Məhkəmə qərarları › İş №2(007)-1919/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-1919/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-1919/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı cavabdeh X3 qarşı “daşınmaz əmlak üzrə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, əmlakın satışına məhkəmə razılığı verilməsi və qeydiyyatda olan şəxslərin çıxarılması” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Tələb:

1. İddiaçı cavabdeh X3 qarşı “daşınmaz əmlak üzrə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, əmlakın satışına məhkəmə razılığı verilməsi və qeydiyyatda olan şəxslərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmlak üzərində olan mülkiyyət hüququnun pozulmasına son qoyulması və bu hüququn tam həyata keçirilməsinə dair məhkəmə qərarı qəbul edilməsi; cavabdehin daşınmaz əmlakın satışına razılıq verməkdən imtinası hüquqa zidd hərəkət kimi tanınması və bu əsassız imtinanın aradan qaldırılmasının təmin edilməsi; cavabdehin razılığı olmadan mənzilin satışına və satışdan əldə olunan vəsaitin tərəflər arasında mülkiyyət payına uyğun bölüşdürülməsi, onun tərəfindən əmlaka çəkilmiş 6256 manat məbləğində təmir xərclərinin onun payına əlavə edilməsi və satışdan öncə bu məbləğin ona ödənilməsi, mənzildə qeydiyyatda olan, lakin faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması və onların qeydiyyatda qalmasının mülkiyyət hüququma əsassız müdaxilə kimi tanınması barədə qərar çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:

2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi, maneənin aradan qaldırılması, mülkiyyət hüququnun təsdiq edilərək avtomobilin müvafiq sənədləşdirilməsinin görülməsinə icazə verilməsi iddia) baxılır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

4. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Hakimin mövqeyi:

5. İddia ərizəsindən görünür ki, iddiaçı aidiyyət qaydalarını pozmaqla ümumi məhkəməyə müraciət etmişdir.

6. İş materiallarında olan Bakı Şəhər Nizami RPİ-nin xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, X5, X2, X4, X1 və X6 ünvan 1 ünvanından qeydiyyatdan çıxarmaq üçün aidiyyəti üzrə inzibati icraat qaydasında məhkəmə orqanına müraciət etməyiniz tövsiyyə olunur.

7. Belə olan halda, məhkəmə hesab edir ki, irəli sürülən tələbə ümumi məhkəmədə baxılmalı olmadığına görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı, nöqsanı aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə, yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ iddiaçıya izah edilməlidir.

8. Bundan başqa iş materiallarına əlavə edilmiş 5807 nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 869100625, qəbz nömrəsi: 5807, terminal nömrəsi: K0110013, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 16:20) görünür ki, İddiaçı hazırki iş üzrə ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Nəticə:

9. Beləliklə, mülki işin məhkəmə icraatı mümkün olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edildiyindən, iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən qaytarılmalıdır.

10. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq,

Qərara aldım:

İddiaçı cavabdeh X3 qarşı “daşınmaz əmlak üzrə mülkiyyət hüququnun həyata keçirilməsinə maneələrin aradan qaldırılması, əmlakın satışına məhkəmə razılığı verilməsi və qeydiyyatda olan şəxslərin çıxarılması” tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı göstərilən nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə yəni Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********, əməliyyat İD: 869100625, qəbz nömrəsi: 5807, terminal nömrəsi: K0110013, büdcə səviyyə kodu: 142213, GPP qəbz nömrəsi: **********, tarix: xx.xx.2025, saat: 16:20) dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar