Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-177/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, o, Cavabdeh1 xeyli miqdarda qızılziynət əşyalarını vermişdir, gəlib evindən aparıb dolanmaq üçün satmışdır. Zeynəb qızılziynət əşyalarından sataraq özü bir qismini ödəmiş, sonra isə ödəməkdən boyun qaçırmışdır. Kimlərə satıb, onlarla əlaqə yaradıb guya verməyiblər və yaxud ala bilmir. Ondan mal aparanda söz vermişdir ki, hamısını satıb qaytaracaq. Lakin əri Haqverdi Hilal oğlu ilə birlikdə Sabunçu rayonunda Zümrüd adlı bir qadınla onun əri Haqverdi ilə birlikdə 8000 manat qızıl-ziynət əşyalarını satmış, az miqdarda ödəniş etmiş, qalan hissəsini əri ilə mənimsəmişlər. X12 əri Maarifdən əl yazısı almış öz adına və ona demişdir ki, X28 kəndinə köçüb qaçmışdır. Hələ də Haqverdi Hilal oğlu və Cavabdeh1 borclarını qaytarmaq istəmirlər. O, 23-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Bu barədə qərarı məhkəməyə təqdim etmişdir. Cavabdeh1 Aidə Nəriman qızına, qızı Aytənə 25.000 manatdan çox qızıl vermiş və onun 11.500 manat borcu qalmışdır. Könül adlı qadına 12.000 manat qızıl vermi, 6000 borcu qalmışdır. Sevil adlı qadına 1200 manat sırğanı (750 əyar) satmış, hələ də pulunu vermir. Malları geri istəyəndə almır və yaxud özü alıb yeyir. Bibisi oğlunun arvadına 2700 manatlıq qızıl vermişdir. Özünün fikri dələduzluq niyyəti olub. O hər dəfə malları istəyəndə bəhanələr gətirmişdir. Bilmişdir ki, onun evi yoxdur, uçuq bir bağçada yaşayır. Belə vicdansızlığı heç bir adam etməz. Cavabdeh3 Cavabdeh1 tanışı olmuşdur. O da, xeyli miqdarda qızıl-ziynət əşyalarını və vəsaitini ələ keçirmişdir. Sevilin ona 32.000 manat məbləğində qızıl və pul borcu var. Malları, pulu istəyəndə ona ev verəcəyini demiş, lain evi başqa borcluya vermişdir. Göstərilənlərə əsasən, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 19.500 (on doqquz min beş yüz) manat dəyərində qızıl-ziynət əşyalarının və ya pul vəsaitinin geri qaytarılmaqla ziyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə iddia ərizəsinə etirazla müraciət edərək bildirmişlər ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 19500 manat dəyərində qızıl zinət əşyalarının qaytarılmasına dair iddia qaldırmışdır. İddiaçı bununla üçüncü dəfədir ki, eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsində İddiaçı Cavabdeh1 qarşı pul tələbinə dair iddia irəli sürərək Cavabdeh1 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat əsas məbləğ, 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. “İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ona 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat borcludur. Cavabdeh1 ona borclu olduğu 8000 (səkkiz min) ABŞ dolları və 8000 (səkkiz min) manat məbləğində qızıl-ziynət əşyalarını müxtəlif vaxtlarda satmaq üçün ondan almış və qızıl-zinət əşyalarını satıb pulunu ona qaytaracağına söz versə də, indiyə kimi buna əməl etməmiş və nə pulu qaytarmış, nə də qızıl-zinət əşyalarını. Dəfələrlə Cavabdeh1 həmin məbləğin verilməsi əlaqədar müraciət etsə də, o, müxtəlif bəhanələrlə ona borclu olduğu pulu qaytarmaqdan boyun qaçırır. İddiaçı Hüseyin qızı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 53-cü maddəsinə uyğun olaraq iddia ərizəsinə dəqiqləşdirmə verərək Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim X26) 29 noyabr 2021-ci il tarixli 2(007)-3312/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsində deyilir ki, “Həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, iddiaçı cavabdehə və digər şəxlərə qızıl-zinət əşyalarını 2009-2010-cu il tarixlərində vermiş və iddiaçıya edilmiş ödənişlər 2012-ci ildə başa çatmışdır.” Yenə həmin qətnamə ilə müəyyən edilmiş və qiymət verilmişdir ki, “tərəflər arasında qızıl-zinət əşyalarının satışı ilə bağlı münasibətlərin təxminən 2009-cu ildən yarandığı müəyyən edilir. Cavabdeh tərəf zinət əşyalarının satışını 2012-ci ildən dayandırıdığını bildirmişdir. İddiaçı tərəf isə bunu inkar etməmiş, cavabdehə vermiş olduğu qızılları, ya da onların dəyərininin ödənilməsi ilə bağlı iddia ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı daha əvvəl də cavabdehə qarşı eyni tələblə xx.xx.2019-cu il tarixdə müraicət etmiş və həmin iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Odur ki, iddiaçı göstərilən tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür.” Yenə həmin qətnamədə deyilir ki, “ümumiyyətlə iddia tələbində göstərilən məbləğlər məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş yazılı qeydlə təqdim edilmişdir ki, həmin qeydlərdə müxtəlif adlı qızıl-zinət əşyaların adları sadalanmış, lakin onların dəyəri, dəyərindən nə qədər ödənildiyi, borcun nə qədər olduğu, həmçinin qızılların məhz cavabdehə verilməsi halı öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı qızıl-zinət əşyalarının alveri ilə məşğul olan zaman təkcə cavabdehlə deyil, bir çox şəxslərlə əməkdaşlıq etmiş və onlar barəsində də Bakı şəhər Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində də araşdırma aparılmışdır. Belə ki, iddiaçı cavabdehin ona 24000 manat borcunun olduğunu qeyd etsə də, cavabdehə nə qədər qızıl-zinət əşyası verdiyini, nə qədər ödəniş edildiyinə dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir." Qətnamədən iddiaçının nümayəndəsi - vəkili apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1913/2022 nömrəli iş üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Babayev (sədrlik edən və məruzəçi). Şərafət Məmmədova və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-5632/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1913/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni iddiaçının Cavabdeh1 qarşı eyni tələblə iddiası üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Eyni zamanda iddiaçı bundan sonra da yenidən məhkəmədə beş nəfərə qarşı birlikdə iddia qaldıraraq cavabdeh X1 10.000 manat, X3 4.000 manat, X11 9.000 manat, X15 4.630 manat və Cavabdeh1 12.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki qanuni qüvvəsini almış qətnamədə Zeynəbə qarşı irəli sürdüyü iddia tələbi ilə iddiaçının bu iddia tələbi eyni iddia tələbidir. Lakin başqa cavabdehləri də cavabdeh kimi qoşaraq qəsdən dolaşıqlıq yaratmağa və guya yeni iddia irəli sürməyə çalışmışdır. Bununla da iddiaçı qəsdən məhkəməyə əsassız iddia tələbi vermişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə iş № 2(004)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilddia tələbi qismən təmin edilərək cavabdeh X8 600 manat, X1 10.000 manat, X3 4.000 manat, X11 9.000 manat, X15 4.630 manat və Cavabdeh1 12.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilsi qət edilərək iddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verdik. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3344/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Apellyasiya şikayətləri qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi ləğv olundu. İddiaçı X13, X4, X5, X16, X24 və Cavabdeh1 qarşı “qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manat pulun qaytarılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanıldı. İddiaçı indi də yenə üç nəfərə qarşı eyni iddia tələbi ilə məhkəmədə iddia qaldırmışdır. İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı eyni iddia ilə iddia qaldırmışdır. Hesab edirlər ki, iddiaçı müxtəlif vaxtlarda bu cür iddialar qaldırsa da, iddianın əsası eynidir və tələb də eyni iddiadır. Artıq həmin tələblə bağlı qeyd etdiyi kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. Göstərilənlərə əsasən, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X19 qarşı qızıl zinət əşyalarının qaytarılmasına dair iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, əlavə olaraq göstərdi ki, ekspert rəyi ilə razı deyil. Ekspert rəyində səhv qeyd edilib, imza Zeynəbə məxsusdur. Sevil onun sırğasını aparmış və Zeynəbə vermişdir. Haqverdi isə Zeynəbin həyat yoldaşıdır. Cavabdehin onunla barışmaq fikri yoxdur. Onun mal-mülkünü, qızıllarını camaata paylayıb. O, Zeynəbə malını ona qaytarmasını demişdir. Çünki o, malları Zeynəbə vermişdir və ondan tələb edir. Zeynəb hər borcdan biraz qaytarmışdır. Ya onun qızılını, ya pulunu qaytarmasını istəyir. O, hakim Babək Qasımovun zamanında mallarını istəyən zaman, hələ qızılın qiyməti qalxmamışdı. Həmin qətnamədə göstərilən məbləğ hazırkı tələbinin 8000 manatlıq hissəsini əhatə edir. Amma tələb etdiyi yerdə qalan məbləğ başqa puldur. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, o, Zeynəb ilə Mahirə qızıl alveri edən zaman demişdir ki, bu alveri dayandırsınlar, alver etməsinlər. Həqiqətən də Aidə adlı xanımın 4500 manat borcu olmuşdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişlər ki, iddiaçı cavabdehə və digər şəxslərə qızıl-ziynət əşyalarını 2009-2010-cu illərdə vermişdir. Cavabdeh2 ilə iddiaçı hər hansı qızıl-ziynət əşyalarının alqı-satqısını etməmişdir. Digər cavabdehlər iddiaçıya qızıl-ziynət əşyalarının ödənişlərini 2011-ci ildə başa çatdırmışlar. Göstərilənlərə əsasən, İddiaçı pul və qızıl-ziynət əşyalarının tələbi üzrə iddia müddətinin keçməsinə dair ərizəni tətbiq edərək iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək göstərdi ki, onlar iddiaçı ilə 10 il şərikli alver etmişlər. O vaxtı mülki iş üzrə hakim Babək Qasımovun qətnaməsi var. Onun Mahirəyə heç bir borcu yoxdur. Hazırki mülki iş ilə əvvəlki mülki iş eyni məsələni əhatə edir. Digər məsələdən heç bir fərqi yoxdur. İddiaçı hər dəfə fərqli məbləğ yazır və hamısı yalandır. Mahirə onu beş dəfə məhkəməyə vermişdir. O, Sevilə qızıl sırğa vermiş və sırğanın dəyəri 600 manat olmuşdur. 200 manatını vermiş, 600 manatı qalmışdır. Həmin vaxt Mahirə ev götürmüş və bu səbəbdən də, banka pul ödəməli olmuşdur. O pulu 600 manat borcunun əvəzi olaraq, Sevil 1200 manat pulu banka ödəmişdir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “T.Zeynəb” imzalı, Nizami RPİ-nin müstəntiqi Nicat Osmanova ünvanlanmış ərizənin surətindən görünür ki, Cavabdeh1 “İddiaçı borcum var idi. İstəyirdi vəkil tutub işlərimizi gördürə. 2020-ci il fevral ayında Mahirə müəllimə ilə Keşlə parkında görüşdük. Onun yanında Azadə adlı 1 nəfər var idi. Mən də 200 manat Mahirə müəllimənin borcundan verdim. Mahirə də yanımda o oğlana verdi.” məzmunlu ərizə ilə müstəntiqə müraciət etmişdir. -AA seriyalı 212620 nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 058103 nömrə ilə məcburi köçkün kimi qeydə alınmışdır. - “Aidə” başlıqlı vərəqin surətindən görünür ki, “üzük 1000 m-100 m=900 m; saat 1000 m-100 m=900 m; komplekt 24.5=1000 m=750 m; qolbağ 400- 200 m=200; sep kolye 350 m=200 m; klon 400-250=150 m; sep 13.5-550 m=200 m; K-üzüyü 350-50=300 m; komplekt 750-100= 650 m” qeyd edilmişdir. -xx.xx.2010-cu il tarixli vərəqin surətindən görünür ki, “Mən X2 Haqverdi Hilal oğlundan üç min dörd yüz əlli AZN (3450) manat qızıl ziniyət əşyası götürmüşəm. Bu məbləği 2015 yanvar ayında qaytaracağam. Xəstəxana yanı AZE ********. Tel: 051 311 33
74. İmza Baxışov M. Söz verirəm ki, deyilən vaxta qədər 3450 manat pulu qaytaracam.” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. -xx.xx.2019-cu il tarixli vərəqin surətindən görünür ki, “X36 Cavabdeh1 qızıl zinyət əşyalarını götürüb başqasına vermişəm. İnşallah bu yaxın gələcəkdə qalan hissəni hissəhissə ödəyəcəm” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. - “Könül Mahirə” başlıqlı vərəqin surətindən görünür ki, “ kompl: 600d-250=230; klon 400 d- 250 m= 230; komp 900 m-520 m= 380; abruçol 500 d-250 m= 150 m; üzük 400 d- 200 m= 1300 m; üzük 350 d-150 m=130; kompl 750 d-230 m=320 m; sep 150 m-80 m= 70; 1050+170 m borc qaldı. Zeynəbə borcludur 4200 m” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. - “Aidə Zeynəb” başlıqlı vərəqin surətindən görünür ki, “komplekt 600 m- 600 m, sırğa 100 m-100m, komplekt 850 m- 380 m, komplekt 1300m-350 m, abruçol 400 m-40 m, sırğa 400 m-350 d, sırğa 600 m-200 m, üzük 450 m-100 d, komplekt 1300 m-350 m, komplekt 1200 m-300 d, sep 700 m-300 d, üzük 1200 m- 400 m, komplekt 1200 m-400 m, komplekt 1350 m-800 m, komplekt 1700 m-800 m, üzük 450 m -150 m, borc 13800 m-8350= 5450, 6500 cəmi 11500 manat. 2014-2018-ci il” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. - “Aytən Mahirə” başlıqlı vərəqdən görünür ki, həmin vərəqin ön üzündə “sırğa svetofor-340 d, sırğa 30 ş, üzük 75 q-20=55 d, üzük 300 d, üzük balaca 25 d, komplekt 750 d 500 d, aburçalni 300 d, 23 ıv, üzük 300 d, sep kardinal 300 d-50 d=240, saat 1000 d-100 d= 900, sep klon 200 d, üzük 100 m, üzük T 200 d, üzük 380 d, komplekt 750 500 d, sırğa 25 ş, komplekt 700 d 500 d- 6500, imza Cavabdeh1, Esmira”, arxa üzündə “ üzük 350 d, 2017-ci il 2020-ci ilə kimi, 80 $, 25 $, 30 $, 100 $, 50, 15 $ - 300 $, verdik 6500 man., aburçol 200$ 80$, üzük oğlan 50 m Z, sırğa 30 man, komplekt 100 m Ay, komplekt 100 m özü, klon 15 m, qolbağ 100 m, qolbağ 50 m Jalə, təzə” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. - “Mənim” başlıqlı vərəqdən görünür ki, həmin vərəqin ön üzündə “Mənim 3700 borcum qaldı. Esmira 15 iyun. Komplekt 950 d-100 m. 50m, qolbağ 400 d, komplekt 750 d, üzük 65 man verdi +, sep 465 d-100= 365 man, sırğa 40 m verdi 400 $, üzük 320 d, üzük 400 d-100=300, komplekt 96 m, 300 m, üzük 43 d, üzük 45 d, sırğa 30 d, sırğa 18 d”, arxa üzündə “üzük 250 m, üzük 200 m, sırğa 40 m” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. -“17.Vİİİ.2013-2017” başlıqlı vərəqdən görünür ki, həmin vərəqin ön üzündə “1.komplekt br 950 $-100 m-100m=700-100, 2.sırğa-40 m-15m-10, 3.komplekt 750 $-500- 250, 4. Qolbağ 400$ A, 5.üzük 65 m-15 m=50 man, 6. Sep 465 $-100 $-100-100-165= 265$, 7.üzük 400$-50-50$=300$, 8.üzük 40m-20m-20m, 9.sırğa 25m-10m=15m, 10.sırğa 18-10=8, 11.aburçalni 200 $-50$, 12. sırğa 300 $-30m-30m-30ş,13.komplekt 500$-100$- 100=300$, 14.klon 300$-100$=200$, 15.üzük br 230$-50-50d, 16.üzük it 200$-50$-50$, 17.sırğa 147 m -10 m-10 m=127m, 18. Üzük 37m -15ş=22ş, 19.üzük 138 m-15ş=23, 20.sep klon 400 m-25=385$, 15 qr/1810 $, 30ş=70$-50m=20ş” arxa üzündə “21. Sırğa 40 m, 22.sep 270 $-50 m verdi, 23. üzük 57 m yantar, 24. mirvari 100 m, üzük it 80 m-40 ş=40 qotar, mir, şarik üzük üç qaş 80 ş, Əm sep 16 q=160 ş-30ş=130 ş-30=100 s-30=70, sep 8.8 280d-50d, qol 9.5=290d, aburçalni 200d, üzük 25 ş-10ş=15ş, şəbəkə komplekt 440d-50d-100-100d= 240d, sep Natiq 500-100 d=400, sep 5-lik 400 d-100=300, sep 11 q 137ş-30ş, sep 12qx 32= 174ş, komp 850d sibir -100m, komp 8000-100 Sevil, klon (750) 450d, İmza Zeynəb” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. -“Esmira verəcək. Mahirə” başlıqlı vərəqdən görünür ki, “sep 250m-50m-40m- 50m=110, klon 250m-50m-50m-50m-50m=50m, komlekt 750m-50m-50m=650, sep 270m- 50m-50m=170m, üzük 150-40-40-30=40m- 1020 m, 2020-ci il, 1150-300, 670-30,1150- 600” məzmunlu yazı qeyd edilərək imzalanmışdır. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3312/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddaçı İddiaçı Cavabdeh1 qarşı “Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1913/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (007)-3312/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5632/22 saylı, xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1913/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamılmışdır. -xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-13-52-1/26152 saylı məktubunun surətindən görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh X8 600 manat, X1 10.000 manat, X3 4.000 manat, X11 9.000 manat, X15 4.630 manat və Cavabdeh1 12.000 manat məbləğində pulun tutularaq iddiaçı X6 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3344/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-521/2023 saylı iş üzrə 02 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı X13, X4, X5, X16, X16, X24 və Cavabdeh1 qarşı “qızıl zinyət əşyalarının və ya onların bazar dəyəri olan 36 900 manat pulun qaytarılması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. -Bakı şəhəri Nizami RPİ 23-cü polis bölməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinə dair ərizəsi hadisənin baş vermə yeri nəzərə alınmaqla araşdırma aparılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə göndərilmişdir. -Məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/2063 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq eskpertizası üzrə ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 17.Vİİİ.2011-2017” başlıqlı milə mil şagir dəftəri vərəqində olan borc qəbzinin üz tərəfinin aşağı sağ hissəsində “İmza:” sözünün qarşısındakı imza, “Mənim 3700 borc qaldı” başlıqlı milə-mil qeyd dəftəri vərəqində olan borc qəbzinin üz tərəfinin orta hissəsində “verdi+” yazısının qarşısındakı imza və həmin vərəqin aşağı sağ hissəsində “sırğa” yazısının qarşısındakı imza- Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslə) tərəfindən icra olunmuşdur. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Məhkəmə araşdırması zamanı Cavabdeh1 artıq iddiaçı ilə onun arasında eyni mübahisə ilə bağlı hakim Babək Qasımovun sədrliyi ilə qətnamə qəbul edildiyini, iddiaçının sadəcə əlavə iki cavabdeh cəlb etməklə və iddianın qiymətini dəyişməklə yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə tərəfindən Cavabdeh1 göstərdiklərinə iddiaçının münasibəti öyrənilmiş, İddiaçı hazırkı iddiasının cəmi 8.000 manat hissəsinin hakim Babək Qasımovun icraatında olan iş üzrə məbləğ olduğunu, qalan borcun isə başqa borc olduğunu və məhz hazırki işə aidiyyəti olan iki ədəd qəbzi (ekspertiza tədqiqatına təqdim edilmiş qəbzlər) məhkəməyə təqdim etdiyini bildirmişdir. Cavabdeh1 isə iddiaçının bəhs etdiyi qəbzlərdəki “Cavabdeh1” sözlərinin qarşısında və ona məxsus olduğu iddia edilən heç bir imzanın ona məxsus olmadığını, iddiaçıya heç bir borcunun olmadığını bildirmişdir. Göstərilənlərlə əlaqədar, məhkəmənin qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-4/2063 nömrəli, xx.xx.2024-cü il tarixli məhkəmə-xətşünaslıq eskpertizası üzrə ekspert rəyindən müəyyən olunur ki, ekspertizaya təqdim edilmiş, 17.Vİİİ.2011-2017” başlıqlı milə mil şagir dəftəri vərəqində olan borc qəbzinin üz tərəfinin aşağı sağ hissəsində “İmza:” sözünün qarşısındakı imza, “Mənim 3700 borc qaldı” başlıqlı milə-mil qeyd dəftəri vərəqində olan borc qəbzinin üz tərəfinin orta hissəsində “verdi+” yazısının qarşısındakı imza və həmin vərəqin aşağı sağ hissəsində “sırğa” yazısının qarşısındakı imza- Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslə) tərəfindən icra olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbinin Cavabdeh1 aid hissədə təmin edilməsi üçün hüquqi əsaslar yoxdur, çünki iddiaçı məhkəməyə təqdim edilmiş qəbzdə həmin cavabdehin qızıl-zinyət əşyalarına görə borcu olduğunu öz imzası ilə təsdiq etdiyini bildirsə də, ekspert rəyi həmin imzanın Cavabdeh1 tərəfindən icra edilməməsi müəyyən edilmişdir, iddiaçı isə bunun əksini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bu yerdə, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı bəhs etdiyi qızıl-zinyət əşyalarını həmin cavabdehlərə deyil, Cavabdeh1 verdiyini, Cavabdeh1 isə öz növbəsində həmin qızıl-zinyət əşyalarını Cavabdeh2 və Cavabdeh3 verdiyini, məhz buna görə hər üç şəxsi cavabdeh qismində cəlb etdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin Cavabdeh1 münasibətdə əsassız olması, sonuncu tərəfindən sübut qismində təqdim edilmiş qəbzlərin imzalanmamasının sübuta yetirilməsi nəzərə alınmaqla, iddia tələbinin digər cavabdehlərə aid hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, ümumiyyətlə iddia tələbində göstərilən məbləğlər məhkəmədə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş yazılı qeydlə təqdim edilmiş həmin qeydlərdə müxtəlif adlı qızıl-zinət əşyalarının adları sadalanmış, lakin onların dəyəri, ayrı-ayrılıqda hər birinin dəyərindən konkret olaraq kim tərəfindən, hansı tarixdə nə qədər ödənildiyi, borcun nə qədər olduğu, həmçinin qızılların məhz cavabdehlərə verilməsi halı öz təsdiqini tapmamışdır. Digər yandan qeyd edilməlidir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı tələb üzrə iddia müddətinin ötürüldüyünü qeyd edib, bu barədə ərizə təqdim edərək iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. İddia müddətinin axımı kredit müqaviləsində müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Bununla belə, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə araşdırması müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 arasında əvvəllər də məhkəmə mübahisəsi olmuş, hazırkı iş üzrə Cavabdeh1 hazırkı iddianın əsassız olduğunu, eyni mübahisə üzrə artıq qanuni qüvvəyə minmiş və yuxarı instansiya tərəfindən dəyişdirilmədən saxlanılmış məhkəmə qərarlarının mövcud olduğunu, iddiaçının sadəcə əlavə cavabdehləri cəlb etməklə yenidən ona və digər cavabdehlərə iddia qaldırdığını qeyd etmiş, o cümlədən iddia müddətinin ötürüldüyünü bildirməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3312/2021 saylı qətnaməsinə nəzər yetirdikdə müəyyən olunur ki, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 8.000 ABŞ dolları və 8.000 manat əsas məbləğin, 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, “...Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə cavabdehə qızıl-zinət əşyaları vermiş, cavabdeh də həmin zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulu iddiaçıya ödəmişdir. Qeyd edilənləri həm tərəflər, həm də məhkəmədə şahid kimi dindirilmiş şəxslər də təsdiq etmişlər. Ona görə də göstərilənlər işin mübahisəsiz hallarıdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi xahiş etmişdir...Cavabdeh isə iddiaya münasibətdə qeyd etmişdir ki, hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Belə ki, iddiaçı tərəfindən ona satmaq üçün verilmiş qızılların bir hissəsini X14 vermişdir ki, hazırda onun 4500 manat borcu qalmışdır, X21 tərəfindən həmin pul ödəniləcəyi təqdirdə pulu iddiaçıya verəcəkdir. Məhkəmədə şahid kimi ifadə vermiş X21 və onun bacısı X9 borcları olduğu halını qəbul etmişlər....Həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, ərizədə göstərilmişdir ki, iddiaçı cavabdehə və digər şəxlərə qızıl-zinət əşyalarını 2009- 2010-cu il tarixlərində vermiş və iddiaçıya edilmiş ödənişlər 2012-ci ildə başa çatmışdır... Məhkəmə qeyd edir ki, tərəflər arasında qızıl-zinət əşyalarının satışı ilə bağlı münasibətlərin təxminən 2009-cu ildən yarandığı müəyyən edilir. Cavabdeh tərəf zinət əşyalarının satışını 2012-ci ildən dayandırıldığını bildirmişdir. İddiaçı tərəf isə bunu inkar etməmiş, cavabdehə vermiş olduğu qızılları, ya da onların dəyərininin ödənilməsi ilə bağlı iddia ilə 17 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin qeyd etmək lazımdır ki, iddiaçı daha əvvəl də cavabdehə qarşı eyni tələblə xx.xx.2019-cu il tarixdə müraicət etmiş və həmin iddia tələbi məhkəmə tərəfindən baxılmamış saxlanılmışdır. Odur ki, iddiaçı göstərilən tarixdə iddia irəli sürməklə qanunla müəyyənləşdirilmiş 3 illik iddia müddətini ötürmüşdür...Bu baxımdan, məhkəmə, iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçının Cavabdeh1 qarşı “Cavabdeh1 tərəfindən üzərinə düşən öhdəliklərin icra edilməsi və ona məxsus 24000 manat dəyərində qızıl-zinət əşyalarının və ya onların bazar dəyərinin, yəni 24000 manat məbləğində pulun və dəymiş maddi ziyana görə 15000 manat məbləğində pulun onun xeyrinə ödənilməsi” tələbi təmin edilə bilməz...”. Hazırkı iddia tələbi ilə bağlı, məhkəmə araşdırması zamanı isə müəyyən olunmuşdur ki, tərəflər arasında qızıl-zinət əşyaları satışı ilə bağlı münasibətlər təxminən 2009-cu ildən yaranmışdır, Cavabdeh1 isə, hakim Babək Qasımovun sədrliyi ilə 2021-ci ildə yekun verilmiş məhkəmə mübahisəsindən sonra ümumiyyətlə iddiaçı ilə alver etmədiyini, Cavabdeh1 iddiaçı ilə zinət əşyalarının satışı ilə bağlı münasibətlərin cəmi 10 il davam etdiyini bildirmiş, iddiaçı tərəf isə bunu inkar etməmişdir. Digər yandan, xüsusilə sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(007)-3312/2021 saylı qətnaməsi qəbul edildikdən sonra, iddiaçı, cavabdehlərə qızıl-zinət əşyaları verməsi və ya ona sonuncuların borcunun yaranması barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə iddiaçının tələbi üzrə iddia müddətinin də keçdiyini nəzərə alır və hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri- dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dаir iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğundan dövlət rüsumu ödəməkdən azad edilmişdir, iddia tələbi rədd edildiyindən isə cavabdehlərdən tutula bilməz, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 110 manat ekspertiza xərci isə iddiaçıdan tutulub, müvafiq hesaba köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dаir iddiası rədd edilsin. Məhkəmə xərci- iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 110 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X7, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Rauf Əhmədov