Məhkəmə qərarları › İş №2(007)-19/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-19/2020

22.05.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-19/2020 22.05.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X8 və üçüncü şəxslər "xxxx" şirkətinin təsisçiləri X9 və X4 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X11 və X6 qarşı “pul və mənəvi zərər” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X11 və X6 qarşı “pul və mənəvi zərər”tələbinə dairiddiaərizəsivə AzərbaycanRespublikası MPM-in 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbi həcminin artırılmasına dair ərizəilə məhkəməyə müraciətedərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1 200 000 ABŞ dolları məbləğinin alınaraq ona ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500 000 manat məbləğinin alınaraq ona ödənilməsi,Cavabdeh1 borc kimi aldığı 200 000 ABŞ dollarıməbləğinin alınaraq ona ödənilməsi, əldən çıxmış fayda kimi 420 000 manatməbləğinin Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi,Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş 100 000 manatməbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıiddiatələbinionunlaəsaslandırmışdırki, "xxxx" Firması AR Ədliyyə Nazirliyindən Dövlət qeydiyyatından keçmişdir. Vergi orqanından qeydiyyatdan keçərək ********** VÖEN alınmışdır. Azərbaycan Respublikası Dövlət əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin xx.xx.2006-cı il tarixdə Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin "xxxx" Firmasının mülkiyyətində olması barədə mülkiyyət hüquqları haqqında Şəhadətnamə verilmişdir. (Reyestri kitabı 1, Qeydiyyat nömrəsi 000093, səhifə 14). Onlar həmin əmlakı aylıq icarəyə verərək hər ay 12.000,00 manat məbləğində vəsait almışdırlar.Lakin "xxxx" şirkətinin təsisçisi, həkim Cavabdeh1 onlara yaxınlaşaraq, birgə fəaliyyət göstərmələrini təklif etmişdir. Belə ki, Cavabdeh1 tam əminliklə onları inandırmışdır ki, “İdman sağlamlıq mərkəzi” kompleksində yaxşı Klinika açmaq olar və həmin Klinikadan aylıq minimum 100 000 manat məbləğdə gəlir götürə bilərlər. Uzun danışıqlardan sonra onlar, Cavabdeh1 şirin vədlərinə inanmışlar və ümumi bir razılığa gələrək 2007-ci il tarixdə aralarında “birgə fəaliyyət haqqında” müqaviləimzalamışlar. Həmin müqaviləyə əsasən onlar öz əmlaklarını, Klinika kimi təmir edəcək, Cavabdeh1 dahəmin tibb müəssisəsinə müasir tələblərə cavab verən tibb avadanlıqları alacağını və idarə edərək, “100 000” manat xalis gəlirdən hər ay 50 000 manat onlara verəcəyinibildirmişdir. Ümumiyyətlə, belə razılaşmaya səbəb, həm çox qazanc əldə etmək, həm də İlqar Əliyev kimi nüfuzlu və etibarlı bir şəxslə iş birliklərinin olacağı idi. Çünki Cavabdeh1 onlara bildirmişdir ki, ümumi rəhbərləri İlqar Əliyevdir. Onlar müqavilə üzrə öhdəliklərini icra etmək üçün əllərində olan nəğd pulları və mülkiyyətlərində olan mənzilləri satmışlar. Lakin pulları çatmadığından məcbur olub Azərbaycan Beynəlxalq Bankından xx.xx.2007-ci il tarixdə 250 000 ABŞ dolları və xx.xx.2008-ci il tarixdə 100 000 ABŞ dollarıməbləğində kredit götürmüşlər və “İdman sağlamlıq mərkəzi” kompleksini Klinika kimi fəaliyyət göstərməsi üçün təmir və rekonstruksiya və.s işlərinə ümumilikdə 500 000 manat məbləğində pul xərcləmişlər. Lakin Cavabdeh1 məsul şəxs kimi öz öhdəliyini layiqincə icra etməmişvə hər dəfə müxtəlif bəhanələr gətirərək gözlədikləri xalis gəliri onlara verməmişdir. Buna baxmayaraq, onların etibarı yenə də Cavabdeh1 qarşı itməmiş və onun İlqar Əliyevinadından dediyi hər bir sözünə inanaraq hörmətlə yanaşmışlar.Belə olan halda, onların maddi vəziyyəti kəskinləşərək dözülməz həddə çatmışdır. Beləki, əllərindəki nəğd pullar xərclənmiş, mənzilləri satılmış və banka olan borcları artmışdır. Ona görə məcbur olub2009-cu il tarixdə əmlaklarını satmaq qərarına gəlmişlər. Onlar əmlaklarını ilkin olaraq 3 500 000 ABŞ dollarıməbləğinə satmaq qərarına gəlmişlər. Cavabdeh1 onlara yaxınlaşaraq bildirmişir ki, İlqar Əliyevhəmin əmlakı almaq istəyir. Cavabdeh1la uzun sürən danışıqlardan sonra onlar, İlqar Əliyevə dərin hörmətlə yanaşdıqlarından,əmlakın son satış qiymətinin 2 400 000 ABŞ dollarıməbləğində olmasına razılaşmışlar. Lakin alqısatqı zamanı görmüşlər ki,satılan əmlakın 50%-i Cavabdeh1 övladı, Cavabdeh2adına rəsmiləşir. Onlar səbəbini soruşanda Cavabdeh1 “Sizə hesabat vermiyəcəm”deyərək onları susdurmuşdur. Alqı- satqı olan zaman onlar 1 200 000 ABŞ dolları məbləğini almışlar. Qalan hissəsini soruşduqda Cavabdeh1 yaxın vaxtlarda ödəniləcəyini bildirmişdir. Bir müddətdən sonra Cavabdeh1rvadı Arzu Şahbazovanın avtomobili yandığından onlardan 200 000 ABŞ dolları borc almış və qısa zaman ərzində ödəyəcəyini bildirmişdir.Onlar yenə də Cavabdeh1 sözünə inanmış və pulun qalan hissəsinin, yəni 1 200 000 ABŞ dollarını, sonradan isə borc kimi aldığı 200 000 ABŞ dolları məbləğinin alınması üçün İlqar Əliyevə müraciət etməmiş və gözləmişlər. Lakin Cavabdeh1 onları aldatmaqda davam edərək bildirmişdir ki, qalan 1 400 000 ABŞ dolları Nigar Kilinikasından gələn xalis gəlirdən hissəhissə onlara ödəniləcək. Onlar da məcbur olub Cavabdeh1 sözlərinə inanmış və gözləməli olmuşlar. Etiraz edəndə isəCavabdeh1, İlqar Əliyevi əsəbləşdirə biləcəklərini və bir qara qəpikdə ala bilməyəcəklərini deyərək onlara hədə-qorxu gəlirmişlər. Onlar da məcburolaraq susmuş və Cavabdeh1 hər 2-3 aydan bir verdiyi xırda məbləğlə razılaşmışlar. Bir müddətdən sonra, yəni 2016-cı il tarixdəCavabdeh1 ümumiyyətlə pul verilməyəcəyini bildirəndə, onlarməcbur qalaraq İlqar Əliyevə müraciət etməli olmuşlar, İlqar Əliyevə müraciət etdikdən sonra məlum olmuşdur ki,Cavabdeh1 onları aldatmaqla yanaşı, İlqar Əliyevin də ona olan etibarından sui-istifadə edərək əsassız olaraq varlanmışdır. İlqar Əliyev dərhal Cavabdeh1 öz iradını bildirmiş və onlara bildirmişdir ki, alınan əmlakın 50%-i özü almış və payına düşən 1 200 000 ABŞ dollarını ödəmişdir. Qalan 1 200 000 ABŞ dolları isə Cavabdeh1 tərəfindən ödənilməlidir. Bununla da, Cavabdeh1 saxtkarlığı üzə çıxmışdır. Keçən müddət ərzində cavabdehlər ona ödəməli olduqları 1 200 000 ABŞ dolları və 200 000 ABŞ dolları, cəmi 1 400 000 ABŞ dolları məbləğini ödəməmişlər, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməkdən boyun qaçırmışlar. Ona görə də məcbur olub, məhkəməyə müraciət etməli olmuşdur. Keçən bu müddət ərzində o, 420 000 manat məbləğində mənfəətdən məhrum olmuşdur. Belə ki, yuxarıda qeyd etdiyi kimi, əmlaklarının satılmamışdan öncə onlar aylıq 12 000 manatməbləğində icarə pulu alırdılar. Keçən 6il müddətində onlar 420 000 manat məbləğdən də məhrum olmuşlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (qardaşı) X14 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin heç bir hüquqi əsası yoxdur və həmin ərizə cavabdehin formal mülahizələrinə əsaslanmışdır. Belə ki, iddia müddəti institutunun tətbiqi üçün şərtlərin olub-olmaması baxımından mühüm əhəmiyyət kəsb edir, çünki hər bir ayrı hal da konkret hallardan asılıdır. Deməli, iddia müddəti institutu formal əsaslarla, yalnız iddia ərizəsi ilə məhkəməyə müraciət edilən tarix əsas götürülməklə tətbiq oluna bilməz. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2009-cu ildən 2015-ci ilin sonunadək iddiaçıya olan borclarından hissə-hissə xırda məbləğlərdə 20.000,00 manat ödənişlər etmişlər. Bu səbəbdən də hesab edir ki, iddia müddəti məhkəmə tərəfindən şamil edilə bilməz. Bundan əlavə, cavbdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə xüsusi olaraq qeyd edilir ki, guya Cavabdeh1 pul məbləğini 3 dəfəyə iddiaçıya və onun rəhmətlik atasına ödəmişdir. Bu bir absurd fikirdir və yalnız cavabdehlərin təfəkkürünün uydurmasıdır. Üstəlik belə olan halda sübutetmə yükü cavabdehlərin üzərinə düşür. Lakin cavabdehlər bu halı təsdiq edən hər hansı sübutunu təqdim etməmişlər. Həmçinin o bildirdi ki, baxmayaraq ki, əmlakın satılması ilə bağlı danışıqlar Şahbazla aparılmışdır, alqı-satqı müqaviləsində alıcı qismində onun oğlu digər cavabdeh Vuqarın adı qeyd edilmişdir. Eyni zamanda bildir di ki, 1.200.00,00 ABŞ dollarını cavabdehlər onlara vaxtında vermiş olsaydılar onlar həmin məbləği başqa obyek almaqla gəlir əldə edərdilər. Cavabdehlər nəinki obyektin qalan pulunu onlara qaytarmamış, eyni zamanda həmin vəsaitdən istifadə etməklə gəlir əldə etmək imkanlarindan onları məhrum etmişlər. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs "xxxx" şirkətinin təsisçiləri X9 və X4 nümayəndəsi və vəkili X7 izahat verərək göstərdi ki, həqiqətən də "xxxx" firmasında payın alqı-satqısına dair 05 may 2009-cu il tarixli müqaviləsinə əsasən, İddiaçı "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. Müqavilədə alqısatqı qiyməti göstərilməsə də, onlar 2 400 000 ABŞ dolları məbləğində razılığa gəlmişlər. İlqar Əliyev həmin məbləğin müvafiq olaraq öz payına düşən hissəsini yəni, 1 200 000 ABŞ dollarını iddiaçıya ödəməsi üçün Cavabdeh1 vermişdir. Cavabdeh2 öz payında düşən hissəsini ödəmədiyini isə təxminən 2016-cı ilin sentyabr aylarında iddiaçının İlqar Məmmədova müraciəti zamanı öyrənmişdir. Həmçinin həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh2 onun payına düşən hissədən müəyyən qədər, yəni təxminən 20 000 ABŞ dolları ödəmişdir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X10 iddia tələbini qəbul etmədiyini bildirib izahat verərək göstərdi ki, 05 may 2009-cu il tarixli alqı-satqı müqaviləsində müqavilənin notariatda təsdiq edilməsi, müqavilə şərtlərinin iddiaçının iradə ifadəsinə uyğun olaraq bağlandığı və satılan payın hər-hansı bir öhdəlikdən azad olması bardə mülkiyyətçinin bəyanatı, və s. göstərildiyi halda alqı-satqı müqaviləsinin bağlanmasından 8 il müddət keçdikdən sonra,həmçinin iddiaçının hazırkı cavabdehlərə qarşı bundan öncə tələbinin (o zaman da iddia predmetinin obyekti 05 may 2009-cu il tarixli alqı-satqı müqaviləsi olmuşdur) rədd olunmasına dair məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, iddiaçının cavabdehlərə qarşı hazırkı pul tələbi həm əsassız olduğu üçün, həm də qanunla müəyyən edilmiş müddət keçdiyinə görə rədd olunmalıdır. Bundan başqa, müstəqil tələb irəli sürən şəxslər- "xxxx" şirkətinin təsisçiləri-X9 və X4 hazırkı işə cəlb edilməsi-birbaşa sübut edir ki, iddiaçının cavabdehlərə qarşı tələbi yalnız və yalnız formal mülahizələrə və fərziyyələrə əsaslanmaqla yanaşı, hazırkı iş üzrə cavabdehlərlə müstəqil tələb irəli sürən şəxslər-"xxxx" şirkətinin təsisçiləri - X15 və X4 paylı ümumi mülkiyyət hüququ ilə, o cümlədən iddiaçıya aid olmayan və özlərinə məxsus əmlaklarla bağlı aralarında yaranmış bir sıra mübahisələrdən sonra yaranmışdır. Hazırkı iddia tələbi iddiaçı tərəfindən irəli sürülsə də, hazırkı və 10-a yaxın digər məhkəmə mübahisələri, məhz X4 təşəbbüsü ilə yaradılır ki, onlara məxsus əmlaklar üzərində pay hüquqlarının nəyin bahasına olursaolsun, qanunsuz olsa da belə onun və yaxud dolayı yolla onun başçılıq etdiyi şəxslər vasitəsilə onun əlinə keçsin. Hazırkı iddia tələbinin məhz niyə görə 8 ildən sonra, yəni qanunla müəyyən edilmiş iddia müddəti keçdikdən sonra irəli sürülmə səbəblərini aşağıdakı qaydada izah edirlər: birincisi İddiaçı ilk dəfə cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 qarşı 05 may 2009-cu il tarixli alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan» barədə iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, 05 may 2009-cu il tarixdə Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi, Cavabdeh2 adına rəsmiləşmiş "xxxx" Firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420 000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, onların qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarlımasmı xahiş etmişdir. Bakı səhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyan tələbinə dair iddiası rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin MKnın 30 yanvar 2018-ci il tarixli, 2(103)1592/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 avqust 2017-ci il tarixli, 2(007)- 456/2017 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər- Cavabdeh1 və Cavabdeh2 qarşı «alqı-satqı müqaviləsinin qismən etibarsız hesab edilməsi, nizamnamə kapitalının 50%-nin qaytarılması, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3198/2019№-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin MK-nın 30 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlamlılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3198/2019№-li, xx.xx.2019-cu il tarixli Qərarı ilə apellyasiya instansiyasının Qərarında müəyyən olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının iddia tələbində göstərdiyi əsaslar mübahisələndirilən alqı-satqı müqaviləsinin qismən etibarsız sayılmasına hər hansı əsas vermir. Bununla yanaşı, əqdin etibarsızlığını tələb etmək üçün qanunla müəyyən olunmuş müddət də ötürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş müvafiq iddia müddəti buraxılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 05 may 2009-cu il tarixdə Bakı şəhəri, 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsinin Cavabdeh2 hissəsində etibarsız hesab edilməsi barədə tələbi tam əsassızdır və iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan, qalan hissələrdə də (Cavabdeh2 adına rəsmiləşmiş "xxxx" Firmasının nizamnamə kapitalının 50%-nin alınaraq iddiaçıya qaytarılması, 2009-cu il tarixdən hal-hazırki vaxtadək əldən çıxmış fayda kimi 420000 manat məbləğin Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçıya ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 100000 manat məbləğində mənəvi ziyanın alınaraq iddiaçıya ödənilməsi) təmin oluna bilməz. İşin faktiki hallarına əsasən mübahisələndirilən əqd (alqı-satqı müqaviləsi) 05 may 2009-cu il tarixdə bağlansa da, iddiaçı onu 7 ildən çox müddət keçdikdən sonra mübahisələndirmiş, beləliklə iddia müddətini ötürmüşdür ki, iddia məhz bu səbəbə görə də tam əsassızdır.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. "xxxx" Firmasının mülkiyyətində olan, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 2405ci məhəllədə yerləşən -tikinti altı sahə 418,2 kv.m., əsas sahə 667,5 kv.m., köməkçi sahə 288,4 kv.m. , ümumi sahəsi 955,9 kv.m. təşkil edən- qeyri yaşayış sahəsi 05 may 2009-cu il tarixli Bakı şəhəri, 30 saylı Dövlət Notariat Kontorunda imzalanmış alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmışdır. Rəsmi sənədlərdə Cavabdeh2 adı göstərilsə də Vüqarın atası olan Cavabdeh1 bütün danışıqlarda iştirak etmiş və pul vəsaiti satıcının, yəni iş üzrə İddiaçı və onun rəhmətlik atasının iştirakı ilə üç dəfəyə tam miqdarda onlara ödənilmişdir. Məhz, alqı-satqı əməliyyatı tam başa çatdıqdan sonra "xxxx" Firmasının Nizamnaməsinə dəyişikliklər edilmiş və xx.xx.2009-cu il tarixdə Dövlət qeydiyyatına alınmışdır. Eləcə də, həmin qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin icarəsinə verilmiş və xx.xx.2016-cı il tarixədək həmin qeyri-yaşayış sahəsindən Tibbi Klinika kimi istifadə olunmuşdur. Həmin MMC-nin 50% miqdarında təsisçilik payı Cavabdeh1 məxsusdur. İlham Məmmədovun MMC-yə qarşı xx.xx.2016-cı il tarixdən hal-hazıradək davam edən bilə-bilə qanunsuz hərəkətləri nəticəsində MMC-nin fəaliyyəti tam olaraq dayandırılmış və MMC-nin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan bütün sənədlər, möhürlər və demək olar ki, bütün əmlaklar, o cümlədən tibb avadanlıqları itirilmiş və yaxud həmin şəxs tərəfindən götürülmüşdür. Həmçinin, həmin tarixdən etibarən MMC-nin bütün əməkdaşları - MMC-nin istifadəsində olan və fəaliyyət göstərdiyi binaya buraxılmamışdır. İlham Məmmədovun bilə-bilə qanunsuz hərəkətləri nəticəsində MMC-nin iş ahəngi pozulmuş və MMC-nin hal-hazırda da fəaliyyəti dayandırılmışdır. Odur ki, qüvvədə olan prsessual qanunvericiliyn tələbinə əsasən-qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə - müəyyən edilmiş hallar hazırkı məhkəmə üçün məcburi olmaqla yanaşı, həmin qətnamədə müəyyən edilmiş faktlar yenidən sübut edilmir. İddiaçı tərəfindən verilmiş iddia tələbində göstərilən dəlillərin əsassız olması qeyd etdikləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin faktların hazırkı məhkəmə prosessində mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməzdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yüxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən sübut olunmasına yol vermir. İkincisi, bundan başqa, İlham Məmmədovun onlara qarşı qərəzli münasibətini davam etdirmək üçün və əmlaklarını ələ keçirməyə görə, "xxxx" firmasına və "xxxx" MMC-yə heç bir aidiyyəti olmadığı halda öz adı altında, yəni 25% miqdarında paya malik olan "xxxx" şirkətinin təsisçisi kimi (həmin şirkətin 25% miqdarında payı Cavabdeh1 məxsusdur) Cavabdeh1 qarşı Bakı şəhəri Nizami Rayon Məhəkməsinə müraciət edərək, MMC-nin mülkiyyətində olan əmlakımın ona verilməsi və digər tələblər barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Bu hal ilə birbaşa müəyyən edilir ki, İlham Məmmədov tərəfindən onlara qarşı əvvəlcədən düşünülmüş qərəzli planı artıq ən yüksək zirvəsini almışdır. Bu da əyani sübutdur ki, 8 il sonra qaldırılmış hazırkı iddia tələbi də İlham Məmmədovun təşəbbüsü ilə təşkil olunmuşdur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin əsassız və qanunsuz olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X17 şahid qismində ifadə verərək göstərmişdir ki, iş üzrə İddiaçı və digər tərəfləri tanıyır. Belə ki, Məmmədovlar ailəsini uzun müddətdir ki, yaxından tanıyır. Onların Nizami rayonunda idman kompleksləri var idi. O, da Azad Məmmədovla dost olduğundan həmişə ora idmana gedirdi. Sonra Azad dedi ki, İlqar Əliyevlə şərikinə buranı işlədəcəklər və buranı Klinika edəcəklər. O dedi İlqar müəllim hara ? Siz hara dedi ki, atası Əli müəllim Şahbaz həkimin vasitəsilə İlqar müəllimlə görüşüb və razılığa gəliblər ki, buranı Klinika edələr. O, da dost kimi köməklik etmişdir. Belə ki, Əli müəllim idman kompleksini Klinika kimi təmir etmək üçün Beynəlxalq bankdan 280 000 ABŞ dollar məbləğində kredit götürəndə, həmçinin oranın təmir olunmasında iştirak etmişdir. Sonradan Azad dedi ki, işləri getmir. Vəziyyəttləri pisləşir və krediti ödəyə bilmirlər. Ona görə ona müştəri tapmağını xahiş etdi. Çünki o, Rusiya Federasiyasına gedib-gəlirdi və orda yaxşı dostları var idi. Ona oranı 3 000 000 ABŞ dollarına satdıqlarını dedilər. Sonradan Azad dedi ki, buranı İlqar müəllim 2 400 000 ABŞ dollarına aldı. Bir müddətdən sonra Ayaz dedi ki, pulun yarısın almışlar. İlqar müəllim deyib ki, qalanında tezliklə veriləcək. Elə oldu ki, Əli müəllim rəhmətə getdi baş qarışdı. Sonra eşitdi ki, Azadgil hələ pulu tam almayıblar. Azaddan soruşanda dedi ki, İlqar müəllimin həkimi var Şahbaz həkim o, deyir ki, gözləyin müəllimin tapşırığıdı. Sonra bir müddətdən sonra Azad ona zəng vurdu ki, gəl gedək Kilinikaya. Azadla ikimiz Klinikaya getdik və orda Şahbaz həkimlə tanış oldu. Şahbaz həkimin adını eşitmişdi amma ilk dəfə orda görmüşdür. O, Onları qəbul etmiş, bir az söhbət etdikdən sonra qalan pulun verilməsindən söhbət düşmüşdür. Şahbaz həkim demişdir ki, İlqar müəllim deyir ki, onları atası Əli müəllimə böyük hörməti var. Qalan pul çoxdu. Uşaqlarda cavandı bir iş görməzlər vəziyyətləri daha da pisləşər. Onlara pulu bu Klinika satılanda tam veriləcək. Amma bura satılana qədər onlara gələn gəlirdən pay veriləcək. Belə ki, mən 2016-cı ilin əvvəllərindən Azadla dəfələrlə Şahbaz həkimin yanına gedib onunla görüşürdük. Şahbaz həkim də 3000, 5000 manat hissə-hissə Azada pul verərək narahat olmamamlarını bildirirmişdir. Deyirmiş ki, “Səbrli olun Sizin pulu tam ödəyəcəyik”. Sonuncu dəfə Şahbaz həkimlə görüşəndə demişdir ki, İlqar müəllim əsəbləşib deyir ki, onlara pul verilməsin. Ondan sonra Azad Şahbaz həkimlə mübahisə elədi və oranı tərk etmişlər. Sonra da Azad dedi ki, biz İlqar müəllimlə görüşmüşük. Sən demə İlqar müəllimin bu söhbətlərdən ümumiyyətlə xəbəri olmamış və ödənilmiş 1 200 000 ABŞ dolları İlqar müəllim tərəfindən ödənilib. Qalan 1. 200. 000 ABŞ dolları isə Şahbaz həkim ödənilməli idi. Lakin Şahbaz həkim bu vaxta qədər Məmmədovlar ailəsini aldadaraq onların pullarını mənimsəmişdir. Məhkəmə iclasında X12 şahid qismində ifadə verərək göstərmişdir ki, iş üzrə iddaçı onun qardaşıdır. "xxxx" firması onların ailələrinə məxsus mülkdür. Mərhum atası Əli müəllimin sağlığında oranı Seyran adlı müştəriyə İdman kompleksi kimi aylıq 12 000 manata icarəyə vermişdir. Mərhum atası İmişli rayonununun İcra Başçısı işləyib. Cavabdeh1 əslən İmişli rayonundan olduğundan orada tanış olmuşlar. Cavabdeh1 gəlib bildirmişdir ki, buranı neçiyə icarəyə vermisiz? Onlar da demişlər ki, 12 000 manata. Cavabdeh1 bildirmişdir ki, buranı Klinika kimi işlətsələr ayda onlara 50 000-60 000 pul verə bilər. O, Onlara İlqar müəllimlə danışdöğını və onunla, razılığa görəonlarobyekti Klinika kimi təmir edəcəklər, İlqar müəllimin rəhbərlik etdiyi “Riyad- Renta” şirkəti isə tibbi avadanlıqlar alacaq. Belə də oldu. Belə ki, əllərində nağd pul olmadığından onlar 8-ci km bazarında yerləşən iki otaqlı mənzili satmış və təmir işlərinə başlamışlar. Həmin təmirtikinti işlərində hətta o və qardaşları fəhlə kimi də işləməyə başlamışlar. Sonra təmir və rekonstruksiya işlərinə pulları çatmadığından “Beynəlxalq” Bankdan ümumilikdə 350 000 ABŞ dolları kredit götürüb xərcləmişlər. Klinika fəaliyyətə başlamış, lakin onlar gözlədiyi gəlir olmamışdır. Belə ki, İlqar müəllimin həkimi kimi özünü təqdim edən Cavabdeh1 bildirmişdi ki, onun həkimi kimi faktiki rəhbərliyi altında onlara bu Klinikadan aylıq 50-60 min manat aylıq pul veriləcəkdi. Lakin əksinə heç bir gəlir olmadı. Ona görə də Klinikanı satmaq qərarına gəmiş və dost tanışlara 3 500 000 ABŞ dollarına, kənar şəxslərə isə 4 mln ABŞ dolları satdıqlarını bildirmişlər. Bir müddət sonra Şahbaz həkim onlara buranı İlqar müəllim almaq istəməsini bildirmişdir.Onlar da sonu 3 milyon ABŞ dollarına demiş,lakin İlqar müəllimin adı olduğundan çox söhbətlərdən sonra son olaraq 2.400.000,00 ABŞ dollarına satmaq qərarına gəlmişlər. Beləliklə, alqı-satqı gününədək 1.

200. 000,00 ABŞ dolları onlara ödənilmişdirt. Belə ki, 900.000,00 ABŞ dolları bir və 300.000,00 ABŞ dolları da bir dəfə, ümumilikdə 1 mln 200 min ABŞ dolları alqı-satqı gününədək ödənilmişdir. Lakin "xxxx" firması girovda olduğundan və “Beynəlxalq bank”dan təmir və rekonstruksiya işlərinə 280 000 ABŞ dolları məbləğində ödənilməmiş borcu qaldığından alqı-satqı aparılması mümkün olmamışdır. Ona görə də Cavabdeh1 onlara hazırda nağd 280 000 ABŞ dolları olmadığından kredit borcunu bağlayabilm\m\sinibildirərək, onlardan 280 000 ABŞ dolları alaraq bankaolanborcubağlamışdır.. Qalan 1 mln 200 minABŞ dolları ödəniləndə həminpullabirlikdə 280 000 ABŞ dollarındaonlara ödəəcəyinibildirmişdir. Onlar da artıq 900 000 ABŞ dolları aldıqlarından Şahbaz həkim gətirdiyi 300 000 ABŞ dollarından 280 000 ABŞ dollarını ona vermişlər. Bir müddətdən sonra mərhum ataları ağır xəstələndi başları onun müalicəsinə qarışmışdır. Lakin əfsuslar olsun ki, 2010-cu ildə atası rəhmətə getmişdir. Atasının vəfatından sonra onlar Şahbaz onlara narahat olmamalarını, pullarının İlqar müəllimdə olması yaxınlarda veriləəcyini bildirmişdir. Beləliklə, Şahbaz bu ay gələn ay deyə-deyə vaxtı uzatmışdır. Lakin buna baxmayaraq onları inandırmaqdan ötrü 2-3 aydan bir cuzi məbləğdə pullar vermişdir. Bir müddətdən sonra isə Şahbaz həkim demişdir ki, İlqar müəllim deyir ki, onlara qalan borcları çoxdu uşaqlar da cavandılar. Əli müəllimə hörmətləri olub. Ona görə pulu hissə-hissə verəcəklər ki, uşaqlar hamısın xərcləyib müflisləşməsinlər. Bu söhbətlər açılanadək Şahbaz heç vaxt özü barədə öz sözünü deməmişdir. Yəni, onlar Şahbazı söz aparıb-gətirən kimi tanımışlar. O, Yalnız İlqar müəllimin sözün onlara deyirdi. Təbii ki, də mərhum ataları sağ olsaydı Şahbaz onları aldadıb bu vaxta qədər pullarını mənimsəməzdi. Şahbaz onlara pulu verməmək üçün başladı min bir bahənələr işlətməyə. Bu kimi bəhanələrə inanmalarının səbəbi də o idi ki, Şahbaz onlarda çox böyük qorxu yaratmışdı. Belə ki, Cavabdeh1 deyirdi ki, “İlqar müəllimi tanımırlar, o çox əsəbi adamdı. O, onun həkimidir və onu mülaicə edir. İnandırım sizə heç qara qəpikdə verməz”. Cavabdeh1 bu kimi sözləri onlarin aldadilmasİna şərait yaradırdı. Lakin buna baxmayaraq, eyni zamanda onları ovutmaq üçün də işlə təmin edəcəyini, gələn gəlirdən onlara pay veriləcəyi kimi sözləri ilə də ümidlər verirdi. Lakin 2016-cı illin əvvələrindən başalayaraq Şahbaz həkim hissə-hissə 3000, 4000, 5000 manat məbləğində pul verməyə başladı və cəmisi onlara 20 000 manata yaxın pul ödənilib. Onlar də sevindilər ki, artıq pullarını alacaqlar. Bir müddətdən sonra, yəni 2016-cı ilin sentyabr ayında Şahbaz həkim demişdir ki, o, pulları verməyəcəkdir. İlqar müəllim hirslənib. Gedin kimə şikayət edirsizsə edin. Belə də oldu, onlar ilk əvvəl İlqar müəllimə yazılı müraciət etdilər. Ondan sonra məlum oldu ki, İlqar müəllim öz payına düşən pulu, yəni 1 200 000 ABŞ dolları məbləğini ödəyib. Lakin Cavabdeh1 dələduzluq edib onların 1 200 000 ABŞ dolları məbləğini, həmçinin təmir işləri üçün götürdükləri kreditə görə onlardan aldığı 280 000 ABŞ dolları məbləğini mənimsəyib. Ona görə də məcbur olub məhkəməyə müraciət etmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş mülkiyyət hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, "xxxx" firması Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin mülkiyyətçisi kimi 19 yanvar 2006-cı il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respubliksası Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Seriya MH, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllə ünvanda istifadədə olan 0.08283 ha torpaq sahəsində yerləşən 1299.2 kv.m ümumi sahədən ibarət olan əmlak kompleksi tam mülkiyyət hüququ üzrə "xxxx" firmasının adına 11 oktyabr 2007ci il tarixdə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə bakı bölgə şöbəsində 579 qeydiyyat nömrəsi ilə, 26 yanvar 1998-ci il tarixdə qeydiyyata alınmış "xxxx" firmasının nizamnaməsinə edilmiş 12 may 2009-cu il tarixli dəyişiklikdən görünür ki, vətəndaş X15 və vətəndaş Cavabdeh2 müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləridir. X15 və Cavabdeh2 nizamnamə kapitalındakı payları müvafiq olaraq 50 faiz-1 pay və 50 faiz-1 pay şəklindədir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə bakı bölgə şöbəsində 26 yanvar 1998-ci il tarixdə 579 saylı şəhadətnamə ilə qeydiyyata alınmış "xxxx" firmasının 30 sentyabr 2004-cü il tarixdə nizamnaməsində edilmiş dəyişikliklərdən görünür ki, vətəndaş İddiaçı müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisidir. - "xxxx" firmasında payın alqı-satqısına dair 05 may 2009-cu il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X2. - Əmlakın icarəyə verilməsi haqqında 15 oktyabr 2009-cu il tarixli, 03 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" firması Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405 ünvanda yerləşən qeyri yaşayış sahəsi tibbi xidmət məqsədilə "xxxx" Şirkətinə icarəyə verilmişdir. - Əmlakın icarəyə verilməsi haqqında 01 aprel 2012-ci il tarixli, 01 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" firması Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405 ünvanda yerləşən qeyri yaşayış sahəsi tibbi xidmət məqsədilə "xxxx" MMC-yə icarəyə verilmişdir. - "xxxx" firması ilə "xxxx" Şirkəti arasında bağlanmış Birgə fəaliyyət haqqında 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" firmasının təsisçisi və mülkiyyətçisi İddiaçı ilə "xxxx" Şirkətininn təsisçisi X15 "xxxx" firmasının hüquqi ünvanı olan ünvan 2 mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət göstərməkdən ibarətdir. - 06 iyun 2017-ci il tarixli 2017-ci il tarixli Cinayət işinin başlanması haqqında qərarın surətindən görünür ki, Cavabdeh1 və qeyrilərinin əməllərində vəzifə mahiyyətlərindən suiistifadə, səhlənkarlıq və etibar edilmiş külli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama cinayətlərinin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər aşkar edildiyindən material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 308.1, 314.1 və 179.3.2-ci maddələri ilə cinayət işi başlanmışdır. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət qeydiyyatı üzrə bakı bölgə şöbəsində 26 yanvar 1998-ci il tarixdə 579 saylı şəhadətnamə ilə qeydiyyata alınmış "xxxx" firmasının 30 sentyabr 2004-cü il tarixdə nizamnaməsində edilmiş dəyişikliyə əsasən, İddiaçı müəssisənin təsisçisi və müəssisə əmlakının mülkiyyətçisi olmuşdur. Həmin firma Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405-ci məhəllədə yerləşən İdman sağlamlıq mərkəzinin mülkiyyətçisi kimi 19 yanvar 2006-cı il tarixdə qeydə alınmışdır. "xxxx" firması ilə "xxxx" Şirkəti arasında bağlanmış Birgə fəaliyyət haqqında 16 fevral 2007-ci il tarixli 01 nömrəli müqaviləyə əsasən, "xxxx" firmasının təsisçisi və mülkiyyətçisi İddiaçı ilə "xxxx" Şirkətininn təsisçisi X15 "xxxx" firmasının hüquqi ünvanı olan ünvan 2 mülkiyyətində olan “İdman və Sağlamlıq Mərkəzi” kompleksində, (Klinikada) tibbi xidmət göstərilməsi məqsədilə birgə fəaliyyət göstərmək barədə razılığa gəlmişlər. "xxxx" firmasında payın alqı-satqısına dair 05 may 2009-cu il tarixli müqaviləsinə əsasən, İddiaçı "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X2. "xxxx" firmasının nizamnaməsinə edilmiş 12 may 2009-cu il tarixli dəyişikliyə əsasən, vətəndaş X15 və vətəndaş Cavabdeh2 müəssisənin təsisçiləri və müəssisə əmlakının mülkiyyətçiləri olmuşlar. X15 və Cavabdeh2 nizamnamə kapitalındakı payları müvafiq olaraq 50 faiz-1 pay və 50 faiz-1 pay şəklindədir. Əmlakın icarəyə verilməsi haqqında 15 oktyabr 2009-cu il tarixli, 03 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, "xxxx" firması Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 2405 ünvanda yerləşən qeyri-yaşayış sahəsi tibbi xidmət məqsədilə "xxxx" Şirkətinə icarəyə verilmişdir. Hazırda İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, 3-cü şəxslər "xxxx" Şirkətinin təsisçiləri X11 və X6 qarşı “pul və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddia müddətinin tətbiqi barədə ərizəsinə, eləcə də iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1 200 000 ABŞ dolları məbləğinin alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 427.2-ci maddəsinə əsasən, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.4-cü maddəsinə əsasən, ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 377.3-cü maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının məzmunundan da görünür ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Məhkəmə həmin normaların tələblərindən çıxış edərək qeyd edir ki, 05 may 2009-cu il tarixli alq-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmiş, iddiaçıya isə, onun hüquqularının pozulması 2016-cı ilin sentyabr ayında məlum olmuşdur. Belə ki, 05 may 2009-cu il tarixli alq-satqı müqaviləsində icra müddəti müəyyənləşdirilməmişdir. Lakin, tərəflər arasındakı razılığa əsasən, cavabdehlər tərəfindən müqavilə üzrə müəyyən məbləğ ödənilmiş, qalan məbləğin isə hissə-hissə ödəniləcəyi barədə şifahi razılığa gəlinmişdir. İddiaçının məhkəmədə verdiyi izahatından da göründüyü kimi, Cavabdeh2 ona hissə-hissə ödəniş etməklə 2016-cı ilin sentyabr ayınadək ümumilikdə 20 000 ABŞ dolları ödəniş etmiş, həmin tarixdən sonra ödəniş etməyəcəyini bildirmişdir. İddiaçı cavabdehlərə həmin vaxta qədər müəyyən güzəştli müddətlər versə də, həmin vaxtdan etibarən hüquqlarının pozulduğu ona məlum olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia müddəti iddiaçının hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni 2016-cı ilin sentyabr ayından hesablanmalıdır. İddiaçı isə 2017-ci ilin avqustunda məhkəməyə müraciət etmişdir, hansı ki, bu zaman iddia müddətini ötürməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X5 iddia müddətinin tətbiqi ilə bağlı vəsatətləri və məhkəmə iclasında verdiyi izahatları əsassızdır. Məhkəmə onu da qeyd edir ki, "xxxx" firmasında payın alqı-satqısına dair 05 may 2009-cu il tarixli müqaviləsinə əsasən, İddiaçı "xxxx" firmasındakı nizamnamə kapitalındakı 100 faiz payının 50 faizini Cavabdeh2, 50 faizini isə X1. Həmin müqavilədə alqı-satqı qiyməti müəyyənləşdirilməsə də, müqavilə tərəflərindən olan İddiaçı və 3-cü şəxs öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında alqı-satqı qiymətinin 2 400 000 ABŞ doları olduğunu bildirmişdir. İşin həmin halı müqavilə tərəflərindən olan və iş üzrə üçücü şəxs "xxxx" Şirkətinin təsisçisi X9 vəkili və nümayəndəsi, eyni zamanda iş üzrə şahid qismində ifadə vermiş sahidlər tərəfindən də təsdiqlənmişdir. Məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən razılaşdırılmış məbləğin yarısı, yəni 1 200 000 ABŞ dolları ödənilmiş, qalan yarısı isə hissə- hissə ödəniləcəyi barədə şifahi olaraq razılığa gəlinmişdir. İddiaçı hüquqularının pozulduğunu bildikdə, yəni Cavabdeh2 tərəfindən 2016cı ilin sentyabr ayında ödnişin edilməyəcəyi ona bildirildikdə, iddiaçı 05 may 2009-cu il tarixli müqavilə üzrə tərəf olan, eyni zamanda iş üzrə üçüncü şəxs olan "xxxx" Şirkətinin təsisçilərindən X11 müraciət etmiş, və bu zaman məlum olmuşdur ki, 05 may 2009-cu il tarixli müqavilə üzrə X15 öz üzərində düşən öhdəliyi icra etmiş, "xxxx" firmasının nizamnamə kapitalındakı 100 faiz payın 50 faizini aldığı üçün 1 200 000 ABŞ dolları ödəmiş, Cavabdeh2 isə öz üzərinə düşən öhdəliyi, yəni "xxxx" firmasının nizamnamə kapitalındakı 100 faiz payın qalan 50 faizini aldığı üçün müqavilə üzrə müəyyən olunmuş məbləği tam ödəməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X10 məhkəmə iclasında verdiyi izahatında, rəsmi sənədlərdə Cavabdeh2 adı göstərilsə də Vüqarın atası olan Cavabdeh1 bütün danışıqlarda iştirak etməsi və pul vəsaitini satıcının, yəni iş üzrə İddiaçı və onun rəhmətlik atasının iştirakı ilə üç dəfəyə tam miqdarda onlara ödəməsini bildirmişdir. Bu zaman sübutetmə yükü cavabdehlərin üzərinə düşsə də, onlar izahatlarını təsdiq edəcək heç bir mötəbər sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, 05 may 2009-cu il tarixli müqavilə üzrə, Cavabdeh1 tərəfindən qalan 1 200 000 ABŞ dolları borcdan 2016-cı ilin sentyabr ayınadək hissə hissə olmaqla, ümumilikdə 20 000 ABŞ dolları ödəniş olunmuşdur. Ona görə də bu vəsait nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı tələb etdiyi 1 200 000 ABŞ dollarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etsə də, Cavabdeh1 05 may 2009-cu il tarixli müqaviləsi üzrə tərəf olmadığından iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1 200 000 ABŞ dolları məbləğinin alınaraq iddiaçıya ödənilməsi” hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təmir və rekonstruksiya işlərinə çəkdiyi 500 000 manat məbləğinin alınaraq iddiaçıya ödənilməsi” və “Cavabdeh1 borc kimi aldığı 200 000 ABŞ dollarıməbləğinin alınaraq iddiaçıya ödənilməsi” hissəsini əsassız sayaraq qeyd edir ki, iddiaçı həmin tələbi ilə bağlı xərc çəkilməsini bildirsə də bunu təsdiq edəcək mötəbər sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X17 və X12 İddiaçı tərəfindən təmir və rekonstruksiya işlərinə müəyyən məbləğdə pulların xərcləndiyini bildirsələr də, məhkəmə şahid ifadələrini xərclərin çəkilməsi ilə bağlı hissədə mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin şahidlərdən X12 iddiaçının qardaşı, digər şahid X17 isə iddiaçının ailəvi dostudur. Həmçinin şahid ifadələrini təsdiq edən digər sübut növü, o cümlədən xərc sənədləri məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin “əldən çıxmış faydanın Cavabdeh1 və Cavabdeh2 alınaraq ona ödənilməsi” hissəsini qismən əsaslı sayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh2 əldən çıxmış fayda tələb etməsi qismən əsaslıdır. Belə ki, Cavabdeh2 2016-cı il sentyabr ayından 2017-ci ilin avqust ayınadək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 54 083 ABŞ dolları məbləğində pul vəsaiti əldən çıxmış fayda qismində tutulmalı və iddia həmin hissədə qismən təmin edilməldir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 və Cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində dəymiş 100 000 manatməbləğində mənəvi ziyanın alınaraq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 1 180 000 ABŞ dolları məbləğində borc və 54 083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1 204 083 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1 180 000 ABŞ dolları məbləğində borc və 54 083 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 1 234 083 ABŞ dolları məbləğində pul vəsaiti qətnamənin icra edildiyi günə Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar