Məhkəmə qərarları › İş №2(007)-1898/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1898/2022

19.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1898/2022 19.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh BOKT "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Kredit İttifaqı Asossasiyasının” İctimai Birliyi cəlb edilməklə “kompensasiyanın ödənilməsi, borcun rekonstruksiya olunaraq tərtib edilməsi və dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Kredit İttifaqı Asossasiyasının” İctimai Birliyi cəlb edilməklə “kompensasiyanın ödənilməsi, borcun rekonstruksiya olunaraq tərtib edilməsi və dəymiş maddi mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh BOKT "xxxx" ASC-dən kompensasiyanın ödənilməsi, borcun rekonstruksiya olunaraq tərtib edilməsi, dəymiş 1000 manat maddi, mənəvi ziyanın ödənilməsi, X6 zaminlikdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun BOKT Azkreditdən tələbi odur ki, onun kompensasiyasını və borcu qalarsa ödəniş cədvəlini versinlər ki, cənab Prezdentin fərmanına uyğun olaraq ödənişini etsin. O, cənab Prezdentin fərmanından dərhal sonra həmin banka ona düşən kompensasiyanın verilməsi üçün müraciət etmiş, bank onu hesablama palatasına yönəltmişdir. O, dəfələrlə mərkəzi banka və hesablama palatasına müraciət etməyinə baxmayaraq bu günə qədər nə ödəniş cədvəlini, nə də ki, kompensasiyanı ala bilmir. O, ödəniş etməyinə baxmayaraq bank və icra məmurları qeyriqanuni olaraq onun 72 yaşlı zaminindən pul tuturlar. Mərkəzi bank ona cavab yazıb ki, bank sənədləri düzgün sistemə işləmədiyi üçün bu problem yaranıb. Bu məsələni həll etmək üçün məhkəmə ekspertizası lazımdır. Cavabdeh BOKT "xxxx" ASC məhkəməyə etiraz verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onlar iddianı əsassız sayırlar. Belə ki, iddiaçı ilə ləğv (iflas) prosesində olan BOKT “Vijn Fond AzərKredit" MMC arasında xx.xx.2015-ci il tarixli, LD ********** saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında iddiaçıya BOKT “Vijn Fond AzərKredit" MMC tərəfindən 24 ay müddətinə xx.xx.2017-ci il tarixinə qədər qalıq borcun 39.80 faiz dərəcəsini tətbiq edilməklə 2700 manat (iki min yeddi yüz manat) məbləğində kredit verilmişdir. "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının Qanunun 22.1- ci bəndinin tələbinə əsasən ləğv (iflas) prosesində olan BOKT "xxxx" MMC hər bir kredit təşkilatı kiıni kredit məlumatlarını X1 kredit reyestrinə Azərbaycan Respublikası Mərkəzi X13 xx.xx.2021-ci il tarixli 32/1 nömrəli “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasını (“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci il 08 oktyabr tarixli ********** nömrəli Qərarı) əsas götürməklə daxil etməli idi. Onlar hesab edirlər ki, BOKT "Vijn Fond AzərKredit” MMC İddiaçı məlumatlarını Mərkəzləşdirilmiş Kredit Reyestrinə daxil edərkən səhvə yol vermiş və bu səhvə sonradan düzəliş olunmamışdır. Eyni zamanda BOKT “AzKredit" ASC xx.xx.2019-cu ildə MMC olaraq təsis edilmişdir (xx.xx.2020-ci il tarixindən ASC kimi fəaliyyətini davam etdirir). BOKT “AzKredit" ASC Mərkəzi Bank tərəfindən xx.xx.2021-ci il tarixində təqdim edilən BKT-39 nömrəli lisenziya əsasında kredit verməyə başlamışdır. xx.xx.2019-cu il tarixində ləğv (iflas) prosesində olan BOKT “Vijn Fond AzərKredit'' MMC ilə BOKT "xxxx" ASC arasında Kredit Portfelinin alqı-satqısına dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən xx.xx.2019-cu il tarixində ləğv (iflas) prosesində olan, BOKT “Vijn Fond Azərkredit" MMCnin (VÖEN: **********) borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və həmin tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ BOKT "AzKredit” ASC-yə (VÖEN: **********) keçmişdir. Bu o demək deyildir ki, BOKT "AzKredit” ASC ləğv (iflas) prosesində olan BOKT "xxxx" MMC-nin hər hansı hərəkətinə (hərəkətsizliyinə) görə məsuliyyət daşıyır. BOKT “AzKredit" ASC tam müstəqil bir hüquqi şəxsdir və yalnız öz hərəkətinə (hərəkətsizliy inə) görə cavabdehdir və tam məsuliyyət daşıyır. Bundan əlavə, iddiaçıya “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləği və ya restrukturizasiya olunacaq borc Mərkəzləşdirilmiş Kredit Reyestrinin və müvafiq kredit təşkilatının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçıya dair məlumatlar BOKT "xxxx" ASC tərəfindən deyil, ləğv (iflas) prosesində olan BOKT "xxxx" MMC tərəfindən Mərkəzi Kredit Reyestrinə təqdim edilmişdir. Məlumat təchizatçısı olaraq Ləğv (iflas) prosesində olan BOKT "xxxx" MMC tərəfindən məlumatların Mərkəzləşdirilmiş Kredit Reyestrinə düzgün daxil edilib-edilməməsi, müştərilərə kompensasiya hesablanıb-hesablanmaması BOKT "xxxx" ASC-nin öhdəliyində olan bir məsələ deyildir. BOKT “AzKredit" ASC Mərkəzləşdirilmiş Kredit Reyestrinə sadəcə özünün daxil etdiyi məlumatlara görə məsuliyyət daşıyır. İddiaçının X7 zaminlikdən azad edilməsi barədə iddiası ilə isə razılaşmır və qeyd edirlər ki, iddiaçının təşkilat qarşısında 1656.40 AZN (bir min altı yüz əlli altı manat qırx qəpik) borc öhdəliyi vardır. İddiaçı borc öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Tərtər rayon İcra və X15 Rayon Məhkəməsinin 2(061)- 1723/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsini əsas götürərək xx.xx.2020-ci ildə məcburi icra tədbiri kimi İddiaçı zamini X7 təqaüdünə yönəltmə etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X10 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq bildirdi ki, ilk dəfə "xxxx" MMC ilə müqavilə bağlamış və kredit götürmüşlər, sonradan BOKT "xxxx" ASC olmuşdur. O, cənab Prezidentin fərmanından dərhal sonra banka, bank onu hesablama palatasına yönəltdikdən sonra isə hesablama palatasına dəfələrlə müraciət etmişdir. Amma bu günə kimi o, nə ödəniş cədvəlini, nə də kompensasiyasını ala bilməmişdir. O, prezidentin fərmamına uyğun olaraq ödəniş etmiş, ödəniş etməsinə, zaminlik müqaviləsinin müddəti bitməsinə baxmayaraq 72 yaşlı zaminin pensiyasından pul tutulmuşdur. Onun müraciətinə Mərkəzi Bank bank sənədləri sistemə düzgün işləmədiyinə görə bu problemin yarandığını, onlar MK-ya düzəliş etsələr, pulu verəcəklər deyə ona cavab vermişdir. Mərkəzi Bankdan ona haqlı olduğunu demişdirlər. O, həmçinin qeyd etdi ki, kompensasiya bundan əvvəlki kreditə aiddir. Fevral və oktyabr aylarında 2 dəfə devalvasiya olmuş, onlar dollarla olan borcu bağlamış, 105 dollar ödəmişdir. 2013-cü ilin krediti bağlandıqdan sonra kredit olaraq 2700 manat bankdan pul götürmüşlər. O, hazırda 2015-ci il tarixli krediti mübahisələndirir. Bu krediti götürəndən sonra onların mübahisəli məsələləri olmuş, bank onları məhkəməyə vermiş, icraya yönəldikdən sonra borc onun əmək haqqından və digər zaminin pensiyasından tutulur. Sonra o, xəstə olmuş, işdən çıxmış və borcu ödəyə bilməmişdir. Buna görə də 2016-cı il tarixdə məhkəmə prosesi olmuşdur. O, borcu 2016-cı ilə qədər az-az ödəyirdi. Sonra onlar cənab Prezidentin fərmanına əsasən restrukturizasiyaya düşmüşlər. Fərman çıxandan sonra onların borcu olmuş və o, 812 manat ödəmişdir, Çünki orada göstərilmişdir ki, bir illik bir faizlə pul hesablansın və ödənilsin. Belə olanda o da fikirləşmişdir ki, borcu qalmasın, kompensasiya veriləcək. Fərman çıxandan sonra da BOKT "xxxx" MMC-yə müraciət etmişdir. Sonra 72 yaşlı zaminin pensiyasında pul tutulduğunu görmüşlər. Bu müqavilə də restrukturizasiya olunmamışdır. 2015-ci il tarixli kreditdən sonra bankın hüquqşünası onun ödəniş etməyə məcbur etmiş, o da kompensasiya ala bilməmişdir. Fərmandan 3-5 ay sonra onun kompensasiyası verilməyəndən və 812 manat ödəyəndən sonra, 135 manat 3 dəfə zamindən tutulmuşdur. O, tələblərin cavabdehə keçməsinə münasibətdə bildirdi ki, cavabdehə tələb hüququ ilə birlikdə kredit portfeli də keçmişdir. Buna görə də Mərkəzi banka məlumatı da cavabdeh düzgün verməli idi. məlumat hər ayın əvvəli verilməlidir. Əgər ayın əvvəli qeyri-iş gününə düşürsə, dəyişilə bilər və vaxtı keçibsə də məhkəmə qərarından sonra cavabdeh MK-da düzəliş edə bilərlər. Düzəliş olunarsa kompensasiyanı Mərkəzi Bank ödəyəcək, digər krediti restrukturizasiya edib, faizi silib onun cədvəlini verəcəklər. BOKT "xxxx" ASC-yə dəfələrlə zaminlə birlikdə getmiş, cəmiyyətin əməkdaşlarının fikri bu olmuşdur ki, kredit üzrə məlumatlar səhv işlənib düzələcəkdir. Bundan əlavə o, icra şöbəsinə dəfələrlə müraciət etmişdir ki, bu məsələdə məhkəmədə mübahisə olduğu üçün zamindən pul tutulması dayandırılsın, amma onlar buna əməl etməmişdirlər. Həmçinin hansı bankın bölgə üzrə hüquqşünası olduğunu bilmədiyi Fariz müəllim səlahiyyətlərini aşaraq pul tutur. O, 2700 manat kredit götürmüş, həmin məbləğə 243 manat faiz hesablanmışdır. O, Mərkəzi Banka qarşı inzibati məhkəməyə iddia vermiş, ona rayon məhkəməsinə iddia verməsini bildirmiş, orada heç bir qərar çıxmadığına görə ərizə yazıb iddiasını geri götürmüşdir. Öz rayon məhkəməsində olan iddia zaminliklə bağlı olandır. Zaminliklə bağlı qərar təmin olunmamış, Tərtər Rayon Məhkəməsi bir tərəfli qərar çıxartmış, onlar həmin prosesdə iştirak etməmiş, məhkəmə həmin qərarı əsaslandırmamış, vəkil iddianı səhv vermiş, lakin həmin qərar onlarda yoxdur. Orada pensiyadan tutulma ilə bağlı qeyd olunmuş, zaminlikdən azad edilmə ilə məhkəməyə müraciət edilməmiş, zaminlikdən azad edilmə ilə bağlı hazırda tələb qaldırmışlar. Belə olan halda, o, fərmana əməl olunmasını, borcu qalırsa cədvəlin verilməsini və ödənişini etməsini, onun zaminindən pul tutulmamasını, eyni zamanda Tərtər rayon İcra Şöbəsinin icraçısı barəsində tədbir görülməsi haqqında Ədliyyə Nazirliyinə məktub göndərilməsini və bu bankın bölgə üzrə hüquqşünası Fariz müəllimin vəzifə səlahiyyətlərini aşdığına görə işdən azad edilməsi barəsində tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, xx.xx.2019-cu il tarixdə ləğv prosesində olan BOKT "xxxx" MMC-nin borclu ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə əldə etdiyi və xx.xx.2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mükiyyət hüququ BOKT "xxxx" ASCyə keçmişdir. Amma müqavilədə belə bir şərt var ki, hüquqlar və tələblər tam ödəniş həyata keçirildikdən sonra həyata keçirilir, təhvil-təslim aktı imzalanır və həmin tarixdən onlara keçir. Eyni zamanda MK sisteminə düzəliş edə bilmirlər, onlar yalnız öz sisitemlərinə düzəliş edir və mərkəzi bankı məlumatladırırlar, bundan sonra onlar da öz sistemlərinə düzəliş edirlər. İddiaçnın onlara keçən krediti Azərbaycan manatı ilə keçən kreditdir və həmin sənədlər sistemə düzgün işlənmişdir. Onlara keçəndə ididaçının manatla olan kredit borcu üzrə fin kodu düzgün işlənmiş, amma şəxsin bağlanılmış ABŞ dolları ilə olan məlumatlarında fin kod düzgün işlənilməmişdir. Buna görə də onların hər hansı düzəliş etmələrinə ehtiyac yoxdur. Mərkəzi Bankın öz sisiteminə düzəliş etməsinin bunlara aidiyyəti yoxdur, onların isə Mərkəzi Bankın sisiteminə müdaxilə etməyə heç bir səlahiyyəti yoxdur. İddiaçının 2015-ci il tarixli müqaviləsi onlardadır, həmin müqavilə isə restrukturizasiya olunmur, İddiaçı dollarla BOKT "xxxx" MMC-dən pul götürüb, həmin müqavilə üzrə isə kompensasiya ödənilməlidir və o müqavilə də onlara keçənədək bağlanmışdır. BOKT "xxxx" ASC tam müstəqil bir hüquqi şəxsdir, yalnız öz hərəkətinə görə cavabdehdir və tam məsuliyyət daşıyır. Onlar bu məsələ ilə bağlı heç bir məsuliyyət daşımır. Onlara ancaq tələb hüququları keçmişdir. İddiaçının vəziyyətində olduğu kimi bir problem olmuş, həmin vətəndaş inzibati məhkəməyə müraciət etmiş, Mərkəzi Bankın cavabdeh olduğu həmin işdə pulun Mərkəzi Bank tərəfindən ödənilməsi kimi qətnamə çıxmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Kredit İttifaqı Asossasiyasının” İctimai Birliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı tərəfindən BOKT “Vijn Fond AzərKredit" MMC ilə birinci dəfə 2013-cü il tarixdə kredit müqaviləsi bağlanılmış, iddiaçının nümayəndəsinin bildirdiyinə görə kredit müqaviləsi qeyd olunan borc məbləği tərəflərindən ödənildikdən sonra borc bağlanılmışdır. Bundan sonra İddiaçı yenidən BOKT “Vijn Fond AzərKredit" MMC ilə 24 ay müddətinə xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlamış və ona 2700,00 məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X10 və X11 BOKT "xxxx" MMC ilə xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlamışdır. Sonradan bank kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün məhkəməyə müraciət etmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-1723/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, Tərtər Rayon Məhkəməsinin 2(061)-1723/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən İddiaçı, X3, X4 2946 manat kredit borcu və 20 manat dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi tələbinə dair icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2019-cu il tarixli Kredit Portfelinin alqı-satqısına dair müqavilə əsasında “BOKT "xxxx" MMC-nin Əmlak İnzibatçısının xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş BOKT "xxxx" MMC-nin (ləğv prosesindədir) ümumi aktivlərinin dəyərinin 5%-dən çox olan əmlakının (Kredit Portfelinin) alqı-satqı müqaviləsinin açıq hərrac yolu ilə bağlanması” qaydalarından irəli gələn bütün öhdəlikləri və mülki məsuliyyəti, bu müqavilə bağlandıqdan sonra da yerinə yetirməyə borclu olduğu müəyyən olunmuşdur. xx.xx.2019cu il tarixdə hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilə bağlanılmış, müqavilə əsasında ilk kreditorun borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və xx.xx.2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditora keçmişdir. Daha sonra İddiaçı Mərkəzi Banka müraciət etmiş, Mərkəzi Bank xx.xx.2020-ci il tarixdə cavab olaraq onun kredit tarixçəsi barədə kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə xx.xx.2019-cu il tarixli “Azərbaycan Respublikasından fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X13 xx.xx.2021-ci il tarixli, 32/1 nömrəli “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının (“Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilinəsi Qaydası”nın təsdiq edilməsi haqqında” ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2018-ci il tarixli, ********** nömrəli Qərarı): 3.1-ci maddəsinə əsasən, kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. 3.2-ci maddəsinə əsasən, məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. 3.3-cü maddəsinə əsasən, MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. 3.4-cü maddəsinə əsasən, məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. 3.5-ci maddəsinə əsasən, kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məhkəmə qeyd olunanlar əsasında ilk öncə qeyd edir ki, hazırki mübahisəli kredit müqaviləsi üzrə məlumatlar xx.xx.2019-cu il tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilməli olduğundan, ilk kreditorun borclu ilə bağlamış olduğu kredit müqavilələri üzrə əldə etdiyi və xx.xx.2019-cu il tarixi vəziyyətinə qalan bütün hüquqlara və tələblərə mülkiyyət hüququ yeni kreditora xx.xx.2019-cu il tarixli hüquqların və tələblərin güzəşti haqqında bildiriş/müqavilə əsasında BOKT “AzKredit" ASC-yə keçdiyindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə məlumatar BOKT "xxxx" MMC tərəfindən Mərkəzi Kredit Reyestrinə təqdim edilmişdir. Bütün bunlar isə həmin kredit müqaviləsi üzrə edilən hər hansı hərəkət (hərəkətsizlik), yanlışlıq üçün məsuliyyət və cavabdehlik daşımaq vəzifəsinin BOKT “AzKredit" ASC-yə aid olmamasına və BOKT "xxxx" MMC-nin qeyd olunan hərəkətlərə görə məsuliyyət daşımasına əsas verir. Məhkəmə həmçinin bildirir ki, qeyd olunan məsələ ilə bağlı cavabdeh məsuliyyət daşısa belə, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə məlumatlar yanlış qeyd edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlər əsasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə LD_İD LD********** olan İddiaçı məlumatlarının (FİN, AZE seriyası və s.) doğru vurulduğu müəyyən olunmuşdur. Lakin, LD_İD LD********** olan 2000 ABŞ dolları kredit götürülməsi üzrə qeyd olunan məlumatlarda, yəni iddiaçının fin kodunda yanlışlıq olmuşdur. Qeyd olunan yanlışlıq da BOKT "xxxx" MMC-nin dövrünə aid olmuşdur. Həmçinin, iddiaçı məhkəmə iclasında həmin kredit müqaviləsinin tərəflərindən bütün vəsait ödənilərək bağlanıldığını qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mülki hüquq pozuntusu nəticəsində ona maddi ziyan vurulduğunu iddia etsə də, iddia tələbinin əsası kimi məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmiş, ona sırf cavabdehin hərəkətləri nəticəsində ziyan dəydiyi, dəymiş ziyanın konkret məbləği müəyyən edilməmişdir. Məhkəmə iddia tələbinin “maddi mənəvi zərərə görə 1000 (on min) manat pulun ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, ona cavabdeh tərəfindən hansı mənəvi zərər vurulmasına, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi maddi və mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. 477.0-ci maddəsinə əsasən, zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2-ci maddəsinə əsasən, əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3-cü maddəsinə əsasən, kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Bununla da müəyyən olundu ki, cavabdeh Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada İddiaçı BOKT "xxxx" MMC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu X11 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə iddiaçının iddia tələbinin “X6 zaminlikdən azad edilməsi” hissəsi ilə bağlı bildirir ki, iddiaçının təşkilat qarşısında 1656.40 AZN (bir min altı yüz əlli altı manat qırx qəpik) borc öhdəliyi olmuş, Tərtər Rayon Məhkəməsinin 2(061)-1723/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi qəbul edilmiş və həmin qətnamə icraya yönəldilmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı borc öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Tərtər rayon İcra və X15 Rayon Məhkəməsinin 2(061)-1723/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsini əsas götürərək xx.xx.2020-ci ildə İddiaçı zamini X7 təqaüdünə yönəldilmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərində qeyd olunan əsasların heç biri olmadığından, iddia tələbi 2015-ci il tarixli kredit müqaviləsi üzrə zamin durmuş X6 zaminlikdən azad edilməsi hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə İddiaçı “Tərtər rayon İcra Şöbəsinin icra məmurları barəsində tədbir görülməsi haqqında Ədliyyə Nazirliyinə məktub göndərilməsi və bu bankın bölgə üzrə hüquqşünası Fariz müəllimin vəzifə səlahiyyətlərini aşdığına görə onun işdən azad edilməsi barəsində tədbirlər görülməsi” barədə şifah vəsatəti ilə bağlı bildirir ki, hazırki mübahisə mülki xarakterli mübahisə olduğundan, habelə həmin şəxslərin konkret kim olması göstərilmədiyindən, eyni zamanda hazırki iş üzrə qeyd olunan şəxslər barəsində xüsusi qərardad çıxarılması üçün hər hansı əsaslar müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin şifahi vəsatəti təmin edilə bilməz. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Kredit İttifaqı Asossasiyasının” İctimai Birliyi cəlb edilməklə “cavabdeh BOKT "xxxx" ASC-dən kompensasiyanın ödənilməsi, borcun rekonstruksiya olunaraq tərtib edilməsi, dəymiş 1000 manat maddi, mənəvi ziyanın ödənilməsi X6 zaminlikdən azad edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və 124.2-ci maddələrinə əsasən iddia tələbi təmin olunmadığına görə iddiaçı X9 tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh BOKT "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Azərbaycan Kredit İttifaqı Asossasiyasının” İctimai Birliyi cəlb edilməklə “cavabdeh BOKT "xxxx" ASC-dən kompensasiyanın ödənilməsi, borcun rekonstruksiya olunaraq tərtib edilməsi, dəymiş 1000 manat maddi, mənəvi ziyanın ödənilməsi X6 zaminlikdən azad edilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar