Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1878/2021 06.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Priua” markalı, 99-UG071 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişinin və məhkəmənin hesabına köçürülmüş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 05.12.2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Nissan Sunny” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək, X1 olan “Toyota Priua markalı, 99-UG071 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. İcbari Sığortalar haqqında Qanuna əsasən, Cavabdeh hadisə yerindən yayındığı üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə İXP ******* nömrəli 09.12.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. "xxxx" ASC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq bütün sənədlərin məhkəməyə təqdim edilməsi ona görə də iddiaya onların nümayəndəsinin iştirakı olmadan baxılması və təmin olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış ilə 09.12.2019-cu il tarixli PAZ ********** saylı icbari siğorta müqaviləsinə dair məlumatlardan görünür ki, “Nissan Sunny” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil bir il müddətinə- 09 dekabr 2020-ci il tarixədək siğortalanmışdır. - ADN 599192 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 99-UG071 dövlət qeydiyyat nişanlı “Toyota Priua” markalı avtomobilin sahibi X3r. - 27 noyabr 2020-cı il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC avtomobili idarə etmək səlahiyyətləri ilə **-PE-*** dövlət qeydiyyat nişanlı “Nissan Sunny” markalı avtomobili Cavabdeh vermişdir, etibarnamənin müddəti 09 dekabr 2021-ci il tarixədək olmaqla, səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən verilmiş 16.12.2020-ci il tarixli sığorta aktından görünür ki, 05.12.2020 tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X4 zərərlə bağlı maddi ziyanın ümumi məbləği 350 manat məbləğin X4 ödənilməsi müəyyən olunmuşdur. - 23.12.2020-ci il tarixli **********4 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X4 350 manat ödənilmişdir. - 09.12.2020-ci il tarixli İnzibati Xəta haqqında ******* saylı protokoldan görünür ki, Kazımov X5 Xətalar Məcəlləsinin 327.2-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. - 23.02.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 20,0 manat dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 0,40 manat bank xidmət haqqı alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 05.12.2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Nissan Sunny” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək, X1 olan “Toyota Priua” markalı, 99-UG071 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. AR “İcbari sığortalar haqqında qanunun” 63.1-ci maddəsinə əsasən, bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş subroqasiya hüququ yaranır. Hazırda iddiaçı "xxxx" ASC-nin avtomobilə vurulmuş zərərə görə ödənilmiş 350 manatı subroqasiya qaydasında cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin qanunun 63.1-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh 05.12.2020-ci il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Nissan Sunny” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək, X1 olan “Toyota Priua markalı, 99- UG071 dövlət nömrə qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə həmin avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə İXP ******* nömrəli 09.12.2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. "xxxx" ASC tərəfindən 350 manat siğorta məbləği X4 ödənilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi və məhkəmənin hesabına köçürülmüş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. “Toyota Priua” markalı, 99-UG071 dövlət nömrə qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində sığorta ödənişi və məhkəmənin hesabına köçürülmüş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq "xxxx" ASC-yə verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1878/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1878/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver