Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1746/2022 28.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X11 Mirzəyevin sədrliyi X3 Qurbanovun katibliyi İlk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil, İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı möhürün,açarların,bütün sənədlərin sənədlərin qaytarılmasına dair ilk idda, İddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı möhürün,açarların,bütün sənədlərin sənədlərin qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" MTK-nin yeni sədridir Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, məhəllə 2379 bina 81/82 binanın sakinləri öz şəxsi vəsaitləri hesabına "xxxx" (Turan) MTK tərəfindən tikilən evləri təmirli vəziyyətdə təhvil alıblar.Kooperativ əsaslarla inşa edilən 81 və 82 saylı binaların idarə edilməsi məqsədi ilə sözügedən kooperativin üzvləri binanın Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, 2379-82, ev 50 saylıda yaşayan və sözügedən mənzilin mülkiyyətçisi olan Cavabdeh sədr seçmişdilər. Buna görə də sözügedən binanın mənzillərinin sənədləşməsi ilə bağlı bütün şənədləri və möhürü sədr Cavabdeh təhvil verilmişdi. Mənzil-tikinti kooperativinin üzvlərinin koopperativin orqanlarını seçmək və onlara seçilmək hüququ vardır. Payçıların yığıncağı prosedura uyğun olaraq seçilən idarə heyətinin qərarı ilə təşkil olunur.Yeni sədrin seçilməsi müddəti və sədrin hesabat verməli olduğu nizamnamədə qeyd olunub.04 mart 2022-ci ildə Ulduz MTK tərəfindən tikilmiş 81 və 82 saylı binaların sakinlərinin iştirakı ilə iclas keçirərək, kooperativə yeni sədr kimi iddiaçını tseçmişlər. Keçmiş sədr Cavabdeh səlahiyyətlərinə xitam verilmişdir."xxxx" Mənzil Tikinti Kooperativinin keçmiş sədri, iş üzrə cavabdeh - Cavabdeh kooperativə aid möhür və sənədlərin təhvil verilməsi tələb edilsə də, adı çəkilən şəxs bundan boyun qaçırır. Hətta ona pretenziya edilsə də heç bir nəticə əldə olunmayıb. Həmin pretenziyanı və qəbzləri iddia ərizəsinə əlavə etmişdir. Bu səbəbdəndir ki, məcbur qalıb onun hərəkətindən ərazi üzrə 24-cü polis bölməsinə müraciət etmişlər.Həmin orqanda sözügedən işin mülki iş olduğunu bildirmişlərr.Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 47.4.maddəsinə görə Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyində olan məsələlər üzrə səsvermə mülkiyyətçinin səsverməyə qoyulan məsələlər üzrə yazılı formada tərtib edilən qərarları vasitəsilə keçirilə bilər.İddiaçı 1 saylı protokol əsasında 04 mart 2022-ci ildən sözügedən kooperativə sədr seçilib. Buna baxmayaraq iş üzrə cavabdeh Aida xanımın günahından öz səlahiyyətlərini həyata keçirə bilmir. Qeyd olunanlara əsasən ‘Ulduz" MTK-nin keçmiş sədri, iş üzrə Cavabdeh Ulduz MTK-ya aid olan möhürün, açarların, bütün sənədlərin (maliyyə sənədləri, iclas protokolları, mədaxil məxaric qəbzləri,payçılara məxsus binaya aid texniki pasportun və s.) alınıb "xxxx" MTKnin yeni sədr kimi ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı Cavabdeh İddiaçı qarşı protokolun etibarsız hesab olunması tələbinə dair qarşılıqlı iddia vermişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək ondan "xxxx" MTK-ya aid olan möhürün, açarların, bütün sənədlərin (maliyyə sənədləri, iclas protokolları, mədaxil məxaric qəbzləri, payçılara məxsus binaya aid texniki pasportun və s.) alınıb yeni sədr kimi ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edib. O, uzun müddətdir ki, “Ulduz’ MTK-nın sədridir. Lakin bu yaxınlarda ona məlum olub ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx" MTK tərəfindən tikilən 81 və 82 saylı binaların sakinlərinin iştirakı ilə keçirilən ümumi yığıncağın iclasında guya ki, ümumi yığıncağın protokolu ilə yeni sədr seçilib və onun səlahiyyətinə xitam verilib.Lakin, xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərimə xitam verlməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolu qanunsuzdur.Belə ki, protokolda göstərilən şəxslərin əksəriyyəti iclasda iştirak etməyib. Protokol həmin şəxslərə sonradan onların yaşadıqları mənzillərdə, binanın həyətində və digər yerlərdə imza etdirilib. Həmin şəxslər iştirak etmədikləri iclasın protokoluna imza etməkdən imtina etsələr də, onlar protokolu imzalamağa məcbur ediliblər. Həqiqətə nail olmaq üçün həmin şəxslər şahid qismində məhkəmə tərəfindən dindirilməsi ədalətli olardı.Digər tərəfdən, MTK-nın Nizamnaməsinin 8.1.-ci bəndinə əsasən növbədənkənar ümumi yığıncaq Kooperativin sədrinin təşəbbüsü və müfəttişin, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə çağırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 111.7,-ci maddəsinə əsasən Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yandan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yandan çoxu iştirak etdikdə səlahiyyətlidir.Həmin məcəllənin 111.8-ci maddəsinə əsasən Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilən müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır.Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. Lakin, növbədənkənar ümumi yığıncağın çağırılması üçün sədr kimi onun belə bir təşəbbüsü olmayıb, eyni zamanda müfəttişin, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi olmayıb. Eyni zamanda,iclasda ümumi yığıncaqda üzvlərinin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etməyib. Ona görə də, həmin ümumi yığıncaq səlahiyyətli olmayıb. Göründüyü kmi, xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərinə xitam verlməsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolu qanunsuzdur və həmin protokol etibarsız hesab edilməlidir. Qeyd olunanlar əsasən xx.xx.2022-ci tarixli yeni sədrin seçilməsi və sədr kimi onun səlahiyyətlərinə xitam verlməsi ilə bağlı "xxxx" MTK üzvlərinin ümumi yığıncağının protokolunun etibarsız hesab edilinəsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmədə iclasında ilk iddia üzrə iddiaçı,qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil ilk iddianı müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi,ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etmədi qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd,qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia əsaslı olduğindan təmin olunmalıdır. İş materiallarında olan: "xxxx" MTK-nin sakinlərinin xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolunun məzmunundan görünür ki, İddiaçı MTK-nin sədri seçilmişdir. 06 may 2014-cü il tarixli aktın məzmunundan görünür ki, "xxxx"MTK-nin əvvəlki sədri M.Hüseynov MTK-nin 1 əd. möhürünü və 1 əd.ştampını yeni seçilmiş sədr Cavabdeh təhvil vermişdir. Azərbaycan Respublikası Mülki Məcəllsinin aşağıda istinad olunan maddələrinə əsasən: 111.1. Kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Üzvlərinin sayı əllidən çox olan kooperativdə onun icra orqanlarının fəaliyyətinə nəzarət edən müşahidə şurası yaradıla bilər. Müşahidə şurası üzvlərinin kooperativ adından fəaliyyət göstərmək ixtiyarı yoxdur. Kooperativin icra orqanları idarə heyəti və (və ya) onun sədridir. Onlar kooperativin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, müşahidə şurasına və kooperativ üzvlərinin ümumi yığıncağına hesabat verirlər. Kooperativin müşahidə şurasının və idarə heyətinin üzvləri, habelə kooperativin sədri yalnız kooperativin üzvlərindən ola bilər. Müşahidə şurasının və ya icra orqanının üzvü oxşar kooperativin üzvü ola bilməz. Kooperativin üzvü eyni zamanda müşahidə şurasının üzvü və idarə heyətinin və ya kooperativin sədri ola bilməz. 111.2. Kooperativin idarəetmə orqanlarının səlahiyyətləri və onların qərarlar qəbul etməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyənləşdirilir. 111.7. Kooperativ üzvlərinin ümumi yığıncağı üzvlərin (yaxud onların nümayəndələrinin) yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Müvəkkillərin yığıncağı seçilmiş müvəkkillərin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 111.8. Kooperativ üzvlərinin ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən ildə bir dəfədən az olmayaraq nizamnamə ilə müəyyənləşdirilmiş müddətlərdə və qaydada, ancaq maliyyə ilinin başa çatmasından ən geci üç ay keçənədək çağırılır. Kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılır. İdarə heyətinin (sədrin), müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin ən azı dörddə birinin tələbi ilə kooperativ üzvlərinin növbədənkənar ümumi yığıncağı idarə heyəti (sədr) tərəfindən on beş gün müddətində kooperativin nizamnaməsində müəyyənləşdirilmiş qaydada çağırılır. "xxxx"MTK-nin xx.xx.2001-ci il tarixli Nizamnaməsinin 8.1-ci bəndində qeyd olunmuşdur ki,ümumi yığıncaq kooperativ üzvlərinin yarıdan çoxu (müvəkkillərinin üçdə ikisindən çoxu) iştirak etdikdə səlahiyyətli sayılır. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim olunmuş xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolunun surətindən görünür ki, iclasda cəmi 22 sakin iştirak etmişdir.Lakin iştirakçılardan X8 və X1 protokolu imzalamamışlar. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi-vəkili həmin şəxslərin də adı olan daha 13 nəfərin imzası ilə protokola əlavə vermişdir. Lakin həmin şəxslərin xx.xx.2022-ci il tarixli iclasda iştirakı öz təsdiqini tapmır.Belə ki, iddiaçının nümayəndəsivəkili həmin şəxslərin karonavirus pandemiyası ilə əlaqədar iclasda qiyabi iştirak etdiklərini bildirsə də bu faktı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa protokolda iki ailənin iki üzvünün adları vardır-X5 və X4,X12 və X2. İşin hallarından görünür ki, "xxxx"MTK 60 mənzili əhatə edir.(İşin bu halını hər iki tərəf təsdiq edir). Buna baxmayaraq iclasda 18 nəfər kooperativ üzvü iştirak etmişdir(22 nəfərin adı yazılsa da iki nəfər protokolu inzalamamış, iki nəfər isə eyni ailə üzvləridir) Bundan başqa, ümumi yığıncağın Mülki Məcəllədə göstərilən çağırılma qaydası pozulmuşdur. Ümumi yığıncağın hansı əsasla-sədr,müşahidə şurasının və təftiş komissiyasının (müfəttişin) təşəbbüsü, yaxud səs hüququna malik olan üzvlərin azı dörddə birinin tələbi ilə çağırılması barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan halda ümumi yığıncaq səlahiyyətli sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,ilkin iddia bu cür iddia vermək üçün subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir.Ona görə də təmin oluna bilməz. Ümumi yığıncaq səlahiyyətli sayılmadığından qarşılıqlı iddiaçı Cavabdeh hazlrda "xxxx"MTK-nin sədridir və onun qarşılıqlı iddia tələbinin qanuni əsası mövcuddur.Ona görə də qarşılıqlı iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı "xxxx"MTK-nə məxsus möhürün, açarların, bütün sənədlərin qaytarılmasına dair ilk idda təmin olunmasın. Qarşılıqlı iddia təmin olunsun. "xxxx"MTK-nin xx.xx.2022-ci il tarixli iclasının 1 saylı protokolu etibarsız hesab edilsin. Hər iki iddia üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1746/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1746/2022
28.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver