Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1869/2021 19.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdeh “xxxx” MMC-dən 53791 manat mənzil üçün, 10000 manat qaraj üçün ödədiyi, əldən çıxmış faydaya görə 15000 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xətai rayon məhkəmısinin 21 iyun 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh MMC-yə qarşı onun tərəfindən birtətəfli qaydada qəbul edilmiş 01.02.2013-cü il tarixli yığıncağın qərarının, mənzilə aid müqavilələrin tələb olunaraq etibarsız hesab edilməsi, mənzilinin və qarajının məcburi qaydada boşaldılması, üzərində hüquqlarının bərpa olunmasına dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 17.09.2018-ci il tarixli qətnaməsi ilə Xətai rayon məhkəmısinin 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. “xxxx” Mənzil-Tikinti Kooperativi ilə 11 yanvar 2007-ci il tarixdə müqavilə bağlayaraq Kooperativ tərəfimdən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan 290 saylı, 140,81 kv.metr sahəsi olan mənzilini 59140 manat, 27 noyabr 2007-ci il tarixli müqavilə bağlayaraq həmin binada yerləşən qarajını isə 10000 manat ödəməklə almışdır. Qarajın pulunu müqavilə bağlanan günü ödəmiş və müvafiq arayış almışdır. 11.02.2007-ci il tarixdə 21800 manat, 09.02.2007-ci ildə 2653 manat, 14.03.2007-ci il tarixdə 1212 manat, 20.02.2007-ci il tarixdə 3464 manat, 12.07.2007-ci il tarixdə 2550 manat, 03.11.2007-ci il tarixdə 4132 manat, 27.11.2007- ci il tarixdə 7000 manat, 21.05.2008-ci il tarixdə 8282 manat, 22.05.2008-ci il tarixdə 2700 manat nəğd olaraq “xxxx MTK” kassasına cəmi 53791 manat pul ödəmişdir. Bundan sonra, “xxxx” MTK bağlandığından, pulu ödəməli olduğu hüquqi şəxsi tapmaq mümkün olmadığından ödəməli olduğu 5349 manat pulu ödəyə bilməmişdir. Xeyli sonralar məhkəmə mübahisələri zamanı bilmişdir ki, ona məlum olmayan səbəblərdən “xxxx MTK” rəhbərliyi “xxxx” MMC-nin rəhbərliyi ilə cinayət əlaqəsinə girərək guya 29.09.2009-cu ildə birgə yığıncaq keçirilmiş, guya “xxxx MTK” fəaliyyətini tam olaraq dayandırmış, tikintidə qalıq işlərinin aparılmasının Cavabdeh MMC-nin öhdəsində saxlanılmışdır. Onun bu “sənədləşdirmələrdən” məhkəmə mübahisələrinə qədər ümumiyyətlə xəbəri olmamışdır. Onun xəbəri olmadan “xxxx”xxxx“xxxx MTK” ilə aralarında bağlanmış 11 yanvar 2007-ci il tarixli müqaviləyə xitam verilmiş, onun “Payçı” nın pay üzvülüyündən azad edilmiş və Bakı şəhəri, Xətai rayonu, Xocalı qəsəbəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m olan 290 saylı mənzili satışa çıxarılmış, mənzilin satışından sonra ödədiyi 33791 manatın ona qaytarılması qərara alınmışdır. Bütün bu işlər onun iştrakı və xəbəri olmadan görülmüşdür. “xxxx”xxxxiki qrupa bölünərək, 1-ci qrup mənzilini, 2-ci qrup isə qarajını satmışdır. O, bu barədə Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmişdir. Ərizəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin idarədə istintaq olunan cinayət işinin bir hissəsi X4, X2 barəsində cinayət işi artıq məhkəməyə göndərilmiş, o, həmin işdə o, qanunsuz olaraq zərərçəkmiş qismində tanınmamışdır. Şahid qismində dindirilmiş və məhkəmədə şahid kimi ifadə vermişdir. “xxxx” MMC-nin tərəfindən 01.02.2013-cü ildə növbədənkənar yığıncaq keçirilmiş, onunla bağlanmış müqaviləyə birtərəfli qaydada-qanunsuz xitam verilmiş və pay üzvülüyündən azad edilmişdir. Bu barədə məlumatı iddiaçı tərəfindən ona qarşı Gəncə şəhər məhkəməsində iddia qaldıran zaman bilmişdir. Ona görə də dərhal hüquqlarını pozan bu qərarların ləğv edilməsi etibarsız hesab olunması, mənzili və qarajı üzərində hüquqlarının bərpa olunması barədə iddia qaldırmalı olmuşdur. O, müqavilə şərtlərinə tam riayət etmiş, heç bir müqavilə pozuntusuna yol verməmişdir. Cavabdeh müqavilənin pozulmasına dair ona heç bir xəbərdarlıq etməmiş, ondan heç bir cavab almamışdır. Mənzilini və qarajını heç bir hüquqi əsas olmadan kənar şəxslərə sataraq onun Azərbaycan Respublikası Konstitutsiya və Qanunları ilə qorunan hüquqlarını və azadlıqlarını pozmuşdur. Onunla bağlanmış müqavilənin ləğv edilməsi, mənzilinin və qarajının satılması barədə sənədlərin surətinin ona verilməsi barədə xahişlərini nəzərə almamışlar. Ona görə də Azərbaycan Respublikası qanunvericiliyə əsasən həmin protokol və sənədlər tələb olunaraq işə əlavə olunmalıdır. “xxxx” MTK ilə 11.01.2007-ci tarixdə aralarında Kooperativ Binada mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” MTK Bakı şəhəri, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa olunan 3-cü giriş, 15-ci mərtəbə,3 otaqdan ibarət 140,81 kv.m olan mənzilini payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri 59140 AZN pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. “xxxx”xxxxilə aralarında bağlanmış 15.10.2010-cu il tarixli Mənzil Tikintisi Haqqında müqavilənin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə “xxxx” MMC-nin tikilməkdə olan binasında 290 saylı mənzili payçıya-ona verməyi, payçı-o, həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 59140 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin şərtlərinə görə mənzilin ümumi dəyəri tikinti başa çatdırılanadək dəyişilməz qalır. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30 faizi məbləğində ilk haqq ödənilir. Payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini Cəmiyyətə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10 faizi məbləğində 5 gün ərzində hər tikinti etapından (mərtəbədən) sonra ödəyəcəkdir. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Son haqq-hesab, tikinti işlərin son etapı qurtardıqdan 10 gün sonradan gec olmayaraq aparılmalıdır. Payçı ilk ödəməni gecikdirərsə, cəmiyyətin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Bu halda ödənilmiş pulun miqdarı cəmiyyət tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Hazırda İddiaçı qalıq borcu 5349 manat təşkil edir. “xxxx” Mənzil Tikinti Koorperativi tərəfindən verilmiş arayışlardan görünür ki, 11.01.2007-ci il tarixli 307 saylı arayışla 21800 manat, 09.02.2007-ci il tarixli 406 saylı arayışla 2653 manat, 14.03.2007-ci il tarixli 513 saylı arayışla 1212 manat, 20.04.2007-ci il tarixli 640 saylı arayışla 3464 manat, 12.07.2007-ci il tarixli 920 saylı arayışla 2550 manat, 03.11.2007-ci il tarixli 1268 saylı arayışla 4132 manat, 27.11.2007-ci il tarixli 1368 saylı arayışla 7000 manat, 21.05.2008-ci il tarixli 476 saylı arayışla 8280 manat, 22.05.2008-ci il tarixli 476 saylı arayışla 2700 manat məbləğində ödənişlər onun tərəfindən “xxxx” MTK kassasına edilmişdir. 29.09.2009-cu il tarixli CavabdehMMC-i ilə “xxxx” MTK-nin birgə yığıncağının protokolunun surətindən görünür ki, “xxxx” MTK ilə bağlanmış müqavilənin ləğv edilməsi, “xxxx” MTK-nin fəaliyyətinin tam olaraq dayandırılması, tikintidə qalıq işlərinin aparılmasının Cavabdeh MMC-nin öhdəsində saxlanılması, bu məqsədlə müəsissənin tərkibində təmir-tikinti sahəsinin yaradılması və keçmiş “xxxx” MTK təsərrüfat fəaliyyətinin və bütün sənədləşmə-kargüzarlıq işlərinin ciddi olaraq araşdırılıb aktlaşdırılması, bu məqsədlə Cavabdehxxxxvə “xxxx” MTK-nin səlahiyyətli şəxslərindən ibarət komissiyanın yaradılması qərara alınmışdır. Belə bir qərardan və qurumdan onun heç bir məlumatı olmamışdır. Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin ona qarşı Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m sahəsi olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə aralarında bağlanmış, 11.01.2007-ci il tarixli müqavilənin həmin müqavilə əsasında Cavabdehxxxxilə aralarında bağlanmış 15.10.2010-cu il il tarixli müqavilənin ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08.10.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətim təmin olunmamış, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 04 mart 2015-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08.10.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 12 noyabr 2016-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh MMC-nin iddiası təmin edilməmişdir. Ali Məhkəmənin MK-nın 19 dekabr 2016-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 15.03.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, Cavabdeh MMC-nin iddiası təmin edilmiş, “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-8 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı,140,81 kv.m olan 290 saylı mənzilə dair ’’xxxx” MTK ilə bağlanmış 11 yanvar 2007-ci il tarixli müqavilə və həmin müqavilə və həmin müqaviəyə dəyişdirilmiş Cavabdehxxxxilə X3 arasında bağlanmış 15 sentyabr 2010-ci il tarixli müqavilə ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, bu məhkəmə mübahisələrinin predmeti iddiaçı Cavabdeh MMC-nin ona qarşı Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m sahəsi olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə aralarında bağlanmış, 11.01.2007-ci il tarixli müqavilənin həmin müqavilə əsasında Cavabdehxxxxilə aralarında bağlanmış 15.10.2010-cu il il tarixli müqavilənin ləğv edilməsi qət edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, onun dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh “xxxx”xxxxməhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qərardadına əsasən, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Kooperativ “xxxx” Mənzil-Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında 11 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Xətai rayonu, Xoçalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “xxxx” MTK-nın tikilməkdə olan binasında 290 nömrəli mənzili payçı İddiaçı verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 59140 manatı vaxtında ödəməyi öhdəsinə götürür. - Kooperativ “xxxx” Mənzil-Tikinti Kooperativi ilə payçı İddiaçı arasında bağlanmış kooperativ binada mənzil tikintisi haqqında 27 noyabr 2007-ci il tarixli müqavilədən görünür ki, Kooperativ Bakı şəhəri, Xətai rayonu, Xoçalı küçəsi, 2347-48 məhəllədə yerləşmiş “xxxx” MTK-nın tikilməkdə olan binasındakı qarajı payçı İddiaçı verməyi, payçı isə mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş haqq olan 10000 manatı vaxtında ödəməyi öhdəsinə götürür. - “xxxx”xxxxilə payçı İddiaçı arasında bağlanmış Mənzil Tikinti haqqında 15 oktyabr 2010-cu il tarixli müqavilədən görünür ki, cəmiyyət Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikilməkdə olan binasında 290 №li mənzili payçı İddiaçı verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqı olan 59140 manatı vaxtında ödəməyi öhdəsinə götürür. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 27.11.2007-ci il tarixli 1370 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 10000 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 09.02.2007-ci il tarixli 406 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 2653 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 14.03.2007-ci il tarixli 513 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 1212 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 20.04.2007-ci il tarixli 640 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 3164 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 12.07.2007-ci il tarixli 920 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 2550 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 03.11.2007-ci il tarixli 1286 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 4132 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 27.11.2007-ci il tarixli 1368 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 7000 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 21.05.2008-ci il tarixli 476 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 8280 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 22.05.2008-ci il tarixli 479 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 2700 manat məbləğində vəsait ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 20.04.2007-ci il tarixli 640 saylı arayışından görünür ki, İddiaçı “xxxx” MTK-nın kassasına 3164 manat məbləğində vəsait ödəmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1224/2014 saylı 12 may 2014cü il tarixli qətnaməsindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Bakı şəhəri Xətai rayonu Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m olan 290 saylı mənzilə dair “xxxx” MTK-a ilə bağlanmış 11 yanvar 2007-ci il tarixli müqavilə və həmin müqaviləyə dəyişdirilmiş “xxxx”xxxxilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2010cu il tarixli müqavilə ləğv edilməsi qət edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-399/2016 saylı 15 mart 2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1224/2014 saylı 12 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4639/16 saylı 19 dekabr 2016-cı il tarixli qərarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi X1 və üçüncü şəxs İbadullayev Samir Sahib oğlunun kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 mart 2016-cı il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilərək Cavabdehnə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə bağlanmış 11 yanvar 2007ci il tarixli müqavilə və həmin müqaviləyə dəyişdirilmiş Cavabdehxxxxilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2010-cu il tarixli müqavilə ləğv edilmişdir. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4702/2018 saylı 21 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı birtərəfli qaydada qəbul edilmiş 01.02.2013-cü il tarixli yığıncağın qərarının, mənzilə aid müqavilələrin tələb olunaraq ləğv edilməsinə, mənzilinin və qarajının məcburi qaydada boşaldılmasına, üzərində hüquqlarının bərpa olunmasına dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10077/2018 saylı 17 sentyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2650/2019 saylı 02.04.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 17 sentyabr 2018-ci il tarixli qətnaməsi qismən İddiaçı Cavabdeh MMC-yə qarşı qarajin boşaldılması və qaraj üzərində hüquqların bərpa olunması tələbinin rədd edilməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamənin qalan hissəsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - 15 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi ilə 11 yanvar 2007-ci il tarixdə müqavilə bağlayaraq Kooperativ tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan 290 saylı, 140,81 kv.metr sahəsi olan mənzilini 59140 manat, 27 noyabr 2007-ci il tarixli müqavilə bağlayaraq həmin binada yerləşən qarajını isə 10000 manat ödəməklə almışdır. Qarajın pulunu müqavilə bağlanan günü ödəmiş və müvafiq arayış almışdır. 11.02.2007-ci il tarixdə 21800 manat, 09.02.2007-ci ildə 2653 manat, 14.03.2007-ci il tarixdə 1212 manat, 20.02.2007-ci il tarixdə 3464 manat, 12.07.2007-ci il tarixdə 2550 manat, 03.11.2007-ci il tarixdə 4132 manat, 27.11.2007-ci il tarixdə 7000 manat, 21.05.2008-ci il tarixdə 8282 manat, 22.05.2008-ci il tarixdə 2700 manat nəğd olaraq “xxxx MTK” kassasına cəmi 53791 manat pul ödəmişdir. Bundan sonra, “xxxx” MTK bağlandığından, pulu ödəməli olduğu hüquqi şəxsi tapmaq mümkün olmadığından ödəməli olduğu 5349 manat pulu ödəyə bilməmişdir. Xeyli sonralar məhkəmə mübahisələri zamanı bilmişdir ki, ona məlum olmayan səbəblərdən “xxxx MTK” fəaliyyətini tam olaraq dayandırmış, tikintidə qalıq işlərinin aparılmasının Cavabdeh MMC-nin öhdəsində saxlanılmışdır. Onun bu məsələlərdən məhkəmə mübahisələrinə qədər ümumiyyətlə xəbəri olmamışdır. Onun xəbəri olmadan “xxxx”xxxx“xxxx MTK” ilə aralarında bağlanmış 11 yanvar 2007-ci il tarixli müqaviləyə xitam verilmiş, onun “Payçı” nın pay üzvülüyündən azad edilmiş və Bakı şəhəri, Xətai rayonu, Xocalı qəsəbəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m olan 290 saylı mənzili satışa çıxarılmış, mənzilin satışından sonra ödədiyi 53791 manatın ona qaytarılması qərara alınmışdır. Bütün bu işlər onun iştrakı və xəbəri olmadan görülmüşdür. “xxxx”xxxxiki qrupa bölünərək, 1-ci qrup mənzilini, 2-ci qrup isə qarajını satmışdır. O, bu barədə Azərbaycan Respublikası Baş Prokuroruna müraciət etmişdir. Ərizəsi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Həmin idarədə istintaq olunan cinayət işinin bir hissəsi X4, X2 barəsində cinayət işi artıq məhkəməyə göndərilmiş, o, həmin işdə o, qanunsuz olaraq zərərçəkmiş qismində tanınmamışdır. Şahid qismində dindirilmiş və məhkəmədə şahid kimi ifadə vermişdir. “xxxx” MMC-nin tərəfindən 01.02.2013-cü ildə növbədənkənar yığıncaq keçirilmiş, onunla bağlanmış müqaviləyə birtərəfli qaydada-qanunsuz xitam verilmiş və pay üzvülüyündən azad edilmişdir. Bu barədə məlumatı iddiaçı tərəfindən ona qarşı Gəncə şəhər məhkəməsində iddia qaldıran zaman bilmişdir. Ona görə də dərhal hüquqlarını pozan bu qərarların ləğv edilməsi etibarsız hesab olunması, mənzili və qarajı üzərində hüquqlarının bərpa olunması barədə iddia qaldırmalı olmuşdur. O, müqavilə şərtlərinə tam riayət etmiş, heç bir müqavilə pozuntusuna yol verməmişdir. Cavabdeh müqavilənin pozulmasına dair ona heç bir xəbərdarlıq etməmiş, ondan heç bir cavab almamışdır. Mənzilini və qarajını heç bir hüquqi əsas olmadan kənar şəxslərə sataraq onun Azərbaycan Respublikası Konstitutsiya və Qanunları ilə qorunan hüquqlarını və azadlıqlarını pozmuşdur. “xxxx” MTK ilə 11.01.2007ci tarixdə aralarında Kooperativ Binada mənzil tikintisi haqqında müqavilə bağlamışdır. Həmin müqavilənin şərtlərinə görə “xxxx” MTK Bakı şəhəri, Xocalı küçəsi, 2347-48 məhəllədə inşa olunan 3-cü giriş, 15-ci mərtəbə,3 otaqdan ibarət 140,81 kv.m olan mənzilini payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş ümumi dəyəri 59140 AZN pulu vaxtında ödəməyi öhdəsinə götürmüşdür. “xxxx”xxxxilə aralarında bağlanmış 15.10.2010-cu il tarixli Mənzil Tikintisi Haqqında müqavilənin surətindən görünür ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi, 2347-48 saylı məhəllədə “xxxx” MMC-nin tikilməkdə olan binasında 290 saylı mənzili payçıya-ona verməyi, payçı-o, həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürür. Mənzilin ümumi dəyəri 59140 manat məbləğində müəyyən olunmuşdur. Müqavilənin şərtlərinə görə mənzilin ümumi dəyəri tikinti başa çatdırılanadək dəyişilməz qalır. Müqavilə bağlandığı gündən 5 gün ərzində payçı tərəfindən mənzilin ümumi qiymətinin 30 faizi məbləğində ilk haqq ödənilir. Payçı öhdəsinə götürür ki, pulun qalan hissəsini Cəmiyyətə bərabər hissələrlə olmaqla, ümumi qiymətin 10 faizi məbləğində 5 gün ərzində hər tikinti etapından (mərtəbədən) sonra ödəyəcəkdir. Tikinti etapı və müddəti ilə payçı tanışdır. Son haqqhesab, tikinti işlərin son etapı qurtardıqdan 10 gün sonradan gec olmayaraq aparılmalıdır. Payçı ilk ödəməni gecikdirərsə, cəmiyyətin ixtiyarı var ki, müqaviləyə əsasən öhdəlikdən pay üzvünü azad etsin. Bu halda ödənilmiş pulun miqdarı cəmiyyət tərəfindən yalnız həmin mənzil başqa bir şəxsə verildikdən sonra payçıya qaytarılır. Hazırda İddiaçı qalıq borcu 5349 manat təşkil edir. Gəncə şəhəri Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh MMC-nin ona qarşı Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m sahəsi olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə aralarında bağlanmış, 11.01.2007-ci il tarixli müqavilənin həmin müqavilə əsasında Cavabdehxxxxilə aralarında bağlanmış 15.10.2010-cu il il tarixli müqavilənin ləğv edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08.10.2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətim təmin olunmamış, Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 04 mart 2015-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 08.10.2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-cü il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin olunmadan saxlanılmışdır. Ali Məhkəmənin MK-nın 12 noyabr 2016-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04.06.2015-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, Nizami rayon məhkəməsinin 12 may 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, Cavabdeh MMC-nin iddiası təmin edilməmişdir. Ali Məhkəmənin MK-nın 19 dekabr 2016-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 15.03.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, Cavabdeh MMC-nin iddiası təmin edilmiş, “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-8 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı,140,81 kv.m olan 290 saylı mənzilə dair ’’xxxx” MTK ilə bağlanmış 11 yanvar 2007-ci il tarixli müqavilə və həmin müqavilə və həmin müqaviəyə dəyişdirilmiş Cavabdehxxxxilə X3 arasında bağlanmış 15 sentyabr 2010-ci il tarixli müqavilə ləğv edilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, bu məhkəmə mübahisələrinin predmeti iddiaçı Cavabdeh MMC-nin ona qarşı Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-48 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı, 140,81 kv.m sahəsi olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə aralarında bağlanmış, 11.01.2007-ci il tarixli müqavilənin həmin müqavilə əsasında Cavabdehxxxxilə aralarında bağlanmış 15.10.2010-cu il il tarixli müqavilənin ləğv edilməsi qət edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 53791 manat mənzil üçün, 10000 manat qaraj üçün ödədiyi, əldən çıxmış faydaya görə 15000 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; Qeyd edilənlərlə müəyyən olundu ki, iddiaçı “xxxx” Mənzil-Tikinti Kooperativi ilə 11 yanvar 2007-ci il tarixdə müqavilə bağlayaraq Kooperativ tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan 290 saylı, 140,81 kv.metr sahəsi olan mənzilini 59140 manat, 27 noyabr 2007-ci il tarixli müqavilə bağlayaraq həmin binada yerləşən qarajını isə 10000 manat ödəməklə almışdır. Qarajın pulu müqavilə bağlanan günü ödənilmiş və müvafiq arayış alınmışdır. Mənzilin dəyərindən isə “xxxx MTK”xxxx“xxxx MTK” fəaliyyətini tam olaraq dayandırmış, tikintidə qalıq işlərinin aparılmasının Cavabdeh MMC-nin öhdəsində saxlanılmışdır. Tərəflər arasında mövcud məsələ ilə bağlı mübahisələr olmuş, Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2016ci il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-8 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı,140,81 kv.m olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə bağlanmış 11 yanvar 2007-ci il tarixli müqavilə və həmin müqavilə və həmin müqaviəyə dəyişdirilmiş Cavabdehxxxxilə X3 arasında bağlanmış 15 sentyabr 2010-ci il tarixli müqavilə ləğv edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırda isə müqavilələrin predmeti olan mənzil və qaraş iddiaçıya təhvil verilməsi ilə bağlı müqavilələr ləğv edilmiş, həmçinin iddiaçı tərəfindən mənzil üçün ödənilmiş 53791 və qaraj üçün ödənilmiş 10000 manat məbləğində pul ona qaytarılmamışdır. Müqavilələr ləğv edilsə də, müqavilə predmeti olan əmlaklar üçün ödənilmiş pulun iddiaçıya geri qaytarılmasını təsdiq edən hər hansı bir sübut yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsi 2347-48 məhəllədə tikilməkdə olan 290 saylı, sahəsi 140,81 kv.metr olan mənzilin və həmin binada yerləşən qaraşın dəyəri olan və iddiaçı tərəfindən ödənilmiş 53791 manat mənzil üçün və 10000 manat qaraş üçün ödənilmiş pul iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin digər, yəni əldən çıxmış faydaya görə 15000 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, MM-nin 443.1-ci və 443.2-ci maddələrinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. MM-nin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi qanunvericilikdə zərər anlayışı real zərər və əldən çıxmış fayda şəklində başa düşülür. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı təqdirdə adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Bu baxımdan, məhkəmə hesab edir ki, əldən çıxmış fayda pozulmuş hüquqla birbaşa əlaqəli olmalı, eləcə də hüquq pozulmadığı təqdirdə şəxsin müəyyən fayda əldə edilməsi real olmalı, hər hansı şərtdən və ya qeyri-müəyyən haldan aslı edilməməlidir. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən “xxxx” MTK aralarında bağlanmış 11 yanvar 2007-ci il və 27 noyabr 2007-ci il tarixli müqavilələr əsasında 2007-2008-ci il tarixlərində “xxxx” MTK-nın hesabına cəmi 63791 manat ödəniş edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2016-ci il tarixli qərarı ilə “xxxx” MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı küçəsində 2347-8 saylı məhəllədə 0,3 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində 3 otaqlı,140,81 kv.m olan 290 saylı mənzilə dair “xxxx” MTK ilə bağlanmış 11 yanvar 2007-ci il tarixli müqavilə və həmin müqavilə və həmin müqaviəyə dəyişdirilmiş Cavabdehxxxxilə X3 arasında bağlanmış 15 sentyabr 2010-ci il tarixli müqavilə ləğv edilsə də, bundan sonra iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 63791 manat məbləğində pul ona qaytarılmamışdır. Nəticədə iddiaçı öz əmlakından (pulundan) məhrum olmuş və həmin əmlakdan istifadə edə bilməmişdir. Nəticədə cavabdeh iddiaçını əmlakından mərhum etməklə iddiaçıya əldən çıxmış fayda şəklində zərər vurmuşdur. Odur ki, iddiaçı həm sözügedən müqavilə öhdəlikləri çərçivəsində, həmin müqavilə olmasa belə, mülki-hüquq pozuntusu (delikt) normalarına əsaslanmaqla (Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir, MM maddə 1097.1.) ona dəymiş zərərin əvəzini cavabdehdən istəməyə haqlıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mübahisələndirilən təmin edilməli və “xxxx” MMC-dən əldən çıxmış fayda şəklində vurulmuş zərərin əvəzi kimi 15000 (on beş min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan 15.04.2021 il tarixli qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh “xxxx” MMC-dən mənzil üçün 53791 manat, qaraj üçün 10000 manat, əldən çıxmış faydaya görə 15000 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “xxxx” MMC-dən mənzil üçün 53791 manat, qaraj üçün 10000 manat, əldən çıxmış faydaya görə 15000 manat, ödənilmiş 30,40 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №2(007)-1869/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(007)-1869/2021
19.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver