isə sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini onlardan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifələrini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Göründüyü kimi, iddia tələbi əsaslıdır, ona görə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, sığorta ödənişi qismində həyata keçirilmiş 5.000 (beş min) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli, onlardan müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Lexus LX 570” markalı, ** ZR *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cruze” markalı, ** VG *** dövlət qeydiyyat nişanlı avtomobillərə vurulmuş ziyana görə ödənilmiş 5.000 (beş min) manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1640/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1640/2021
03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver