Məhkəmə qərarları › İş №2(007)-1868/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1868/2025

12.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1868/2025 12.01.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia tələblərinə dair mülki iş üzrə (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi” tələbləri) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi İddiaçı1, İddiaçının nümayəndəsi Nümayəndə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X22 iştirakları ilə, İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:

1. İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-dən xx.xx.2023-cü ildən bağlayaraq xx.xx.2007-ci il təvəllüdlü qızı İddiaçı2 23 yaşına çatanadək vurulmuş maddi zərərin əvəzi olaraq 34800 manat kompensasiya, xx.xx.2009-cu il təvəllüdlü X13 18 yaşına çatanadək vurulmuş maddi zərərin əvəzi olanıq 21480 manat kompensasiya və vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat kompensasiya, cəmi 86280 (səksən altı min iki yüz səksən) manat kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə araşdırması zamanı X37 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum X37 xx.xx.2023-cü il tarixdə, saat 08:55 radələrində Cavabdeh MMC-nin balansında olan “D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən "xxxx" QSC-nin dəmir yolu xətlərinin 124-cü km-nin, 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozaraq, hərəkətini dayandırmadan dəmir yolunun qorunan hissəsində yerləşən dəmiryolu keçidinə yaxınlaşan elektrovozun gəldiyini görməli olduğu halda görməyib, həmin keçidə daxil olan zaman traktorun ön sol tərəfi ilə elektrovozun ön sağ tərəfinin toqquşması nəticəsində toqquşmanın təsirindən traktor sağa doğru çevrilərək gözətçi məntəqəsinin yanında dayanıb, həmin keçidin gözətçisi X7 başın və gövdənin ağır küt zədələnməsinə səbəb olan çoxsaylı ağır yaraları ilə müşaiyət olunan sağlamlığa ağır zərər vurulmasına səbəb olan zərərçəkmişin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il, 10 ay müddətə azadlıqdan məhrunı etmə cəzasına məhkum edilib, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib. Hökmədən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-54/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Məhkum müxtəlif bəhanələr gətirərək vurulmuş ziyanla bağlı kompensasiya ödəməyib. O, zərərçəkmiş şəxs X9 arvadıdır, məhkəmələr tərəfindən hüquqi varisi kimi tanınıb. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar iki övladı yeti qalıb. X12 xx.xx.2007-ci il tarixdə anadan olub, hazırda X57 Kollecində ödənişli əsaslarla əyani təhsil alır, İİ kurs tələbəsidir. X13 xx.xx.2009-cu il tarixdə anadan olub, orta məktəbdə təhsil alır. Hesab edir ki, qızının 23 yaşına qədər, oğlunun isə 18 yaşına qədər saxlanması üçün atalarının əmək haqqı az olduğuna görə, minimum aylıq əmək haqqı olaraq 400 manatdan hesablanmaqla vurulmuş zərərin əvəzi olaraq kompensasiya ödənilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilib ki, məhkum X37 öz ərizəsinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli, 23-20 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixindən əmək haqqı müqaviləsinə üyğun ödənilməklə Cəmiyyətə Kon operatoru vəzifəsinə qəbul edilib, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb. Hökmlə həmçinin müəyyən edilib ki, məhkum xx.xx.2023-cü il tarixdə cavabdehin balansında olan “D655 SEM” markalı dövlət qeydiyyat nömrəsi olmayan yük qaldırıcı traktorla Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində iş yerinə getmək üçün hərərkətdə olarkən Azərbaycan Respublikasının “Yol hərərkəti haqqında” Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozması nəticəsində yolnəqliyyat hadisəsi baş verib və onun təqsirindən ərinin sağlamlığına ağır zərər vurulmasına və nəticədə ölümünə səbəb olub. Baş vermiş hadisə ilə əlaqədar o və uşaqları maddi və mənəvi ziyan çəkiblər, övladları atalarını itirdikdən sonra sarsıntılar keçirirlər, iztirablar çəkirlər. Qızının psixologiyasında problemlər yarandığına görə dəfələrlə müalicə etdirib. Bu gün də ailəsi sarsıntı içində yaşamaqda davam edir. Hesablanma aşağıdakı qaydada aparılmalıdır: Qızı İddiaçı2- xx.xx.2007-ci il tarixdə anadan olub, 23 yaşı xx.xx.2030-cu ildə tamam olur. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş verib. xx.xx.2030-xx.xx.2023 = 87 ay x 400 manat (minimum əmək haqqı)= 34800 manat. X13 xx.xx.2009-cu il tarixdə anadan olub, 18 yaşı xx.xx.2027-ci ildə tamam olur. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş verib. xx.xx.2027-xx.xx.2023= 53 ay, 21 gün x 400 manat (minimum əmək haqqı)= 21480 manat.

Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbi:

4. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən xx.xx.2023-cü ildən başlayaraq onun 23 yaşına çatanadək vurulmuş maddi zərərin əvəzi olaraq 34800 manat kompensasiya və vurulmuş mənəvi zərərin əvəzi olaraq 15000 manat kompensasiya, cəmi 49800 (qırx doqquz min səkkiz yüz) manat kompensasiyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

5. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbini onunla əsasıandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı, xx.xx.2024cü il tarixli hökmü ilə müəyyən edilib ki, məhkum X37 xx.xx.2023-cü il tarixdə, saat 08-55 radələrində "xxxx" MMC-nin balansında olan “D655 SEM" markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yiik qaldırıcı traktorla Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən "Azərbaycan Dəmir Yollar” QSC-nin dəmir yolu xətlərinin 124-cü km-nin, 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozaraq, hərəkətini dayandırmadan dəmir yolunun qorunan hissəsində yerləşən dəmiryolu keçidinə yaxınlaşan elektrovozun gəldiyini görməli olduğu halda görməyib, həmin keçidə daxil olan zaman traktorun ön sol tərəli ilə elektrovozun ön sağ tərəfinin toqquşması nəticəsində toqquşmanın təsirindən traktor sağa doğru çevrilərək gözətçi məntəqəsinin yanında dayanıb, həmin keçidin gözətçisi atası X7 başın və gövdənin ağır küt zədələnməsinə səbəb olan çoxsaylı ağır yaraları ilə mıişaiyət olunan sağlamlığa ağır zərər vurulmasına səbəb olan zərərçəkmişin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 il, 10 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə hökm verilib. Hökmədən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-54/2025 saylı. xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. Məhkum müxtəlif bəhanələr gətirərək vurulmuş ziyanla bağlı kompensasiya ödəməyib. Anası, zərərçəkmiş şəxs olan atası X9 hüquqi varisi kimi tanınıb. Baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq o və qardaşı yetim qalıblar. O, xx.xx.2007-ci ildə anadan olub, hazırda X57 Kollecində ödənişli əsaslarla təhsil alır, İİ kurs tələbəsidir. O, 25 avqust 2025-ci il tarixdə yetkinlik yaşına çatdığına görə müstəqil tələb irəli sürən 3-cü şəxs kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, onun 23 yaşına çatana qədər saxlanmağı üçün atasının əmək haqqı az olduğuna görə, minimum aylıq əmək haqqı olaraq 400 manatdan hesablanmaqla vurulmuş zərərin əvəzi olaraq kompensasiya ödənilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilib ki, məhkum X37 öz ərizəsinə əsasən cavabdehin xx.xx.2023- cü il tarixli, 23-20 nömrəli əmri ilə xx.xx.2023-cü il tarixindən əmək haqqı müqaviləsinə üyğun ödənilməklə Cəmiyyətə Kon operatoru vəzifəsinə qəbul edilib, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanıb. Hökmlə həmçinin müəyyən edilib ki, məhkum xx.xx.2023-cü il tarixdə cavabdehin balansında olan “D655 SEM” markalı dövlət qeydiyyat nömrəsi olmayan yük qaldırıcı traktorla Bakı-Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində iş yerinə getmək üçün hərərkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərərkəti haqqında" Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və onun təqsirindən atasının sağlamlığına ağır zərər vurulmasına və nəticədə ölümünə səbəb olub. Baş vermiş hadisə ilə əlaqədar o, maddi və mənəvi ziyan çəkib, atasını faciəli şəkildə itirdikdən sonra sarsıntılar keçirir, iztirab çəkir Onun psixologiyamda problemlər yarandığına görə dəfələrlə müalicə alıb. Bu gün də sarsıntı içində yaşamaqda davam edir. Hesablanma aşağıdakı qaydada aparılmalıdır: Onun 23 yaşı xx.xx.2030-cu il tarixdə tamam olur. Yol nəqliyyat hadisəsi xx.xx.2023-cü il tarixdə baş vermişdir. xx.xx.2023xx.xx.2030- 87 ay x 400 manat (minimum əmək haqqı)= 34800 manat.

Cavabdehin etiraz və ona dəlilləri:

6. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci ildə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia ilə razı deyillər, etirazlarını bildirirlər, aşağıda qeyd edilən normalara, hallara, faktlara, sübutlara görə iddianı qəbul etmirlər. İlk öncə məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsi baxımından, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Cavabdeh MMC cinayət işində ümumiyyətlə hər hansı bir tərəf (prosessual şəxs) olmayıb, yəni təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, hətta şahid belə olmayıb. Qısası həmin Cavabdeh MMC-nin hadisəyə hər hansı aidiyyəti müəyyən olunmayıb. Ona görə də, iddiaçıdan fərqli olaraq cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktı hazırkı mülki iş üzrə Cavabdeh MMC-yə münasibətdə preyudisial əhəmiyyət daşımır. Hazırki iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən xüsusi ilə diqqət yetirilməli və nəzərə alınmalı əsas amillərdən biri budur. İkincisi, hazırkı iddia ailə başçısını itirməsi əsası ilə irəli sürülüb. Belə olan halda, məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməli, yalnız bu müəyyən edildikdən sonra tələbin təmin edilməsi üçün digər əsasların mövcud olub-olmadığı yoxlanılmalıdır (belə mövqeyə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-510/2025 saylı 3 ulduzlu qərarı elektron məhkəmə informasiya sisteminə əlavə edilib). İş materiallarında olan sənədlərdən görünür ki, X5 ilə “X59” MMC arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanıb, ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul edilib, əmək müqaviləsinin 1.2-ci bəndinə görə o, işə qəbul edildikdən dərhal sonra haqqı ödənilən ictimai işlər əşkil edən müvafiq qurumun (bundan sonra “Sifarişçi”) sərəncamına verilir, işçi öz əmək funksiyalarını Sifarişçi tərəfindən müəyyən edilmiş iş yerində icra edəcək və sifarişçinin nizam-intizam qaydalarına, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi tələblərinə riayət edəcək. İşçinin əmək funksiyaları - şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatların, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri, yol və körpülərin istilik və qazanxana sistemlərinin cari təmiri, kənd təsərrüfatı müəssisələrində kömək göstərilməsi ilə əlaqədar işlər, təbii fəlakətlərin nəticəsinin aradan qaldırılması işləri, qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq, digər sosial əhəmiyyətli işlər olaraq əmək müqaviləsinin 3.1-ci bəndində müəyyən edilib. Mərhumun 2021-ci illin yanvar - dekabr ayları üzrə əmək haqqısı hər ay 250 manat (net 236.25 manat), 2022-ci ilin yanvar-dekabr ayları üzrə əmək haqqısı 300 manat (net 283.50 manat), 2023-cü ilin yanvar ayından etibarən isə öldüyü günə kimi hesablanmış əmək haqqısı 345 manat (net 326.02 manat) olub. “X59” MMC ilə "xxxx" QSC arasında xx.xx.2020-ci il tarixdə X49 Edilməsinə dair Saziş bağlanıb. Həmin saziş və əmək müqaviləsi əsasında X5 "xxxx" QSC-nin İnfrastruktur Departamentində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunub, Nemət İskəndərovun xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə bağlı ölüm haqqında xx.xx.2023-cü il tarixli şəhadətnaməsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilib. İşin mübahisəsiz halından biri də odur ki, X5 ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olmayıb. Sonuncu vəfat etməmişdən öncə İddiaçı1 özü xx.xx.2017-ci il tarixdən etibarən hal-hazırkı vaxtda daxil olmaqla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Quba X34 İdarəsi Şabran rayon X6 Rəhimli kənd filialında kitabxanaçı vəzifəsi üzrə işləyir və ona hesablanmış əmək haqqı 490 manatdır, hətta sözügedən hadisə baş verərkən də onun əmək haqqısı mərhumdan çox olub. Ailənin maddi təminatının eyni zamanda digər ailə üzvü – iddiaçı tərəfindən təmin edilməsi ilə bağlı işdə sübut olduğundan məhkəmə tərəfindən mərhum ailə başçısı kimi qəbul edilə bilməz. Belə olan halda, hazırkı iddianın təmin edilməsi üçün hər hansı bir hüquqi əsasın olmadığı müəyyən edilir. Üçüncüsü, işin mübahisəsiz halı odur ki, X37 hadisənin baş verdiyi tarixdə Cavabdeh MMC-nin işçisi olsa da, sözügedən hadisə X22 əmək funksiyalarını icra edən zaman baş verməyib. Qanuni qüvvəyə minmiş məhkəmə hökmündə həmin hadisə yol nəqliyyat hadisəsi kimi qiymətləndirilib. İddiaçı iddia ərizəsində guya məhkumun dəmir yolu keçidi istiqamətində iş yerinə getmək üçün hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun müvafiq maddələrinin pozması nəticəsində hadisənin baş verdiyinin hökmlə müəyyən edildiyini qeyd etsə də, həmin hökmdə X37 iş yerinə gedərkən həmin yol nəqliyyat hadisəsi törətməsi müəyyən edilməyib. Əksinə hökmün 10-cu səhifəsində məhkəmə baxışında tədqiq edilmiş sənəd - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2813 nömrəli ekspert rəyinə əsasən hadisənin baş vermə şəraiti nəzərə alınmaqla, hadisə ərəfəsində yükləyici traktorun (traktorun kovuşunun) hər hansı işin görülməsini həyata keçirmədiyini, yəni hadisənin iş prosesinin (yüklərin yerdəyişməsi və s.) aparılması zamanı deyil, traktorun elektrovozla toqquşması zamanı baş verdiyini nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir (həmin rəy elektron məhkəmə informasiya sisteminə əlavə edilib). Hökmün 11-12-ci səhifələrində məhkəmə baxışında tədqiq edilmiş sənəd - xx.xx.2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X22 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alının. İşəgötürən Cavabdeh MMC ilə traktorun sürücüsü X37 arasında əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən Cavabdeh MMC barədə inzibati icraat başlanılması rədd edilib (həmin qərar elektron məhkəmə informasiya sisteminə əlavə edilib). Bundan başqa iş materiallarında olan Cavabdeh MMC ilə X37 arasında bağlanmış əmək müqaviləsindən aydın olur ki, sonuncunun iş vaxtı saat 10:00-da başlayır. Lakin cinayət hadisəsi xx.xx.2023-cü il tarixdə saat 08:55-də, yəni iş vaxtından kənar baş verib. Digər tərəfdən qeyd edilməlidir ki, X37 ifadəsində yükləyici traktoru qarajdan götürdüyünü qeyd etsə də, burada qaraj deyildikdə üstü qapalı, açarla bağlanıb açılan qapısı olan və ya mühafizə olunan hasarla çevrələnmiş hər hansı bir sahədən bəhs edilmir, sadəcə olaraq işçilər texnikaları sıra ilə park etdikləri yeri öz aralarında qaraj olaraq adlandırıblar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli qərarına görə əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Göründüyü kimi hadisə yol nəqliyyat hadisəsi kimi qiymətləndirilib, həmin zaman hər hansı işin görülməsini həyata keçirilməyib, hadisə iş vaxtından kənar baş verib, qeyd edilən tarixdə X37 işçi olsa da o, hadisəni əmək funksiyalarını icra edərkən törətməyib. Cavabdeh MMC-da əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən Cavabdeh MMC barədə inzibati icraat başlanılması rədd edilib. Dördüncüsü, sözügedən hadisənin baş verməsində X5nun (zərərçəkənin) qanuna zidd qəsdi əməli də olub. İbtidai istintaq zamanı bununla bağlı ətraflı araşdırma aparılmasa da cinayət işinə Şabran Rayon Məhkəməsində baxılarkən iş üzrə ekspertiza təyin edilib, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspert rəyi iş materiallarına əlavə edilmiş və hökmün 12-ci səhifəsində göstərilib. Həmin rəyə əsasən X5nun elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələbləri onun özü tərəfindən pozulub (həmin rəy elektron məhkəmə informasiya sisteminə əlavə edilmişdir). Şabran Rayon Məhkəməsi qəbul etdiyi hökmdə bu fakta hüquqi qiymət verərək digər faktiki hallar ilə yanaşı ölmüş zərər çəkmiş şəxs X9 elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələblərinin onun özü tərəfindən pozulduğunu nəzərə alaraq X29 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin təyin edilməsi üçün əsasların və zərurətin olmadığı qənaətinə gəlib (məhkəmənin bununla bağlı mövqeyi hökmün 15-16-cı səhifələrindədir). Apellyasiya protesti əsasında cinayət işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2025-ci il tarixli 1(105)-54/2025 saylı qərarının 7-8-ci səhifələrində bu hala qiymət verərək hesab edib ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl törədilərkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə yanaşı zərərçəkmiş şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) də vəzifə təlimatlarının pozulması müəyyən edilib. Bu hal həm də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmalı olan xüsusatdır. Hadisənin baş verməsində X5nun (zərərçəkənin) qanuna zidd qəsdi əməli də olması da, iddianın əsassız olduğunu sübut edir. Bundan başqa "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilib ki, Nemət İskəndərov “X59” MMC-nin işçisi olub və "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsinə təhkim edilib. Həmin kateqoriyadan olan şəxslər dəmir yollarında zibil tullantılarının təmizlənməsi və. s kimi yardımçı işlərə cəlb olunurlar. Həmçinin, İcbari Sığorta Bürosunun xx.xx.2025-ci il il tarixli cavab məktubunda göstərilib ki, Büronun informasiya sistemində axtarış zamanı sığorta olunan qismində X5nun adına “Paşa Həyat Sığorta ASC və “X59” MMC (**********) arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” üzrə PH********** nömrəli sığorta şəhadətnaməsi aşkarlanıb. “X59” MMC ilə "xxxx" QSC arasında xx.xx.2020-ci il tarixdə X49 Edilməsinə dair Saziş aşağıdakı qeyd edilmiş şərtləri məhkəmənin nəzərinə çatdırılır: 1-ci bəndə görə “İcraçı” dedikdə, "xxxx" QSC tərəfindən müəyyən olunan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış və ictimai işləri birbaşa icra edən, işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan tədbirləri təmin edən dövlət orqan və təşkilatı, hüquqi və fiziki şəxslər (bundan sonra “İcraçılar”) başa düşülür. “İctimai işlər” dedikdə, 29 iyun 2018-ci il tarixli “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.5-ci maddəsinə müvafiq olaraq işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə həmin Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri nəzərdə tutulur. Bu Sazişin məqsədləri üçün və ictimai işlərə daxildir: (a) ərazilərin təmizlənməsi və ya abadlaşdırılması, (b) yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq: (c) ahıllara, əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət. “İşçi qüvvəsi” və ya “işçi” dedikdə, bu Sazişə uyğun olaraq Mərkəz tərəfindən işə qəbul edilən və İcraçı tərəfindən ictimai işlərə cəlb olunan az ixtisaslı və ya ixtisassız işçi(lər) başa düşülür. “İş yeri” dedikdə, “Azərbaycan Dəmir Yolları" QSC, yaxud İcraçı tərəfindən müəyyən edilən və işçi qüvvəsi tərəfindən ictimai işlərin icra edilməli olduğu açıq və ya qapalı sahə və ya yer başa düşülür. 2.1-ci bəndinə görə bu Sazişin predmeti "xxxx" QSC-nin göstərişinə əsasən, İcraçı tərəfindən təşkil olunmuş ictimai işlərə Mərkəzin təqdim etdiyi işçi qüvvəsini cəlb etməkdən, habelə işəgötürən kimi Mərkəzin işçi qüvvəsinə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı öhdəliklərinə görə İcraçının cavabdehlik daşımasından ibarətdir. 3-cü bəndinə görə 3.1 "xxxx" QSC müvafiq rayon (ərazi) üzrə ictimai işlər təşkil edir, bu işlərə nəzarəti və əlaqələndirməni həyata keçirir. 3.2 "xxxx" QSC tərəfindən müəyyən olunan İcraçı, ictimai işləri birbaşa icra edir və işçilərə münasibətdə əməyin mühafizəsi və təhlükəsizliyi ilə bağlı qanunvericiliklə nəzərdə tutulan tədbirləri təmin edir. İcraçı barədə məlumatlar bu Sazişə Əlavə 1-də qeyd edilir. 3.3 İcraçı öz növbəsində konkret ictimai işləri təşkil edərək, Mərkəz tərəfindən təhkim olunmuş işçi qüvvəsini həmin ictimai işlərə cəlb edir. 3.4 "xxxx" QSC il ərzində müvafiq dövr üzrə ictimai işlərə cəlb olunacaq işçi qüvvəsinə dair məlumatları Mərkəzə təqdim edir və Mərkəz əmək müqaviləsi bağladığı işçi qüvvəsini İcraçının tabeçiliyinə təhkim edir. 3.5 İşçi qüvvəsindən "xxxx" QSC-nin Mərkəzə təqdim etdiyi məlumatda müəyyən edilmiş sahələr üzrə ictimai işlərdə istifadə olunur. 3.6 İcraçı işçi qüvvəsinin tam səmərəli istifadə olunmasını təmin edir. Hər hansı bir ictimai işlərdə uzunmüddətli (15 gün və daha çox) boşdayanma ehtimalı yarandıqda, İcraçı Mərkəzə yazılı bildirişlə məlumat verir. 3.7 İcraçı görülmüş ictimai işlər barədə Mərkəzə aylıq məlumat təqdim edir. Həmin məlumatda görülmüş ictimai işlərin təsviri, iş yeri, işçi qüvvəsinin sayı və bu kimi məlumatlar göstərilir. Məlumatın forması Mərkəz tərəfindən müəyyən edilir. 4.2-ci bəndinə görə İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş reyimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. 4.3-cü bəndinə görə İşçi qüvvəsi ictimai işləri əmək qanunvericiliyi ilə müəyyən edilmiş normal iş vaxtı ərzində yerinə yetirməlidir. 4.4-cü bəndinə görə İşçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, onların əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı ilə və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. 5.2-ci bəndinə görə İcraçı öhdəsinə götürür ki, əməyin mühafizəsi ilə əlaqədar bu Sazişdə müəyyən edilmiş vəzifələrin icrası məqsədilə əməyin mühafizəsi üzrə məsul şəxs təyin edəcək və əməyin mühazifəsi qaydalarına riayət edilməsi vəzifəsini əməyin mühafizəsi üzrə məsul şəxsə həvalə edəcək. 6.1-ci bəndinə görə Mərkəz ictimai işlərin yerinə yetirilməsi zamanı müvafiq əmək şəraitinin təmin edilməsini, işçilərin üzrsüz səbəbdən işdə olmaması, əmək qanunvericiliyinin və bu Sazişin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə öz nümayəndələri vasitəsilə istənilən vaxt iş yerlərində monitorinq aparmaq hüququna malikdir. 7.3-cü bəndinə görə İcraçı ictimai işlərin yerinə yetirilməsi ilə bağlı olan və İcraçı və işçi qüvvəsi arasında mövcud olan münasibətlər prosesində Əmək Məcəlləsinin 195-ci maddəsində sadalanmış hallarda (xüsusilə, İcraçı tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində ictimai işləri yerinə yetirərkən işçi qüvvəsinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə və ya ictimai işləri yerinə yetirərkən işçi qüvvəsinin şəxsi əşyalarının və ya digər əmlakının İcraçı tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə) işçi qüvvəsinə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır. 7.4-cü bəndinə görə İctimai işlərlə əlaqədar tələb olunan bütün razılıq və icazələrin alınmasına görə İcraçı birbaşa məsuliyyət daşıyır. Yuxarıda qeyd edilmiş sənədlərdən, həmçinin mərhumun bağladığı əmək müqaviləsinin bu etirazda göstərilmiş şərtlərindən aydın olur ki, qeyd edilən hadisə baş verərkən ölmüş olan zərərçəkmiş şəxs təhkim olunduğu işlə yox, öz əmək funksiyalarına aid olmayan işlə (dəmir yolu keçid məntəqəsinin gözətçisi işi ilə) məşğul olub. Bununla həm də aydın olur ki, ölmüş olan zərərçəkmiş şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) həm də qanunvericiliyinin digər normalarının da pozuntusu mövcuddur. Qeyd edilən halın uzun müddətdir davam etdiyi cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilmiş X23 ifadəsi və xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilmiş X18 ifadəsi ilə öz təsdiqini tapır (şahidlərin dindirilməsi haqqında protokollar elektron məhkəmə informasiya sisteminə əlavə edilib). Qeyd edilir ki, tərəfindən verilmiş vəsatət təmin edilməsinə baxmayaraq xx.xx.1978-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüş X9 Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yol keçidində keçid gözətçisi olmasının və ya keçid gözətçisi vəzifələrini yerinə yetirməsinin hansı hüquqi əsaslara (əmrə, sərəncama və s.) görə həyata keçirilməsi barədə məlumatın, bu haqda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yol keçidində keçid gözətçisi vəzifəsində işləyənlərin kimlər olması və onların növbətçilik cədvəli barədə məlumatın, o cümlədən bu barədə müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilməsi ilə bağlı verilmiş məhkəmənin sorğusuna hələ də cavab verilməyib. Beşincisi, məhkəmə iclası zamanı tərəfindən iddiaçıya hazırkı iddianın qaldırılmasında məqsədinin aydınlaşdırılması ilə bağlı suallar verilib, onun verdiyi cavablar belə olub ki, qızını yerbəyer etmək istiyir, maddi ziyanları uşaqlara görə 30000 manat mənəvi ziyanı özünə istəyir. Borcları var, evi təmir etmək istəyirdi, atası öləndə qızı kollecə girməmişdi, sığorta pulu alınması üçün işlər gedir. Bu yerdə qeyd edilməlidir ki, iddiaçı Cavabdeh MMC-yə hazırkı iddianı qaldırarkən iddia ərizəsinin əsaslandırmasında məhkumun müxtəlif bəhanələr gətirərək vurulmuş ziyanla bağlı kompensasiya ödəmədiyini göstərib. Lakin cinayət işi üzrə Şabran Rayon Məhkəməsi qəbul etdiyi hökmdə bu hala hüquqi qiymət verərək ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə dəfələrlə cəhd etməsini, həmçinin baş varmiş cinayət hadisəsi ilə bağlı ölmüş zərər çəkmiş şəxsin hüquqi varisinə 10000 (on min) manat məbləğində kompensasiya təklif etməsinə baxmayaraq sonuncunun aralarında barışığın əldə edilməsinə razı olmamasını X22 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alıb (məhkəmənin bu mövqeyi hökmün 14-cü səhifəsindədir) apellyasiya protesti əsasında cinayət işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2025-ci il tarixli 1(105)- 54/2025 saylı qərarının 8-ci səhifəsində protesti rədd edərkən mövqeyini onunla əsaslandırıb ki, təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib, törətmiş olduğu əməl ehtiyatsızlıqdan törədilib. Zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi üçün cəhdlə edilib. Həmin cəhdlər apellyasiya icraatı zamanı davam etdirilməsinə baxmayaraq, zərərçəkmiş şəxsin hüquqi varisi ona təklif edilən 10000 (on min) manat məbləğində pulu almaqdan imtina edərək, ona 15000 (on beş) min manat məbləğində pul veriləcəyi təqdirdə barışığa razı ola biləcəyini bildirməsi, birinci instansiya məhkəməsinin barışığa cəhdin yüngülləşdirici hal kimi nəzərə almaqda haqlı olması, protestin dəlillərinin formal mülahizə kimi dəyərləndirilməli olması qənaətini qaçılmaz edir. Həmçinin Şabran Rayon Məhkəməsi qəbul etdiyi hökmün 3-4-cü səhifələrində iddiaçının ifadəsi yer alıb, həmin ifadədən görünür ki, dövlət ittihamçısının suallarına cavab olaraq evinin yarımçıq qaldığını və həmin evin tikilib tamamlanmasını istədiyini, təqsirləndirilən şəxsin ona kompensasiya təklifi olsa da, aralarında razılığın əldə edilmədiyini bildirib. Bundan başqa, apellyasiya protesti əsasında cinayət işə baxan Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında sədrlik edən apellyasiya protestinə münasibət bildirməsi üçün zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı1 (iddiaçıya) söz verib, hazırkı iddiaçı ifadəsində bildirib ki, təqsirləndirilən şəxs 15000 manat təklif etsə, razılaşar, çünki banka 15000 manat kredit borcu vardır. 10000 manat pulu qəbul etmir. İddiaçının bu ifadəsi Sumqayıt Apellyasiya Məhkəməsində cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokolunda öz əksini tapıb. Protokoldan müvafiq qeydlər aparılmasına şərait yaradılsa da, surət çıxardılmasına imkan verilməyib. Məhkəmə iclas protokol cinayət işinin İV cildinin 142-147-ci səhifələrindədir. Məhkəmə qəbul etdiyi qərarının 8-ci səhifəsində buna münasibət də bildirib. Bununla yanaşı mülki işə baxan məhkəmənin nəzərinə çatdırılır ki, cinayət işi materialları ilə tanış olarkən iddiaçının nümayəndəsinin (eyni zamanda atasının) təqsirləndirilən şəxsin vəkilinə verdiyi və sonuncu tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 5 səhifəlik evin təmir, tikintisi, usta xərcləri və s. əhatə edən qeydləri mövcuddur və həmin qeydlər elektron məhkəmə informasiya sisteminə əlavə edilib. Onu da məhkəmənin nəzərinə çatdırırlar ki, iddiaçı sığorta alınması üçün işlərin getdiyini verilmiş suala cavabında bildirsə də, məhkəmə qərardadı əsasında əldə edilmiş "xxxx" ASC-nin məktubdan və qoşma sənədlərindən isə tam əksinə aydın olub ki, xx.xx.2023-cü il tarixdə faydalanan şəxslərə cəmi 21838,09 manat birdəfəlik sığorta ödənişi hesablanıb, xx.xx.2023-cü il tarixdə İddiaçı1 (iddiaçının) bank hesabına köçürülüb. Faydalanan şəxslərə hesablanmış sığorta ödənişinin məbləği ayrı-ayrılıqda X20 10973,35 manat, İddiaçı2 9398,49 manat, İddiaçı1 1466,25 manat olub. Bütün bunlar görsədir ki, sözügedən iddianın əsl məqsədi heç də vurulmuş maddi ziyanın əvəzi olaraq kompensasiya və mənəvi ziyan almaq deyil. Bu iddia sadəcə olaraq yuxarıda qeyd edilmiş əsl məqsədləri pərdələmək üçün verilib. Altıncısı, İddiaçı1 iddia ərizəsinə İddiaçı2 hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində X57 Kollecinin aqronomluq ixtisası üzrə tələbə olaraq təhsil alması xx.xx.2025-ci il tarixli arayışını əlavə edib. Tərəfindən İddiaçı2 hansı tarixdən təhsil almağa başlaması barədə məlumatı əldə edilməsi üçün Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində X57 Kollecinə vəkil sorğusu göndərilib, sorğuya cavab olaraq bildirilib ki, İddiaçı2 xx.xx.2024-cü il tarixdən kollecdə (əyani) təhsil alır. Bununla da aydın olur ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə İddiaçı2 kollecdə təhsil alması (təhsil almağa başlaması) arasında hər hansı bir əlaqə yoxdur. Beləliklə, bütün yuxarıda sadalananlara, işin həqiqi və faktiki hallarına nəzər yetirdikdə müəyyən olunur ki, iddia tələbinin “maddi ziyanın (kompensasiyanın) tutulması” hissəsində təmin edilməsi üçün əsaslar mövcud deyil, iddia tələbinin əsassızlığını təsdiq edən mötəbər sübutlar tərəflərindən məhkəməyə təqdim edilmişdir, əlavə olaraq hazırkı etirazda da ardıcıllıqla sadalanıb. Buna görə də, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə isə qeyd edirlər ki, əvvəla həmin tələb ilkin tələbdən “törəmə” tələbdir, iddia tələbi maddi ziyanın (kompensasiyanın) tutulması hissəsində əsassız olduğundan mənəvi ziyanın tutulması hissəsində də təmin edilə bilməz. Məhkəmə araşdırması zamanı isə, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin məhz Cavabdeh MMC-nin hansısa qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi sübuta yetirilməmiş, cavabdehin hərəkət (hərəkətsizliyi) ilə mənəvi zərər arasında səbəbli əlaqə müəyyən edilməyib və məhz Cavabdeh MMC-nin hansısa təqsiri müəyyən edilməyib. Belə olan halda, hesab edirlər ki, iddia tələbi mənəvi ziyanla bağlı hissədə də əsassız olduğundan rədd edilməlidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinə etiraz edir, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci ildə etiraza əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, əvvəlki etirazda sözügedən hadisənin baş verməsində X5nun (zərərçəkənin) qanuna zidd qəsdinin, əməlinin detalları ətraflı şəkildə izah edilib, hazırda məhkəmənin sorğusuna verilmiş yeni cavablar, cavabdehin bu mövqeyinin əsaslı olduğunu bir daha təsdiq edir. Əvvəla, hadisənin baş verməsində X5nun (zərərçəkənin) qanuna zidd qəsdinin, əməlinin olması Şabran Rayon Məhkəməsinin hökmünün 15-16-cı səhifələrində və Sumqayıt Apellyasiya Məhkəməsinin qərarının 7-8-ci səhifələrində göstərilənlər ilə sübut edilir. Bu iddianın əsassız olduğunu sübut edir. xx.xx.1978-ci il tarixdə doğulmuş, xx.xx.2023-cü il tarixdə ölmüş X9 Şabran- Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yol keçidində keçid gözətçisi olmasının və ya keçid gözətçisi vəzifələrini yerinə yetirməsinin hansı hüquqi əsaslara (əmrə, sərəncama və s.) görə həyata keçirilməsi barədə məlumatın, bu haqda müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yol keçidində keçid gözətçisi vəzifəsində işləyənlərin kimlər olması və onların növbətçilik cədvəli barədə məlumatın, o cümlədən bu barədə müvafiq sənədlərin təsdiq edilmiş surətlərinin "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilməsi ilə bağlı sorğu verilib. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1/2-11665/2025 saylı elektron məktubunda göstərilib ki, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tələbi əsasında açılmış qeyri-ümumi istifadəli dəmir yolu keçididir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 27 oktyabr 2003-cü il tarixli 47/s nömrəli əmri ilə təsdiq edilmiş “X40 X39”ın 2.1-ci bəndinə və xx.xx.2021-ci il tarixli 53139 nömrəli ADY-nin göstərişinə əsasən həmin keçiddə keçid növbətçilərinin təyin edilməsi Azərbaycan Avtomobil X2b. Bu səbəbdən həmin keçiddə xidmət göstərən keçid növbətçilərinin növbətçilik cədvəli və s. məlumatlar ADY-də mövcud deyil. Məktubun qoşmasına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ADY-nin göstərişindən görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2020-ci il tarixli müraciəti nəzərə alınaraq qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə avtomobil nəqliyyatı vasitələrinin hərəkətlərinin tənzimlənməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iş zamanı xüsusi təlim keçmiş işçilərdən keçiddə növbətçi təyin edilməsi və şlaqbaumların qıfıllarının açarları səlahiyyətli nümayəndədə saxlanılması, keçiddə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən keçid növbətçisi təyin ediləcək işçilərin mütamadi olaraq PÇ-1 işçiləri tərəfindən təlimat keçirilməsi və onların işin ciddi nəzərətdə saxlanılması barədə göstəriş verilib. Məhkəmənin digər sorğusuna cavab olaraq təqdim edilmiş "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-1/2-12241/2025 saylı elektron məktubunda göstərilib ki, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidində keçid növbətçisinin təyin edilinəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müstəqil həyata keçirilib. X17 “X60” MMC-nin işçisi olaraq ADYnin İnfrastruktur departamentinin Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş və hadisə baş verən gün həmin şəxsin ADYdə iş günü olmayıb. Sözügedən müvəqqəti dəmir yolu keçidində keçid növbətçiləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 27 oktyabr 2003-cü il tarixli 47/s nömrəli əmri ilə təsdiq edilmiş “X40 X39”ın 2.1-ci bəndinə və ADY-nin xx.xx.2021-ci il tarixli 53139 nömrəli göstərişinə əsasən ADY əməkdaşları tərəfindən təlimatlandırılıblar. Məhkəmə hadisənin baş verdiyi sözügedən keçid məntəqəsində keçid növbətçilərinin kimliyi, keçid növbətçilərinin növbətçilik cədvəlləri barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu versə də, Agentlik məhkəmənin sorğusunda sorğu edilən məsələlərə cavab verməyib, onun əvəzinə məhkəməni yayındırmaq üçün mahiyyətdən kənar cavab məktubu göndərib. Tərəfindən sorğunun yenidən verilməsi və sorğuya "xxxx" QSC-nin cavab məktublarının əlavə edilməsi məhkəmədən şifahi vəsatət şəklində xahiş edilsə də, bu təmin edilməyib. Bundan başqa "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilib ki, Nemət İskəndərov “X59” MMC-nin işçisi olub və "xxxx" QSC-nin İnfrastruktur departamentinin Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsinə təhkim edilib. Həmin kateqoriyadan olan şəxslər dəmir yollarında zibil tullantılarının təmizlənməsi və. s kimi yardımçı işlərə cəlb olunurlar. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş “X59” MMC-ııiıı 20 oktyabr 2025-ci il tarixli 3-17- 7/2-28463/2025 saylı məktubunda göstərilib ki, X16 ilə Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" QSC-nin İnfrastruktur departamentinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilib. "xxxx" QSC-nin İnfrastruktur departamenti üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü "xxxx" QSC və Mərkəz arasında xx.xx.2020-ci il tarixində bağlanmış “X49 edilməsinə dair Saziş ilə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”ə Əlavə 1-də İnfrastruktur departamenti “İcraçı qurum” kimi müəyyən olunub. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. N.İskəndərovun xx.xx.2023-cü il tarixində vəfat etməsi ilə bağlı AZ-İİ 299632 nömrəli 3 1.03.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə Mərkəzə xx.xx.2023-cü il tarixində daxil olub və onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1.e (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilib. N.lskəndərov Mərkəzlə əmək münasibətlərində olduğu dövr ərzində Mərkəz tərəfindən N.İskəndərovun təhkim oldunğu ver üzrə monitorinq tədbirləri həyata keçirilməyib. X5 ilə “X59” MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən ictimai işlər üzrə köməkçi vəzifəsinə qəbul edilib, əmək müqaviləsinin 1.2-ci bəndinə görə o, işə qəbul edildikdən dərhal sonra haqqı ödənilən ictimai işlər təşkil edən müvafiq qurumun (bundan sonra “Sifarişçi”) sərəncamına verilir, işçi öz əmək funksiyalarını Sifarişçi tərəfindən müəyyən edilmiş iş yerində icra edəcək və sifarişçinin nizam- intizam qaydalarına, sağlamlığın qorunması və əməyin təhlükəsizliyi tələblərinə riayət edəcək. İşçinin əmək funksiyaları - şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması, yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatların, qocalar və əlillər üçün internat evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri, yol və körpülərin istilik və qazanxana sistemlərinin cari təmiri, kənd təsərrüfatı müəssisələrində kömək göstərilməsi ilə əlaqədar işlər, təbii fəlakətlərin nəticəsinin aradan qaldırılması işləri, qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq, digər sosial əhəmiyyətli işlər olaraq əmək müqaviləsinin 3.1-ci bəndində müəyyən edilib. Sadalananlardan aydın olur ki, sözügedən keçid məntəqəsində keçid növbətçilərinin təyin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müstəqil həyata keçirilib, Nemət İskəndərov “X59” MMC-nin işçisi olub, "xxxx" QSC-nin və ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi olmayıb, qeyd edilən hadisə baş verərkən ölmüş olan zərərçəkmiş şəxs təhkim olunduğu işlə (yəni əmək müqaviləsində təsbit edilmiş işlə, habelə “X59” MMC ilə "xxxx" QSC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış X49 edilməsinə dair Sazişdə göstərilmiş işlərlə) yox, öz iş yerinə və əmək funksiyalarına aid olmayan işlə (dəmir yolu keçid məntəqəsinin gözətçisi işi ilə) məşğul olub, hadisə bas verən şiinü ümumiyyətlə onun iş günü olmayıb. Bununla həm də aydın olur ki, ölmüş olan zərərcəkmis şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) həm də qanunsuzluzlar və pozuntular mövcud olub. Qeyd edilən hal uzun müddətdir davam etdiyi cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilmiş X23 ifadəsi və xx.xx.2023-cü il tarixdə şahid qismində dindirilmiş X18 ifadəsi ilə öz təsdiqini tapır. Beləliklə, bütün yuxanda sadalananlara, işin həqiqi və faktiki hallarına nəzər yetirdikdə müəyyən olunur ki, iddia tələbinin əsassızlığı təsdiq edən mötəbər sübutlar məhkəmədə mövcuddur. O cümlədən, iş materiallarında olan ittiham hökmünün hansı hissədə hazırkı mülki iş üzrə məcburi olduğu məhkəmənin bir neçə dəfə nəzərinə çatdırılıb, mülki iş üzrə obyektiv, hərtərəfli araşdırma aparılmasını təmin etmək üçün zəruri olan bütün sübutlar tərəfimdən məhkəməyə təqdim edilib, bəziləri isə çoxsaylı sorğular verilməldə əldə edilməklə mülki işə əlavə edilib. Hazırkı iddia üzrə cavabdehin mülki məsuliyyət daşımadığı tam şəkildə sübuta yetirilib. Bunu təsdiq edən bütün hallar həm məhkəmə iclaslarında tərəfindən məhkəmənin diqqətinə çatdırılıb, eyni zamanda əvvəlki etiraz ərizələrində və indiki etiraza əlavədə ardıcıllıqla sadalanıb. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinə etiraz edirlər, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları:

8. Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, X37 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X22 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli X22 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X37 barəsində seçilmiş “polisin nəzarəti altına vermə" növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan “655D SEM” markalı, 1** FB *** dövlət qeydiyyat nişanlı traktorun saxlanılması üçün “R COM" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi nəzərə alınması, X21 məhkəmə məsrəfi hesab olunan 185 (yüz səksən beş) manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-54/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 nömrəli, 30 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

10. Cavabdeh MMC ilə X37 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, X19 operatoru vəzifəsinə işə qəbul edilib. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş saat 10:00-da başlanılır, saat 17:00-da qurtarır. Nahar vaxtı sat 13:00-dan saat 14:00-dəkdir. İşçi hər gün 5 saat natamam iş günü işləyir, isçi həftədə 1 gün natamam iş həftəsi ilə işləyir. İş vaxtının rejimi həftə işi 7 saat, həftə sonu 5 saatdan çox olmayaraq, həftə ərzində 40 saat iş rejimidir.

11. Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli 23-20 saylı əmrinin surətindən görünür ki, X37 xx.xx.2023-cü il tarixdən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Kon operatoru vəzifəsinə işə qəbul edilib.

12. Əmək müqaviəsinə xitma verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə X37 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bədinə əsasən xitam verilmişdir.

13. Azərbaycan Respublikası Şabran Rayon İcra Hakimiyyəti Başçısının Rəhimli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 5-74-8/2-81/2025 saylı arayışından görünür ki, Şabran rayon Rəhimli kənd sakini olmuş X16 xx.xx.2023-cü ildə vəfat edib və vəfat etdiyi günə qədər himayəsində arvadı İddiaçı1, qəzə İddiaçı2 və X13 olub.

14. AZ-İ seriyalı, 184397 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X35 arasında Rəhimli İƏD üzrə nümayədəliyində xx.xx.2005-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 25 nömrə ilə qeyd edilmişdir. Ərə İskəndərov, arvada İskəndərova soyadı verilmişdir.

15. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı2 xx.xx.2007-ci ildə və X27 xx.xx.2009-cu ildə doğulmuşdur, ataları X16, anaları İddiaçı1dır.

16. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində X57 Kollecinin xx.xx.2025-ci il tarixli 3-22-23-2/3 saylı arayışışının surətindən görünür ki, İddiaçı2 X57 Kollecinin Aqronomluq ixtisası üzrə ödənişli əsaslarla İİ kurs (əyani) tələbəsidir.

17. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində X57 Kollecinin xx.xx.2025-ci il tarixli 3-22-23-2/2-36/2025 saylı məlumatından görünür ki, X57 Kollecinin “Aqronomluq” ixtisası üzrə İİ kurs tələbəsi İddiaçı2 xx.xx.2024-cü il tarixdən kollecdə (əyani) təhsil alır.

18. X59nin xx.xx.2025-ci il tarixli 3-17-7/2-10923/2025 saylı məktubundan görünür ki, X16 ilə Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" QSC-nin İnfrastruktur departamentinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilib. N.İskəndərovun xx.xx.2023-cü ildə vəfat etməsi ilə bağlı AZ-İİ 299632 nömrəli xx.xx.2023cü il tarixli ölüm haqqında şəhadətnamə Mərkəzə xx.xx.2023-cü ildə daxil olub və onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1.e (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilib. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinə əsasən işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. N.İskəndərovun vərəsələri İddiaçı1, X24 və İddiaçı2 hər birinə ayrı-ayrılıqda olmaqla, mirasın 1/3 hissəsi ödənilib.

19. xx.xx.2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X9 vərəsələri İddiaçı1, X24 və İddiaçı2dır və onların hər biri miras əmlakdan 1/3 irs almalıdır. Şəhadətnamə verilən əmlak X59nin xx.xx.2023-cü il tarixli 3-177/2-18587/2023 saylı məktubuna əsasən X10 məxsus 1313,22 manat pul vəsaitindən ibarətdir.

20. X59nin "xxxx" QSC üzrə sosial işçisi X9 əmək haqqı cədvəlindən görünür ki, onun 2021-ci ilin yanvar ayından dekabr ayınadək əmək haqqısı 250 manat, 2022-ci ilin yanvar ayından oktyabr ayınadək 300 manat, noyabr ayında 321,75, dekabr ayında 272,73 manat, yanvar və fevral aylarında 345 manat olub. Ümumilikdə 6468,09 manat ödənilib (tutulmalardan sonra).

21. İddiaçı1 barədə məlumatdan görünür ki, o, xx.xx.2017-ci ildən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X14 İdarəsində kitabxanaçı vəzifəsində işləyir və əmək haqqı məbləği 490 manat təşkil edir.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2813 nömrəli ekspert rəyindən görünür ki, yol-noqliyyat hadisəsinin baş vermə şəraitinin (mexanizminin) ekspertizanın təyin olunması haqqında qərarın təsviri hissəsində və iş materiallarında qeyd edildiyi kimi olduğunu, yəni maşinist X30 və maşinist köməkçisi X31 idarə etdikləri VL 11-M6-508-B nömrəli elektrovoz Bakı-Yalama dəmir yolunun 124-cü kilometrinin 7-ci piketində saatda 30-35 kilometr sürətlə hərəkəti zamanı dəmir yolu xəttinin yanında olan yol keçidinə çatmamış, 400-500 metr qalmış elektrovozun qalın siqnalı ilə təxminən 30 (otuz) saniyə ara ilə bir neçə dəfə siqnal verilsə də, verilmiş siqnallara məhəl qoymayan X22 idarə etdiyi yükləyici traktora təxminən 10-15 metr məsafə qaldıqda dəmiryolunun üzərinə çıxdığını görən zaman maşinistin təcili tormozlanmadan istifadə etdiyini, həmin tormoz yolunun (75 metr) qatarın hərəkəti üçün maneənin yarandığı anda traktor ilə elektrovoz arasındakı məsafədən (10-15 metrdən) çox olduğunu nəzərə aldıqda, maşinist və maşinist köməkçisi tərəfindən ‘Azərbaycan Dövlət Dəmir X38 Qaydaları”nın tələblərinin pozulması müəyyən edilmir və hadisənin qarşısının alınması üçün maşinist və maşinist köməkçisinin texniki imkanları olmamışdır. X22 idarə etdiyi yükləyici traktorun qorunan dəmiryolu keçidinə şlaabaumun açıq qalması nəticəsində dəmiryolunun üzərinə çıxması halı baş vermiş hadisənin texniki səbəbidir. Qərarın təsviri hissəsində göstərilən hadisənin baş vermə şəraiti nəzərə alınmaqla, hadisə ərəfəsində yükləyici traktorun (traktorun kovuşunun) hər hansı işin görülməsini həyata keçirmədiyini, yəni hadisənin iş prosesinin (yüklərin yerdəyişməsi və s.) aparılması zamanı deyil, traktorun elektrovozla toqquşması zamanı baş verdiyini nəzərə alaraq, baş vermiş hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir.

23. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspert rəyindən görünür ki, keçid növbətçisi X5 elektrovoz yaxınlaşan zaman şlaqbaumı bağlamadığına görə “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələbi onun özü tərəfindən pozulub (Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü).

24. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Nemət İskəndərov "X59" MMC-nin işçisi olmuş və "xxxx" QSC-nin (ADY) İnfrastruktur departamentinin Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmişdir. Həmin kateqoriyadan olan şəxslər dəmir yollarında zibil tullantılarının təmizlənməsi və s. kimi yardımçı işlərə cəlb olunurlar. Bildirirlər ki, adıçəkilən şəxs ADYnin işçisi olmadığı üçün onunla istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi ADY tərəfindən bağlanmamışdır. Hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tələbi əsasında açılmış qeyri-ümumi istifadəli dəmir yolu keçididir.

25. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidi Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tələbi əsasında açılmış qeyriümumi istifadəli dəmir yolu keçididir. Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 27 oktyabr 2003-cü il tarixli 47/s nömrəli əmri ilə təsdiq edilmiş “X40 X39”ın 2.1-ci bəndinə və xx.xx.2021-ci il tarixli 53139 nömrəli ADY-nin göstərişinə əsasən həmin keçiddə keçid növbətçilərinin təyin edilməsi Azərbaycan Avtomobil X2b. Bu səbəbdən həmin keçiddə xidmət göstərən keçid növbətçilərinin növbətçilik cədvəli və s. məlumatlar ADY-də mövcud deyildir.

26. "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidində keçid növbətçisinin təyin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müstəqil həyata keçirilmişdir. X16 “X59” MMC-nin işçisi olaraq ADY-nin İnfrastruktur departamentinin Yol xidmətinin 1 nömrəli Xaçmaz yol sahəsinə ictimai işlərin həyata keçirilməsi üçün təhkim edilmiş və hadisə baş verən gün həmin şəxsin ADY-də iş günü olmamışdır. Sözügedən müvəqqəti dəmir yolu keçidində keçid növbətçiləri Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin 27 oktyabr 2003-cü il tarixli 47/s nömrəli əmri ilə təsdiq edilmiş “X40 X39”ın 2.1-ci bəndinə və ADY-nin xx.xx.2021-ci il tarixli 53139 nömrəli göstərişinə əsasən ADY əməkdaşları tərəfindən təlimatlandırılmışlar.

27. 2023-cü ilin mart ayı üzrə Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işçilərin iş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixi istirahət günü olduğundan iş olmamışdır.

28. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli 11-1/2- 85xx-xx/2025 saylı məktubundan görünür ki, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna yeni avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında podratçı və subpodratçı təşkilatlar tərəfindən həyata keçirilmişdir. Sözügedən ərazidə avtomobil yollarının tikinti işləri Agentliyin tabeliyində olan "xxxx" MMC-nin sirafişi ilə Cavabdeh MMC tərəfindən icra olunmuşdur. Cavabdeh MMC Agentliyə tabe təşkilat olmadığından, məktubda qeyd edilən sənədlərin tərəflərindən təqdim edilməsi mümkün deyildir.

29. Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanan xx.xx.2020-ci il tarixli 10219 saylı məktubdan görünür ki, M-1 Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, dəmir yolunun Şabran-Sarvan mənzilinin 2522 km pk3-də müvəqqəti keçidin tikintisi ilə bağlı xx.xx.2020-ci il tarixli, 3/19-2466 nömrəli məktuba əsasən bildirirlər ki, sözügedən müvəqqəti keçidin tikilməsi üçün tələb olunan malmaterialların təmin edilməsi və quraşdırılması, habelə digər tikinti işlərinin aparılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmaqla, aşağıdakı göstərilən şərtlər daxilində keçidin açılmasına Cəmiyyət tərəfindən etiraz edilmir: "X40 istismarına dair" 47/S nömrəli Təlimatın tələblərinə uyğun olaraq, keçiddə keçid budkasının qoyulması və 4 nəfərdən ibarət keçid növbətçilərinin “Azərbaycan Dəmir Yolları" QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi; Keçid məhəccərlərinin qoyulması, ağır yüklü maşınların hərəkətinin təmin edilməsi ilə əlaqədar möhkəm yol örtüyünün çəkilməsi, keçid döşəmələrinin qoyulması; Dəmir yolu keçidinin nişanlarının qoyulması, işıqlandırma sisteminin təmin edilməsi, qırpışan işıqforların qoyulması və bununla bağlı digər zəruri tədbirlərin həyata keçirilməsi.

30. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X16 (bundan sonra “sığorta olunan”) “PAŞA Həyat Sığorta" ASC (bundan sonra “sığortaçı") ilə “X59" MMC arasında bağlanmış PH********** №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi"nin PH**********/23 №-li illik qoşması əsasında sığortalanmışdır. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu (bundan sonra “Qanun”) ilə tənzimlənir. Qanunun 16.3-cü və 17.4-cü maddəsinə gprə sığorta hadisəsi nəticəsində sığorta olunan öldüyü halda onun faydalanana şəxslərinə birdəfəlik sığorta ödənişi verilir və sığorta ödənişinin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hesablanır. Sığorta olunanın vəfat etdiyi xx.xx.2023-cü il tarixli istehsalat qəzası sığortaçıda xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 192 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” nəzərə alınmaqla tərtib edilmiş xx.xx.2023-cü il tarixli, **********00100 №-li "Sığorta Akt”na əsasən onun faydalanan şəxslərinə ümumilikdə 21838.09 AZN (iyirmi bir min səkkiz yüz otuz səkkiz manat, doqquz qəpik) məbləğində birdəfəlik sığorta ödənişi hesablanmaqla xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şabran filialında İddiaçı1 adına açılmış AZ07AİİB410100F**********158 saylı bank hesabına köçürülmüşdür. Faydalanan şəxslərə hesablanmış sığorta ödənişlərinin məbləği aşağıdakı kimi olmuşdur: Qanunun 5.1.2.1-ci maddəsi nəzərə alınaraq, X20 - 10973.35 AZN və İddiaçı2 - 9398.49 AZN; Qanunun 5.1.2.3-cü maddəsi nəzərə alınaraq, X20 qulluğa görə İddiaçı1 - 1466.25 AZN.

31. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat X58 Mərkəzinin xx.xx.2025-ci il tarixli 3- 17-7/2-28463/2025 saylı məktubdan görünür ki, X16 ilə Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" QSC-nin İnfrastruktur departamentinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. "xxxx" QSC-nin İnfrastruktur departamenti üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü "xxxx" QSC və Mərkəz arasında xx.xx.2020-ci il tarixində bağlanmış “X49 edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. “Saziş”ə Əlavə 1-də İnfrastruktur departamenti “İcraçı qurum” kimi müəyyən olunmuşdur. “Saziş”in 4.2-ci bəndinə əsasən İcraçı işçi qüvvəsini ictimai işlərə cəlb edərkən iş yerində əmək şəraiti şərtlərini (əmək haqqı ödənişi istisna olmaqla) əmək qanunvericiliyi normalarına uyğun təmin edir, qanunvericiliyə uyğun olaraq işçi qüvvəsinin peşə vərdişlərini, təcrübəsini, yaşını, eləcə də iş rejimini (iş və istirahət vaxtını) və digər zəruri əmək şəraitini (əməyin təhlükəsizliyi, təlimatlandırma və sair) nəzərə alır. “Saziş”in 4.4-cü bəndinə əsasən işçi qüvvəsi Mərkəzin rəsmi işçiləri hesab olunmasına baxmayaraq, əmək nizam-intizamına və gündəlik fəaliyyətinə İcraçı qurum birbaşa cavabdehdir. Bütün işçilər İcraçının tapşırığı və onun birbaşa nəzarəti altında fəaliyyət göstərir. N.İskəndərovun xx.xx.2023-cü il tarixində vəfat etməsi ilə bağlı AZ-İİ 299632 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə Mərkəzə xx.xx.2023-cü il tarixində daxil olmuş və onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1.e (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilmişdir. Məlumat üçün bildirirlər ki, N.İskəndərov Mərkəzlə əmək münasibətlərində olduğu dövr ərzində Mərkəz tərəfindən N.İskəndərovun təhkim oldunğu yer üzrə monitorinq tədbirləri həyata keçirilməmişdir.

32. DİN-in NBPİ-nin İstintaq və tətqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli Toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarın surətindən görünür ki, X37 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan əməli törətdiyi üçün ona həmin maddə ilə ittiham elan edilməsi və təqsirləndirilən şəxs qismində cəlb edilməsi, "xxxx" QSC-nin işçilərinin əməlində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin tərkib əlamətləri olmaması barədə Şabran rayon prokurorluğunun qəbul etdiyi qərarın nəzərə alınması, işəgötürən Cavabdeh MMC ilə traktor sürücü X37 arasında əmək qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən Cavabdeh MMC barəsində inzibati icraatın başlanmasının rədd edilməsi və s. qərara alınmışdır.

Tərəflərin izahatları:

33. Məhkəmə iclaslarında iddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi İddiaçı1 iddia tələblərini müdafiə edərək, iddia ərizələrinin məzmununa uyğun izahat verdi və iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, hazırda 400 manat əmək haqqı, ailə başçısını itirdiyimə görə uşaqlar üçün 311 manat məbləğində pensiya alır. Ailəni dolandıran şəxs əri idi. O, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində nəzarətçi işləyib və 345 manat əmək haqqı alıb. İddia ərizəsində 34800 manat qızına, 21480 manat oğluna, 30000 manat mənəvi ziyanı həm özü, həm də uşaqlarının gələcəyi üçün tələb edir. Evinin tikintisi yarımçıq qalıb. Qızı tələbədir, Gəncə şəhərində ödənişli əsaslarla oxuyur, oğlu 11-ci sinifdə oxuyur. Gələcəkdə qızı ailə quracaq, oğlu işə düzələcək, xərcləri olacaq. Borcxərclə evinə köçüb, amma tam bitirməyib. İddiası təmin olunsa, uşaqlarına ayıracaqdır, az hissəsini evinin təmirinə sərf edəcək, borclarını qaytaracaqdır. Əri vəfat edəndə qızı 11-ci sinifdə oxuyurdu, hələ kollecə daxil olmamışdı. Ölkə üzrə əmək haqqı artıqca onun da əmək haqqı artırdı. Sonuncu dəfə, əri vəfat etməmişdən əvvəl 400 manat məbləğində əmək haqqı alırdı. Ona sığorta haqqı ödənilib.

34. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

35. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı işləyir. İttiham aktında təqsirləndirilən şəxs İsmayıl Əhmədov ifadə verib ki, “işlədiyi gündən istifadəsində “D655 SEM” markalı yükləyici traktor olmuşdur. Onun əsas işi yükləyici traktorla torpaq və digər materialları yük maşınlarına yükləmək olmuşdur. 25 mart 2023-cü il tarixdə səhər saat 08 radələrində Cavabdeh MMC-nin Şabran rayonu Güləmli kəndində yerləşən bazasında işə getmişdir. Həmin vaxt orada sahə rəisi işləyən Eldar adlı şəxs texnikaları qarajdan götürməyə icazə vermişdir. Yəni orada ona yol vərəqi də verilməmişdir. O da texnikanı işə salıb qarajdan çıxarmışdır. Həmin vaxt “Mitsubishi” markalı minik maşını yanında saxlamış, maşında olan adını bilmədiyi bir nəfər ona Şabran rayonu ərazisindən keçən dəmir yolu xəttini keçib yolun qarşı tərəfində olan torpağı yük maşınlarına yüklənməsini tapşırmış, o da tapşırığa əsasən deyilən yerə getmək üçün yola çıxmışdır”. X53 işə getmişdir. Məhkəmənin nəzərinə onu da çatdırır ki, qarajdan oraya keçmək üçün “X61” tikintisi həmin yoldan keçməli idi. Həmin dəmir yolu xəttindən keçməsə, başqa yol yox idi və "xxxx" QSC də həmin yolda müvəqqəti keçidin təmin edilməsi üçün qərar verib, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə razılaşdırılıb. Həmin tikintiyə işə getmək üçün 10:00-da deyil, 08:00-da iş başlayır. İsmayıl Əhmədov ifadəsində yolla gedəndə kənardan bir nəfər şəxsin ona torpaq doldurmasını dediyini bildirib. O yolun torpaq yolla birbaşa 100-150 metr məsafəsi var. Onlar oraya yerli baxış keçiriblər. Həmin dəmir yolunun üstündən keçən Rusiya Federasiyasına avtomobil yolunun təmiri, yenidən qurulması üçün orada işləyirlər, həmin istiqamətdə gedib. 25 mart 2023-cü il tarixdə səhər saat 08:50 radələrində qeyd etdiyi dəmir yolu xəttinə çatıb. Həmin vaxt orada şlaqbaum açıq vəziyyətdə olub, o da bunu görüb hərəkəti davam etdirib. Həmin vaxt texnikanı dayandırmayıb, hərəkət sürəti 10-15 olub, dəmir yolu xəttinin üzərində hərəkətə başlayarkən siqnal səsi eşidib, dərhal maşını sola çevirib, həmin vaxt qatarın gəldiyini görüb və hadisə baş verib. Şahidlər də birbaşa ifadə veriblər, həmin ifadələr həm istintaqda, həm də məhkəmədə araşdırılıb, həmin o şlaqbaumun qarşısında olan şəxs mərhumun traktor sürənlə birlikdə olması uzaqdan görünür. Maşinist və köməkçisi ifadə veriblər ki, “biz uzaqdan görürdük ki, traktor dayanıb, yol nəzarətini həyata keçirən şəxs də yerində dayanıb. Biz yaxınlaşanda traktor arxaya getmək əvəzinə qabağa gəldi və bu hadisə də baş verdi”. Şlaqbaunun açıq olmasının buna təsiri yoxdur. Hətta güclü və qısa siqnallar 500 metr məsafədən eşidilir. Həmin şəxs də izahatında və məhkəmə iclasında qeyd edib ki, “mən siqnalı eşitdim, maşını arxaya vermək istəyirdim, qabağa getdi”. İsmayıl Əhmədov 15 günün sürücüsü olub. Nə həmin işə düzəldən təşkilat tərəfindən daxili təlimat keçirilib, nə də iş təlimatı verilib. Onlar dəfələrlə tələb etsələr də, təqdim edilməyib. Bir ay sınaq müddətində hər hansı bir yükü boşaltmaq, yükləməyə görə orada təlim keçməli idi. İsmayıl Əhmədov təlim keçməyib, 15 gün traktor sürücülük vəsiqəsini alıb, orada xüsusi texnikanın qarşısında yükü doldurmaq boşaltmaq hissəsinə əlavə sertifikat da verilməli idi. İsmayıl Əhmədova həmin sertifikat da verilməyib. Müəssisə tərəfindən ona yol vərəqəsi verilməyib. Sertifikat olmadan İsmayıl Əhmədovu birbaşa işə göndəriblər. İş yerində İsmayıl Əhmədova daxili təlimat keçirilməyib. Cinayət işinin materialları ilə tam təsdiq olunur ki, həmin texnika həqiqətən də Cavabdeh MMC-nin mülkiyyətində olub. Həm də həmin texnikanın nömrəsi də yoxdur. Bütün bu pozuntuların nəticəsi olaraq sürücü bu hadisəni törədib. Mülkiyyətçi Cavabdeh MMC cavabdeh təşkilatdır və onu cavabdeh qismində cəlb ediblər. Qanuni qüvvəyə minmiş hökmlə müəyyən olunur ki, Cavabdeh MMC-nin sürücüsü tərəfindən bu hadisə törədilib və ona cəza təyin edilib. Yeni sübutu toplamaqla digər sübutu kənara qoya bilməzlər. Bu barədə hökm var ki, Cavabdeh MMC-nin sürücüsü yol hərəkəti haqqında qanunun müvafiq tələblərinə əməl etmədiyinə görə cəza alıb. Həmin hadisə də Cavabdeh MMC-nin mülkiyyətində olan texnika ilə törədilib.

36. Məhkəmə iclaslarında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 etirazların dəlillərinə uyğun izahat verərək, iddia tələbini qəbul etmədi və iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, "xxxx" QSC-yə göndərilmiş sorğuya cavabda qeyd olunub ki, hadisənin baş verdiyi Şabran-Çarxı mənzilinin 124 km pk 7 (2522 km pk 3) müvəqqəti dəmir yolu keçidində keçid növbətçisinin təyin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müstəqil həyata keçirilib. Yəni məktubdan belə aydın olur ki, keçid növbətçilərinin onlara aidiyyəti yoxdur, orada keçid növbətçilərinin kim olması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müəyyən olunmalıdır. Həmçinin sorğuya cavabda qeyd olunub ki, hadisə baş verən gün X5nun "xxxx" QSC-də iş günü olmayıb. Mərhumun rəsmi əmək haqqısı 345 manat, vergilər çıxıldıqdan sonra əmək haqqısı isə 326 manat olub. X22 idarə etdiyi avtomobil Cavabdeh MMC-nin mülkiyyətində olub, bu işin mübahisəsiz halıdır. Hadisə baş verən vaxt İsmayıl Əhmədovla Cavabdeh MMC arasında əmək müqaviləsi var idi, bir neçə aydan sonra əmək müqaviləsinə xitam verilib. X22 iş vaxtı 10:00-da başlayır, hadisə isə 08:55-də olub. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı elektron kabinetə əlavə edib. Cavabdeh MMCnin hərəkətlərində əməyin mühafizəsi qaydalarının pozulması müəyyən olunmayıb. Bu o deməkdir ki, işçi 08:55-də harasa gedirsə, bu iş vaxtından kənar işə cəlb edilmə halı olmayıb. İsmayıl Əhmədov əsas işdən başqa yerqazan avtomobillə əlavə işlər də icra edib. Bu məsələ hökmün 10-cu səhifəsində, ekspert rəyində də əks olunub. Belə ki, rəydə hadisə ərəfəsində traktorun hər hansı işin görülməsini həyata keçirmədiyini, yəni hadisənin iş prosesinin aparılması zamanı deyil, traktorun elektrovozla toqquşması zamanı baş verdiyi nəzərə alınaraq, baş vermiş hadisə ilə əlaqədar texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halları müəyən edilmir. Həmçinin bildirir ki, əməyin mühafizəsi qaydaları Cavabdeh MMC tərəfindən pozulmayıb. Əgər Cavabdeh MMC tərəfindən əməyin mühafizəsi qaydaları pozulsaydı, MMC-nin məsul şəxslərinə cinayət işi açılardı. Halbuki, sübutların toplanması qərarında konkret yazılır ki, Cavabdeh MMC-nin əməllərində əməyin mühafizəsi qaydalarının pozulması aşkar olunmadığından o hissədə işə xitam verilir. Hökmdə də göstərilir ki, əmək qanunvericiliyinin pozulması halları müəyyən edilmədiyindən Cavabdeh MMC barədə inzibati icraatın başlanması rədd edilib. Təlimatlandırılma məsələləri cinayət işinin materiallarında hamısı öz əksini tapıb. Əmək müqaviləsində konkret olaraq iş saatının 10:00-da başlanması qeyd olunub. X37 oraya saat 08:00-da gəlib, 08:55-də isə bu hadisə olub. Qeyd olunub ki, “maşında olanda adını bilmədiyim bir nəfər Şabran rayonu ərazisindən keçən dəmir yolu xəttini keçib yolun qarşı tərəfindən torpağın yük maşınlarına yüklənməsini tapşırmışdır”. X37 iş vaxtından əvvəl gəlib, orada nəsə şəxsi işi olub, onu da həyata keçirmək üçün məhz bu hadisəni törədib. Cavabdeh MMC-nin X29 iş tapşırması faktı təsdiqini tapmır. Əgər bu işi Cavabdeh MMC tapşırmış olsaydı, birbaşa Cavabdeh MMC-nin hərəkətlərində əməyin mühafizəsi qaydalarının işçinin iş vaxtından kənar işə cəlb edilməsi halı mövcud olardı və MMC inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmiş olardı. Bu inzibati qaydada 20000-25000 manat cərimədir, ağır nəticələrə səbəb olubsa, Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi açılmış olardı. Məhkəmə tərəfindən göndərilmiş sorğuya dəqiq cavab verilməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdan yayınıb, aidiyyəti olmayan bir cavab verib. "xxxx" QSC-nin sorğuya cavab məktubunda qeyd olunur ki, keçid növbətçisinin təyin edilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müstəqil həyata keçirilib. Mərhum "xxxx" QSC-yə təhkim olunub, bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi deyil ki, onu da oraya keçid növbətçisi təyin edərlər. Mərhum X59nin işçisi olub, X59 də onu "xxxx" QSC-nin İnfrastruktur departamentinə təyin edib, İnfrastruktur departamentində də onun işi ictimai işlərin həyata keçirilməsi olub, yəni zibil təmizləmək, yol süpürmək, haranısa rəngləmək olub. Lakin mərhumu hansısa keçid məntəqəsinə gözətçi təyin ediblər. Şabran Rayon Məhkəməsi qəbul etdiyi hökmdə bu fakta hüquqi qiymət verərək digər faktiki hallar ilə yanaşı ölmüş zərər çəkmiş şəxs X9 elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələblərinin onun özü tərəfindən pozulduğunu nəzərə alaraq X29 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin təyin edilməsi üçün əsasların və zərurətin olmadığı qənaətinə gəlib. Apellyasiya protesti əsasında cinayət işə baxan Sumqayıt Apellyasiya Məhkəməsi də xx.xx.2025-ci il tarixli 1(105)-54/2025 saylı qərarının 7-8-ci səhifələrində bu hala qiymət verərək hesab edib ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş ictimai təhlükəli əməl törədilərkən onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə yanaşı zərərçəkmiş şəxsin əməlində (hərəkət və ya hərəkətsizliyində) də vəzifə təlimatlarının pozulması müəyyən edilib. Bu hal həm də təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsi məsələsi müzakirə edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmalı olan xüsusatdır. Halbuki, heç bir halda "xxxx" QSC mərhumu gözətçi təyin edə bilməzdi. "xxxx" QSC məsuliyyəti öz üzərindən ataraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işi olduğunu bildirir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də sorğuya cavab verməkdən yayınıb. Digər tərəfdən də qeyd edirlər ki, mərhumun iş günü olmayıb. İş günü olmayan şəxs necə keçid növbətçisi ola bilərdi ki, başına da belə bir hadisə gəlsin. Belə ki, mərhum X59nin işçisi ola-ola və "xxxx" QSC-də ictimai işlər yerinə yetirmək əvəzinə, Azərbaycan X3 keçid məntəqəsinə gedib, orada işə cəlb edilib. Həmçinin, şlaqbaumları da açıq qoyub. Cinayət işində, istintaqda bu hallar ümumiyyətlə araşdırılmayıb. Çünki araşdırılmış olsaydı, "xxxx" QSC və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməyin mühafizəsi qaydalarını pozduğuna görə səlahiyyətli şəxsləri cinayət məsuliyyətinə cəlb olunardı. Ailə başçısı o halda sayılır ki, ailəni yeganə dolandıran şəxs olsun. İşdə də sübut olunur ki, mərhumun arvadı da işləyib, əmək haqqısı mərhumun əmək haqqısından daha çox olub. Mərhum ailə başçısı olmayıb ki, iddiaçı ailə başçısını itirməyə görə kompensasiya tələb etsin. Bu səbəbdən hazırki iddianın hüquqi əsası mövcud deyil. X37 Cavabdeh MMC-nin işçisi olub, hadisə iş vaxtından kənarda baş verib, əməyin mühafizəsi qaydaları ilə bağlı cinayət işində hər hansı bir pozuntu yoxdur, sübutların qiymətləndirilməsi barədə qərarda da o hal öz əksini tapıb. Cavabdeh MMC-nin barəsində cinayət işi açılmayıb, hər hansı bir inzibati qərar yoxdur. "xxxx" QSC-nin işçiləri əvvəl bildiriblər ki, mərhum QSC-nin işçisi olub, onlar mərhumu keçid növbətçisi olaraq təyin etdiklərini bildiriblər. X54 həm SƏTƏM mütəxəssisi, həm də rəisi mərhumun onların işçisi olduğunu, mərhumu özlərinin təyin etdiklərini, özləri oraya göndərdiklərini və başına belə bir hadisənin gəldiyini bildiriblər. Amma "xxxx" QSCnin rəsmi mövqeyi odur ki, orada keçid növbətçiliyinin təşkil olunmasının onlara aidiyyəti yoxdur, orada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri olmalı, onlar həmin işçilərə təlim keçməli, hadisə baş verən gün mərhumun iş günü olmadığını bildirib. Yəni iki fərqli mövqe var. "xxxx" QSC-nin sorğuya cavab məktubuna əlavə etdiyi məktublarda "xxxx" QSC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə təlimatın tələblərinə uyğun keçiddə keçid butkasının qoyulmasını, 4 nəfər keçid gözətçisinin "xxxx" QSC tərəfindən təlimatlandırılaraq işə qəbul edilməsi yazılıb. Yəni bu o deməkdir ki, işçi göndərilərək təlimatlandırılsın. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməllərində cinayət tərkibi var, aidiyyəti olmayan şəxsi oraya təyin edib, buna "xxxx" QSC də, X59 də göz yumub, monitorinq aparmayıb. İxtisası olmadığına görə şlaqbaumları da açıq qoyub. Hökmdə də öz təsdiqini tapır ki, zərərçəkmiş şəxsin qanunsuz əməlləri var. Həmçinin bildirir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Cavabdeh MMC hadisəni törədən şəxs deyil. Həmçinin, üçüncü şəxs tələbə olması ilə bağlı pul tələb edir. Lakin onun atası ailə başçısı deyildi, həmçinin, üçünçü şəxs mərhum atası vəfat edəndən 1 il 6 ay sonra kollecə daxil olub. Eyni zamanda hazırki iddiaların məqsədi kompensasiya almaq deyil, iddiaçı özü də izahatında qeyd edib ki, maddi ziyanları uşaqlarına görə, mənəvi ziyanı özünə görə istəyir, evini təmir etməlidir, sığorta pulu alıb. Şabran Rayon Məhkəməsinədə də İsmayıl Əhmədovla barışıq əldə edilməsi üçün 10000 manat kompensasiya təklif edilib, lakin iddiaçı həmin məbləğlə razılaşmayıb. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında da qeyd edilib ki, iddiaçı 10000 manatdan imtina edərək, 150000 manat tələb edib, evinın yarımçıq qaldığını, evini tamamlamaq istədiyini qeyd edib. İddiaçının məqsədi kompensasiya və ya mənəvi ziyanın ödənilməsi deyil, maddi gəlir əldə etməkdir.

37. Məhkəmə iclaslarında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 izahat verərək bildirdi ki, O, Kon operator vəzifəsində işləyib, nəqliyyat vasitəsini idarə edib. O, avtomobili özü götürüb şəxsi işi ilə əlaqədar gedib. 24 mart 2023-cü ildə kənd sakinləri, fermerlər ondan əlavə iş icra etməyini xahiş ediblər. Onları iş saat 10:00-da başlayırdı, o isə 08:00 radələrində həmin işləri icra etmək üçün çıxıb. Hadisə baş verən ərəfədə işə yeni başlayıb. Sadəcə uşağına müalicə üçün pul lazım idi. Orada yaşayış yerlərində fermerlər var idi. Mart ayının 24-də axşam traktoru təhvil verən vaxt ona zəng edərək əlavə işlər icra etməyini xahiş ediblər və zəhmət haqqını ödəyəcəklərini bildiriblər. O da pula ehtiyacı olduğu üçün işdən bir saat əvvəl əlavə iş etmək istəyib. Cavabdeh şirkət tərəfindən hər gün iş yerində işə çıxmamışdan yarım saat əvvəl texnikaya baxış edilir, ona təlimat keçirilir, yol vərəqəsi verilirdi. Hadisə baş verən gün o, texnikanı qarajdan götürüb. Kon ona təhkim olunduğundan texnikanı götürmək üçün hər dəfə icazə almağa ehtiyac yox idi. Açıq qaraj idi. Ərazinin yaxınlığında mülki əhalinin, fermerlərin işlərini etmək üçün gedirdi. O, cavabdeh şirkətdə Quba-Qusar yolunun düzəldilməsi, yüklənməsi üçün və ona aid digər işləri icra edirdi. Hadisədən təxminən bir həftə əvvəl işə başlayıb. Ondan əvvəl də belə bir traktor sürüb. Hər gün işə başlamamışdan yarım saat əvvəl ustalar traktoru texniki baxışdan keçirirdilər, onlara təlimat, yol vərəqəsi verilirdi, işə buraxırdılar, həmin nəqliyyat vasitəsinin Avtomobil Müfəttişliyi tərəfindən yola buraxılmasına icazə verilib. O izahat verəndə hadisə vaxtı idi, həyəcanlanırdı, işdən çıxmamaq üçün fərqli fikir bildirə bilərdi. Sonra şirkət bu işi araşdırdı, öz işi üçün getdiyini bildilər, ona görə də onu işdən çıxardılar. Texnikanı texniki baxışdan keçirdikləri üçün açarı texnikanın üstündə qoyub gedirdilər. Həmin texnikanı ona təhkim etmişdilər. Həmin texnikaya ancaq o yaxınlaşa bilərdi. Texnikaya baxanlar texnikaya başqa heç kimin yaxınlaşmağına icazə vermirdilər. Qaraj açıq sahə idi, traktorların toplandığı yer idi. Qarajın açarı, şlaqbaumu yox idi. Qarajın bir üstü bağlı yeri var idi. Oraya bir texnika yerləşirdi. Texnika sökülməli olanda oraya aparırdılar. Ora sırf texnikanın təmiri üçün nəzərdə tutulub. Evdən işə getmək üçün 30 dəqiqə tələb olunurdu, işə getmək üçün saat 09:30-da evdən çıxırdı, evlə iş arasındaki məsadə 3-5 km idi. Traktor ilə yollar pis olduğu halda saatda 5 km ilə hərəkət edirdi. Şabran Rayon Məhkəməsi tərəfindən barışıq üçün vaxt verilib, onun qohumlarının tikinti şirkəti iddiaçının evinin qapı və pəncərələrini sifariş verib, iddiaçı evinə əlavə hasarının düzəldilməsini və vanna quraşdırılımasını istəyib. Sonra iddiaçı öz ustaları olduğunu, həmin ustaların onların işinə nəzarət edəcəyini deyib və ustalar üçün əlavə 3000 manat pul istəyib. Ona görə də, işlər davam etməyərək, razılıq əldə olunmayıb. İddiaçının əsas məqsədi pul əldə etmək olub.

İşin faktiki halı:

38. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X37 xx.xx.2023-ci il tarixdə, səhər saat 08:55 radələrində SV 024273 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “R-COM" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan "D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozub, yəni sürücü dəmiryol keçidinə yaxınlaşdıqda yol nişanlarını, svetoforları, nişanlama xətlərini, şlaqbaumun vəziyyətini və keçid növbətçisinin göstərişlərini əsas tutmalı, yaxınlaşan qatarın (lokomotivin, drezinanın) olmadığını yəqin etməli, habelə keçidə qatar (lokomotiv, drezina) yaxınlaşdıqda (görünmə həddində) keçməməli olduğu halda bunlara əməl etməyərək idarə etdiyi “D655 SEM” markalı traktorun hərəkətini dayandırmadan dəmir yolunun qorunan hissəsində yerləşən dəmiryolu keçidinə yaxınlaşan elektrovozun gəldiyini görməli olduğu halda görməyib, həmin keçidə daxil olan zaman traktorun ön sol tərəfi ilə elektrovozun ön sağ tərəfinin toqquşmasına, nəticədə toqquşmanın təsirindən traktor sağa doğru çevrilərək gözətçi məntəqəsinin yanında dayanıb, həmin keçidin gözətçisi olan X9 başın və gövdənin müştərək ağır küt zədələnməsi, sol alın-təpə və ənsə sümüklərinin qəlpəli sınıqları, baş beyin maddəsinə və baş beynin yumşaq qişasına qansızmalar, baş beynin sərt qişasının cırılması, sol ağ ciyərin və dalağın cırılması, döş sümüyünün köndələn xətti sınığı, 2-3-cü qabırğaların ikitərəfli köndələn sınıqları, sol 2-3-4-5-6-7-8-9-cu qabırğaların soltərəfli qapalı köndələn sınıqları, sol said sümüklərinin qapalı qəlpəli sınığı, başın ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, sol alın-gicgah nahiyəsinin əziyi, sol çiyin qurşağının qançırı, sol said, sol bilək, sol əl, sol çanaq və sol diz nahiyələrinin sıyrılmış yaraları ilə müşaiyət olunmaqla sağlamlığa ağır zərər vurulmasına səbəb olan, habelə başın küt zədələnmələri nəticəsində kəllə qapağı sümüklərinin qəlpəli sınıqlarından törəyən baş beyin toxumasına və onun yumşaq qişasına geniş qansızmalar nəticəsində ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törədib. Bu hərəkətləri ilə X37 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törədib. Qanuni qüvvəyə minmiş Şabran Rayon Məhkəməsinin 1(031)-6/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X37 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X22 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli X22 məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, X37 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə maddi sübut olan “655D SEM” markalı, 1** FB *** dövlət qeydiyyat nişanlı traktorun saxlanılması üçün “R COM" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildiyi nəzərə alınması, X21 məhkəmə məsrəfi hesab olunan 185 (yüz səksən beş) manat məbləğində ekspertiza xərcinin tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilib. Hazırda X5nun arvadı İddiaçı1 və qızı İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən onların xeyrinə maddi və mənəvi zərərə görə kompensasiyanın alınıb verilməsini xahiş ediblər. Məhkəmə baxışının hədləri:

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

41. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1121.1.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır.

Məhkəmənin mövqeyi:

42. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddiaçı və mübahisə predmeti barəsinə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbləri təmin edilməməlidir.

43. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

44. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.

45. Məhkəmə həmçinin qeyd edir ki, hazırda iddiaçı ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı, yəni 400 manat nəzərə alınmaqla, qızı İddiaçı2 23 yaşına çatanadək 34800 manat, oğlu Yunus İskəndərov 18 yaşına çatanadək 21480 manat kompensasiyanın və 30000 manat mənəvi ziyanında ödənilməsini tələb edib. Məhkəmə araşdırması zamanı İddiaçı2 yetkinlik yaşına çatdığından özü məhkəməyə müstəqil tələblə müraciət edərək, iddia tələbini nümayəndəsi vasitəsi ilə müdafiə etmişdir. Məhkəmə iddiaların “maddi ziyana görə kompensasiyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1121.1.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər zərərin əvəzinin ödənilməsi hüququ vardır; 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək.

47. Hazırda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.1.1-ci maddəsinə istinadən İddiaçı1 uşaqlarının mənafeyini müdafiə etmək üçün, İddiaçı2 isə öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə ilk öncə qeyd edir ki, hazırki əsasla iddia irəli sürüldükdə, ilk növbədə məhkəmə tərəfindən ölmüş şəxsin ailə başçısı, yəni ailənin dolanacaq xərclərini təmin etmiş yeganə şəxs olub-olmadığı müəyyən edilməlidir. Ailə başçısı ailənin maddi təminatını təmin edən şəxsdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı1 xx.xx.2017-ci ildən hazırki vaxtadək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X14 İdarəsində kitabxanaçı vəzifəsində işləyir. Məhkəməyə onun əmək haqqı barədə təqdim edilən məlumata əsasən hazırda onun əmək haqqı məbləği 490 manat olsa da, buna qədər 422 manat, 161 manat, 367 manat olub. X36 əmək haqqı məlumatlarına əsasən isə 2021-ci ilin yanvar ayından dekabr ayınadək əmək haqqısı 250 manat, 2022-ci ilin yanvar ayından oktyabr ayınadək 300 manat, noyabr ayında 321,75 manat, dekabr ayında 272,73 manat, yanvar və fevral aylarında 345 manat olub. Göründüyü kimi, ailənin maddi təminatı təkcə Nemət İskəndərov tərəfindən deyil, iddiaçı tərəfindən də təmin edilib. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Nemət İskəndərov ailəni yeganə dolandıran şəxs sayıla bilməz.

49. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı1 və müstəqil tələb irəli sürən şəxs İddiaçı2 X36 ailə başçısı olması əsası ilə hazırki iddianı irəli sürməsi əsassızdır.

50. Həmçinin, İddiaçı1 oğlu Yunus İskəndərov on səkkiz yaşına çatanadək, müstəqil tələb irəli sürən şəxs İddiaçı2 23 yaşına çatanadək kompensasiya ödənilməsini tələb edərək, mərhumun ölümü ilə maddi ziyan çəkdiklərini qeyd edib.

51. Məhkəmə qeyd edir ki, Şabran Rayon Məhkəməsində izahat verən zaman iddiaçı evnin tikintisinin yarımçıq qaldığını, evinin tikilib tamamlanmasını istədiyini, İsmayıl Əhmədov tərəfindən ona 8000 və ya 10000 manat kompensasiya təklif edilidiyini, lakin razılıq əldə olunmadığını, apellyasiya baxışı zamanı ona 10000 manat deyil, 15000 manat veriləcəyi halda barışıq ola biləcəyini, hazırki məhkəmə iclasında isə borc-xərclə evinə köçdüyünü, lakin tamamlamadığını, iddiası təmin olunacağı halda pulu uşaqlarına, evinin təmirinə və borclarının ödənilməsinə sərf edəcəyini qeyd edib.

52. Bundan başqa, məhkəmə tərəfindən aparılmış araşdırma və verilmiş sorğular əsasında müəyyən edilib ki, X16 “PAŞA Həyat Sığorta" ASC (ilə “X59" MMC arasında bağlanmış PH********** №-li “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi"nin PH**********/23 №-li illik qoşması əsasında sığortalanıb. xx.xx.2023-cü il tarixli, **********00100 №-li "Sığorta Akt”na əsasən onun faydalanan şəxslərinə ümumilikdə 21838,09 AZN (iyirmi bir min səkkiz yüz otuz səkkiz manat, doqquz qəpik) məbləğində birdəfəlik sığorta ödənişi hesablanmaqla xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Şabran filialında İddiaçı1 adına açılmış AZ07AİİB410100F**********158 saylı bank hesabına köçürülmüşdür. Qanunun 5.1.2.1-ci maddəsi nəzərə alınaraq, X20 10973,35 AZN və İddiaçı2 9398,49 AZN, Qanunun 5.1.2.3-cü maddəsi nəzərə alınaraq, X20 qulluğa görə İddiaçı1 1466,25 AZN sığorta ödənişi edilib.

53. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mərhumun övladlarına sığorta ödənişi edilmişdir. 54.. Göründüyü kimi, iddiaçını hazırki iddianı qaldırmaqda məqsədinin uşaqlarına dəymiş maddi və mənəvi ziyanın ödənilməsi üçün deyil, evinin tikintisi, borclarının ödənilməsi üçün tələb olunduğu müəyyən edilir.

55. Həmçinin, İddiaçı2 hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində X57 Kollecinin “Aqronomluq” ixtisası üzrə tələbi olmasına istinad edərək, maddi ziyana görə kompensasiya tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, o, hazırda İİ kurs tələbəsi olmaqla, xx.xx.2024-cü il tarixdən kollecdə (əyani) təhsil alır. Yəni hadisə baş verən zaman o, həmin kollecdə təhsil almamış, hadisə onun kollecə daxil olmasından 1 il 6 ay əvvəl baş verib.

56. Qeyd edilir ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur.

57. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli-nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.

58. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının 4.80-ci bəndinə əsasən yüksək təhlükə mənbəyinin qanuni sahibinin məsuliyyəti, mənbənin onun sahibliyindən digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində çıxdığını sübuta yetirdiyi halda istisna olunur. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Məsələn, əvvəlki bənddə göstərilən misalda olan sürücü tərəfindən yol-nəqliyyat hadisəsi mülkiyyətçinin avtomobilinin qaçırılması yolu ilə törədildikdə, məsuliyyəti yalnız hadisəni təqsirli olaraq törətmiş sürücü daşıyacaqdır.

59. Məhkəmə tərəfindən müəyyən edildi ki, X37 xx.xx.2023-cü il tarixdə “R-COM" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan "D655 SEM” markalı, dövlət qeydiyyat nömrə nişanı olmayan yük qaldırıcı traktorla Şabran rayonunun Uzunboyad kəndi ərazisində yerləşən “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Bakı Yalama dəmir yolu xətlərinin 124-cü kilometrinin 7-ci piketində olan dəmir yolu keçidi istiqamətində təxminən saatda 10-15 kilometr sürətlə hərəkətdə olarkən Azərbaycan Respublikasının "Yol hərəkəti haqqında" xx.xx.1998-ci il tarixli, 517-İQ nömrəli Qanunun 44-cü maddəsinin 2-ci və 3-cü hissəsinin 5-ci bəndinin tələblərini pozub, həmin keçidin gözətçisi olan X1 ağır zərər vurulmasına səbəb olan, ölümü ilə nəticələnən yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törədib. Məhkəmə araşdırması zamanı X22 hadisə baş verən işçisi olduğu “R-COM" MMC ilə bağlanılmış əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin yerinə yetirib-yetirməməsi məsələsi müzakirə olunub.

60. İddiaçının nümayəndəsi və vəkili izahatında hadisə baş verən zaman İsmayıl Əhmədov “R-COM" MMC-də Kon operatoru vəzifəsində işlədiyini və həmin vaxt ona yol vərəqəsi verilmədiyini, cavabdeh tərəfindən sertifikat olmadan İsmayıl Əhmədovu birbaşa işə göndərildiyini, iş yerində İsmayıl Əhmədova daxili təlimat keçirilmədiyini qeyd edib.

61. Məhkəmə iclasında X37 verdiyi izahatında Kon adlı nəqliyyat vasitəsini götürüb şəxsi işi ilə məşğul olduğunu, xx.xx.2023-cü ildə kənd sakinləri və fermerlərin ondan əlavə iş icra etməyini xahiş etdiklərini, öz işinin saat 10:00-da başlanıldığını, buna görə saat 08:00 radələrində həmin işləri icra etmək üçün çıxdığını, hadisə baş verən vaxt işə yeni başladığını, uşağının müalicəsi üçün pul lazım olduğundan əlavə iş icra etdiyini, sonra şirkət onu öz işini icra etməsi üçün çıxdığını bilib, onu işdən çıxardığını, işi ilə evi arasındakı məsafənin 30 dəqiqə olduğunu, cavabdeh şirkət tərəfindən hər gün iş yerində işə çıxmamışdan yarım saat əvvəl texnikaya baxış edildiyini, ona təlimat keçirildiyini və yol vərəqəsi verildiyini qeyd edib.

62. Belə ki, iş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, İsmayıl Əhmədov “R-COM" MMC-də Kon operatoru vəzifəsində işləyir və onun iş saat saat 10:00dan 17:00-dəkdir. Həmçinin, DİN-in NBPİ-nin İstintaq və tətqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli Toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən işəgötürən Cavabdeh MMC ilə traktor sürücü X37 arasında əmək qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən Cavabdeh MMC barəsində inzibati icraatın başlanmasının rədd edilib.

63. Göründüyü kimi məhkəmə araşdırması zamanı Cavabdeh MMC tərəfinfən əmək qanunvericiliyin pozulmadığı, İsmayıl Əhmədovun yol-nəqliyyat hadisəsi törədərkən “R- COM" MMC-də olan əmək və xidməti vəzifələrini həyata keçirmədiyi və ya həmin vəzifələri icra etmək üçün iş yerinə getmədiyi, şəxsi işini icra etdiyi, faktiki olaraq əmək funksiyaları icra etmədiyi üçün ona yol vərəqəsinin verilmədiyi müəyyən edilib. Bu səbəbdən zərərin ödənilməsi tələbi üzrə məsuliyyət “R-COM" MMC-yə deyil, birbaşa İsmayıl Əhmədovun üzərində düşməlidir.

64. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia cavabdeh “R-COM" MMC qarşı qaldırılsa da, iddia iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmamışdır.

65. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarda göstərilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

66. Bu qaydadan bəzi istisnalar mövcuddur: ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir.

67. “Şəxsiyyət Hüquqlarının Müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının 4.78-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyətdən irəli gələn zərərə görə pozuntunu törətmiş fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Onların məsuliyyəti yalnız bu zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyi halda istisna edilir. Məsələn, şəxs avtomobili yol hərəkəti qaydalarına uyğun olaraq idarə edərkən güclü külək səbəbindən reklam lövhəsi qırılaraq, avtomobilin alın şüşəsinə çırpıldığından (qarşısıalınmaz qüvvə) sürücü idarəetməni itirərək, qarşıdakı piyadanı vurduğu halda, hadisəni törətmiş olan sürücünün məsuliyyəti istisna edilir. Başqa bir halda piyada bilərəkdən özünü hərəkətdə olan yol nəqliyyat vasitəsinin önünə ataraq (zərərçəkənin qəsdi) xəsarət alarsa, sürücü məsuliyyət daşımayacaqdır.

68. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X16 ilə X59 arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq "xxxx" QSC-nin İnfrastruktur departamentinə ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilib. "xxxx" QSC-nin İnfrastruktur departamenti üzrə haqqı ödənilən ictimai işlərə qəbul olunan işçilərlə əmək münasibətlərində tərəflərin hüquqları, məsuliyyəti, səlahiyyət və vəzifə bölgüsü "xxxx" QSC və Mərkəz arasında xx.xx.2020-ci il tarixində bağlanmış “X49 edilməsinə dair Saziş”lə müəyyən edilmiş qayda və prinsiplərə əsasən tənzimlənir. N.İskəndərovun xx.xx.2023-cü il tarixində vəfat etməsi ilə bağlı AZ-İİ 299632 nömrəli xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamə Mərkəzə xx.xx.2023-cü il tarixində daxil olmuş və onunla bağlanılmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1.e (işçi vəfat etdikdə) bəndinə əsasən xitam verilib. "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamenti 1 nömrəsli Xaçmaz yol sahəsi tərəfindən məhkəməyə təqdim edilmiş 2023-cü ilin mart ayı üzrə Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işçilərin iş cədvəlindən görünür ki, xx.xx.2023-cü il tarixi istirahət günü olduğundan iş olmayıb. Həmçinin, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, dəmir yolunun Şabran-Sarvan mənzilinin 2522 km pk3-də müvəqqəti keçidin tikilməsi üçün tələb olunan mal-materialların təmin edilməsi və quraşdırılması, habelə digər tikinti işlərinin aparılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunub. İş materialları ilə müəyyən edilir ki, hadisə baş verən vaxt mərhum keçid növbətçisi vəzifəsini icra edib. Halbuki, o, "xxxx" QSC-nin İnfrastruktur departamentinə ictimai işlər üzrə köməkçi vəzifəsi icra etməlidi idi.

69. Həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/5787 nömrəli ekspert rəyinə əsasən keçid növbətçisi X5 elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığına görə “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələbi onun özü tərəfindən pozulub. Qeyd edilən hala əsasən Şabran Rayon Məhkəməsi tərəfindən X29 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin təyin edilməsi üçün əsasların və zərurətin olmadığı qənaətinə gəlib.

70. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə İsmayıl Əhmədov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsə də, məhkəmə X5nun hadisə baş verən zaman iş günü olmadığını, yəni həmin vaxt onun qeyd edilən ərazidə olmamalı olduğunu və olsa da, “X40 X39”ın 4.5 və 4.6-cı bəndlərinin tələbini pozduğunu, elektrovoz yaxınlaşan zaman şlaqbaumu bağlamadığını müəyyən edib. Bu səbəbdən də, hesab edilir ki, cavabdehdə zərərçəkmişin hüquqazidd əməli nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsi vəzifəsi yaranmır.

71. Qeyd edilən əsaslara görə məhkəmə hesab edir ki, İddiaçı1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı "maddi ziyana görə kompensasiyanın ödənilməsi" tələbləri təmin edilməməlidir.

72. Məhkəmə iddia tələblərinin “mənəvi ziyanın ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir.

73. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyrimümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

74. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X26 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

75. Həmin Qərarın 8-ci bəndi ilə Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda ödənilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

76. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.

77. Göründüyü kimi, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir.

78. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı ərinin, uşaqlarının atasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 atasının ölümü nəticəsində mənəvi sarsıntı və iztirab çəkməsi müəyyən edilsə də, bunların məhz cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Qeyd edildiyi kimi, hadisə Cavabdeh MMC-nin işçisi İsmayıl Əhmədov tərəfindən törədilsə də, həmin vaxt o, əmək müqaviləsi üzrə əmək funsiyalarını yerinə yetirməmişdir. Bu səbəbdən də, zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın, X53un üzərinə düşür.

79. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbləri “mənəvi ziyanın ödənilməsi” hissələrində də təmin edilməlidir.

Nəticə:

80. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiaları təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

81. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3-cü maddəsinə əsasən ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

82. Məhkəmə iddiaçının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia üzrə dövlət rüsumu ödməkdən azad olunmasını və iddiaların təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 cəlb edilməklə Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs İddiaçı2 Cavabdeh MMC-yə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar