Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1818/2022 16.05.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mirzəyev Fikrət Xasay oğlu, İddiaçı cavabdeh Bakı şəhəri X1 İdarəsinə qarşı inizbati xəta haqqında protokolun ləğv olunması barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Bakı şəhəri X1 İdarəsinə qarşı inizbati xəta haqqında protokolun ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1-ci maddəsinə əsasən hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2-ci maddəsinə əsasən kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Göründüyü kimi, barəsində qərar çıxarılmış fiziki şəxs həmin qərarı mübahisələndirirsə ondan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunan qaydada şikayət verməlidir. Hazırkı iş üzrə iddiaçı qanunun bu tələbinə əməl etməmiş,mülki icraat qaydasında iddia vermişdir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalı,iddiaçıya izah olunmalıdır ki,qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət üzrə yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət vermək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268- 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh Bakı şəhəri X1 İdarəsinə qarşı inizbati xəta haqqında protokolun ləğv olunması barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yuxarı səlahiyyətli orqana və ya məhkəməyə inzibati icraat qaydasında şikayət vermək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-1818/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1818/2022
16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver