Məhkəmə qərarları › İş №2(007)-1655/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1655/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1655/2020 10.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 2300 manat məbləğində verilmiş siğorta ödənişinin və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 məxsus olan “Mercedes Benz 410” markalı 10XB813 dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbsin qoyulması və özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli, 2(007)-1655/2020 nömrəli qərardadına əsasən, ərizə təmin edilmiş, Cavabdeh2 məxsus olan «Mercedes 410» markalı (buraxılış ili 1994, Şassi WDB6114681P344876, rəngi yaşıl) 10XB813 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulması, qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı ASC məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsinin baxılmamış saxlanılması və iddianın təmin tədbirinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.3-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı ASC-nin iddia ərizəsinin baxılmamış saxlanılması barədə xahişi nəzərə alınaraq, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalı və ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından iddianı təmin etmək üçün tədbirlər görülməsi haqqında qərardad da ləğv edilməlidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 15-ci maddəsinə əsasən, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldığı üçün, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli, 2(007)-1655/2020 nömrəli qərardadı ilə iddianı təmin etmək üçün görülmüş tədbir ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; ödənilmiş dövlət rüsumu geri qaytarılır. Qərardad iddiaçının ödədiyi dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157.2, 162.1, 259.0.6, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. “Cavabdeh2 məxsus olan «Mercedes 410» markalı (buraxılış ili 1994, Şassi WDB6114681P344876, rəngi yaşıl) 10XB813 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə həbs qoyulması”na dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli, 2(007)-1655/2020 nömrəli qərardadı ləğv edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli, 2(007)-1655/2020 nömrəli qərardadı ilə Cavabdeh2 məxsus olan «Mercedes 410» markalı (buraxılış ili 1994, Şassi WDB6114681P344876, rəngi yaşıl) 10XB813 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın “Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 28 mart 2020-ci il tarixli, 2(007)-1655/2020 nömrəli qərardadı ilə Cavabdeh2 məxsus olan «Mercedes 410» markalı (buraxılış ili 1994, Şassi WDB6114681P344876, rəngi yaşıl) 10XB813 dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərinə qoyulmuş həbs götürülməsinə” dair hissəsinin icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinə həvalə edilsin. Qərardad İddiaçı ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılması üçün əsasdır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar