Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1903/2024 25.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Talib qızının Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzili rəhmətlik atası X2 xüsusi mülkiyyətində olmuş, həmin mənzilli atası 14 iyun 2018-ci il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsi əsasında X5 almışdır. 03 avqust 2023-cü il tarixdə atası X4 vəfat etmişdir. Atası rəhmətə gedəndən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin mənzil ona qalmışdır. Sonra isə həmin mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. X7 atasına mənzili satarkən öhdəsinə götürmüşdür ki, 3 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, onların qeydiyyatdan çıxdıqlarını düşünmüşdür. Lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın olmuşdur ki, cavabdehlər qeydiyyatda qalıblar. Onların onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, mübahisəli mənzili atası alqı-satqı yolu ilə almış, atası vəfat etdikdən sonra mənzil vərəsəlik qaydasında ona keçmişdir. Vərəsəlik məsələri ilə məşğul olarkən cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda qalmaları məlum olmuşdur. Buna görə də o, sənəd toplamaqda çətinlik çəkir. Cavabdehlər qeydiyyatda olduqları üçün əlavə pul da ödəmişlər. Cavabdehlər faktiki olaraq mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərdən Zöhrə xanım vəfat etmiş, lakin mənzildə hələ də qeydiyyatda qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş cavabdehlər məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, X4 ilə X7 arasında bağlanmış 14 iyun 2018-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilini X1. Müqavilənin 8-ci bəndinə və 13-cü bəninə əsasən satıcılar alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi və xx.xx.2018-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. X4 03 avqust 2023-cü il tarixdə vəfat etmiş, xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti ilə müəyyən edilmişdir ki, X2 vərəsəsi- oğlu İddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilinə tam hissədə pay almışdır. Bundan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 02 aprel 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mübahisəli mənzil (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) İddiaçı adına qeydə alınmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixdə notarial qaydada ərizələr verərək mübahisəli mənzilin satılmasına və alqı-satqı müqaviləsi əsasında verilən pul vəsaitinin X7 tərəfindən alınmasına etiraz etmədiklərini bildirmişdir. Bundan əlavə digər Cavabdeh3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli Arayışdan görünür ki, cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilinə (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehlər həmin mənzildə yaşamadıqları üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarında olan sənədlər də onların qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Məhkəmə iddia tələbinin Cavabdeh3 aid olan hissəsində qeyd edir ki, Cavabdeh3 xx.xx.2013-cü il tarixdə vəfat etdiyindən iddia təəbi ona aid olan hissədə təmin edilməməlidir, lakin, məhkəmə qətnaməsi Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq qeydlərin aparılması üçün əsas hesab olunmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) istifadə hüquqları itirilmiş hesab edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri qismində iddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumu ona aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) istifadə hüquqları itirilmiş hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi, 64 saylı evin, 31 saylı mənzilindən (Yeni qaydalarla: Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, giriş 372, M5, mənzil 1) qeydiyyatdan çıxarılması üçün əsasdır. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 101 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1903/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1903/2024
25.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver