Məhkəmə qərarları › İş №2(007)-192/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-192/2025

27.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-192/2025 27.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “təhvil-təslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhviltəslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhviltəslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərsutikinti“ xəstəxanasının vəzifəli şəxslərinin imzası, o cümlədən Baş həkimin möhürü ilə təsdiq edilmiş xx.xx.2019cu il tarixli Akta əsasən 25 adda (Elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0-35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00-65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00) və ümumi dəyəri 1734 (min yeddi yüz, otuz dörd) manat həcmində olan avadanlıqların cəmi 25 (iyirmi beş) adda, qiyməti: 1734 (bir min yeddi yüz otuz dörd) “Azərsutikinti xəstəxanası tərəfindən qaytarılmasını və ya dəyərinin ödənilməsini təmin etmək məqsədilə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3, xx.xx.2001-ci il tarixindən başlayaraq xx.xx.2022-ci il tarixinə kimi “Azərsutikinti” xəstəxanasında Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Məlumat üçün bildirmək istəyir ki, işlədiyi müddət ərzində əmək müqaviləsi üzrə əmək funksiyalarını yerinə yetirməklə bərabər xx.xx.2020-ci il tarixli əmrə əsasən eyni zamanda “Azərsutikinti” xəstəxanasının qaz təchizatı üzrə təsərrüfat işlərini həyata keçirən şəxs qismində cavabdehin qazanxana təsərrüfatına nəzarət edən şəxsin funksional vəzifələrini icra etmişdir. Əsas işi ilə yanaşı ona digər ştat vahidləri üzrə həvalə edilən vəzifələri də yerinə yetirmişdir. Hətta həmin işlərin görülməsi zamanı aldığı xəsarət nəticəsində sağlamlığında baş verən fəsadlaşmalar iş qabiliyyətini uzun müddətə itirilməsinə və nəhayət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli sonuncu müayinə aktına əsasən "Birinci dərəcəli əlillik'' təyin edilməsinə səbəb olmuşdur. “Azərsutikinti” xəstəxanasının xx.xx.2019cu il 12 nömrəli və xx.xx.2019-cu il tarixli 16 nömrəli əmrləri ilə qazanxana təsərrüfatına nəzarəti həyata keçirən şəxs kimi payız-qış mövsümü ərzində tibb müəssisəsini istilik təchizatı ilə təmin etmək üçün qazanxanada əsaslı təmirə zəruri ehtiyac yarandığından qazanxananı işlək vəziyyətdə saxlamaq üçün baş həkimin yazılı göstərişinə əsasən nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq xəstəxananın vəsaiti hesabına müxtəlif adda ümumi qiyməti 1503 (min beş yüz üç) manat təşkil edən mal və material alınmışdır. Lakin yenidənqurma işlərinin yerinə yetirilməsi üçün alınmış həmin mal və materiallar istifadə edilsə də qazanxana istilik sisteminin normal fəaliyyətinə kifayət etmədiyindən əlavə olaraq müvafiq təsərrüfat təyinatlı əşya və avadanlıqların alınmasına zəruri ehtiyac yaranmışdır. Qış mövsümü ilə bağlı xəstəxanada fasiləsiz istilik təchizatının və fasiləsiz iş rejiminin dayandırılması stosionar müalicədə olan xəstələrin səhhətində həyati təhlükələrə səbəb ola biləcəyini nəzərə alaraq tibb müəssisəsi tərəfindən alınması və gətirilməsi vacib olan əşya və avadanlıqlara sərf olunan vaxt itkisinə yol verməmək məqsədilə o, öz fərdi emalatxanasında istifadə etdiyi 25 (iyirmi beş) adda və ümumi dəyəri 1734 (min yeddi yüz otuz dörd) manat məbləğində olan şəxsi alət və avadanlıqlarını xx.xx.2019-cu il tarixində tərtib olunmuş və “Azərsutikinti” xəstəxanasının vəzifəli şəxslərinin imzası o cümlədən baş həkimin möhürü ilə təsdiq edilmiş AKT əsasında qazanxanaya təhvil vermişdir. Həmin vaxtdan sonra uzun sürən xəsətliyilə bağlı keçirdiyi əməliyyatlar nəticəsində (sol ayağının ətrafın-budun 1/3 hissəsinin diz oynağı səviyyəsindən travmatik amputasiyası) səbəbindən hazırki mübahisəli məsələ ilə praktiki olaraq məşğul olması qeyri-mümkün olmuşdur. Hərəkət etmək imkanlarının məhdudluğu və əmək qabiliyyətinin itirilməsini nəzərə alaraq Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona sağlamlıq imkanlarının məhdudluğu barədə ömürlük olaraq “Birinci dərəcəli əlillik” təyin edilmişdir. Lakin bütün bunlara baxmayaraq ailə üzvlərinin köməkliyi ilə o, bir neçə dəfə “Azərsutikinti” xəstəxanasına gedərək yuxarıda qeyd olunan əşya və avadanlıqların geri qaytarılmasını və ya dəyərinin ödənilməsini tələb etsə də onun müraciətlərinə heç bir adekvat cavab verilməmişdir. Beləliklə, əşya və avadanlıqlarının onun razılığı olmadan onun iradəsi əleyhinə əvəzsiz olaraq istifadə edilməsi əşya və əmlak hüquqlarını tənzimləyən hüquq normalarının tələbinə ziddir. Əvəzsiz olaraq onun tərəfindən müvəqqəti istifadəyə verilmiş əşyaya sahiblik və ya ondan istifadə barədə razılaşma başa çatdıqdan sonra əşyalarını tələb etməyinə baxmayaraq qaytarmaqdan və ya dəyərinin ödənilməsindən imtina edilməsi və ya yararlıq müddətinin başa çatması ilə əlaqədar istismardan çıxarılmasına görə dəyərinin əvəzini ödəməkdən boyun qaçırılması əsassız varlanmaya səbəb olan hal kimi qiymətləndirilməlidir.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdehnin nümayəndəsi Nümayəndə bildirdi ki, iddia tələbini qəbul etmir. Əlavə olaraq bildirdi ki, qeyd olunan əşyalar nə inventarizasiya cədvəllərində nə də hazırda istixanada var. İddiaçı xəstəxananın istilik sisteminin normal fəaliyyətinin təmin olunması məqsədi ilə öz şəxsi əşyalarını istixanaya gətirdiyini bildirsə də nərd, şkaf, məktəb stolu və.s əşyalar xəstəxananın istilik sisteminə fəaliyyətinə nə kimi koməyi dəyə bilərdi? Ona görə iddia tələbi əsassız olduğundan təmin edilməməsini xahiş etdi.

İş materialları:

5. “Azərsutikinti” Xəstəxanasının 25 sentyabr 2019-cu il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəsisələrinin 2019-2020-ci illərin payız, qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə, xx.xx.2019-cu il 52 saylı əmrdə “Azərsutikinti” xəstəxanasının 2019-2020-ci illərin payız, qış mövsümündə istilik ilə təchiz olunması məqsədilə 2019-cu il oktyabr ayının 31-ə kimi payız, qış mövsümü ilə əlaqədar fərdi qazanxana üzrə, görüləcək işləri müəyyənləşdirmək, aşkar edilən nöqsanların aradan qaldırılması üçün, xəstəxananın təsərrüfat müdiri İlyas Quliyevə qazanxana üzrə cavabdehliyi həvalə edilmiş, xəstəxananın MMQ rəisi O.İsrafılova tapşırılsın ki, bu işlərin görülməsi üçün tədbirlər planı hazırlansın.

6. “Azərsutikinti” Xəstəxanasının 01 noyabr 2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı tapşırılsın ki, qazanxana əməliyyatçılarından növbəti 2019-2020-ci il üçün "xxxx" ASC ixtisas kursunun keçməsi barədə vəsiqə tələb etsin. Vəsiqəsi olmayan işçilər işə buraxılmasın. Növbədə olan əməliyyatçılardan sağlamlıq arayışı tələb olunsun. Arayışı təqdim etməyən əməliyyatçıları işə buraxılmasın. İddiaçı tapşırılsın əməliyyatçıların müasir tipli, eketron qazanxana avadanlıqları ilə tanışlığını təlimatlandırılmasını öyrətsin. İddiaçı tapşırılsın ki, qazanxanaya qaz təsərrüfatına nəzarəti cavabdehliyi, qəbul olunan qazanxana əməliyyatçıların işə hazırlanması nümunə vəzifə təlimatına xüsusi diqqət yetirsin. Nizami rayon Qaz İdarəsindən mövsümün xx.xx.2019-cu il başlanması ilə əlaqədar razılıq müqaviləsi alınsın. Bütün qazanxana əməliyyatçıları müəssisəyə daxil olan xüsusi geyimlə təmin edilsin. Qazanxana əməliyyatçıları üçün iş qrafıkini tərtib etməklə nəzarəti gücləndirsin.

7. 23 sentyabr 2019-cu il tarixli aktın surətindən görünür ki, Nizami rayonunda yerləşən “Azərsutikinti” Xəstəxanasının fərdi qazanxanasının işə salınmasında görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün təmirində lazım olan əmlaklar, əşya və avadanlıqların alınmasına, həvalə edilmiş O.İsrafılovun şəxsi əmlak və avadanlıqların əmək funksiyasını yerinə yetirmək, təmir işlərinin görülməsi və istifadəsinin tam bərpası ilə əlaqədar təmin edilsin. Aşağıda adlan çəkilən şəxsi avadanlıqları, alətləri (Elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0-35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00-65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00) müvafiq qaydada “Azərsutikinti” xəstəxanasına aid olan fərdi qazanxanaya təhvil verilsin.

8. Cavabdehnə İddiaçı tərəfindən ünvanlanan 09 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, əmək funksiyasını yerinə yetirmək üçün “Azərsutikinti” Xəstəxanasının baş həkiminin icazəsinə əsasən ona aid şəxsi əmlak, əşya və avadanlıqlarını qazanxana əməliyyatçılarına imza edərək təhvil vermişdir. İstilik qazanxanasında ona aid olan əmlak, əşya və avadanlıqların fiziki aşınması ilə əlaqədar maddi məsuliyyət daşıdığı hal kimi qiymətləndirərək ona dəyən maddi ziyana görə 1734 manat ödəniş edilməsini xahiş etmişdir.

9. 05.01.2021-ci il tarixli aktın surətindən görünür ki, Əmək funksiyasını yerinə yetirmək üçün aşağıda göstərilən ona aid şəxsi əmlakları, əşyaları istehsalatda əmək xəsarəti aldığına görə əmək funksiyasını yerinə yetirə bilmədiyi üçün “Azərsutikinti” xəstəxanasının baş həkiminin tapşırığına əsasən əmlak və əşyaların istifadəsi, zamanı mühafizəsi, saxlanması onların korlanması, qorunması, ziyan vurulmasına, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə məsuliyyəti daşıdığı şərtlərinin nəzərə çatdırmaqla qarşısını almaqdan ötrü istilik qazanxanasına cavabdeh, nəzarətçi funksiyasını yerinə yetirən, “Azərsutikinti” xəstəxanasının ştatlı Mülki Müdafiə Qərargah rəisi İddiaçı “TƏHVİL VERƏN” digər tərəf “TƏHVİL ALAN” X1 həvalə etməklə əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə biliklərin yoxlanılmış, xx.xx.2019-cu il ixtisasartırma mərkəzində Qazanxana əməliyyatçısı kursunu bitirmiş və sərbəst işə buraxılması üçün 06 saylı vəsiqə almışdır. Ondan başqa elektrik qaynağı aparatı ilə, elektrik kəsici laqonda ilə işləmək, dam örtüyü üzrə 2-ci dərəcəli peşə sənətinin vəsiqəsi, bənna işlərinin mükəmməl bacarığına malikdir. Həvalə olunmuş qazanxanaya cavabdeh nəzarətçi X2 Bakı şəhəri, Nizami rayonu, 2376 məhəllə, Babək prospekti 111a-da yerləşən istilik qazanxana binasında verilən əşya və əmlakı yararlı forma, saz vəziyyətdə təqdim edilmiş halda qəbul edir.

10. TƏBİB PHŞ-nin 27 aprel 2021-ci il tarixli 08 nömrəli protokolundan çıxarışdan görünür ki, Cavabdeh publik hüquqi şəxs yaradılması, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan “Azərsutikinti” Xəstəxanası Cavabdehn strukturuna daxil edilsin.

11. 16 noyabr 2022-ci il tarixli inventarizasiya aktından görünür ki, dəyəri 86386.37 manat olan əşyalar aşkar edilmişdir. Lakin iddiaçının aktda qeyd etdyi şəxsi əşyalar inventarizasiya aktında qeyd olunmayıb.

12. Cavabdeh İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətə cavabdan görünür ki, iddia etdiyi təhvil-təslim aktında göstərilən əşyalar o, işdən ayrılarkən müvafiq qaydalara uyğun olaraq işçi tərəfindən əmək fəaliyyəti dövrü zamanı istifadə olunan avadanlıq və digər ləvazimatlar müəssisəyə təhvil verilməlidir. İddia etdiyi avadanlıq və ləvazimatların ona məxsusluğuna dair hal-hazırda təsdiqləyici heç bir sənəd mövcud deyildir.

İşin faktiki halları:

13. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” xəstəxananın istilik sisteminin normal fəaliyyətinin təmin olunması məqsədi ilə Xəstəxanaya 23 sentyabr 2019-cu il tarixli aktda qeyd olunmuş müəyyən əşyalar və avadanlıqlar verdiyini iddia edir. Hazırda iddiaçı həmin avadanlıqları və ya onların dəyərini tələb edir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar qeyri-maddi əmlak nemətləridir. Qeyri-maddi əmlak nemətləri (tələblər və hüquqlar) ilə bağlı münasibətlər onların hər birinə aid olan xüsusi qanunvericiliyin müddəalarına müvafiq olaraq tənzimlənir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərar:

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68).

16. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarı:

Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi rədd edilməlidir.

18. Belə ki, 23 sentyabr 2019-cu il tarixdə İddiaçı tərəfindən elektrik drel orta. 220 v. komp 1x75.0-75.00, Elektrik adaptorla işləyən şrup bağlayan drel 220 v, komp 1x35.0- 35.00, Elektrik laqonda. 220 v. komp 1x125.0-125.00, Elektrik qaynaq aparatı. 220 v. Komp 1x160.0= 160.00, Qaynaq üçün üçlü elektrot, qutu 5x13.00-65.00, Qaz balonu üçün rezin boru, metr 10x2.50-25.00, Qaz balonu. Reduktorla birlikdə, komp 1x48.00-48.00, Qaz üçün qızdırıcı (qrelka), komp 1x20.00-20.00, kauçuk boruları birləşdirən elektrik qızdırıcı ütü. 1x42.00 = 42.00, İşıq üçün elektrik projektoru 2x30.00 60.00, Rezba açan 0.20-0.25-li, qırmızı komp 1x43.00 = 43.00, Elektrik soba, şüşə borulu spiral 1x78.00 = 78.00, Dəmir list. 5-lik. 2.5 xl.20 1 ədəd 1 x 33.00 = 33.00, Dam örtüyü üçün şifer karton 25 x 5.30= 132.50, Televizor “Elif” aparatla birlikdə 1 x 206.0 = 206.00, Böyük sinif stolu, mebeldən 1 x 63.00 63.00, Oturaq stul, yumşaq mebeldən 4 x 12.00 = 48.00, Tumbuçka, mebeldən 1 x21.00 = 21.00, Yazı stolu, mebeldən 1 x 83.00 = 83.00, Divar saatı 1 x 18.00= 18.00, Taraz böyük, kiçik 2x23.50 = 23.50, Nərd taxtası, daşları ilə birlikdə 1 x 30.00 = 30.00, Paltar şkafı, mebeldə, siyirtməli, 2 tərəfli güzgü ilə 1 x 160.0= 160.00, Böyük yük daşıyan üçtəkərli bazar arabası 1 x 125.0= 125.00, Əl fənəri, adaptorla birlikdə 1 x 15.00= 15.00 müvafiq qaydada “Azərsutikinti” Xəstəxanasının baş həkiminin icazəsinə əsasən ona aid şəxsi əmlak, əşya və avadanlıqlarını qazanxana əməliyyatçılarına imza edərək təhvil vermişdir.

19. İş materiallarına əlavə olunmuş 10 yanvar 2019-cu il tarixli aktdan görünür ki, “Azərsutikinti” Xəstəxanasının fərdi qazanxanasının işə salınmasında görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün təmirində lazım olan əmlaklar, əşya və avadanlıqların alınmasında “Azərsutikinti” Xəstəxanası tərəfindən təmir işlərinin görülməsi və istifadəsinin tam bərpası ilə əlaqədar İddiaçı 1500 manat pul verilmişdir.

20. Lakin 23 sentyabr 2019-cu il tarixli aktda qeyd olunan bəzi əşyalar-televizor “Elif” aparatla birlikdə, yumşaq mebeldən stul, mebeldən tumbuçka, mebeldən yazı stolu, divar saatı, nərd taxtası daşları ilə birlikdə, mebeldən siyirtməli paltar şkafı, və s. sadalanan əşyalar Cavabdehnin tabeliyində olan “Azərsutikinti” xəstəxananın istilik sisteminin normal fəaliyyətinin təmin olunmasında əhəmiyyət kəsb etmir. Yəni həmin əşyaları iddiaçı öz əmək fəaliyyətini yaxşılaşdırmaq üçün özünə məxsus əşyaları istixanaya aparmışdır. Belə ki, həmin əşyalar olmasa da qazanxananın fəaliyyət göstərməsi mümkündür.

21. Bundan əlavə 23 sentyabr 2019-cu il tarixli aktda qeyd olunan avadanlıqların modelləri qeyd olunmadığından, həmçinin özləri faktiki cəhətdən mövcud olmadığından məhkəmə həmin əşyaların qiymətləndirilməsinə zərurət görməmişdir.

22. Göründüyü kimi iddiaçı həmin əşyaların alınması ilə əlaqədar cavabdehə müraciət etsə də ona bildirilmişdir ki, həmin əşyaların Cavabdehnə verilməsi ilə əlaqədar təsdiqedici sənədlər mövcud deyildir. 16 noyabr 2022-ci il tarixli inventarizasiya aktından görünür ki, dəyəri 86386.37 manat olan əşyalar aşkar edilmişdir. Həmin əşyaların qeyd edildiyi siyahıda İddiaçı məxsus olan əşya, əmlak və avadanlıqlar yoxdur. Məhkəməyə təqdim edilən sənədlər əsasında sözügedən əşyaların hazırda kimdə olmasını müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb yetərincə sübut edilməmişdir. Cavabdehn balansında mübahisə edilən əşyalar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbinə əsasən qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmə baxışının hədləri:

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Nəticə:

25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhvil-təslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

26. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçı Cavabdehnin tabeliyində olan “Azərsutikinti” Xəstəxanasına qarşı “təhviltəslim aktına əsasən istifadəyə verilmiş şəxsi əşya və avadanlıqların tələb edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar