Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1742/2024 03.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı və Cavabdeh qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı qızılların dəyəri olan 3000 (üç min) manat pulun və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun, cəmi 3050 (üç min əlli) manatın alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir müddət bundan əvvəl Cavabdeh ondan 3000 (üç min) manat miqdarında qızıl götürmüş, lakin nə qızılları, nə də ki onların dəyəri edən 3000 (üç min) manat pulu ona qaytarmamışdır. Bundan sonra o, dəfələrlə Cavabdeh qızılları və ya onların dəyəri olan 3000 (üç min) manat pulu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirir və qızılları qaytarmaqdan və ya onların dəyəri olan 3000 (üç min) manat pulu ödəməkdən yayınır. Onun qızıllarla bağlı Cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsinə verilmiş izahatı da vardır. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsinin məktubu ilə ona məhkəməyə müraciət edilməsi məqədəmüvafıq olması yazılmışdır. Bir sözlə o, onun etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış sə nəticədə ziyan vurmuşdur. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, borc məbləği üzrə Sevinc 150 manat, digər xanım isə 300 manat ödəniş etmişdir. Belə olduğu halda tələb etdiyi 3000 manat məbləğdən ödəniş məbləği çıxılmaqla 2850 manatın ödənilməsinə etiraz etmir. Onu cavabdeh ilə xalası tanış etmişdir. Cavabdeh qızılları verəndə o, satıb aybaay pulunu verəcəyini bildirmişdir. O, cavabdehin borcu ödəməsini iki ildir ki, gözləyir. Onun həyat yoldaşı 10 ildir ki, vəfat etmişdir. O, kirayədə yaşayır, ailəyə övladı baxır. Cavabdeh bunu bilə-bilə onu aldatmışdır. Ona ayda olmaqla hissə-hissə pul verə bilərdilər. Cavabdehin oğlu da işləyir, gətirib pulunu verə bilərdi. O, iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etməməsini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən, yəni 2850 manat hissəsində qəbul etdiyini, “Milliön” ödəniş aparatından iddiaçıya 150 manat ödəniş etdiyini, 100 manatı isə iddiaçının xalası Telmira xanım vasitəsilə iddiaçıya verməsi üçün göndərdiyini bildirərək əlavə olaraq qeyd etdi ki, iddiaçı ilə 5 ilə yaxındır ki, qızıl alveri edirlər. İddia ərizəsində onun pulu dələduzluq yolu ilə götürüb qaçdığı qeyd edilmişdir. Bu doğru deyildir. Onun və iddiaçının haqq-hesab ilə bağlı dəftərləri olmuşdur. O, pandemiya vaxtı koronovirusa yoluxduğu üçün 21 gün Zığda yerləşən “X3”da müalicə almış, 10 gün komada olmuşdur. O, oradan çıxandan sonra Naziləyə pulu ödəmişdir. Onun başqa şəxsə faiz borcu olduğu üçün iddiaçıdan kömək istəmiş, iddiaçı da qızılları ona öz istəyi ilə vermişdir. X2 izahatında da qeyd etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi qaydada əldə edilən razılığa əsasən İddiaçı Cavabdeh 3000 manat dəyərində qızıl vermiş, Cavabdeh isə qızılın dəyərini qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsində xx.xx.2023cü il tarixdə verdiyi izahatında qeyd etmişdir ki, o, İddiaçı ilə 3 ilə yaxındır ki, mütəmadi olaraq qızıl alveri edirlər. Pula ehtiyacı olduğu üçün Nazilə xanıma fikrini demiş, o da öz razılığı ilə həmin qızılı ona vermişdir. Axırıncı dəfə götürdüyü qızıldan 3000 manat borclu qalmışdır. Ödəyə bilməmiş, lakin yaxın müddətdə borcunu ödəyəcəkdir. İddiaçının və cavabdehin məhkəmə iclaslarında verdiyi izahatlar ilə 3000 manat borc məbləğindən cavabdeh tərəfindən 150 manat ödəniş edildiyi müəyyən edilmiş və hər iki tərəf 2850 manatın ödənilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, tərəflərin izahatlarını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 386.1-ci, 390.1-ci, 390.4-cü, 390.6-cı, 404.5-ci, 442-ci, 448.1ci, 448.2-ci, 601.1-ci, 800.1.1 və 800.1.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü və 191.3-cü maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına əsasən qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Məhkəmə hazırda tərəflər arasında olan mübahisə üzrə aralarında olan qarışıq müqaviləyə uyğun olaraq əşyanın nisyə satılması haqqında müqaviləyə aid olan normaların tətbiq edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 800.1-ci maddəsinə görə Konsessiya müqaviləsi istehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almağı, bu malları öz adından və öz hesabına başqasına satmağı öhdəsinə götürür. Belə olan halda məhkəmə bildirir ki, tərəflər arasında olan şifahi formada qarışıq müqavilə bağlanılaraq müqavilə əsasında cavabdeh iddiaçıdan götürdüyü qızılların satılması və dəyəri 3000 manat vəsaitin hissə-hissə qaytaracağına dair öhdəlik götürmüşdür. Lakin, cavabdeh öhdəliyini icra etməmiş və nəticədə həmin vəsaiti və ya qızılları iddiaçıya qaytarmamışdır. Qeyd olunan hallar cavabdehin Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis bölməsində verdiyi izahat və məhkəmə iclasında tərəflərin izahatı ilə öz təsdiqini tapmışdır. Həmçinin, məhkəmə iclasında 3000 manat məbləğdən 150 manatın cavabdeh tərəfindən ödənilməsi, hazırda 2850 manat borcun qalması müəyyən edilmiş və cavabdeh tərəfindən həmin məbləğ etiraf edilmiş və iddiaçı tərəfindən bu məbləğ qəbul edilmişdir. Hansı ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh etiraf etdiyi və iddiaçının da qəbul etdiyi 2850 manat pulun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırda iddia tələbi pul hissəsində qismən təmin edildiyindən, məhkəmə iclasında iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən də tutulmaması bildirildiyindən onun tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İbrahı̇ mova Sevı̇ nc Kamil qızından Rüstəmova Nazı̇ lə Xanağa qızının xeyrinə 2850 manat məbləğində vəsait tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı Rüstəmova Nazı̇ lə Xanağa qızı tərəfindən məhkəmə xərci qismində ödənilmiş 50 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1742/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1742/2024
03.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver