Məhkəmə qərarları › İş №2(007)-167/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-167/2022

27.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-167/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 Lazım qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızına maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızına maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri,Xətai rayonu, General Şıxlinski küçəsindəki 50 saylı evin 38 saylı mənzildə yaşayır.Təxminən 2021-ci ilin əvvəllərindən onun mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılıb və mənzilinə ciddi ziyan dəyib. 86 saylı mənzilin sahibi Cavabdeh1 olmasına baxmayaraq mənzilin nəzarəti onun bacısı Cavabdeh2 Lazım qızındadır. Həmin vaxtlar İradə ilə bu barədə dəfələrlə danışıb, bu problemi yoluna qoymaq lazımdı desə də cavabdeh ona əvvəlcə1-2 günə təmir etdirəcəyi barədə vəd vermiş, bir dəfə usta çağıraraq təmir etmiş, amma buna baxmayaraq yenə su axıdılmış və bu dəfə mənzili tamamən yararsız hala düşmüşdür, hazırda nasazlığı aradan qaldırmır və “hara şikayət edirsən et” deyir. Halhazırda cavabdehlərin səhlənkarlığı nəticəsində evinə axıdılan suyun nəticəsində xeyli miqdarda ona ziyan vurub.Su axıdılması nəticəsində evinin koridoru, yəni dəhliz hissəsinin tavanı və divarları, eləcədə hamam otağının tavanı dağılaraq qopur. Ən son hadisə zamanı 05 avqust 2021-ci il tarixində 34 saylı MKİS-nin əməkdaşları tərəfindən mənzilinə baxış keçirilib və akt tərtib edilib, müəyyən olunub ki, mənzilinə üst qonşu olan 86 saylı mənzildən su axır və ciddi ziyan dəyib. Həmin aktı da məhkəməyə sübut kimi təqdim etmişdir.Ona dəyən maddi ziyanın ödənilməsini dəfələrlə tələb etsə də, bunun müsbət nəticəsi olmayıb. Bu isə onun hüquqlarını kobudcasına pozur.Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Lazım qızından 1000 manat maddi ziyanın və 500 manat mənəvi ziyanın onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, onların evindən su axıdılmayıb. Ekspertiza onların evinə baxmadan rəy verib. Evə baxış keçirilməliydi, suyun onlardan axıdılması müəyyən olunmalıydı, lakin bunun təsdiq edən heç bir şey yoxdur.Bundan başqa,həmin vaxt onlar mənzili kirayəyə vermişdilər. Mənzil anasının olub, sonradan bacısının adına rəsmiləşdirmişlər.Qeyd olunanlara əsasən xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materallarnda olan: 34 saylı MKİS tərəfindən təsdiq olunmuş 5 avqust 2021-ci il tarixli aktın məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılmışdr. DƏDRX-dən verilmiş RX seriyalı,1216214 seriyalı çıxarışdan görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzil xx.xx.2018-ci il tarixdən İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 83 saylı mənzilnə həmin evin 86 saylı mənzilindən su axıdılmışdr.Susızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1033 manat təşkil edir. DƏDRX-dən məhkəmənin sorğusuna cavab olaraq daxil olmuş xx.xx.2022-ci il tarixli məktubun məzmunundan görünür ki, Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 86 saylı mənzili hal-hazırda1/3 hissədə X1 1/3 hissədə X2,1/3 hissəsi isə Cavabdeh2 Lazım qızının mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, 1/3 hissədə X1, 1/3 hissədə X2 və 1/3 hissəsi isə Cavabdeh2 Lazım qızının mülkiyyətində olan Bakı şəhəri,Nizami rayonu, R.Rüstəmov küçəsindəki 47 saylı evin 86 saylı mənzildən həmin evin iddiaçının mülkiyyətində olan 83 saylı mənzilinə su axıdalması nəticəsində iddiaçıya ziyan dəymişdir.Ekspertiza rəyindən görünür ki,dəymiş ziyan 1033 manat təşkil edir.Hal hazırda iddiaçı dəymiş maddi ziyanı 1000 olmaqla mülkiyyətçilər Cavabdeh1 və Cavabdeh2 Lazım qızından tələb edir.Eyni zamanda cavabdehlərdən 500 manat mənəvi zərər tələb edir. Məhkəmə hesab edir ki,iddia maddi ziyanın tələb olunması hissəsində əsaslı olduğundan təmin olunmalıdır. 500 manat mənəvi ziyanın tələb olunması hissəsinə qiymət verərkən məhkəmə hesab edir ki,həmin hissədə iddia təmin olunmamalıdır.Belə ki,iddiaçı ona mənəvi zərər dəyməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb sübutları qiymətləndirərərk hesab edir ki, iddia qismən təmin olunmalı,Cavabdeh1 və Cavabdeh2 Lazım qızından vurulmuş maddi ziyana görə 1000 maddi ziyanın əvəzi və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulmalıdır. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 və Cavabdeh2 Lazım qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Lazım qızından vurulmuş maddi ziyana görə 1000 maddi və ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 və Cavabdeh2 Lazım qızından alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar