Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1703/2023 24.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin tutulması” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X3 və İddiaçı1 Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin tutulması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü il tarixdə Cavabdeh MMC-dən 39000 manat pul vəsaiti ödəməklə 295 saylı mənzili almışdır. Lakin “Əzizbəy- KM" MMC-nin rəhbərliyi həmin ərəfədə vergini əsas gətirərək müqaviləyə 25000 manat yazmışdır. Mənzildə təmir işlərini gördükdən sonra ailə üzvləri ilə həmin mənzilə köçərək yaşamışdır. Daha sonra mənzilin mübahisəli olması aşkar olundu. Məhkəmə qərarı ilə mənzildə çıxarılmağı təmin olunmuşdur. Hazırda ailə üzvləri ilə birlikdə çox ağır şəraitdə kirayədə yaşayır. Bundan sonra hüquq mühafizə orqanlarına şikayətlə müraciət etmiş və MMC-dən tam ödəniş barədə arayış tələb etmişdr. Cavabdeh MMC-dən ödədiyi 14000 manat pul vəsaiti barədə arayışı almışdır. Bu arayışa qədər isə Xətai Rayon Məhkəməsinə MMC-yə müqavilə üzrə ödədiyi pulun və təmir xərclərinin qaytarılması barədə iddia vermişdir. Həmin vaxt MMC-nin məsul şəxsləri 14000 manat pulun ödənilməsi barədə ona arayışı verməyi yubatmışlar. Bu səbəbdən də Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə onun müqavilə üzrə ödənilən 25000 manal pulun ona qaytarılması barədə iddia tələbi təmin olunmuşdur. Lakin 14000 manata dair arayış geçikdiriİdiyindən bu məsələ həllini tapmamışdır. Qeyd edir ki, Cavabdeh MMC-yə ödədiyi, məhkəmə aktında əksini tapmayan 14000 manat pul vəsaitini cavabdehə ödəmişdir, hazırda cavabdeh də arayış təqdim etməklə həmin faktı təsdiq edir. Ona görə də hesab edir ki, cavabdehə ödədiyi 14000 manat pul vəsaitinin alınaraq onaa qaytarılması barədə qətnamə çıxarılmalıdır. Həmçinin, cavabdehin təqsiri üzündən bu günədək ona vurulmuş maddi və mənəvi zərərin əvəzi olaraq 5000 manal pul vəsaiti onun xeyrinə cavabdehdən tutulmalıdır. Qeyd edilənlərə əsasən cavabdeh “Əzizbəy-KM" MMC-dən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzilin alınmasına görə ödədiyi 14000 manat məbləğində pul vəsaitinin və həmçinin həmin mənzilə dair ona vurulmuş olan maddi və məvəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçılar siyahında X1 adı texniki səhv kimi getmiş, tələb olunan məbləğin onun tələbi kimi qəbul olunmasını, X1 iddiaçıları sıyahısından çıxarılmasını tələb etmişdir. Məhkəmə həmin ərizəni qəbul edib, iddia üzrə yol verilmiş texniki səhvi nəzərə alaraq X2 iddiaçılar sıyahısından çıxarmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC ilə payçı İddiaçı1 arasında bağlanmış Mənzil Tikinti haqqında 16 yanvar 2013-cü il tarixli müqavilədən görünür ki, cəmiyyət Bakı şəhəri, Xətai rayonu, Telnov (Xocalı) küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş Cavabdeh MMC-nin tikilməkdə olan binasında 295A №-li mənzili payçı İddiaçı1 verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 25000 manatı vaxtında ödəməyi öhdəsinə götürür. - Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli 02/52 saylı arayışından görünür ki, İddiaçı1 21 may 2013-cü il tarixdə "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzili almaq üçün Cəmiyyətə ilkin olaraq 25000 (iyirmi beş min) manat, sonradan mənzildə artırma, təmir, tikinti- quraşdırma işlərinin bir qismi Cəmiyyət tərəfindən həyata keçirildiyi üçün əlavə olaraq 14000 (on dörd min) manat, cəmi 39000 (otuz doqquz min) manat vəsaiti "xxxx" MMC-nin kassasına ödəmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, “Əzizbəy-KM" MMC ilə İddiaçı1 arasında bağlanmış 21 may 2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1 və X3 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı 295A saylı mənzilindən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları, Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı 295A saylı mənzili X6 təhvil verilməsi, 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı1 ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4806/2016 saylı xx.xx.2016-cı il tarixli qərarınn surətindən görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollediyasının iş üzrə xx.xx.2016-cı il tarixli 2(103)-2453/16 saylı qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində bəzi hallar var ki, tərəflər həmin hallarda sübutetmə yükündən azaddır. Bu hallara faktın etirafı (Maddə 106.3), iddia tələbinin etirafı (Maddə 52.2, 191), hamıya bəlli olan hallar (Maddə 82.1), preyudisial qərarlarla müəyyən edilmiş hallar (maddə 82.3, 82.4) və s. aid etmək olar. MPM-in 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 24 iyul 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığı ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, preyudisiallıq institutu yalnız işdə iştirak edən şəxslərə aid olmaqla, onlar tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların başqa məhkəmə prosesində mübahisələndirilməsini istisna edir. Sonrakı işdə iştirak edən şəxslərdən biri artıq qanuni qüvvəyə minmiş qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdırsa, bu zaman həmin qətnamənin müəyyən etdiyi faktlar onun üçün preyudisial əhəmiyyətə malik deyildir və o, belə faktların məhkəmə qaydasında sübut edilməsini tələb edə bilər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli və G.Əhmədovanın şikayəti üzrə 2019-cu il 24 iyul tarixli Qərarlar). Məhkəmə qeyd edir ki, tərəflər arasında daha əvvəllər məhkəmə mübahisələri olmuş və həmin işlər üzrə müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir, həmçinin həmin mübahisələr üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-192/2015 saylı xx.xx.2015-ci il tarixli qətnamə ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı, sahəsi 80,9 kv.metr olan 295A saylı mənzil Natiq Babayeva məxsus olduğu halda, “Əzizbəy-KM" MMC ilə İddiaçı1 arasında xx.xx.2013-cü il tarixdə müqavilə bağlanaraq, Natiq Babayeva məxsus mənzil "Əzizbəy-KM” MMC tərəfindən İddiaçı1 satılmışdır. Bununla da mübahisəli mənzilə dair "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış qeyd edilən müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Məhkəmə tərəfindən "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 21 may 2013-cü il tarixli mənzil alqı-satqısı haqqında müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1 və X3 Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı 295A saylı mənzilindən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları, Bakı şəhəri. Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə yerləşən yaşayış binasının 3-cü giriş, 17-ci mərtəbəsində, 1 otaqlı 295A saylı mənzili X6 təhvil verilməsi, 25000 (iyirmi beş min) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı həmin mənzilin dəyəri kimi cəmiyyətə ümumilikdə 39000 manat pulun ödənildiyini, lakin cəmiyyət tərəfindən məhkəmə mübahisəsi davam edən vaxt ona heç bir təsdiqedici sənəd verilmədiyini qeyd etmişdir. Məhkəmə iddia tələbinin “cavabdeh “Əzizbəy-KM" MMC-dən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzilin alınmasına görə ödədiyi 14000 manat məbləğində pul vəsaitinin tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş cəmiyyət tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 02/52 saylı arayışdan görünür ki, iddiaçı adıçəkilən mənzili almaq üçün Cəmiyyətə ilkin olaraq 25000 (iyirmi beş min) manat, sonradan mənzildə artırma, təmir, tikinti- quraşdırma işlərinin bir qismi Cəmiyyət tərəfindən həyata keçirildiyi üçün əlavə olaraq 14000 (on dörd min) manat, cəmi 39000 (otuz doqquz min) manat vəsaiti "xxxx" MMC-nin kassasına ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Qeyd edilənlərlə müəyyən olundu ki, tərəflər arasında bağlanmış Mənzil Tikinti haqqında 16 yanvar 2013-cü il tarixli müqaviləyə əsasən iddiaçı “Əzizbəy-KM" MMC-dən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzil üçün cəmiyyətə ümumilikdə 39000 manat ödəniş etmiş, daha sonra həmin müqavilə etibarsız hesab edilsə də, müqavilə predmeti olan əmlak üçün ödənilmiş pulun tam şəkildə iddiaçıya geri qaytarılmamışdır, əksini təsdiq edən hər hansı bir sübut yoxdur. Nəticədə, məhkəmə qətnaməsi ilə iddiaçıya 25000 manat pulun qaytarılmalı olduğu müəyyən edilsə də, tərəfindən ödənilmiş qalan 14000 manat pul ona qaytarılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “Əzizbəy-KM" MMC-dən ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasında 3-cü giriş, 17-ci mərtəbə, sahəsi 81 kv.m olan 295A saylı mənzil üçün ödənilmiş 14000 manat pul iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin digər, “maddi və məvəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Hazırda iddiaçı göstərilən hissədə ona dəymiş maddi ziyanla bağlı iddia tələbini əsaslandırmamış və ona dəymiş maddi ziyanın mahiyyəti aydın deyil. Məhkəmə iddia tələbinin mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İşin hallarını nəzərə alaraq və qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, buna görə də, mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi sarsıntıya dair qeyd edilməlidr ki, bu sarsıntının insana kiminsə tərəfindən mənəvi ziyan vurması üçün sonuncu qanuna zidd əməlləri sübuta yetirilməlidir ki, bu da, digər əvvəlki məhkəmə araşdırmaları ilə qəti sübuta yetirilən əsaslara uyğun müəyyən edilə bilər. Mülki məsuliyyətinin müəyyən edilməsi üçün cavabdehin hərəkətlərinin qanuna zidd olması, bu qanuna zidd hərəkətlərin biləvasitə iddiaçıya yönəlməsi və məhz bunun nəticəsində sonuncuya mənəvi zərər dəyməsi sübuta yetirilməlidir. Belə ki, cavabdeh tərəfindən Natiq Babayeva məxsus mənzil İddiaçı1 satılmış və sonuncudan mənzilin dəyəri kimi 39000 manat pul alınmışdır. Daha sonra tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilməklə iddiaçının mübahisə mənzildən çıxarılması qət edilmişdir. Hazırkı vaxtadək mənzilin üçün ödənilmiş pul tam şəkildə iddiaçıya geri qaytarılmamışdır. Belə olan halda məhkəmə, hesab edir ki, iddia tələbi “maddi və məvəvi zərərin əvəzi olaraq 5000 manat pul vəsaitinin tutulması” hissəsində qismən təmin edilməli iddiaçının keçirdiyi mənəvi sarsıntıların xarakterini və ağırlığını nəzərə alaraq, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində ağlabatan və ədalətli məbləğ kimi Cavabdeh MMC-dən 1000 manatın alınıb, iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən mənzil üçün ödənilmiş 14000 manat pul vəsaiti və mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul İddiaçı1 xeyrinə turulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlərdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 147 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindin iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən mənzil üçün ödənilmiş 14000 manat pul vəsaiti və mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul İddiaçı1 xeyrinə tutulun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1703/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1703/2023
24.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver