Məhkəmə qərarları › İş №2(007)-1696/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1696/2021

14.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1696/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə ona məxsusdur. Lakin, buna baxmayaraq oğlu Cavabdeh neçə müddətdir ki onun avtomobilini qaytarmır. Dəfələrlə avtomobilin qaytarılması ilə bağlı cavabdehə xəbər göndərsə də, o heç bir məhəl qoymur və maşını qaytarmır. Bu hal isə onun mülkiyyət hüquqlarını kobudcasına pozur və o, öz əmlakından istifadə edə bilmir. Cavabdeh onun tələb və xahişinə məhəl qoymadığından o, məhkəməyə müraciət etməli olmuşdur. Xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə cavabdeh tərəfindən yaranan süni maneələrin aradan qaldırılması və avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 18.06.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüquqi ilə ona məxsusdur. Xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə cavabdeh tərəfindən yaranan süni maneələrin aradan qaldırılması və avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin 06.07.2021-ci il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirdi ki, atası İddiaçı qardaşı Cavabdeh 02.07.2020-ci il tarixdə etibarnaməni nəqliyyat vasitəsinin idarə olunması üçün verib, satmaq üçün deyil. Etibarnaməni Bakı Şəhəri Nizami Rayon 50 saylı Notariusunda verib. Atası nəqliyyat vasitəsini 2019-cu ilə qədər özü idarə edib. Lakin anası xəstə düşəndən sonra idarə etməyib. Xüsusi mülkiyyət hüququ əsasında atasına məxsus olan 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəsinə cavabdeh tərəfindən yaranan süni maneələrin aradan qaldırılması və avtomobilin cavabdehin qanunsuz sahibliyindən alınaraq atasına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə təqdim edərək, 14.07.2021-ci il tarixli iclasda iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Atası İddiaçı avtomobili faktiki olaraq 2019-cu ilin iyul ayından ona satıb və hal-hazırda həmin avtomobil onun mülkiyyətindədir. Hazırki iddia tələbini bacısı Səbinə Dadaşovanın istəyi və təhriki ilə qaldırılb və iddiaçı bu iddianın qaldırılmasında həqiqi niyyəti və iradəsi yoxdur. Belə ki, bu iddianın qaldırılmasında məqsəd mərhum anasından miras qalan Bakı şəhəri, Xətayi rayonu, Əhmədli y/sahəsi, X.Məmmədov küçəsi, ev 18, 3 saylı korpusun B girişi, 4 saylı mənzildən ona düşən miras payından imtina etməyə yönələn təzyiq etməkdir. Avtomobil hazırda onun mülkiyyətində olduğundan, irəli sürülən iddia əsassızdır iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AA seriyalı 407824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Qeyd olunan şəhadətnamə İddiaçı Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 14.01.2002-ci il tarixdə verilmişdir. İş materiallarında olan AD seriyalı 795609 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Qeyd olunan şəhadətnamə Cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 16.05.2020-ci il tarixdə verilmişdir. İş materiallarında olan 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətçisi olduğu 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən özünəməxsus hüquqlarını 15.05.2020-02.07.2020-ci il tarixdən Dadaşov Aydın Əhədulla oğluna ötürmüşdür İş materiallarında olan 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh etibarnamə əsasında 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən hüquqlarını 15.05.2020-02.07.2020-ci il tarixdən X1 ötürmüşdür. İş materiallarında olan 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən X2 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən hüquqlarını 15.05.2020-02.07.2020-ci il tarixdən X4 ötürmüşdür. İş materiallarında olan 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, etibarnamə əsasında satıcı qismində çıxış edən Gennadiy Qorbunov, İddiaçı məxsus olan 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1900 manata satmışdır. Məhkəmə tədqiqi zamanı müəyyən olundu ki, AA seriyalı 407824 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. Qeyd olunan şəhadətnamə İddiaçı Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən 14.01.2002-ci il tarixdə verilmişdir. AD seriyalı 795609 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. Qeyd olunan şəhadətnamə Cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 16.05.2020-ci il tarixdə verilmişdir. 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən İddiaçı mülkiyyətçisi olduğu 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən özünəməxsus hüquqlarını 15.05.2020-02.07.2020-ci il tarixdən Cavabdeh ötürmüşdür. 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən Cavabdeh etibarnamə əsasında 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən hüquqlarını 15.05.2020-02.07.2020-ci il tarixdən X1 ötürmüşdür. 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnaməyə əsasən X2 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil üzrə etibarnamədə qeyd edilən hüquqlarını 15.05.2020- 02.07.2020-ci il tarixdən X4 ötürmüşdür. 15.05.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsinə əsasən satıcı qismində çıxış edən Gennadiy Qorbunov, İddiaçı məxsus olan 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh 1900 manata satmışdır. Hazırda avtomobil Cavabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Məhkəmə qeyd olunan hüquq normalarına və iş materiallarına əlavə edilmiş sənədlərə əsasən hesab edir ki, X5 15.05.2020-ci il tarixli etibarnamə üzrə verilən səlahiyyətlər əsasında iddiaçıya məxsus 1981-ci il buraxılışlı VAZ-2103 markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh satmışdır. Həmin avtomobil 16 may 2020-ci il tarixdə cavabdehin mülkiyyətinə keçirmişdir. Belə olan halda iddiaçı əmlakını geri tələb edə bilməz. Çünki etibarnamə əsasında avtomobilə dair bütün hüquqlarını digər şəsxə etibar etmiş və etibarnamə üzrə satıcı X5 alqı-satqı müqaviləsi əsasında avtomobili Cavabdeh satmışdır. Qeyd olunan normanın dizpozisiyasından da göründüyü kimi, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Tərəflərin öz iradə ifadələrini bildirməsi iş materiallarına əlavə edilmiş etibarnamələrdən görünür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsində də qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası iddiası rədd edilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar