Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1769/2025 14.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və yetkinlik yaşına çatmayan uşaqları X5, X3, X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzilindən (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1 saylı mənzilindən) istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzili (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1) onun şəxsi mülkiyyətindədir. Həmin mənzilli o, 31 mart 2024-cü il tarixdə AN-İ № ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 almış, sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. X4 mənzili satandan sonra öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 5 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalmışdır. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, alqısatqı zamanı mənzilin qiymətini tam şəkildə ödəmişdir. Cavabdehlər alqı-satqı edən zaman mübahisəli mənzilin satılmasına razılıq vermiş və bununla bağlı notariat işində razılıq ərizəsi da vardır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X4 arasında bağlanmış 31 mart 2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzili (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1) iddiaçıya satmışdır. Müqavilənin 8 və 13-cü bəndində qeyd edilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür və satıcı X4 xx.xx.2024-cü il tarixinədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 03 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına həmin tarixdə qeydə alınmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, cavabdehlər və yetkinlik yaşına çatmayan uşaqlar X9, X7, X6 mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Bundan əlavə 34 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 234 nömrəli, xx.xx.2025-ci il tarixli arayışı ilə Cavabdeh4 və ailə üzvlərinin mübahisəli mənzildə qeydiyyatda olsalar da orada yaşamadıqları və mənzilin satıldığı müəyyən edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzilinə (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1) qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehlər və yetkinlik yaşına çatmayan X9, X7, X6 həmin mənzildə yaşamadıqları üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarında olan sənədlər də onların qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə onu da qeyd edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə yanaşı yetkinlik yaşına çatmayan X9, X7, X2 da mübahisəli mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, onlarla birlikdə yetkinlik yaşına çatmayan X9, X7, X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzilindən (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1) istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci 9.1.20-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı müharibə veteranı olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçün onun ödəməkdən azad olduğu 100 manat dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4, onlarla birlikdə yetkinlik yaşına çatmayan X5, X3, X2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 42 saylı evin, 1 saylı mənzilindən (yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmaməddin Nəsimi küçəsi, giriş 132, M1, M1) istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1769/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1769/2025
14.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver