Məhkəmə qərarları › İş №2(007)-193/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-193/2021

18.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-193/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxs X4 cəlb edilməklə “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qrşı, üçüncü şəxs X4 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehmdan 14.300 (on dörd min üç yüz) manat qalıq borcun, borc məbləğin beş fazinin və iddalarına baxılması üçün məhkəmə üçün banka ödədiyi 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında olan şifahi razılaşmaya əsasən hələdə qeydiyyatda olduqları ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan X1 vasitəçiliyi ilə cavabdehlə razılaşdıqları məbləğə yəni, 55500 (əlli beş min beş yüz) manata satmışlar ki, buna dair də 24 yanvar 2019-cu il tarixdə Akt tərtib olunmuşdur. Cavabdehlə razılaşmaya görə cavabdeh aldığı evin razılaşdıqları dəyərinin 30.200 (otuz min iki yüz) manatını nəğd olaraq vermiş yerdə qalan pulu da qısa müddətdə yəni həmin ilin iyul ayının sonuna kimi onlara verəcəyinə razılaşmışlar. Bu razılaşmadan sonra cavabdeh onlara həmin ilin may ayına kimi 11.000 (on bir min) manat da verib. Lakin cavabdeh artıq razılaşma şərtlərini pozaraq aldığı evin dəyərinin qalıq hissəsi olan 14.300 (on dörd min üç yüz) manatı onlara ödəməkdən yayınır. Sonuncu telefon danışıqları zamanı isə cavabdeh ümumiyyətlə onlara verməli olduğu qalıq məbləğin yarısını yəni, 7000 (yeddi min) manat hissəsini verəcəyini bildirib və buna əsas kimi də güya onlardan evi aldıqdan sonra evin təmirinə çox xərci çıxdığını göstərmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, hal hazırda kirayə qalır. Aylıq 400 manat ödəyir. Borcu çoxdur. Əgər cavabdeh evi qaytarmaq istəyirdisə bu barədə ona məlumat verərdi və o, da aldığı pulu geri qaytaradı. Cavabdeh evi alarkən usta da gətirmişdir. Evə baxış keçirmişdir. Onlar həmin evi dörd il əvvəl almışlar. Evin tavanı ilə bağlı hər hansı problemləri olmamışdır. Bununla bağlı məhkəməyə evin otaqlarının şəkilləri də təqdim edilmişdir. Göstərilənlərə əsasən İddia tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin o bildirdi ki, evin damındakı problemlə bağlı iddiaçılara bildirmiş bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. Məhkəmə iclasında İddiaçı2 qızı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, o, evi satanda tam yararlı vəziyyətdə satmışdır. Cavabdeh mənzili almağa gələndə özü də baxmışdır. Evdə problem olmamışdır. Məhkəməyə təqdim etdiyi fotoşəkillərdən görünür ki, evin damından hər hansı su axıdılması olmamışdır. Əgər belə olsaydı cavabdeh evi alanda bunu görərdi. Cavabdeh evi aldıqdan sonra evi öz istədiyi kimi təmir etdirmişdirsə həmin xərc onlardan tutulmamalıdır. Əgər həmin hal olsaydı cavabdeh evə görə ödədiyi pulu istəyərdi. Əgər o pulu istəsədi həmən pulu qaytarardı. Pul sentyabr ayına qədər onlarda olmuşdur. Ona görə də, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul qismən etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, razılaşmaları üzrə 14300 manat qalan pulu ödəməmişdir. Çünki evin təmirinə 7300 manat xərc çəkmişdir. Yerdə qalan məbləğin ödənilməsi tələbini qəbul edir. Usta evə gələrək alğığı evə təzə əl gəzdirilib, o özü də evdən damı sökəndə yaş rolik tapmışdır. Burdan görünür ki, evdə təzəcə təmir işləri aparılmışdır. Bundan başqa mətbəxdə nəm iyisindən də dayanmaq olmurdu. Qardaşının dostu usta idi. Gəlib evə baxmış damın xarab olmasını bildirmişdir. 7300 manat dama görə xərc çəkmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 bildirdi ki iddiaçılarla cavabdeh evi 55500 (əlli beş min beş yüz) manata olmağa razılaşmışlar. 30.200 (otuz min iki yüz) manatını nəğd olaraq vermiş, qalan 14.300 (on dörd min üç yüz) manatı onlara gələcəkdə verəcəkləri barədə razılığa gəlmişlər. Evdəki nasazlıqla bağlı sonradan onalar arasında problem olduğunu eşitdikdə onlara görüşüb razılığa gəlmələrini bildirmişdir. X3 şahid qismində ifadə verərək bildirmişdir ki, ev Babək prospektində yerləşir. Evə baxmış, sahibinə damda problem olduğunu bildirmişdir. Damdan su axdığı üçün onun təmir edilməli olmasını, təmirin smetasını çıxartmasını, materialın 6000 minə yaxın tutmasını, 1500 manat əl haqqı almasınıbildirdi. Həmçinin o qeyd etdi ki, qonşunun damı da nəm idi 10 sm ara var idi, onu da düzəltmişlər. Damı sökdükdə, çürümə olduğunu görmüşlər. Üstünə çernovoy vurmuşlar. Həmin damın üstündə gəzmək mümkün olmamışdır. X7 şahid qismində ifadə verərək göstərmişdir ki, onlar fəhləsi ilə mübahisəli evə gəlmiş, evin tavanına baxmış və təmir xərclərinin çox olmasını evin saibinə bildirmişlər. Yaşar da evi alamağa razılıq vermiş, usta da evin tavanını təmir etmişdir. Məhkəmə iddiaçıların və cavabdehin izahatını, şahidin ifadəsini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 08 may 2014-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X8 ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini İddiaçı2 satmışdır. - 23 yanvar 2019-cu il tarixdə İddiaçı2, Cavabdeh, İddiaçı1 və X4 tərəfindən tərtib olunmuş aktın surətindən görünür ki, İddiaçı2 ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini Cavabdeh satdığını və ondan 55 000 manat aldığını təsdiq etmişdir. - 05 dekabr 2019-cu il tarixdə X4 tərəfindən tərtib oluna aktın surətindən görünür ki, İddiaçı2 özünə məxsus olan ünvan 1 ünvanında yerləşən ona məxsus olan fərdi tikilini 55 000 manat müqabilində Cavabdeh satmışdır. Cavabdeh ümumilikdə 41200 manatı İddiaçı2 vermiş, 14300 manatı qalmışdır. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 10/2081 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilinin dam örtüyünə vizual baxış zamanı damın tikintisində istifadə olunan materialların görünüşünü, aşınma dərəcəsini nəzərə alaraq həmin tikilinin dam örtüyünün təmir olunduğu müəyyən olunmuşdur. Lakin təmir işlərinin hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün təmirinə çəkilmiş xərc orta bazar qiymətinə uyğun olaraq 3784 manat təşkil edir. Dam örtüyü üzərində faktiki olaraq heçbir qüsur aşkarlanmadığına, həmçinin mülki iş materiallarında dam örtüyünün təmirdən öncəki vəziyyətinə dair məlumat olmadığına görə, dam örtüyünün təmir olunmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən fərdi tikili İddiaçı2 məxsus olmuşdur. İddiaçı2 özünə məxsus olan həmin mənzili Cavabdeh satmışdır. Tərəflər arasında bağlanmış şifahi razılaşmaya əsasən Abbasova X6 Əli Adil oğluna 55 000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, üçüncü şəxs X4 cəlb edilməklə “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, mübahisəli daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, hazırki mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığı üçün, məhkəmə hesab edir ki, analoji münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıc isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə qeyd edir ki, İddiaçı2, Cavabdeh ilə bağladığı şifahi alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, ünvan 1 ünvanında yerləşən fərdi tikilini Cavabdeh təhvil vermişdir. Cavabdeh isə həmin müqavilə üzrə öhdəliyini tam icra etməmiş, ödəməli olduğu məbləğin 14300 manat hissəsini ödəməmişdir. Cavabdeh məhkəmə iclasında veridyi izahatında göstərmişdir ki, evin təmirinə 7300 manat xərc çəkmişdir, ona görə də həmin pulu ödəmir. Qalan 7000 manatı ödəyə bilər. Məhkəmə cavabdehin həmin dəlillərini əsassız sayaraq qeyd edir ki, Cavabdeh qeyd olunan evi aldıqdan sonra məhs həmin vaxt, həmin evin damında olan problemlə bağlı təmir işləri aparması və 7300 manat təmir xərci çəkməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Bundan başqa, Abbasova X6 Əli Adil oğluna məxsus evi alarkən, həmin evə baxış keçirmiş, və tərəflərin qarşılıqlı razılığı ilə evin alqısatqısı həyata keçirilmişdir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə məhkəmə tikinti-texniki ekspertizasının 29 dekabr 2020-ci il tarixli 10/2081 nömrəli rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi tikilinin dam örtüyünə vizual baxış zamanı damın tikintisində istifadə olunan materialların görünüşünü, aşınma dərəcəsini nəzərə alaraq həmin tikilinin dam örtüyünün təmir olunduğu müəyyən olunmuşdur. Lakin təmir işlərinin hansı tarixdə aparılmasını müəyyən etmək mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün təmirinə çəkilmiş xərc orta bazar qiymətinə uyğun olaraq 3784 manat təşkil edir. Dam örtüyü üzərində faktiki olaraq heç bir qüsur aşkarlanmadığına, həmçinin mülki iş materiallarında dam örtüyünün təmirdən öncəki vəziyyətinə dair məlumat olmadığına görə, dam örtüyünün təmir olunmasının səbəbini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh 14.300 (on dörd min üç yüz) manat qalıq borcun, borc məbləğin beş fazinin və iddalarına baxılması üçün məhkəmə üçün banka ödədiyi 30 manat dövlət rüsumu əvəzinin cavabdehdən alınıb onlara verilməsini xahiş etsə də, sözügedən müqavilə İddiaçı2 ilə Cavabdeh arasında bağlandığından iddia tələbi qismən, İddiaçı2 münasibətdə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “borc məbləğin beş fazinin cavabdehdən alınıb iddiaçılara ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməsli, Cavabdeh 14.300 (on dörd min üç yüz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı2 verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 14.300 (on dörd min üç yüz) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu əvəzi alınaraq İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar