Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1722/2022 08.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun əvəzinə onun pensiyasından tutulmuş 2177 (iki min yüz yetmiş yeddi) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X4 cavabdehlər Cavabdeh, İddiaçı qarşı "pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ERA Elektronics" mağazasının xeyrinə əsas borc üzrə 2077 manat, cərimə borcu 200 manat və dövlət rüsumu 30 manat olmaqla, cəmi 2307 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Nizami rayon Məhkəməsinin 2(007)-1469/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh İddiaçı X1 xeyrinə əsas borc 2077 manat, cərimə borcu 100 manat, cəmi 2177 manat və dövlət rüsumu 30 manat ödənilməsini qət etmişdir. O, yaşa görə pensiya alır və qətnamə üzrə cəmi 2177 manat ödəniş ondan tutulmuşdur. O da məhkəməyə müraciət edib öz haqqını tələb etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, həmin borc məsələsində zamin olmuş, yaşa görə pensiya aldığı üçün borc məbləği onun pensiyasından 2 ilə yaxın hər ay 100 manat tutulmuş, o da zamin olduğu üçün məcbur olub ödəmişdir. Ona görə də cavabdehdən onun əvəzindən onun pensiyasından tutulmuş 2177 manat pulun alınaraq ona veriməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, icraçı X4 (“Era Electronics” mağazası) sifarişçi Cavabdeh və zamin İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14131 saylı kredit müqaviləsindən görünür ki, icraçı tərəfindən Cavabdeh ilkin ödəniş 600 manat, aylıq ödənişi 122 (sonuncu ödəniş 125 manat olmaqla) manat olmaqla, 18 ay müddətinə, 2799 manat dəyərində məişət avadanlığı satılmışdır. Cavabdeh 18 ay ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Sifarişçi zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin İddiaçı icraçı qarşısında borc müqaviləsi ilə yaranan və yarana biləcək hər hansı məbləği icraçının ilk tələbində heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Buna görə də bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1469/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və İddiaçı X2 xeyrinə 2077 AZN əsas, 100 AZN cərimə, cəmi 2177 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində pul tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin borcun ödənilməsi üçün İddiaçı pensiyasından 2177 manat tutulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh İddiaçı qətnamə üzrə “Era Electronics” mağazasına (X3) olan borcunu tam olaraq ödədəiyi üçün, hal-hazırda zaminin heç bir borcu olmadığı üçün icra işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuş və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1469/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Qeyd edilənlərlə müəyyən olundu ki, X4 və sifarişçi Cavabdeh və zamin İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli 14131 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməmiş, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və kredit müqaviləsinə əsasən zaminlik daşıyan İddiaçı zamin olaraq öz üzərinə düşən öhdəliyi icra edərək borc məbləğini ödəmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında borcu yaranmış və zamin olaraq İddiaçı borclu Cavabdeh kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb etmək hüququ yaranmışdır. Belə olan halda, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunmuş İddiaçı pensiyasından tutulmuş 2177 manat pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalı, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 2177 (iki min yüz yetmiş yeddi) manat pul vəsaiti və ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2177 (iki min yüz yetmiş yeddi) manat pul vəsaiti tutulsun. İddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1722/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1722/2022
08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver