Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1845/2021 11.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və protokolun ləğvi, borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın və protokolun ləğvi, borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə quraşdırılmış işıq sayğacı üzrə ondan ziyan tələb etmələrinə dair tələbləri əsassız olduğundan, bu əsaslarla ziyan tələb etmək barədə bildiriş, ******* nömrəli protokol, 208766 nömrəli protokol, 192710 nömrəli AKT və onunla bağlı sair qərarları ləğv edilməsi və abonentdən qanunsuz pul tələb etmələri qadağan edilməsi, mübahisəli məsələyə baxılıb qərar verilənədək cavabdehlər tərəfindən onun ünvan 1 ünvanında yerləşən evinə işıq verilişinin məhdudlaşdırılması qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X5 dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evinə quraşdırılmış işıq sayğacı üzrə ondan ziyan tələb etmələrinə dair tələbləri əsassız olduğundan, bu əsaslarla 973.61 manat ziyan tələb etmə barədə bildiriş, 208766 nömrəli protokol, 192710 nömrəli AKT-a əsasən hesablanmış 973.61 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, X8 Cəmiyyətinin məsul işçiləri təxminən bir ay əvvəl ünvan 2 ünvanda İddiaçı həyət evinə quraşdırılmış sayğacı yenisi ilə əvəz etmək üçün gəlmişdilər. Onlar respublika üzrə mövcud olan bütün sayqacların dəyişdiriləcəyini bildirərək onların da sayğacı dəyişdirəcəklərini söylədilər. O, etiraz etməmiş və “xxxx” ASC-nin əməkdaşları sayğacı açıb yenisi ilə əvəz etdilər. Dedilər ki hər şey qaydasındadır. Sayğaca hər hansı bir müdaxilə halı baş verməmişdir və siz yeni sayqacın dəyərini ödəməlisiniz. O, isə etiraz edərək bildirdi ki, o bildiyi qədər sayğaclar dövlət hesabına, yəni ödənişsiz olaraq quraşdırılır. Əməkdaşlar onun bu sözlərindən sonra narazı halda çıxıb getdilər. Sonra 05.03.2021-ci ildə X8 Cəmiyyətinin məsul nümayəndəsi ona bildiriş təqdim edərək 973.61 manat əlavə işıq pulu ödəməli olduğunu bildirdilər. Guya ki, onlar köhnə sayqacı X8 Cəmiyyətinin Sayğac Quraşdırma və X6 laborotoriyasinda bir ay müddətində müşahidə etmiş və yoxlayaraq belə qənaətə gəlmişlər ki, bu sayğac az işıq pulu yazıbmış. Sayğacı quraşdıran Siz, dəyişən Siz. Bəs istehlakçının nə günahı var? Bu ona qarşı edilən misli görünməmiş saxtakarlıqdır. Ona görə ki, onun əlində qəbz var. X8 Cəmiyyətinin məsul nümayəndəsi tərəfindən 05.02.2021-ci il tarixdə ona təqdim edilmiş bu qəbzə əsasən o sayğacının göstəricisi üzrə 90.85 manat ödəməlidir və bu pulu artıq ödəmişdir. O, öz evində sadəcə olaraq ailə üzvləri ilə birlikdə yaşayır və həmişə işıq pulunu vaxtlıvaxtında ödəyir. Bəyəm o, öz evində zavod-fabrik açıb işlədir ki, 1000 manata yaxın pul yazılıb? Sayğacın nömrəsi 23870876M1719290-dır. Cavabdeh sayğacı dəyişdirmək məqsədilə sökdükdə onun, yaxud nümayəndəsinin birbaşa iştirakı ilə sayğacı sökməmişdir. Hər hansı formada məqsədli surətdə sayğaca edilmiş kənar təsir nəticəsində ondan ziyan tələb edilməsi qanunsuz və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, “xxxx” ASC-nin əməkdaşları hər ayın əvvəlində sayğaclara baxış keçirirlər və yanvar ayında sayğaca heç bir müdaxilə olmamışdır, alt qapağın möhüründə sınma müəyyən olunmamışdır. Abonentin saldosuna qeyd olunanlara əsasən istehlakçının ay ərzində maksimum sərf etdiyi enerji 213 manat təşkil edib. Hesablanmış borc 365 günə vurulub hesablanıb. Sayğacın üzərində olan və optik göz cihazı ilə baxılan zaman, dəyişdirilmiş sayğacın seriya nömrəsi A1010391 olmuşdur. Abonent saldosundan isə görünür ki, istehlakçının sayğacının baza nömrəsi A370913391M151837 kimi qeyd olunub. Nümayəndə bu fərqi “xxxx” ASC-nin mütəxəssislərindən aydınlaşdırdığını, lakin texniki cəhətdən müəyyənləşdirə bilmədiklərini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin sayğacların və cərəyan transformatorlarının yoxlanılması barədə 208766 nömrəli protokolundan görünür ki, 12.02.2021-ci il tarixli ******* əsasən 151837 nömrəli dövlət yoxlamasından keçmiş ********* nömrəli HU1561054 fazlı sayğac laboratoriya yoxlamasından keçmişdir. Yoxlama zamanı aşkar olunan qüsurlar- dövlət möhürü pozularaq daxili sxemi dəyişdirilib. Sayğacın seriya nömrəsi A370913391 olduğu halda proqram əlavəsi oxunan zaman “A1010391”olduğu aşkar olundu. Sayğaca müdaxilə olunub. İş materiallarında olan məişət istehlakçılarında sayğacların dəyişdirilməsi yoxlanılması və quraşdırılması haqqında 11.02.2021-ci il tarixli ******* nömrəli protokolundan görünür ki, 192710 akta əsasən sayğac yenisi ilə əvəz olundu. Sayğac laboratoriya şəraitində yoxlanıb rəy verilmiş və proqram əlavəsi oxunması üçün abonentin iştirakı ilə torbaya qoyularaq ******* nömrəli möhürlə möhürləndi. İş materiallarında olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 05.02.2021-ci il tarixli 192710 nömrəli Aktdan görünür ki, EEİQ-yə əsasən yeni optik göz cihazı ilə sayğac oxunan zaman sayğacın faktiki və bazadan nömrəsi A370913391 olduğu halda, optik göz vasitəsilə planşetdə A101039172 nömrə çıxır. Dövlət möhrü və alt qapaq möhrü şübhəlidir. Axan yük ampamaşa vasitəsilə ölçüldü. Sayğac yenisi ilə əvəz edilməlidir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin 972.38 manat borcu vardır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 11.02.2021-ci il tarixli ******* nömrəli protokolda istehlakçı qrafasında qeyd olunmuş Ələkbərov E. adlı şəxs ümümiyyətlə yoxdur və həmin qrafada kimin imza etməsi müəyyən olunmadı. Bundan başqa sayğac dəyişən zaman “xxxx” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları istehlakçıya heç bir protokola imza etdirməmişlər. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinə verilən suallardan məlum oldu ki, “xxxx” ASC-nin əməkdaşları hər ayın əvvəlində sayğaclara baxış keçirirlər və yanvar ayında sayğaca heç bir müdaxilə olmamışdır, alt qapağın möhüründə sınma müəyyən olunmamışdır. Protokol laboratoriya şəraitində sayğac yoxlandıqdan sonra, Akt isə yerində tərtib olunur. X4 izahatında bildirdi ki, abonentin saldosuna qeyd olunanlara əsasən istehlakçının ay ərzində maksimum sərf etdiyi enerji 213 manat təşkil edib. Hesablanmış borc 365 günə vurulub hesablanıb. Sayğacın üzərində olan və optik göz cihazı ilə baxılan zaman, dəyişdirilmiş sayğacın seriya nömrəsi A1010391 olmuşdur. Abonent saldosundan isə görünür ki, istehlakçının sayğacının baza nömrəsi A370913391M151837 kimi qeyd olunub. Nümayəndə bu fərqi “xxxx” ASC-nin mütəxəssislərindən aydınlaşdırdığını, lakin texniki cəhətdən müəyyənləşdirə bilmədiklərini bildirdi. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən həyət evində quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 208766 nömrəli protokol və 192710 nömrəli AKT əsasında İddiaçı 973.61 manat borc hesablanmışdır. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. “İstehlakçıların hüquqlarını müdafiə haqqında” Qanunun: 8-ci maddəsinə əsasən bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyribərabər şərt təklif etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən ziyanın əvəzini ödəməyə borcludur; 16-cı maddəsinə əsasən istehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş zərərin ödənilməsi hüququna malikdir; 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “X1 Qaydaları”nın: 5.2.1-ci bəndinin tələbi isə onu göstərir ki, mübahisəli sayğacdakı birləşmələrin texniki vəziyyətinə görə məsuliyyət və onlara nəzarət yarımstansiyanı istismar edən təşkilat olaraq cavabdehin üzərinə düşür; 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. İş materiallarına əlavə olunmuş 05.02.2021-ci il tarixli 192710 nömrəli “Akt”dan görünür ki, akt “X1 Qaydaları”nın 8.33-cü bəndinə riayət olunmadan iki nəfər hal şahidinin iştirakı olmadan tərtib olunmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsaslıdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış işıq sayğacına tərtib edilmiş 208766 nömrəli protokol və 192710 nömrəli akt ləğv ediməli, abonentə akt əsasında qanunsuz hesablanmış 972.38 manat məbləğində borc silinməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia ərizəsi təmin edilsin. ünvan 1 ünvanında yerləşən evə quraşdırılmış işıq sayğacına tərtib edilmiş 208766 nömrəli protokol və 192710 nömrəli akt ləğv edilsin. Abonentə akt əsasında qanunsuz hesablanmış 972.38 manat məbləğində borc silinsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1845/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1845/2021
11.06.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver