Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1915/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh notariat kontoruna müraciət etmişdir, hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzil əvvəllər ona məxsus olmuş, 2007-ci ildən X7na bağışlanmışdır. X7 2012-ci ildə Rusiyada vəfat etmişdir. Oğlu X5 vətəndaşı olduğu üçün və Maqadanda vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsinin əslini əldə etmək imkanı yoxdur. O, daimi Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Ona mirası faktiki qəbul etmiş şəxs kimi vərəsəlik şəhadətnaməsi verilməsi xahiş olunmuşdur. Lakin 30 saylı Notariat Kontoru ona imtina etmişdir. Bu imtina qanunsuzdur. Belə ki, cavabdeh özü də yazır ki, Siz (yəni İddiaçı) mirasa daxil olan mənzildə qeydiyyatda olub və yaşamaqla mirası qəbul etmiş vərəsə hesab olunursunuz. Həmçinin cavabdeh özü də istinad etdiyi, 2002-ci il Kişinyov konvensiyasının və həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış ikitərəfli müqavilə əsasında: “daşınmaz əmlaka dair vərəsəlik həmin əmlakın yerləşdiyi yer üzrə notariat orqanları tərəfindən verilir". Lakin cavabdeh özü də bu Konvensiya və müqavilələrə istinad etdiyi halda ona daşınmaz əmlakın olduğu Nizami rayonu deyil Rusiya Federasiyası Maqadan şəhərində notariata müraciət etməyi məsləhət etməklə qanunun normasını pozur. Bundan başqa qeyd edir ki, cavabdehin üzərinə daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Bakı İnzibati Məhkəməsinə verdiyi iddia ərizəsi, həmin məhkəmənin 24.02.2021-ci il tarixli qərardadı ilə mümkünsüz sayılmışdır. Qeyd olunanlara əsasən cavabdeh 30 saylı Notariat Kontoruna, ona ünvan 1 ünvanlı daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X14 izahatında bildirdi ki, İddiaçı anasıdır. Hazırda yaşadığı və qeydiyyatda olduğu Bakı şəhəri, Nizami rayonu, Naxşıvanski küçəsi 34 saylı ev, 25 saylı mənzil əvvəllər anasına məxsus olmuş, 2007-ci ildə X4na bağışlamışdır. X4 Rusiya Federasiyasının vətəndaşı olmaqla ailəsi ilə orada yaşayırdı. 2012-ci ildə Rusiya Federasiyasının Maqadan şəhərində vəfat edib. X5 vətəndaşı olduğu üçün və Maqadanda vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsinin əslini əldə etmək imkanları yoxdur. İddiaçı daimi Bakı şəhəri, Nizami rayonu, Naxşıvanski küçəsi 34 saylı ev, 25 saylı mənzildə yaşamaqla mirası faktiki qəbul etmişdir. Həmin binada partlayış olmuşdur. Sonradan dövlət tərəfindən təmir olunub və sakinlərə təhvil verilmişdir. Ev anasına 2010-cu ildə təhvil verilib. Anası faktiki olaraq o mənzildə yaşayır və qanunun tələbinə görə mirası qəbul etmiş sayılır. İddiaçı mirası faktiki qəbul etmiş şəxs kimi vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat kontoruna müraciət etmişdir. Lakin 30 saylı Notariat Kontoru vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. İmtinanı qanunsuz hesab edir. Belə ki, cavabdeh özü də imtina məktubunda, “Siz mirasa daxil olan mənzildə qeydiyyatda olub və yaşamaqla mirası qəbul etmiş vərəsə hesab olunursunuz” yazmışdır. Cavabdeh 30 saylı Notariat Kontoruna, İddiaçı ünvan 1 ünvanlı daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 30 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi X17 izahatında bildirdi ki, iddiaçının nümayəndəsi (qızı) bizə müraciət edəndə biz ona dəfələrlə izah etmişik ki, siz Rusiya Federasiyasının Maqadan şəhərində yerləşən Dövlət Notariusuna müraciət etməlisiniz çünki, qardaşınız Rusiya Federasiyasının vətəndaşı olub və əmlakların çox hissəsi orada yerləşir. Bundan başqa Rusiya Federasiyasının Maqadan şəhərində artıq vərəsəlik açılmışdır, lakin iddiaçı vərəsə kimi dəvət olunmamışdır və vərəsə kimi olənin övladları tanınmışdır. İddiaçı Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasına” dair məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi təmin olunmuş və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarı var. Lakin həmin Qərarın Rusiya Federasiyasının Maqadan şəhərində icra olunub-olunmaması barədə məlumat yoxdur. Bu səbəbdən iddiaçı Rusiya Federasiyasının Maqadan şəhərində yerləşən Notariusa müraciət etməlidir. Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoru məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələbinə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 24.02.2021-ci il tarixli 2-1(112)- 2710/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı "İddiaçı ünvan 1 ünvanlı daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 30 saylı notariat ofisinin 04.11.2020-ci il tarixli məktubundan görünür ki, “Sizin 2012-ci ilə vəfat etmiş Rusiya vətəndaşı olan X8 miras qalan və Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 34-də yerləşən 25 saylı mənzilə dair adınıza vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə 22 oktyabr 2020-ci il tarixli məktubunuza baxılmış və məsələyə aydınlıq gətirilməsi və izah verilməsi məqsədilə Bakı şəhəri 30 sayi notariat ofisində 31.07.2015-ci il tarixdə 7E-10723 reyestr nömrəsilə təsdiq edilmiş etibarnamə üzrə nümayəndə-iddiaçının qızı X14 notariat ofisinə dəvət olunmuşdur. Onun təqdim etdiyi sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, söhbəti gedən miras qalmış əmlak mübahisə predməti olmuş və onunla bağlı artıq dəfələrlə məhkəmələrdə işə baxılmışdır. Belə ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli qətnaməsindən (iş N 2(007)-38/2017) görünür ki, 16 iyun 2012-ci ildə vəfat etmiş Rusiya Federasiyası vətəndaşı Maqadan şəhərində qeydiyyatda olmuş X8 miras qalan əmlaka dair Maqadan şəhər notariat idarəsinin notariusu X2 vəzifələrini icra edən X24 tərəfindən vərəsəlik işi açılmış, 16 yanvar 2015-ci ildə mərhumun vərəsələri sayılan övladları-X20 və X21 adlarına hər birisinin payı ½ hissədə müəyyən edilməklə əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş və həmin şəhadətnamələr əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş RX ******* nömrəli 09 07.2015-ci il tarixli çıxarışla Bakı şəhəri, Naxçıvanski küçəsi, ev 34-də yerləşən 25 saylı mənzilə saylı X20 və X21 mülkiyyət hüquqları qeydə alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, notariat orqanı Sizi vərəsə kimi nəzərə almadığı səbəbindən həmin qətnamə ilə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız sayılmış əsaslarında verilmiş çıxarış isə ləğv edilmişdir. Qanunvericiliyə əsasən miras qoyanın yaşayış yeri bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir, vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlaka idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Beləliklə, mirasa daxıl olan mənzildə qeydiyyatda olub və yaşamaqla mirası qəbul etmiş vərəsə hesab olunurmuşsunuz. Eyni zamanda, Azərbaycan Respublikasının iştirakçı olduğu 2002-ci il tarixli Kişinyov konvensiyasının və Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi əlaqələr barədə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bağlanmış ikitərəfli müqavilənin tələblərinə uyğun olaraq, daşınar əmlak üzrə vərəsəlik haqqında şəhadətnamələr miras qoyanın son yaşayış yerləri üzrə, daşınmaz əmlaka dair isə həmin əmlakın yerləşdiyi yer üzrə notariat orqanları tərəfindən verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Rusiya Federasiyasının Maqadan şəhərində fəalıyyət göstərən notariat orqanında artıq açılmış vərəsəlik işi üzrə müvafiq sənədləri təqdim etməklə özünüzü 16 iyun 2012-ci idə vəfat etmiş oğlunuz X11 vərəsəsi kimi tanıtmağınızı, yəni digər vərəsələri nəzərə alınmaqla 1/3 hissədə payda mirasın qəbuluna dair ərizə ilə müraciət edərək adınıza bütün mirasa dair vərəsəlik hüququ şəhadətnaməsi almağınız və yalnız orada vərəsəlik hüququnu rəsmiləşdirdikdən sonra Bizə müraciət edərək Bakı şəhəri, Naxçıvanskı küçəsı, ev 34-də yerləşən 25 saylı mənzilə dair adınıza vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etməyinizi və ya məsələnin həlli üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsıyyə olunmuşdur.” iddiaçıya hüquqları ətraflı izah olunub. İş materiallarında olan İddiaçı ilə X22 arasında 23.06.2017-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 13/09/2003-cü il tarixli 528№li reyestr kitabında 78980 səhifə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küç 34N°li binada yerləşən üm/sahəsi 62,95kv.m yaşayış sahəsi 45,95 kv.m üç otaqlı 25N-li mənzili oğlu X16 bağışlamışdır. İş materiallarında olan İddiaçı cavabdehlər X9 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “vərəsəlik şəhadətnaməsinin və onun əsası verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(007)-38/2017 saylı qətnaməsi ilə iddianın təmin olunması, Rusiya Federasiyası Maqadan şəhər notariat idarəsinin notariusu tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* nömrəli və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsindən 09 iyul 2015-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində RX Seriyalı, ******* nömrəli çıxarışın ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin MK-nın 28 noyabr 2017-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 12 iyun 2017-ci il tarixli 2(007)-38/2017 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 25.04.2018-ci il tarixdə 2(102)-3028/2018 saylı qərarı ilə cavabdeh X10 kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 28 noyabr 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan 30 may 2016-cı il tarixli məhkəmə tapşırığından görünür ki, İddiaçı cavabdeh X15 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “vərəsəlik şəhadətnaməsi və onun əsasında verilmiş reyestrdən çıxarışın etibarsız, hesab edilməsi” tələbinə dair 2(007)-638/2016 nömrəli mülki iş üzrə məhkəmə tapşırığının verilməsi və tapşırığın icrasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Beynəlxalq Əməkdaşlıq İdarəsinin vasitəsilə Rusiya Federasiyası Maqadan Şəhər Məhkəməsinə həvalə edilməsi qərara alınmışdır. Tapşırığın icrası ilə bağlı Rusiya Federasiyası Maqadan şəhər notarial idarəsinə sorğu verilmişdir: a)16 iyun 2012-ci ildə ölmüş X11 əmlakının, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, 1/2 (ikidə bir) hissəsinin varisinin qızı X20, 1/2 (ikidə bir) hissəsinin varisinin oğlu X18ması barədə Rusiya Federasiyası Maqadan şəhər notarial idarəsinin notariusu X1 notarius vəzifələrini icra edən X24 tərəfindən 16 yanvar 2015-ci il tarixdə təsdiq edilmiş 49AA ******* və 49AA ******* nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi zamanı mərhum X11 başqa vərəsələrinin olması, o cümlədən anası İddiaçı barədə» məlumat verilmişdirmi? Suallarında cavab istənilmişdir. İş materiallarında olan Maqadan vilayətinin Maqadan şəhər məhkəməsinin 28.10.2016-cı il tarixli məhkəmə protokolundan görünür ki, şahid Maqadan şəhər notarial dairəsinin notariusu X3 vəzifələrini müvəqqəti icra edən X29 tərəfindən 16 yanvar 2012ci ildə 49AA0134497 və 49AA0134498 №№ qanunu üzrə miras haqqında şəhadətnamələr verildikdə, 16 iyun 2012-ci ildə vəfat etmiş X11 əmlakı, nədən ibarət və harada yerləşməsindən asılı olmayaraq mirasın 1/2 (birdən iki) hissəsi - oğlu - Rusiya Federasiyası vətəndaşı X19, mirasın 1/2 (birdən iki) hissəsi - qızı - Rusiya Federasiyası vətəndaşı X12, informasiyanı başqa varislərə, həmçinin bu fakt üzrə mərhumun anası İddiaçı veriblərmi? -Şəhadətnamə verildikdə notariat haqqında Qanunvericiliyin Əsasnaməyə əsasən notarius tərəfindən ərizənin verməsi yolu ilə varislərin mövcudluğunu notarius yoxlayır. Ərizəni verən varislər kimi göstərə bilərlər, başqa varislərin mövcudluğu haqqında göstərmək və göstərməmək olar. 6 ay ərzində notarius tərəfindən 1-ci növbəli varislər yoxlanılır. Əgər vəsiyyətnamə olmayıbsa, onda varis birinci növbəli varislər varis hesab olunurlar. Kim birinci müraciət etdi, o da birinci növbəli varislərdir. Notarius başqa varislərin mövcudluğu haqqında bilə bilmir. 6 ay sonra varislər, hansılar ki, öz hüququ haqqında bildirməyəcəklər və bu hüququ itirirlər. Bu hüquq məhkəmə vasitəsilə bərpa edə və ya faktiki qəbul haqqında notarial sənədləri verə bilərlər. Miras işinə ana haqqında informasiyalar təqdim edilməmişdir. Müraciət edən uşaqlar, onun haqqında heç bildirməmişdilər. Birbaşa vəzifə haqqında məlumatlar göstərmək ehtiyac yoxdur, güman edilir ki, onlar vicdanla hərəkət edirlər. Axtarış tədbirləri notarius tərəfindən aparılmır. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 34 saylı evin 25 saylı mənzil əvvəllər İddiaçı məxsus olmuş, 2007-ci ildən X7na bağışlamışdır. X22 2012-ci ildə Rusiyada vəfat etmişdir. X5 vətəndaşı olduğu üçün və Maqadanda vəfat etdiyi üçün onun ölüm haqqında şəhadətnaməsini əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1147.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Qeyd olunan hüquq normaları və iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsinin OM seriyalı 165694 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Naxçıvanskı küçəsi, ev 34-də yerləşən 25 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ilə X22 arasında bağlanmş 23.06.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşma və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 13/09/2003-cü il tarixli 528№li reyestr kitabında 78980 səhifə verilmiş qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olan, Bakı şəhəri, Nizami rayonu C.Naxçıvanski küç 34N°li binada yerləşən üm/sahəsi 62,95kv.m yaşayış sahəsi 45,95 kv.m üç otaqlı 25N-li mənzili oğlu X16 bağışlamışdır. Rusiya vətəndaşı olan X22 2012-ci il tarixdə Maqadan şəhərində vəfat etmişdir. Rusiya Federasiyasının Maqadan şəhərində vərəsəlik açılmışdır, lakin iddiaçı vərəsə kimi dəvət olunmamışdır və vərəsə kimi olənin övladları tanınmışdır. İddiaçı Bakı şəhər Nizami rayon Məhkəməsinə müraciət edərək “vərəsəlik şəhadətnaməsinin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab olunmasına” dair məhkəməyə müraciət etmişdir. İddiaçının tələbi təmin olunmuş və Ali Məhkəmənin qanuni qüvvəyə minmiş Qərarı var. Lakin həmin Qərarın Rusiya Federasiyasının Maqadan şəhərində icra olunub-olunmaması barədə məlumat yoxdur. Bu səbəbdən iddiaçı Rusiya Federasiyasının Maqadan şəhərində yerləşən Notariusa müraciət etməlidir və artıq açılmış vərəsəlik işi üzrə müvafiq sənədləri təqdim etməklə özünü 16 iyun 2012-ci idə vəfat etmiş X7nun vərəsəsi kimi tanıtmalıdır, yəni digər vərəsələr nəzərə alınmaqla 1/3 hissədə payda mirasın qəbuluna dair ərizə ilə müraciət edərək adını bütün mirasa dair vərəsəlik hüququ şəhadətnaməsi almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 30 saylı Dövlət Notariat Kontoruna qarşı “vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin həvalə edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1915/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1915/2021
01.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver