Məhkəmə qərarları › İş №2(007)-1667/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1667/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1667/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı1, İddiaçı1 vəkili Vəkil, Cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızının və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızına və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızına və Cavabdeh2 qarşı "mənzildən istifadə hüquqlarının itirilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiamı təmin edib, cavabdehlər X9 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 23 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında 1/2 hissədə X12, 1/2 hissədə X13 məxsusdur. Hər ikisinin adına ½ hissədə qeydiyyat barədə çıxarış verilmişdir. Mənzildən istifadə hüququnun itirilməsini xahiş etdikləri şəxslər - X2 Tərlan İsa oğlunun keçmiş həyat yoldaşı, Cavabdeh2 İsa qızı isə X10 qızıdır. X3 İsmayıl İsa oğlunun qardaşıdır. X19 cavabdeh X18 ilə 11 iyun 1993-cü ildə nikahlarını rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar və həmin nikahdan xx.xx.1996-cı ildə qızları Cavabdeh2 İsa qızı anadan olmuşdur. X19 ailə quran vaxt yaşamağa mənzilləri olmadığı üçün müvəqqəti olaraq həyətdə olan ayrıca bir otaqlı mənzildə yaşamışlar. Onlar mənzilə yaşadığı vaxt onlarla ailə üzvü olmamış, ümumi təsərrüfat aparmamışlar. X19 ilə həyat yoldaşı yola getmədiyindən aralarında tez-tez mübahisələr olurdu və cavabdeh X1 Lalə Tərlan qızınıda apararaq atası evinə gedirdi. Bir neçə ay atası evində qalandan sonra qardaşı onu geri gətirirdi. Cavabdeh X18 2012-ci ilin əvvəllərində qızı Laləni də özü ilə apararaq mənzildən getmiş, X19 çox çalışsa da, onu geri gətirə bilməmişdir. X18 bir neçə aydan sonra gələrək özünə məxsus əmlakını da mənzildən aparmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-2790/2013 saylı qətnaməsi ilə X19 ilə X18 arasında xx.xx.1993-cü il tarixdə bağlanmış nigah qeydi pozulmuş, nigah pozulduqdan sonra qızları Cavabdeh2 anasının yanında saxlanmışdır. Bildirirlər ki, X18 və Cavabdeh2 2013-cü ilin yayından sonrakı 9 ildən artıq müddətdə Bakı şəhəri Nizami Rayonu, A.Manafov küçəsində yerləşən mənzildə yaşamamışlar, mənzillə əlaqə saxlamamışlar, mənzilə gəlib-getməmişlər və harada yaşadıqları məlum deyil. Cavabdehlərin xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzildə formal olaraq qeydiyyatda qalmaları xüsusi mülkiyyət hüququ əsasında onlara məxsus mənzil üzərində istədikləri formada sərəncam verməyə mane olur. Cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızı və Cavabdeh2 etirazla məhkəməyə müraciət edərək qeyd etmişlər ki, iddia tələbi tələb rədd edilməlidir. Belə ki, onlar 1993-cü ildən mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Azər Manafov küçəsində yerləşən 23 saylı mənzildə pasport qeydiyyatındadırlar. Onlardan Cavabdeh1 1993-cü ildə İddiaçı1 qardaşı X19 ilə rəsmi nikaha daxil olaraq elə həmin il sonuncunun qeydiyyatda olduğu, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 23 saylı evə pasport qeydiyyatına alınmışdır. Onların birgə yaşayış dövründən bu evdə Cavabdeh2 anadan olmuş və o da bu mənzil 1996-cı ildə pasport qeydiyyatına alınmışdır. Həmin vaxt evin mülkiyyətçisi mərhum İsa Qəhrəmanov olmuş və onlar cavabdehlərin həmin mənzilə qeydiyyata alınmasına o, razılıq vermişdir. Hazırda onun oğlu İddiaçı1 və qeyrisi onlara qarşı qaldırdığı bu iddia ərizəsində qeyd edirlər ki, guya onlar bu evə müvəqqəti yaşamaq şərti ilə köçürülmüşlər. Onların bu mülahizələri tam yalandır. Belə ki, Cavabdeh1 keçmiş əri X19 həmin mənzildə pasport qeydiyyatında olmuş və iddiaçılar kimi onunda həmin evdə yaşamaq hüququ daimi olmuşdur. Yəni onların Tərlanın ailə üzvü kimi həmin mənzildən istifadə hüquqları olmuşdur. Onu da qeyd edirlər ki, onlar cavabdehlər bu mənzilə 1993-cü ildə pasport qeydiyyatına alındıqlarından hazırkı iddia tələbinə xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin maddələri tətbiq edilməlidr. İddiaçı iddia ərizəsində qeyd edir ki, guya onlar 2012-ci ildə öz xoşları ilə həmin mənzildən çıxıb getməklə, onların harada yaşamaqları barədə məlumatları yoxdur. Onların bu mülahizəsi də tam yalandır. Belə ki, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(007)-2790/13 qətnaməsilə X19 ilə Cavabdeh1 arasında bağlanan rəsmi nikah pozulduqdan sonra iddiaçılar və həmin mənzildə yaşayan digərləri onları həmin mənzildə yaşamağa qoymamışlar. Ona görə də məcbur olub, Cavabdeh1 valideynlərinə məxsus evdə yaşamalı olmuşlar. Əks halda iddiaçılar ilə onların aralarındakı münasibətlərdəki gərginlik gələcəkdə xoşagəlməz hadisələr gətirib çıxara bilərdi. Lakin bu o demək deyildir ki, onlar həmin mənzildən daimi yaşamaq məqsədilə getmişlər. Belə ki, onların bu mənzildə başqa daimi yaşayış yeri və adlarına heç bir mənzil yoxdur. İddiaçılar özlərini mülkiyyətçi hesab edərək onların mənzildən istifadə hüquqlarını itirə bilməzlər. İddiaçılar iddia ərizələrində onların mübahisəli mənzilə guya müvəqqəti yaşamaq şərti ilə köçürüldüklərini qeyd etsələr də, lakin bu əsassız mülahizələrini əsaslandıra bilən hər hansı bir sübut göstərə bilməmişlər. Ona görə də hesab edirlər ki, iddia əsassızdır. Qeyd edilənlərə əsasən iddiaçılar İddiaçı1 və X14 onlara qarşı "mənzildən istifadə hüququnun itirilməsi barədə” iddia ərizəsinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə araşdırması zamanı X15 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli evin digər mülkiyyətçiləri Zeynalov Fuaı̇ d Yusı̇ f oğlu və X11r. Həmin evi 08 dekabr 1989-cu il tarixdə notairusda Müseyib Toppuş oğlu adlı şəxsdən almışdır, həmin ev şəxsi mülkiyyətindədir. Cavabdeh1 qardaşının keçmiş arvadı, Cavabdeh2 isə qardaşının qızıdır. Qardaşı və arvadı 10 ildən çoxdur ki, boşanıblar. Cavabdeh1 mülkiyyətində olan evə 1993-cü ildən, qardaşı qızı 1996-cı ildən qeydiyyata düşüb. Cavabdeh1 ata mülkü var, hazırda qardaşının adında keçib, cavabdehlər də həmin evə qeydiyyata düşə bilərlər. Cavabdehləri qeydiyyatdan çıxarmağının səbəbi odur ki, onkoloji xəstəlik keçirməsidir, uşaqlarına problem olmaması üçün cavabdehləri evindən qeydiyyatdan çıxarmaq istəyir. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia tələbini müdafiə edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Hüseynova (Qəhrəmanova) Rəna Qara qızı etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı1 onun keçmiş həyat yoldaşının qardaşıdır. 1993-cü ildə iddiaçının qardaşı ilə ailə qurub, həmin ildən də hazırki mübahisəli evə qeydiyyata düşüb. İddiaçı onu hansı əsasla qeydiyyatdan çıxarmaq istədiyini anlamır. Hazırda onların adlarına heç bir əmlak yoxdur. 2013-cü ilə kimi mübahisəli evdə yaşayıb. O, özü nikahın pozulması tələbi ilə məhkəmədə iddia verib. Mənzili özü tərk edib. Evdən çıxmağına səbəb onu yola verməməkləri olub, hədə-qorxu gəliblər. Vəziyyət o dərəcəyə çatdı ki, o, evdən çıxmağa məcbur qalıb. Evdən çıxanda heç bir yerə müraciət etməyib. Mübahisəli evdən çıxandan sonra anasının evində, daha sonra kirayədə yaşayın, hazırda kirayədə yaşayır. Məhkəmə iclasında Cavabdeh2 etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı1 onun əmisidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən iddiaçının onları mübahisəli evdən qeydiyyatdan çıxarmağa haqqı yoxdur. Anası həmin evə 1993-cü ildə qeydiyyata düşüb. Onlar mübahisəli evdə yaşadıqları müddətdə ümumi təsərrüfat aparmışlar, mütəmadi olaraq oraya gedib-gəlirlər. İddiaçı onların adlarında başqa ev və ya mənzil olarsa, onları qeydiyyatdan çıxara bilər. O, hazırda da mübahisəli evə köçüb yaşaya bilər, çünki həmin evdə qeydiyyatdadır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Belə olan halda, məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. 31 iyul 2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 izahat verərək bildirmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarının itirilməsinə etiraz etmir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məlumatlarından görünür ki, X18 xx.xx.2002-ci il tarixdən və Cavabdeh2 xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məlumatından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı2, 1/16 hissəsi X7, 1/2 hissəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2790/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Qəhrəmanov Tərlanjsa oğlu ilə X18 arasında 11 iyun 1993-cü il tarixdə bağlanmış və həmin tarixdə Nizami rayon VVAQ Şöbəsində 447 sayla qeydə alınmış nikahın pozulması,xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 anası X9 yanında qalması, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2013-cü tarixdən başlayaraq hər ay Bakı şəhəri, A.Manafov küçəsi ev 23 ünvanında qeydiyyatda olan X5 aliment qismində 100 (yüz) manat məbləğində pulun tutularaq, ünvan 2 ünvanında qeydiyyatda olan X21ma ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 7/16 hissəsi İddiaçı2, 1/16 hissəsi X7, 1/2 hissəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. xx.xx.1989-cu il tarixli müqaviləyə əsasən X22 həmin ünvanda yerləşən və özünə məxsus ½ hissədə olan payını İddiaçı1 satmış, sonuncu əmlaka dair xx.xx.1989-cu il tarixdə qeydiyyat vəsiqəsi almışdır. Cavabdeh1 İddiaçı1 qardaşı X4 həyat yoldaşı, Cavabdeh2 isə onun qardaşının qızıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2790/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə X19 ilə Hüseynova (Qəhrəmanova) Rəna Qara qızı arasında nikah pozulduqdan sonra, elə həmin ildən etibarən cavabdehdən mübahisəli evi tərk etmişlər. Hazırda cavabdehlərin iddiaçıların mülkiyyətindəki evdə qeydiyyatda olmaları onların mülkiyyətində olan evindən istədiyi kimi istifadə və sahiblik etməyə, mənzilə dair sərəncam verməyə imkan vermir. Ona görə də, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında digər mülkiyyətçi X15 iddia tələbinə etiraz etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkı̇ yyətçi dsəq̇ edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyəçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 xx.xx.2002-ci il tarixdən və Cavabdeh2 xx.xx.2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar ilə cavabdehlər arasında mübahisəli mənzillə bağlı yaranmış hüquq münasibətləri 2002-ci ildən sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında, MM-in 228.2-ci maddəsi ilə bağlı olaraq, mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarında göstərmişdir ki, qanunverici mülkiyyətin toxunulmazlığı və onun dövlət tərəfindən qorunmasına dair konstitusiya prinsipindən çıxış edərək, qüvvədə olan MM-in 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna dair qaydaları müəyyən etmişdir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, “mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. … Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür” (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Bundan başqa MM-in 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşlarına çatmayan uşaqlarını həmin yaşayış sahəsinə köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan (yaşamış) hər bir şəxs deyil, yalnız ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin cavabdehlər iddiaçıların ailə üzvü olmadığından o, qanunverilik tərəfindən müəyyənləşdirilən ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə daxil deyil. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçılar ilə cavabdehlər arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında müqavilə bağlanmamış və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdehlər 2013-cü ildən orada yaşamırlar. X19 ilə Cavabdeh1 arasında olan nikah pozulduqdan cavabdehlər mübahisəli evi tərk etmişlər. Bundan sonra isə tərəflər arasında mübahisəli əmlakla bağlı mübahisə olmamış, cavabdehlər evə köçürülmə və s. tələblə məhkəmədə iddia qaldırmamışlar. Belə ki, iddiaçılar mübahisəli fərdi yaşayış evinin mülkiyyətçiləridir, cavabdehlər isə onların ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onların mübahisəli mənzilə istifadə hüququ saxlanıla bilməz. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə əsasən, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Qeyd olunan maddənin məzmunundan da görünür ki, mənzilə qeydiyyata alınmaq, həmin yaşayış sahəsinə hər-hansı bir hüquq, o cümlədən istifadə hüququ yaratmır. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli mənzilə qeydiyyata alınması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin tələbləri baxımından onun vətəndaş hüquqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratsa da, bunun nəticəsində yaranmış həmin hüquqlar Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərdən biri olan istifadə hüququnu təşkil etmir və onların həmin mənzildə pasport qeydiyyatında olmaları həmin mənzildən istifadə hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunan maddi normaların tələbindən çıxış edərək qeyd edir ki, cavabdehlər hal-hazırda iddiaçılara məxsus evdə qeydiyyatda olmaları hər hansı hüquqi əsasa söykənməməklə, iddiaçılarının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdə pasport qeydiyyatında olmaları onların həmin yaşayış sahəsindən istifadə hüququna malik olmasının göstəricisi kimi qəbul olunmamalıdır. Bununla yanaşı, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları iddialara mülkiyyətlərindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Belə ki, cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarından, onlar iddiaçıların ailə üzvləri hesab edilmədiyindən və onlarla iddiaçılar arasında mübahisəli mənzilə dair istifadə hüququ haqqında razılaşma olmadığından məhkəmə belə hesab edir ki, cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızının və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüquqları itirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Hüseynova (Qəhrəmanova) Rəna Qara qızının və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən 23 saylı evdən istifadə hüquqları itirilsin. Məhkəmə xərcləri İddiaçı1 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar