Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1914/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Nizami Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Nizami Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu İcra Şöbəsinin Bakı şəhəri, Nizami, rayonu, Qara Qarayev prospekti, ev 58-də yerləşən 53 saylı mənzilin hərracda satılmasına dair X1 nəzdində fəaliyyət göstərən "xxxx" MMC-yə 12-10 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubunun göndərilməsinə dair hərəkəti qanunsuz hesab edilməklə, “Əmlak Hərrac Mərkəzi" MMC-nin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 114/23 saylı protokolunun etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı qeyd edilən ərizə ilə məhkəməyə müraciət edərkən qanunvericiliyin müvafiq tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə ki, hazırda iddiaçının tələbi Bakı şəhəri, Nizami rayonu İcra Şöbəsinin "xxxx" MMC-yə 12-10 saylı xx.xx.2022-ci il tarixli sifariş məktubunun göndərilməsinə dair hərəkəti qanunsuz hesab edilməklə, “Əmlak Hərrac Mərkəzi" MMC-nin xx.xx.2023-cü il tarixli hərracın yekunları barədə 114/23 saylı protokolunun etibarsız hesab edilməsindən ibarətdir. Qeyd edilməlidir ki, Bakı şəhəri, Nizami rayonu İcra Şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi ilə bağlı hazırda göstərilən tələb iddia icaatı qaydasında baxılan məsələ deyil. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun: 29.1-ci maddəsinə əsasən tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, onların surətini çıxarmaq, əlavə materiallar təqdim etmək, vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 29.1-ci maddəsinə uyğun olaraq məhkəməyə şikayətlə müraciət etmək hüququna malikdir. MPM-in 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia tələbinin mahiyyətinə görə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi MPM-nin tələblərinə riayət edilməklə verilmədiyindən, yəni ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizənin məhkəmə icraatı mümkün deyil və ərizənin icraata qəbul edilməsindən imtina edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, Nizami Rayon İcra Şöbəsinə və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Əmtəə Birjası Əmlak Hərrac Mərkəzinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair ərizəsinin icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1914/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1914/2023
30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver