Məhkəmə qərarları › İş №2(007)-176/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-176/2022

11.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-176/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın natura qaydada bölünməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın natura qaydada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə işə baxılarkən iddiaçı iddia tələbinin həcmini azaltmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79.30 kv.m yaşayış sahəsi olan mənzil İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətindədir. Belə ki,onların adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 16.11.2020-ci il tarixdə ********** saylı Çıxarış verilib. Ümumi paylı mülkiyyətdə olan əmlak, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** saylı çıxarışı ilə İddiaçı ½ hissədə, Cavabdeh 1/2 hissədə məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə və ya belə paylar müəyyənləşdirilmədən ümumi mülkiyyətdə ola bilər. Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışından görünür ki, əmlak ümumi paylı mülkiyyət şəklində müəyyən edilib. ünvan 1 ünvanında 79.30 kv.m olan mənzili paylara uyğun naturada bölmək sahənin azlığı və payçıların çoxluğu səbəbindən qeyrimümkündür.Cavabdeh isə mənzilin satılması və əldə edilən pulun paylara mütənasib şəkildə bölünməsinə etiraz etdiyindən işin məhkəmə qaydasında həll olunması zərurəti yaranıb. Belə halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı 220.3-220.5-ci maddələrində müəyyənləşdirilən qaydalara əsasən ümumi mülkiyyətdə olan mənzil mülkiyyətçilər arasında onların paylarına mütənasib olaraq naturada bölünə bilər.Qeyd olunanlara əsasən Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79.30 kv.m yaşayış sahəsi olan mənzilin İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payı nəzərə alnmaqla naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən 16.11.2020-ci il tarixdə ********** saylı Çıxarışdan görünür ki, ünvan 1 ünvanında 79.30 kv.m olan mənzil İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 21 dekabr 2021-ci il tarixli rəyində qeyd olunur ki, Bakı şəhəri, Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79.30 kv.m yaşayış sahəsi olan mənzilinin mülkiyyətçilərin paylarına uyğun olaraq naturada bölünməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin aşağıda sadalanan maddələrinə əsasən: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşin məhkəmədə araşdırılan halları ilə müəyyən olundu ki, Bakı şəhəri,Ə.Hacıyev küçəsindəki 36 saylı evin 42 saylı, 79.30 kv.m yaşayış sahəsi olan mənzil İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylı mülkiyyətindədir. İddiaçı həmin mənzilin paylara uyğun naturada bölünməzini xahiş edir.Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin iş üzrə verdiyi 21 dekabr 2021-ci il tarixli rəyindən görünür ki,mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölgüsü mümkün deyil.Qeyd olunanlara əsasən məhkəmə iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı əmlakın natura qaydada bölünməsi tələbinə dair iddiası təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar