Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1790/2020 01.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, X1katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dairmülkiişəaçıqməhkəməiclasındabaxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinədairiddiaərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəiləməhkəməyəmüraciətedərək, cavabdeh, Cavabdeh avtomobilə dəymiş 1634 manat zərərin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 05 dekabr 2019-cu il tarixdə saat 22:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobili Qara Qarayev prospektinin köməkçi yolunda Qara Qarayev prospektinin 39 ünvanının arxa tərəfində saxlayıb eve getmişdi. 06.12.2019-cu il tarixdə saat 01:00 radələrində ona polis əməkdaşları zəng vuraraq avtomobilinin vurulması barədə məlumat vermişlər. O, avtomobilinə yaxınlaşan zaman ona məlum olmuşdur ki, Cavabdeh etibarnamə ilə idarə etdiyi VAZ21074 markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobil qabaq sağ hissəsi ilə onun avtomobilin sağ hissəsi ilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilinə ciddi ziyan dəymişdir. Bununla da, Cavabdeh 06.12.2019-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə inzibati xəta törədən şəxs Cavabdeh izahatında törətdiyi əməli etiraf etmişdir. Törədilmiş hadisə nəticəsində avtomobilə dəymiş ziyanla bağlı avtomobillərin ixtisaslaşdırılmış təmirini həyata keçirər “İZMİR-Ş” servis tərəfindən avtomobilə baxış keçirilmiş və sıradan çıxmış avtoehtiyyat hissələrinin qiyməti 5728 manat, X4 MMC tərəfindən avtomobilə baxış keçirilmiş və sıradan çıxmış avtoehtiyyat hissəsinin qiyməti 145 manat, Ekstra Servis tərəfindən avtomobilə baxış keçirilmiş və sıradan çıxmış avtoehliyyat hissəsinin qiyməti 600 manat və avtomobil təmiri ilə bağlı usta xərci 800 manat həcmində müəyyən edilmişdir. Bundan başqa, avtomobillərin ixtisaslaşdırılmış təmirini həyata keçirən İZMİR-Ş firması ehtiyat hissələrinin siyahısını və qiymətləri ilə bağlı cədvəli qoşma sənədlərinə əlavə edir. Sığortaçı "xxxx" ASC hadisə nəticəsində ona dəymiş ziyandan 5000 manatı ödəmişdir. Lakin qalan məbləğ ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bidirdi və əlavə olaraq göstərdi ki, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi məbləğlə razılaşır və həmin məbləği ödəyəcəkdir. Lakin hazırda maddi vəziyyəti ilə bağlı vəsaiti birdəfəlik ödəyə bilməyəcəkdir. İddiaçının ödənişlərin hissə-hissə aparılmasında ona güzəşt etməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AC 442317 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ21074 markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobilin sahibi X2r. - ƏN-Vİ 754862 nömrəli etibarnamənin surətindən görünür ki, X3 ona məxsus olan VAZ21074 markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobili Cavabdeh etibar etmişdir. Etibarnamə 13.04.2019-cu il tarixdən 10 fevral 2020-ci il tarixədək verilmişdir. - AC 832792 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. - 06 dekabr 2019-cu il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 06 dekabr 2019-cu il tarixdə saat 01.00-da VAZ21074 markalı, **- SF-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; - İZMİR-Ş firmasının 24 mart 2020-ci il tarixli qüsur aktından görünür ki, “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli ehtiyyat hissələrinin qiyməti 5728 manat təşkil edir. - "xxxx" MMM-in 20 may 2020-ci il tarixli qəimə fakturadan görünür ki, “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin ümumi işçilik məbləği 800 manat təşkil etmişdir. - Performance Center tərəfindən 16 mart 2020-ci il tarixli qəbzdən görünür ki, İddiaçı ehtiyyat hissələri üçün 106.13 manat ödəniş etmişdir. - 20-00378\01\AA-032\20 saylı Siğorta Aktından görünür ki, “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6692 manat məbləğində müəyyən edilmiş və siğorta ödənişi olaraq İddiaçı 5000 manat ödəniş edilmişdir. - 18 may 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, 06 dekabr 2019-cu il tarixdə saat 01.00-da VAZ21074 markalı, **-SF-*** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh İXMnin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin hadisə nəticəsində İddiaçı məxsus “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir.20-00378\01\AA-032\20 saylı Siğorta Aktına əsasən, “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 6692 manat məbləğində müəyyən edilmiş və siğorta ödənişi olaraq İddiaçı 5000 manat ödəniş edilmişdir. Hazırda “Opel Astra” markalı, **-VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, “Opel Astra” markalı, **- VA-*** saylı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər hesablanarkən, İZMİR-Ş firmasının 24 mart 2020-ci il tarixli qüsur aktına əsasən, dəyişilməli ehtiyyat hissələrinin qiyməti 5728 manat, "xxxx" MMM-in 20 may 2020-ci il tarixli qəimə fakturasına əsasən, ümumi işçilik məbləği 800 manat, Performance Center tərəfindən 16 mart 2020-ci il tarixli qəbzə əsasən, ehtiyyat hissələri üçün 106.13 manat ödəməsi nəzərə alınmalıdır. Həmçinin siğorta ödənişi olaraq İddiaçı 5000 manat ödənilməsi də nəzərə alnmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh avtomobilə vurulan zərərə görə 1634 manat pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh avtomobilə vurulan zərərə görə 1634 manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1790/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1790/2020
01.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver