Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-178/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 və Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadəsində olan Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.10.2001-ci il tarixdə iddiaçı ilə Nizami rayon Bələdiyyəsi arasında bağlanmış torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.m olan ərazi 5 il müddətinə İddiaçı olğuna istifadəyə verilmişdir. Nizami Bələdiyyəsinin 14 aprel 2014-cü il tarixli, 04 nömrəli qərarına əsasən həmin torpaq sahəsində yerləşən təsərrüfat anbarı iddiaçının adına qeydiyyata alınmış və iddiaçı bələdiyyə aylıq istifadə haqqı ödəməyə başlamışdır. Həmin dövrdə iddiaçı tərəfindən təsərüffat anbarının üzərində qanunsuz tikili aparılmış və hər iki qeyri yaşayış obyekti iddiaçı tərəfindən icarəyə verilmişdir. Qeyd olunan torpaq sahəsinin və təsərrüfat anbarının yerləşdiyi əraziyə bitişik binanın birinci mərtəbəsindəki mənzil icdiaçının mülkiyyətində olmuşdur. İddiaçı ilə cavabdeh arasında ailə münasibəti pozulduqdan sonra həmin mənzil hər iki tərəf arasında bərabər şəkildə bölünmüşdür. Mənzilin qanunsuz tikiliyə tərəf olan hissəsi cavabdehin xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı qanunsuz tikili bölünə bilmədiyi üçün cavabdehə tikilinin aşağı mərtəbəsindən istifadə etməyə icazə vermişdir. Həmin vaxtdan etibarən qanunsuz tikilinin alt hissəsindən cavabdeh, üst hissəsindn isə iddiaçı gəlir götürürməyə başlamışdır. Getdikcə tərəflər arasında münasibətlər daha da pisləşniş və cavabdeh xüsusi mülkiyyətində olan mənzilə bitişik, cavabdehə məxsus qanunsuz tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Uzun sürən məhkəmə çəkişməsindən sonra Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5159/2018 saylı, 08 avqust 2018-ci il tarixli qərarı ilə yeni qərar qəbul edilərək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik qanunsuz tikili X4 hesabına sökülməsi qərara alınmışdır. İcra sənədi icra olunması üçün Nizami rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra sənədinin icrası zamanı tələbkar ilə borclu arasında mübahisə yaranmağa başlanmışdır. Belə ki, borclu məhkəmə qərarını tam icra etmək arzusunda olmuş və qanunsuz tikilinin hər mərtəbəsini sökəcəyini bildirmişdir. Lakin tələbkar icra işinə mane olaraq bildirmişdir ki, qanunsuz tilikinin birinci mərtəbəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi var, amma həmin sənədi təqdim edə bilməmişdir. Beləliklə tərəflər arasında mübahisə olduğu üçün icra işi yekunlaşdırıla bilinməmişdir. Qanunsuz tikilnin üst hissəsi tələbkarın dəstəsi tərəfindən sökülən kimi icra və probasiya şöbəsinə icra işinə xitam verilməsinə dair məktub ünvanlanmışdır. Nizami rayon icra və Probasiya şöbəsi tərəfindən tələbkarın ərizəsinə əsasən icra işinə xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı tərəfindən həmin qərardan şikayət verilmiş, Bakı Apellyasiya Mənkəməsinin 8(103)-713/2019 saylı 20.11.2019-cu il tarixli qətnaməsi ilə icdiaçının şikayəti təmin edilmiş, Nizami rayon İcra və Probasiya Şöbəsinin 09 avqust 2019-cu il tarixli, 17/71 - 3M-1890 saylı icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş, həmin icra sənədi üzrə icra hrəkətlərinin aparılması qərara alınmışdır. Cavabdeh icra işinin davam edəcəyi təqdirdə hal hazırda istifadə etdiyi qanunsuz tikilinin söküləcəyini bilib, Nizami rayon İcra və Probasiya şöbəsinə icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmiş və icra şöbəsi tərəfindən həmin ərizəyə əsasən 07.02.2020-ci il tarixli, 20266/2020-7-14 saylı icra sərədinin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Cavabdehin əsas məqsədi hüquqdan sui istifadə edərək iddiaçıya məxsus olmuş və hal hazırda məhkəmə qərarı əsasında sökülən qanunsuz tikilinin yerində yeni qeyri yaşayış sahəsi tikməkdir ki, bununla da o, vaxtı ilə iddiaçıya məxsus hüquqları əldə etməyə çalışır. Hesab edirlər ki, Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik ümumi sahəsi 47 kv.m olan torpaq sahəsinin üzərində yerləşən iki mərtəbəli qeyri yaşayış sahəsi iddiaçı tərəfindən inşa olunduğu üçün, və maraqlı şəxslərin ərizəsinə əsasən qanunsuz tikili olduğundan ikinci mərtəbəsinin söküməyi barədə qərar qəbul olunduğu üçün həmin torpaq sahəsinin üzərində olan tikili tam formada sökülməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədiklərini bildirdi və əlavə olaraq qeyd etdi ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı məhkəmədən qanunsuz tikilinin sökülməsini xahiş etsə də, həmin tikilinin onun hansı hüquqlarını pozduğunu iddia ərizəsində qeyd etməmiş və buna dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən iddiaçı ərizəsində qeyd edir ki, tərəflər arasında olan digər məhkəmə mübahisəsinə dair çıxarılmış qərar tam icra edilməmiş və cavabdehin inşa etdiyi qanunsuz tikili sökülməmişdir. Həmin məhkəmə işi üzrə iddiaçı Əskərova Hava cavabdeh İddiaçı qarşı iddia qaldırmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.08.2018-ci il tarixli qərarı ilə iddiaçı Əskərova Havanın iddiasının təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu. Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik qanunsuz tikilinin İddiaçı hesabına sökülməsi qərara alınmışdır. Həmin mülki iş üzrə mübahisə predmeti İddiaçı tikdiyi qanunsuz tikili olmuş və qərar tam icra edilərək həmin tikili sökülmüşdür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi miibahisələndirilən tikili ilə xeyli aralı məsafədə yerləşir və həmin tikililərin arasında cavabdehin mülkiyyətində olan qeyri-yaşayış sahəsi yerləşir. Belə olan halda mübahisələndirilən tikilinin iddiaçının mülkiyyətində olan qeyriyaşayış sahəsinə heç bir maneəçiliyi yoxdur, iddiaçı öz mülkiyyətindəki əmlakdan maneəsiz şəkildə istifadə edə bilir. Belə olan halda iddiaçının hazırkı iddiasının heç bir hüquqi və faktiki əsası yoxdur. Qeyd olunan mübahisəli tikili uzun müddətdir ki, cavabdehin istifadəsindədir və cavabdeh həmin tikilidən heç kimə mane olmadan, heç kimin hüququnu pozmadan qanuni şəkildə istifadə edir. Göstərdiklərinin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatının dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 avqust 2018-ci il tarixli 2(102)-5159/18 nömrəli qərarının surətindən görünür ki, 30.11.2015-ci il tarixdə Cavabdeh və X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanda yerləşən 179.2 kv.m təşkil edən qeyri-yaşayış sahəsinin üstündə və 22 saylı mağazaya bitişik ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin X2 vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 əlavə cavabdeh qismində işə cəlb edilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Əsgə-ova Hava Musa qızı və X3 cavabdeh Əskərov İsmay İ Nizami cğlu vo X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Nizami Rayon Məhkəməsinin 01 avqust 2016-cı il tarixli qətnaməsi Cavabdeh iddiasının rədd edilməsi hissəsində ləğv edilmiş, iddia təmin hissədə qismən təmin edilmiş, ünvan 6 ünvanda yerləşən 22 saylı mağazaya bitişik mübahisəli tikilinin X4 hesabına sökülməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Nizami Əsgərov tərəfindən verilmiş kassasiya şikayətidə qətnamənin ləğv edilib iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasıya Məhkəməsi Mülki Kollegiyasının 03 iyul 2017-ci i tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh və X3 apellyasiya şikayəti təmin edilməməsi, hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon məhkəməsinin 01 avqust 2016-cı il tarixli, 2(007)-476/2016 nömrəli qətnaməsi iddiaçıların apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatın iddiaçılar Cavabdeh və X1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı Cavabdeh və vəkili X8 apellyasiya instansiyası məhkəməsinin sonuncu qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02.03.2018-ci il tarixli 2(103)-2679/2018 nömrəli qətnaməsi qismən, iddiaçı Cavabdeh X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı Cavabdeh X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 8(103)-500/2020 nömrəi qərardadından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(102)-5159/18 saylı qərarı ilə iddiaçı Cavabdeh X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək ünvan 6 ünvanda yerləşən 22 saylı mağazaya bitişik qanunsuz tikilinin X4 hesabına sökülməsi qərara alınmış və icra olunması üçün icra vərəqi Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Söbəsinin 07.02.2020-ci il tarixli qərarı ilə icra sənədi Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qərardan narazı qalan borclu İddiaçı nümayəndəsivəkili Vəkil1 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı ilə, Nizami rayon İcra və Probasiya şöbəsinin 07.02.2020-ci il tarixli, 20266/2020-7-14 saylı icra işinin məhkəməyə geri qaytarılmasına dair qərarın ləğv olunması barədə borclu İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilmişdir. Tələbkar Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 8(007)- 87/2020 saylı qərardadının ləğv edilməsi və Nizami rayon İcra və Probasiya şöbəsinin 07.02.2020-ci il tarixli, 20266/2020-7-17 saylı qərarının ləğv edilməsinə dair X4 şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar Cavabdehtərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. nmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.08.2018-ci il tarixli 2(102)-5159/18 saylı qərarı ilə iddiaçı Cavabdeh X5 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilərək ünvan 6 ünvanda yerləşən 22 saylı mağazaya bitişik qanunsuz tikilinin X4 hesabına sökülməsi qərara alınmış və icra olunması üçün icra vərəqi Nizami rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon İcra və Probasiya Söbəsinin 07.02.2020-ci il tarixli qərarı ilə icra sənədi Azərbaycan Respublikası Ali Məhkəməsinə qaytarılmışdır. Qeyd olunan qərardan narazı qalan borclu İddiaçı nümayəndəsivəkili Vəkil1 şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı ilə, Nizami rayon İcra və Probasiya şöbəsinin 07.02.2020-ci il tarixli, 20266/2020-7-14 saylı icra işinin məhkəməyə geri qaytarılmasına dair qərarın ləğv olunması barədə borclu İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilmişdir. Tələbkar Cavabdeh həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 02.10.2020-ci il tarixli, 8(007)-87/2020 saylı qərardadının ləğv edilməsi və Nizami rayon İcra və Probasiya şöbəsinin 07.02.2020-ci il tarixli, 20266/2020-7-17 saylı qərarının ləğv edilməsinə dair X4 şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 8(007)-87/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, işin yuxarıda sadalanan hallarını nəzərə almaqla hesab edir ki, İddiaçı hazırki iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki, iddiaçı hazırkı mülki iş üzrə mübahisələndirdiyi tikiliyə dair maraqlı şəxs olduğunu, tikilinin onun hansı maraqlarına və hüquqlarına toxunduğunu sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh istifadəsində olan Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh istifadəsində olan Bakı şəhər, Nizami rayonu, Q.Qarayev prospekti 106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 kv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-178/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-178/2021
11.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver