Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-185/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş zərərin və mənəvi zərərin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlaka dəymiş zərərin və mənəvi zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri Nizami rayonu Əzim Əzimzadə küçəsi 16 saylı evin 1 sayl mənzili hüquqlarını müdafiə etdiyi şəxsin xüsusi mülkiyyətindədir. Artıq uzun müddətdir ki, üst qonşusu olan cavabdeh yaşadığı mənzilə su və kanalizasiya axıdaraq iddiaçının əmlakını korlayır.Su təchizatı və kanalizasiya sistemindəki nasazlığın aradan qaldırılması ilə bağlı cavabdehin özünə dəfələrlə müraciət olunsa da, heç bir müsbət nəticəsi olmayıb, hətta bu hal daha şiddətli şəkil almağa başlayıb. Bu hal 7 ildən çoxdur ki, davam edir və faktla bağlı dövlət qurumlarına müraciət etsələr də, heç bir faydası olmayıb. Mənzil istismar idarəsinə eyni məsələ ilə bağlı müraciət etdikdən sonra 1 həftə ərzində su axıdılması ardı kəsilmədən davam edib. Elə bil cavabdeh bunu qəsdən edir.Mənzilə axıdılan çirkab suları evin mətbəx, hamam otağı və dəhlizində divar, döşəmə və tavanı yararsız vəziyyətə salıb, mətbəx və dəhlizin divarlarında olan kağız oboylar qoparaq sıradan çıxıb. Bu cür çirkab suyun axıdılması nəticəsində iddiaçının əmlakına 4500 manat ziyan dəyib. Belə ki, iddiaçının mənzilində 30 kv.m. kafel, 5 kv.m. metlax, 30 rulon oboy, 15 kv.m. laminat döşəmə, 17 kv.m. lambir, quraşdırılan mətbəx mebeli sıradan çıxıb. Bunları bərpa etməyə gücü çatmır. Çünki belə su axıtmalar mütəmadi olur.Hazırki iddia ərizəsinə mənzilin fotoşəkillərini də əlavə etmişlər. Eyni zamanda cavabdeh hüquqlarını müdafiə etdiyi şəxsə qarşı etinasızlıq, saymamazlıq etməsi ilə, illər uzunu mənzili yararsız hala salmaqla və təmirdən boyun qaçırmaqla ona mənəvi ziyan vurulub, iztirablara düçar olub. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 10000 manat mənəvi ziyan dəyib.Odur ki, qeyd olunanları nəzərə alıb, xahiş edir ki, Bakı şəhəri Nizami rayonu Əzim Əzimzadə küçəsi 16 saylı evin 3 sayl mənzilindən ona məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulması, İddiaçı mənzilinə dəymiş 4500 manat maddi-zərərin, 10000 manat mənəvi zərərin və 30 manat dövlət rüsumunun,cəmi 14.350 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasnı xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş gəlməməlsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* saylı qeydiyyat vəsiqəsindən çıxarışdan görünür ki, Bakı şəhəri, Ə.Əzimzadə küçəsindəki 16 saylı evin 1 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Ə.Əzimzadə küçəsindəki 16 saylı evin 1 saylı mənzilinə həmin evin 3 sayl mənzilindən su sızma müəyyən olunmuşdur. Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3557 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşin hallarından görünür ki, Bakı şəhəri,Ə.Əzimzadə küçəsindəki 16 saylı evin 1 saylı mənzilinə həmin evin 3 sayl mənzilindən su sızma müəyyən olunmuşdur.Su sızma nəticəsində yaranməş qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 3557 manat təşkil edir. Qeyd olunanlara əsasən,eləcə də ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki,maddi ziyanın tələb olunması hissəsində iddia qismən,yəni, 3557 manat hissədə təmin olunmalıdır. Mənəvi ziyanın tələb olunması hissəsində iddia təmin olunmamalıdır.Belə ki,iddiaçı ona mənəvi ziyan dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə iş materiallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki,iddia qismən təmin olunmalı, Bakı şəhəri Nizami rayonu Əzim Əzimzadə küçəsi 16 saylı evin 3 sayl mənzilindən iddiaçıya məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı,İddiaçı mənzilinə dəymiş 3557 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qalan hissədə iddia təmin olunmamalıdır. Ekspertiza təhqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçirilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nizami rayonu Əzim Əzimzadə küçəsi 16 saylı evin 3 saylı mənzilindən İddiaçı məxsus mənzilə su axıdılması halının qarşısının alınması üçün su-təchizat sisteminin düzəldilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Cavabdeh İddiaçı xeyrinə 3557 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Ekspertiza təhqiqatının dəyəri olan 50 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən 1 ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-185/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-185/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver