Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1871/2020 30.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı-nin nümayəndəsi X6 və Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “yaşayış yeri üzrə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvana dair Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən aparılmış yaşayış yeri üzrə qeydiyyatının etibarsız hesab edilməsi, cavabdehin iki azyaşlı uşağı X11 və X3 rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı ünvana yaşayış hüququ tanınmaqla qeydiyyata alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh öz azyaşlı övladları ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin QMB-nə müraciət etmişdir. Bakı şəhəri Nizami RPİ-nin QMB-nin əməkdaşları cavabdehin sənədlərini nəzərdən keçirib, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qaıununun 5-ci maddəsini tədbiq etmişlər. Həmin maddədə qeyd olunmuşdur ki, Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Ona görə də cavabdehlərin şəxsiyyət vəsiqəsi olduğundan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Ona görə də Cavabdeh ünvan 5 ünvanda yerləşən "xxxx" MMC-nin təsdiq etdiyi öz adına tərtib olunmuş ünvan 6 ünvanının eskiz layihəsini təqdim etmişdir. Qeyd olunan sənədlər əsasında Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən cavabdeh və onun 2 azyaşlı övladı yaşayış yeri üzrə həmin ünvana qeydiyyata alınaraq şəxsiyyət vəsiqələri ilə təmin olunmuşlar. Lakin, sonradan cavabdehə məxsus sənədlər polis idarəsində yerləşən arxivə təhvil verilərkən həmin sənədlər şübhə doğurmuş və tərəflərindən aparılmış daxili araşdırma zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən təqdim olunmuş “eskiz layihə” sənədi Nizami rayonu X12 tərəfindən qeydiyyatdan keçməmişdir. Həmçinin yoxlama zamanı Cavabdeh Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanına deyil, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı ünvana köçürülməsi barədə ünvan 719cu il tarixli və Bakı Apellyasiya məhkəməsinin 2(103)-8346/2019 saylı, 21.08.2019-cu il tarixli qətnaməsi mövcuddur. Son araşdırma zamanı məlum olmuşdur ki, ümumiyyətlə ünvan 1 ünvan mövcud deyildir. Odur ki, ünvan 1 ünvana olan qeydiyyat ləğv edilməlidir. Eləcə də cavabdehin iki azyaşlı övladı X11 və X4 qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B saylı üvnava yaşayış hüququ tanınmaqla qeydiyyata alınsın. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq izahat verərək göstərdi ki, Bələdiyyə tərəfindən mübahisələndirilən evin onlarda saxlanılan layihəsi təsdiq edilmişdir. O 2018-ci ildən bələdiyyədə həmin evə görə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Ona görə də iddianın təmin olunamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 28 sentyabr 2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh, X11 və X13 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(007)-494/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli 2(103)-8346/2019 nömrəli Qətnaməsinin surətindən görünür ki, cavabdeh Allahverdiyev Adil İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edillərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(007)- 494/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli 2(102)-628/2020 nömrəli Qərarının surətindən görünür ki, cavabdeh Allahverdiyev Adil İbiş oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan AZ-İ 305411 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X8 arasında olan nikah 31 oktyabr 2018-ci il tarixdə ləğv edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin bildirişinin surətindən görünür ki, Allahverdiyeva Zəminənin adına gələn xəbərdarlıqda mənzil ünvanı ünvan 9ir. İş materiallarında olan Azərbaycan Rüspublikası Keşlə Bələdiyyəsinin 133-k 12.11.2020-ci il tarixli məktubunun surətindən görünür ki, X5 17.04.2018-ci il tarixli ərizəsi əsasında Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanındakı ev Keşlə Bələdiyyəsinin vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İş materiallarında olan Azərbaycan Rüspublikası Keşlə Bələdiyyəsinin 16.09.2019-cu il tarixli tədiyyə bildirişinin surətindən görünür ki, X2 rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V saylı evə görə 37,05 manat əmlak vergisi ödəmişdir. İş materiallarına Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanında yerləşən X7 məxsus 2 mərtəbəli fərdi yaşayış evinin eskiz layihəsi əlavə olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən, X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən, cavabdeh Allahverdiyev Adil İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edillərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 fevral 2019-cu il tarixli 2(007)-494/2019 nömrəli qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılması, iddia tələbinin qismən təmin edilməsi X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 fevral 2020-ci il tarixli qərarına əsasən, cavabdeh Allahverdiyev Adil İbiş oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın 15 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 28 sentyabr 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdehin məhkəmə qətnamələrinə əsasən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 B ünvanına köçürülməsi müəyyən olunmasına baxmayaraq hazırda o və iki övladı Cavabdeh, X11 və X13 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanında qeydiyyatdadırlar. Hazırki iddia tələbi ilə İddiaçı yaşayış yeri üzrə aparılmış qeydiyyatın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin məcəllənin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Məhkəmə qeyd edir ki, İddiaçı hazırki iddia ərizəsi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanına dair yaşayış yeri üzrə aparılmış qeydiyyatın etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunuşdur ki, hazırda cavabdehin və onun övladlarının qeydiyyatda olduqları “13 V” ünvanı cavabdehn məhkəmə qətnamələrinə əsasən köçürüldüyü “13 B” saylı evin ikinci mərtəbəsində yerləşir. İddiaçının qeyd etdiyi “13 V” ünvanı yaşayış sahəsi kimi xüsusi mülkiyyət kimi qeydə alınmamışdır. Bundan başqa, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən, X5 Bakı şəhəri, ünvan 3 evə köçürülməsi qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanında yaşayış sahəsi xüsusi mülkiyyət hüququ kimi, habelə bu sahəyə dair hər hansı əmlak hüquqları kimi dövlət qeydiyyatına alınmadığından və cavabdehin hər hansı bir hüquqi əsas olmadan mübahisəli yaşayış sahəsinə qeydiyyata alınması müəyyən olundığından iddia tələbi qismən təmin edilərək, Cavabdeh ünvan 1 ünvana dair Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən aparılmış yaşayış yeri üzrə qeydiyyatı etibarsız hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsi; yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, qətnamə Cavabdeh və övladları X11 və X1 mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvana dair Bakı şəhər Nizami RPİ-nin QMB-si tərəfindən aparılmış yaşayış yeri üzrə qeydiyyatı etibarsız hesab edilsin. Qətnamə Cavabdeh və onunla birlikdə X11 və X9 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsi, ev 13 V ünvanından qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilməmiş 10 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Baki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1871/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1871/2020
30.11.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver