Məhkəmə qərarları › İş №2(007)-165/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-165/2021

11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-165/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi və sair” tələbinə dair ilkin iddiası, iddiaçı Cavabdeh1 cavabdeh X28 qarşı “Kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, vurulmuş zərərin ödənilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddiası və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 40 saylı Notariat Kontoruna qarşı “Vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə dair verilmiş qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışa əsas olan sənədlərin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan xx.xx.2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini dəqiqləşdirərək, cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Cavabdeh1 özbaşına hərəkətlərinə son qoyulması, qanun çərçivəsində ona qarşı tədbir görülməsi, ona verilən ********** nömrəli olan xx.xx.2019-cu il tarixli çıxarışın və ona əsas olan qanunsuz verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, Cavabdeh1 ona qarşı qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 28 yanvar 1978-ci il təvəllüdlü olmaqla, doğulduğu gündən ünvan 2 fərdi yaşayış evində valideynləri ilə birlikdə yaşamış və qeydiyyatda olmuşdur. Hal-hazırda xx.xx.2013-cü il təvəllüdlü oğlu ilə birlikdə həmin evdə yaşayır. Həmin evin altında yerləşən torpaq sahəsi 705 sot olmaqla, həyətdə iki tikili vardır. Həmin tikililərin biri “A” tikilisi atası tərəfindən tikilmiş, “B” tikilisi isə əmisi X18 tərəfindən tikilmiş və əmisi ailə quranadək orada yaşamışdır. Əmisi ailə qurduqdan sonra onların həyətinə bitişik yerdə ev tikib, ailəsi ilə birlikdə orada yaşamışdır. Atası 30 avqust 2018-ci il tarixdə vəfat etmişdir. Atasının yegan varisi isə özüdür. Lakin, yaxın müddətdə ona məlum olmuşdur ki, Cavabdeh1 onun qeydiyyatda olduğu evə dair ona məlum olmayan yolla çıxarış almışdır. Belə ki, onun mərhum atasına Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 2001-ci ildə ünvan 2 fərdi yaşayış evinə dair hesabat verilmiş və evin sxemi çəkilmişdir. Cavabdehin təqdim etdiyi sənədə əsasən isə onun evi Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, ev 7 A kimi qeyd edilmişdir. Artıq bir müddətdir ki, cavabdeh onu narahat edərək, evdən çıxmasını tələb edərək, polisə şikayət edir. Halbuki, o cavabdehi ümumiyyətlə tanımır və heç vaxt onların evində olmayıb. xx.xx.2018-ci il tarixdə atası vəfat etdikdən sonra əmisi qızı X23 ilə aralarında qalmaqal başlamışdır. Gülnarə həyətdə olan digər tikiliyə, yəni 1 otaqlı evə, guya onun atası tərəfindən tikilmiş və onun mülkiyyəti hesab etdiyi evə məhkəmə qarşısında iddia qaldırmış və özü ilə birlikdə ailə üzvlərinin o evə köçürülməsini tələb etmişdir. Onun həmin evə dair mülkiyyət hüquqlarını təsdiq edən sənədi olmadığına görə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-694 saylı xx.xx.2019- cu il tarixli, Bakı Appelyasiya Məhkəməsinin 2(103)-7219 saylı xx.xx.2019-cu il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8249 saylı xx.xx.2020-ci il tarixli qərarları ilə iddiası təmin edilməmişdir. X4 tələbi Ali Məhkəmədə baxılmamış xx.xx.2019-cu il tarixdə AR ƏMDKY DƏDRX-nın nümayəndəsi ərazi üzrə sahə müvəkkili ilə onun yaşadığı Kəndçi küç. 9/4 ünvanına gəlmiş ona bildirmişlər ki, Cavabdeh1 idarəyə ona məxsus mülkə dair çıxarışın əldə edilməsi ilə bağlı müraciət etmişdir. Təbii ki o, bu insanın adını eşidəndə təəcüblənmiş, çünki daima böyüklərdən, ata-anasından eşitmişdir ki, bu həyət onların olub. Cavabdeh1 babası X5 ölümündən 50 il keçməsinə, atası X2 ölümündən 15 il keçməsinə baxmayaraq ata ilə oğulun arasında vərəsəlik hüququnun tanınmamasına baxmayaraq, həmçinin qanunla müəyyən edilmiş vərəsəliyinin vaxtının ötürülməsinə məhəl qoymayaraq 40 saylı notariat kontoruna müraciət etmişdir. Notariusun müdiri X8 təşəbbüsü ilə 152/2019 saylı vərəsəlik işi açılmış və Cavabdeh1 1/1 payçı kimi vərəsəlik hüququ verilmişdir. Hərçənd ki, vərəsəliyə qalsa Tofiqin Nadir adında qardaşı, babası Məmmədhüseynin qardaşı Dadaşbala, onun övladları, nəvələri ola ola necə olur ki, Tofiq 1/1 payçı olur. Onların heç bu vərəsəlikdən xəbərləri belə yoxdur. Verilmiş çıxarışın surəti məhkəməyə təqdim edilmiş və orada mülkiyyətin birgə 1\3 paylı mülkiyyət olduğu qeyd edilmişdir. Cavabdeh1 çıxarışı əldə etdikdən sonra onu polis orqanlarına şikayət etmiş, guya o, onun evini zəbt etmiş, çıxmır evindən əmlakına 20605 manat dəyərində ziyan vurmuş, söküntü aparmış və buna dair istintaqin aparıldığını bildirmişdir. 96 il zəbt olunma dövrü olmur. Çıxarışa görə əmlak birgə mülkiyyətdir və digər payçıların xəbəri olmadan onun bu tələbləri iddia etməyə ixtiyarı yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini etiraf etməyərək bildirmişdir ki, o, doğulduğu vaxtdan ünvan 2 ünvana qeydiyyatda olmaqla yaşamış və valideynləri də ölənədək həmin evdə yaşamışlar. Atası Ramiz 2018-ci ildə rəhmətə getməzdən əvvəl xərçəng xəstəliyinə tutulmuş, bununla əlaqədar atasının müalicəsi üçün pul tələb olunduğundan, məcburiyyət qarşısında qalaraq yaşadığı evin “A” tikilisinin arxa tərəfində yerləşən yarım tikilini sökdürərək 1.3 sot hissəsini satmaq qərarına gəlmişdir. Torpaq sahəsini satmaq niyyəti barədə Məmmədov Mahir adlı maklerlə razılaşmış və və sonuncu ona 3000 manat beh verərək, yararsız tikilinin küçəyə baxan hissəsini sökməyə başlamışdır. Söküntü aparılan zaman Keşlə qəsəbə nümayəndəliyi ona söküntünü dayandırmağı tələb etdikdə isə söküntünü dayandırmış və aldığı 3000 manatı da geri qaytarmışdır. Həmin yer isə sökülmüş vəziyyətdə qalmışdır. Lakin 2020-ci ilin yanvar ayında ona məlum olmuşdur ki, Cavabdeh1 söküntü aparması ilə bağlı polis bölməsinə şikayət vermişdir. Lakin 2018-ci ildən 2020-ci ilin yanvar ayınadək Cavabdeh1 mübahisələndirilən evin 1/3 hissəsinə dair qanun üzrə vərəsəlikj hüququ haqqında şəhadətnamə və çıxarış alması barədə məlumatı olmamış, söküntünün aparıldığı dövrdə də yararsız vəziyyətdə olan yarım tikilinin özünə məxsus olduğunu ehtimal etmiş və həmin tikili ilə bağlı öz mülahizəsinə uyğun olaraq sərəncam vermişdir. Bundan başqa, Cavabdeh1 mübahisəli evdə heç vaxt yaşamadığından, həmin evin yerləşdiyi torpaq sahəsində hər hansı tikili inşa etmədiyindən, söküntüyə görə dəymiş ziyanın əvəzinin tutularaq ona ödənilməsi barədə iddiasının tam əsassız olmasını qeyd etdi. Bununla yanaşı, onun ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, həmin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması ilə bağlı qarşılıqlı iddia tələbinin də qanuni əsasının olmamasını bildirdi. Belə ki, onun atası 1947-ci il təvəllüdlü olmaqla doğulduğu vaxtdan həmn evdə yaşamış, anası da ailə qurduqdan sonra qeyd olunan evdə yaşamağa başlamışdır. Evin heç bir hüquqmüəyyənedici sənədi olmadığından, hal-hazırkı vaxtadək çıxarışı onlar ala bilməmişlər. Bundan başqa, Cavabdeh1 mübahisələndirilən fərdi yaşayış evinə tam payda mülkiyyət hüququ haqqında şəhadətnamə və çıxarış almadığından, yalnız 1/3 hissəsinə dair mülkiyyət hüququ əldə etdiyindən, onun istifadə hüququna xitam verilməklə, evdən çıxarılma tələbnə dair məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Həmçinni o bildirmişdir ki, evlər kitabında onun və ailəsinin mübahisəli evdə yaşamasına dair qeydlər mövcuddur. Cavabdeh1 əmlaka dair çixarışın verilməsinə əsas olmuş sənəd arayış əsasında verilmişdir. Bu sənəd mülkiyyətə dair sənəd verilməsinə əsas ola bilməzdi. Həmçinin onun əmisi qızı X19 ilə onun arasında mübahisəli evə dair məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Gülnarə məhkəmədə özü ilə birlikdə ailə üzvlərinin mübahisəli mənzilə köçürülməsi ilə bağlı iddia qaldırmışdır. Onun iddiası Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarı ilə təmin edilməmimş və bu qərara yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Bu səbəbdən, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Məmmədov X21 Rəna Ramiz qızına qarşı “Vurulmuş ziyanın ödənilməsi, istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 2 fərdi yaşayış evinin sökdüyü 59.1 kv.metr ümumi sahədən ibarət hissəsinin bərpa edilməsi üçün hesablanmış 20605 (iyirmi min altı yüz beş) manat zərər məbləğinin tutulub ona ödənilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilməsi, cavabdehin ünvan 2 fərdi yaşayış evindən cavabdehin əşyaları ilə birlikdə çıxarılması, ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ev onun paylı mülkiyyətindədir. Mülkiyyətində olan mənzil miras əmlak olaraq babasından qalmışdır. Belə ki, Bakı şəhəri 40 saylı Notariat Ofisinin xüsusi notariusu X16 tərəfindən 04 dekabr 2019-cu il tarixdə təsdiq etdiyi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında xx.xx.1969-cu il tarixdə ölmüş babası X3 miras qalmış 121.40 kv.metrdən ibarət ünvan 2 fərdi yaşayış evi, miras əmlakı qəbul etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə reyestrdən çıxarış verilmişdir. Həmin fərdi yaşayış evini onun mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı Azərbaycan Ramiz qızı isə mülkiyyətində olan evdə yaşamaqla yanaşı, mülkiyyətində olan fərdi yaşayış evinin bir hissəsini sökmüşdür. Həmin iş üzrə Nizami rayon Polis İdarəsində cinayət işi araşdırılır. Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru F.İbrahimovun verdiyi 05 mart 2020-ci il tarixli rəydən görünür ki, aparılmış araşdırma zamanı ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. Göründüyü kimi cavabdehin qanunsuz hərəkəti nəticəsində əmlaka 20605 manat məbləğində maddi ziyan dəymişdir. Bundan başqa, cavabdehin əmlaka vurulmuş zərəri ödəməklə yanaşı, onun ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna kompensasiya verilməklə xitam verilməli və cavabdeh fərdi yaşayış evindən çıxarılmalı və mənzil boşaldılmalıdır. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbi və iş üzrə iş üzrə müstəqil tələb irəli sürən 3cü şəxs X10 iddiasını qəbul etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərərk onun təmin olunmasını ilkin iddianın və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 iddiasının təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəsi sürən üçüncü şəxs X17 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 40 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 fərdi yaşayış evi ilə bağlı cavabdeh 40 saylı Notariat Kontoru tərəfindən Cavabdeh1 adına 2V-331 nömrəli reyestrdə qeydə alınmaqla verilmiş 04 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin şəhadətnamə əsasında ünvan 2 fərdi yaşayış evinə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun adına verilmiş qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X17 iddia tələbini onunla əsaslandırlmışdır ki, o, 2015-ci ildə ailə qurmuş və həyat yoldaşının Bakı şəhərində evi olmadığından, ailə qurduqdan sonra bir müddət sonra atasının evində yaşamağa başlamış, atasının əmisi X41 onu öz qızından ayırmadığı üçün onun evsizsizliyindən əziyyət çəkməsini görmüş, sonradan öz həyətində yerləşən 1 otaq, 1 giriş və koridordan ibarət boş evi ona verdiyini bildirmişdir. Atasının əmisi X41 31 avqust 2018-ci il tarixdə vəfat edəndən sonra həmin evə köçüb orada yaşamağa başlamışlar. İlk əvvəl həmin evə hasar çəkmiş, sonradan qızı Rəna ilə qarşılıqlı razılıq əsasında Keşlə qəsəbə Bələdiyyəsinin nümayəndəsini dəvət edərək, onun adına təyin edilmiş və yeni ünvan göstərilməklə Hesabat kitabçasını vermişlər. Sonradan o, və ailə üzvləri ünvan 2 ünvana qeydiyyata alınmışdır. Lakin bir müddət sonra X15 müraciəti əsasında evdən qeydiyyatdan çıxarılmışlar. 07 noyabr 2019cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi və ərazi üzrə sahə müvəkkili evə gələrək, evin Cavabdeh1 məxsus olmasını və o, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzili əldə etdiyini bildirmişdir. Lakin hesab edir ki, Cavabdeh1 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab olunmalı və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, onların yaşadığı evin həyətyanı sahəsi 7.50 sotdur. Lakin Cavabdeh1 adılna verilmiş çıxarışda, habelə texniki pasportda 0.01726 ha göstərilmiş və əsassız olaraq bu əraziyə on məxsus həm ev, həm də həyətdə yerləşən sanitar qovşaq və qaraj da əlavə edilmişdir. Bundan başqa, tikililərin inşa edildiyi tarix də səhv göstərilmişdir. Qeyd etmişdir ki, Cavabdeh1 adına 1734-cü ilin arxiv arayışı əsasında vərəsəlik hüququ haqqında şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınmışdır. Lakin ona məxsus ev 1950-ci illərdə onun babası tərəfindən inşa edilmişdir. Qalan tikililər isə qaraj 2015-ci ildə, sanitar qovşaq isə 2005-ci ildə əmisi X41 tərəfindən inşa edilmişdir. Cavabdeh1 40 saylı notariat kontorunun köməkliyi ilə əldə etdiyi vərəsəlik şəhadətnaməsi qanunsuzdur. Belə ki, 152 saylı xx.xx.2019-cu ildə əldə olunan vərəsəlik şəhadətnaməsi 1934-cü ildə o zamanki Kommunal İdarə (JEK) tərəfindən verilmiş arayış əsasında alınmışdır. Həmin ildə bu idarə tərəfindən arayışlar özbaşına tikililərə, mənzil kommunal birliklərinin evlərinə verilirmişdir. Vərəsəliyin təyin edilməsi o zaman mümkün olur ki, mülkiyyət vətəndaşın öz şəxsi mülkiyyəti olsun. Bu arayış isə komunal evlər üçün (özbaşına tikililər üçün) nəzərdə tutulduğuna görə vərəsəliyin həmin arayış əsasında açılması yolverilməzdir. Müqayisə üçün Sizə 1935-ei ildə başqa bir insanın adına tərtib edilmiş Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsini təqdim etmişdir. Bu müqayisədən açıq aşkar görünür ki, vərəsəliyin açılmasına əsas götürülən kommunal idarənin arayışı xüsusi mülkiyyəti təsdiq edən sənəd, çıxarış deyildir. Onların arasında çox ciddi fərq vardır. Əgər Kommunal İdarə tərəfindən verilən arayış əsasında Tofiqin babasının anası Qızana Balakişi qızı çıxarışın tərtib edilməsi üçün Texniki İnventarlaşdırma İdarəsinə özü müraciyət etsəydi, o zaman çıxarışın verilməsi üçün tələb olunan sənədlərin siyahısına bu arayış daxil ola bilərdi. Lakin xanım çox uzun müddət əvvəl vəfat etdiyinə və bu evlər onun xüsusi mülkiyyəti olmadığına görə vətəndaşın ölümündən sonra onun qohumları varis sayıla bilməzlər. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxs X17 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və 40 saylı Notariat Kontoruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da, nümayəndələri məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 40 saylı Notariat Ofisi məhkəməyə müraciət edərək iş həcminin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia və müstəqil tələb irəli sürən 3-cü şəxs X10 iddiasının təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********37 saylı məktubundan görünür ki, ünvan 2 evin mərhum X26 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir, lakin həmin ünvanla bağlı fiziki şəxslərin mülkiyyətində olan binaların və qurğuların qiymətləndirilməsinə dair hesabat pasportu İdarənin arxivində mövcuddur. - Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş hesabatın surətindən görünür ki, ünvan 2 evə dair X26 adına hesabat tərtib edilmişdir. - iş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş notariat işində olan sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1969-cu il tarixdə ölmüş X5 vərəsəsi, oğlu X9 idi, lakin onun xx.xx.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçir. Şəhadətnaməyə əsasən X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X12 xx.xx.1969-cu il tarixdə ölmüş, arvadı X43 isə xx.xx.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. X1 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ümumi sahəsi 121,40 kvm olan evin 1\3 hissəsi X6 1/3 hissəsi X48 adına və 1/3 hissəsi X47 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 evin 1\3 hissəsi Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə, 1/3 hissəsi X48 adına və 1/3 hissəsi X47 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri İcrayyə Komitəsinin Azərbaycan Sovet Sosialist Respublikası fəhlə, kəndli, qırmızı əskər və dənizçilər X13 Daşınmaz əmlak Şöbəsinin Bakıda bələdiyyə qeydiyyatında olmayan tikililərin reyesterindən verilmiş xx.xx.1934-cü il tarixli 202 saylı arayışından görünür ki, bu arayış Bakı Şurasının Kommunal Təsərrüfatı tərəfindən vətəndaş X50 ondan ötrü verilmişdir ki, türk kişləsi Kəndçi kəndində yerləşən 10 saylı milis idarəsində 756 kvm torpaq sahəsində və açıqlamada qeyd edilmış əsasən çöldə yerləşən A-birmərtəbəli və B-birmərtəbəli İ-İİ nömrə ilə qeyd edilmiş 7 a nömrəli ev Bakı şəhəri bələdiyyə qeydiyyatında olmayan tikililərin reyestrində vətəndaş X48, X30 və X47 adına qeyd edilmişdir. - Bakı şəhəri Nizami rayonu X39 Nizami rayon yaşayış sahələrinin idarəsinin xx.xx.1988-ci il tarixli 679 saylı arayışının sutərindən görünür ki, kəndçi küçəsi 9 ünvanında yaşayan vətəndaş X.S. Məmmədovaya onun ərizəsinə baxılması ilə əlaqədar bildirilmişdir ki, Kədçi küçəsi 9 ünvanında yerləşən evin sahibliyi rəhmətə getmiş X65kişi qızının varisi M.M.Məmmmədova məxsusdur. X31 və X32 həmin yaşayış sahəsinə kirayəçi kimi qeydiyyata düşmüşlər, ona dair hüquqlara malik deyillər. Ona hüquqi varis kimi həmin şəxslər evi tərk etmədikləri təqdirdə məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. - X27 verilmiş Azərbaycan SSR Xalq Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ üzrə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasportdan görünür ki Şamiyan rayonu, Keşlə, Kəndçi küçəsi ev 4 ona məxsusdur - Azərbaycan Respublikası "xxxx" MMC-nin direktoru F.İbrahimovun verdiyi 05 mart 2020-ci il tarixli rəydən görünür ki, ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr ümumi sahədən ibarət söküntü obyektinin bərpası üçün hesablanmış xərc 20605 manat təşkil etdiyi müəyyən edilmişdir. - iş materiallarında olan 25 aprel 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh1 ünvan 2 fərdi yaşayış evinin 59.1 kv.metr hissəsinin İddiaçı və X17 tərəfindən sökülərək ona 20605.4 manat maddi ziyan vurulması barədə şikayət ərizəsi ilə Nizami RPİ-nin 23-cü PB-nə müraciət etmiş və İddiaçı və X10 əməllərində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - iş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 6(007)-20\2020 saylı qərardan görünür ki, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X37 xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından Cavabdeh1 tərəfindən verilmiş şikayət ərizəsi onun vəkili və nümayəndəsi tərəfindən baxılmadan geri qaytarılması xahiş edildiyi üçün geri qaytarılmışdır - iş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli hesabat cədvəlindən görünür ki, Həmin hesabat cədvəli ünvan 3əşən tikili barəsində tərtib edilmiş, onun sahibi isə X14r. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 ünvan 2 fərdi yaşayış evindən 1/3 hissədən, ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 2 evin 1\3 hissəsi Cavabdeh1 adına xx.xx.2019-cu il tarixdə, 1/3 hissəsi X48 adına və 1/3 hissəsi X47 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Hazırda İddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs X17 vərəsəlik haqqında şəhadətnamənin, etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddia və iddia tələbi ilə, Cavabdeh1 isə X28 qarşı “Kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, vurulmuş zərərin ödənilməsi və mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa bunun nəticəsində hüquqlarına toxununlmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 hazırda məhkəmədə mübahisələndirilən ünvan 2 ümumi sahəsi 121.4 kv.metr olan fərdi yaşayış evini birgə mülkiyyət üzrə ona məxsus 1\3 hissəsindən vərəsəlik qaydasında pay almışdır. Bu əmlak xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.1969-cu il tarixdə ölmüş X5 vərəsəsi, oğlu X9 olmuş, lakin onun xx.xx.2004-cü ildə vəfat etməsi ilə əlaqədar miras onun vərəsəsi, oğlu Cavabdeh1 keçmiş, vərəsəlik şəhadətnaməsinə əsasən X6 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş **********52-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmiş və o mübahisəli evinin birgə mülkiyyət üzrə ona məxsus hissəsindən pay almışdır. Notariat işində olan sənədlərdən müəyyən edilir ki, X12 xx.xx.1969-cu il tarixdə ölmüş, arvadı X43 isə xx.xx.1951-ci il tarixdə ölmüşdür. Birgə nikahlarından olan oğlu X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür. X1 Xanım Salman qızı ilə rəsmi nikahda olmuş və birgə nikahlarından Cavabdeh1 anadan olmuşdur. Məhkəmə araşdırılması ilə müəyyən olundu ki, mübahisəli ev Cavabdeh1 tərəfindən vərəsəlik qaydasında ona məxsus hissədə qanuni əsaslarla əldə edilmişdir. Bu əmlak ikin İddiaçı atası X33 mülkiyyət hüququ ilə məxsus olmamış, o və ilkin iddiaçı həmin mənzilin istifadəçisi olmuşlar. İsmayılov Ramiz xx.xx.2018-ci il tarixdə vəfat etmiş, ikin İddiaçı isə hazırda mübahisəli evdə yaşayır. İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X17 isə mülkiyyət hüququ ilə müvafiq qaydada təsdiq olunmamış "xxxx" MMC-dən başqa ünvanda, yəni ünvan 3əşən başqa tikili barədə hesabat cədvəli əldə etmişdir. Göründüyü kimi hazırda İddiaçı və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X10 ünvan 2 fərdi yaşayış sahəsi ilə bağlı Cavabdeh1 verilməsinə əsas olmuş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsinə dair iddia tələbləri əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, İddiaçı və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X17 onlara mülkiyyət hüququ ilə məxsus olmayan əmlakla bağlı onun paylı mülkiyyətçilərindən birinə qarşı mülkiyyət hüququnun yaranmasına əsas olmuş vərəsəlik şəhadətnaməsini və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini tələb etsələrdə öz tələblərini əsalandıra bilməmişlər. İddiaçı mübahisələndirilən evin istifadəçisi kimi həmin evə dair maraqlı şəxs olduğunu sübut etsə də, mülkün atasına mülkiyyət hüququ ilə məxsus olmasını, Cavabdeh1 mübahisəli evə dair vərəsəlik qaydasında paylı mülkiyyətçi olmasının əsassızlığını sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Məhkəmə qeyd edirki mülki iş materialları ilə müəyyən olunur ki, İddiaçı yalnız mübahisəli evin istifadəçisi kimi mülki hüquqları yaranmışdır. Məhkəmə onun iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 təklif etdiyi 10 min manat kompensaiya məbləği verilməklə istifadə hüquqlarına xitam verilməsini həmin ərazidə müəyyən müddətdə özünü oxşar yaşayış sahəsi ilə təmin etmək imkanının mümkünlüyünü nəzərə alaraq kompensasiya verilməklə onun istifadə hüquqlarına xitam verilməsini mübahisənin ədalətli həlli hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisənin yaranlığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddibuluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Məhkəmə qeyd edir ki, iş üzrə qarşlılqlı iddiaçı Cavabdeh1 paylı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi ev 9/4 ünvanında yerləşən fərdi yaşayış evindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı evə dair dair istifadə hüquqlarına 10 min manat kompensasiya verməklə xitam verilməsini xahiş etmişdir. Məhkəmə işin faktiki hallarını və tərəflər arasında olan hazırkı mövcud qarşılıqlı münasibəti, Cavabdeh1 tərəfindən təklif olunan kompensasiyanın məbləğini, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqının mövcud bazar dəyərini, cavabdehin mübahisəli mənzildə yaşadığı müddəti, onun əmək qabiliyyətli olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh1 tərəfindən təklif edilən 10.000,00 manat daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkan verilməsi üçün kifayət hesab edilə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 tərəfindən İddiaçı 10000,00 (on min) manat kompensaiya verilməklə sonuncunun Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kəndçi küçəsi ev 9/4 ünvanına istifadə hüquqlarına xitam verilməli, İddiaçı əşyaları ilə birlikdə həmin evdən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə İddiaçı sözügedən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Aəzrbaycan respublikasının Mülki Məcəllənin: 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iş üzrə qarşılıqlı iddiaçı Cavabdeh1 ilkin iddiaçı cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinin vurulmuş ziyanın ödənilməsi bissəsi ilə bağlı bildirir ki, iddia tələbinin bu hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı uzun müddət və hazırda ünvan 2 fərdi yaşayış evində yaşamış, əmlakın valideynlərinə məxsus olmasını hesab etmiş və maneəsiz olaraq ondan istifadə etmişdir. Uzun müddət ərzində ona əmlakın başqa sahibin olması barədə faktın olması məlum olmamışdır. Mübahisəli evin Cavabdeh1 aid olması faktı isə ona xx.xx.2019-cu il tarixdə Əmlak Komitəsinin Bakı şəhəri ərazi idarəsinin nümayəndələri gəldikdə məlum olmuşdur. İş materialları ilə də təsdiq edilir ki, vərəsəlik iş üzrə Cavabdeh1 adına və onun babası X20 adına daşınmaz əmlak xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı və şəxs X10 məhkəməyə verdikləri izahatlarla müəyyən olunur ki, söküntü işlərinin daha əvvəl yəni 2019-cu ilin aprel ayında həyata keçirmişdir. Bu söküntü ilə bağlı 2019-cu ilin may ayında Rənanın əmisi qızı X23 Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinə teleqramla müraciət etmiş və şəxsən də gedib onunla aralarında məhkəmə mübahisəsinin olmasını bildirmişdir. Eyni zamanda iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, qeyd olunan söküntü işləri barədə Cavabdeh1 tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə müraciət edilmişdir. Halbuki nə hazırki iş üzrə nə də cinayət işi üzrə aparılmış araşdırma zamanı qeyd olunan söküntü işlərinin İddiaçı tərəfindən ona Cavabdeh1 mülkiyyət hüququnun olmasından məlumatlı olmasından sonra qərəzli olaraq həyata keçirilməsi müəyyən olunmur. Həmçinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı hadisə yerinə yəni mübahisəli ünvana baxış keçirilmiş, bu ünvanda Cavabdeh1 ərizəsində qeyd etdiyi kimi sökülmüş 30-35 kvm sahəli tikili aşkar edilməmiş, yalnız həyətyanı sahəni əhatə edən köhnə mişar tipli daşlardan hörülmüş hasarın söküldüyü, həmin sökülmüş hasarın uzunluğunun 5,60 metr, eninin isə 72 sm və hündürlüyünün 2,5 metr olması müəyyən olunmuşdur. Həmçinin həmin qərarla Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə zərərçəkənə qəsdən zərər vurduqda cinayət məsuliyyətinə səbəb olması lakin hadisə yerinə baxışla ərizəçinin ərizəsində qeyd etdiyi (30-35 kvm) nə də "xxxx" MMC-nin hesabatında qeyd edildiyi (59.1 kvm) ölçüdə qəsdən məhv edilmiş və ya zədələnmiş tikilinin müəyyən edilməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı söküntü ilə bağlı təqsiri müəyyən olunmadığından qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs X17 ödənilmiş dövlət rüsumu öna aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi və müstəqil tələb irəli sürən 3-cü şəxs X10 iddiası təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı ünvan 2 fərdi yaşayış evinə olan istifadə hüququna 10000 (on min) manat məbləğində kompensasiya verilməklə xitam verilsin, İddiaçı ünvan 2 fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılsın. Qətnamə İddiaçı ünvan 2 fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Məhkəmə xərclərinə aid olan, ilkin iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu Cavabdeh1, müstəqil tələb irəli sürən 3-cü şəxs X17 ödənilmiş dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar