Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1813/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məmmədov İbrahim Alim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1941-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Valideynləri həmin vaxt doğum haqqında şəhadətnaməni almışlar və hətta o, Sovet pasportu da almışdır, sonra isə şəxsiyyət vəsiqəsi almışdır. Evlərinin sənədləşdirmə işlərini apararkən ondan doğum haqqında şəhadətnamə istəmişlər. Evdə sənədləri axtarakən doğum haqqında şəhadətnaməni tapmaq mümkün olmamışdır. Bununla bağlı o, doğulduğu rayon üzrə Şəmkir Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin oradan ona məxsus doğum haqqında akt qeydi aşkar edilməmişdir. Bununla bağlı o, Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət etmiş, oradan isə ona rəsmi cavab gəlmişdir ki, doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat yoxdur. Onun anası X3, atası isə X2r. Anası və atası vəfat ediblər. O, qeydiyyatda Nizami rayonunda olduğu üçün doğum haqqında şəhadətnamə almaq üçün Nizami Rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin onlar imtina etmişlər. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyətində qalmışdır. Göründüyü kimi, doğum haqqında şəhadətnaməni başqa cür əldə etmək mümkün deyil, bunun üçün doğumun (vətəndaşlıq vəziyyəti aktlarının) qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi tələb edilir. Qeyd olunanlara əsasən, atası X7, anası X3 olmaqla Ərizəçi xx xxxxxx 1941-ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçinin nümayəndəsi X4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xahişini dəqiqləşdirərək, Ərizəçi xx xxxxxx 1941-ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeyd edilməsi faktının müəyyən edilməsi və onun doğum haqqında akt qeydinin bərpa edilməsi, Ərizəçi təvəllüdünün xx xxxxxx 1941-ci il, doğulduğu yerin Şəmkir rayonu, atasının X7, milliyyətinin azərbaycanlı, anasının X5, milliyyətinin azərbaycanlı kimi yazılması, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsinin Maraqlı şəxsnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X4 ərizəni müdafiə edib, onun məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında videokonfrans vasitəsilə şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi doğma bacısıdır. 1941-ci ildə Şəmkir rayonunda anadan olub. Kənd nümayəndəliyi 3 dəfə dəyişilib. Bacısı ondan kənd nümayəndəliyinə gedib doğum haqqında şəhadətnamə almasını xahiş etmişdir, o da bir neçə dəfə getmiş, lakin orada məlumat olmadığını bildirmişlər. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında videokonfrans vasitəsilə şahid qismində dindirilən X10 ifadəsində göstərdi ki, Ərizəçi onun böyük bacısıdır. Şəmkir rayonunda anadan olub. Doğum gününün ayını və gününü xatırlamır, lakin Almasın 1941-ci ildə anadan olduğunu bilir. Kənd nümayəndəliyi ləğv olunandan sonra doğum haqqında şəhadətnaməni ala bilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1941-ci ildə Şəmkir rayonunda anadan olmuşdur və ünvan 1 ünvanında qeydiyyatdadır. - İ-ИЕ seriyalı 424600 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X9 xx.xx.1966-cı ildə nikaha daxil olmuşlar. - İİ-ИЕ seriyalı 167462 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1966-cı il tarixdə vəfat etmişdir. - 481 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, X4 və Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Maraqlı şəxs xx.xx.2021-ci il tarixli, 05Q/918/15 saylı məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, DA-01988-2021 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1938- 1941-ci illərə dair Şəmkir rayon Qeydiyyat şöbəsi, 1936-1940-cı illərə dair Şəmkir rayonu Sabir, 1937-1942-ci illərə dair Çardaxlı, 1939-1942-ci illərə dair Koltəhnəli, 1940-1941-ci illərə dair İrmosli, Eyqenfeld icra nümayəndəlikləri üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında Ərizəçi təvəllüdü haqqında heç bir məlumat yoxdur. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx xxxxxx 1941-ci il tarixdə Şəmkir rayonunda doğulmuşdur, hazırda ünvan 1-də yaşayır. Hazırda ərizəçinin doğumunu təsdiq edən ilkin sənədlər olmadığından, doğum haqqında akt qeydini bərpa etmək, bu sənədlərin əldə edilməsi qeyri-mümkün olmuşdur. Ərizəçinin müraciəti Nizami Rayon Qeydiyyat Şöbəsində araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbini, Ali Məhkəmənin Plenumunun anoloji işlərlə bağlı gəldiyi hüquqi nəticəni nəzərə alaraq, belə qənaətə gəlir ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə o, hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla isə ərizənin əsaslı olması tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1941-ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilməli və onun doğum haqqında akt qeydi bərpa edilməli, Ərizəçi təvəllüdü xx xxxxxx 1941-ci il, doğulduğu yer Şəmkir rayonu, atası X7, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı kimi yazılmalı, doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1941-ci il tarixdə Şəmkir rayonunda doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin və onun doğum haqqında akt qeydi bərpa edilsin. Ərizəçi təvəllüdü xx xxxxxx 1941-ci il, doğulduğu yer Şəmkir rayonu, atası X7, milliyyəti azərbaycanlı, anası X5, milliyyəti azərbaycanlı kimi yazılsın. Doğum haqqında akt qeydinin bərpa olunaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1813/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1813/2022
24.08.2022 · Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver