Məhkəmə qərarları › İş №2(007)-197/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-197/2022

28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-197/2022 28.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 24 saylı evin, 22 saylı mənzilinə vurmuş olduğu 1000 (bir min) manat məbləğində maddi ziyanın, ona vurmuş olduğu 1000 (bir min) manat məbləğində mənəvi ziyanın və məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavbdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 4 saylı evin, 22 saylı mənzil xüsusi mülkiyyət kimi ona məxsusdur və uzun müddətdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. Onun maddi imkanı az olsa da mülkiyyətində olan mənzilini ailəsi üçün yararlı bir halda o, böyük məbləğdə xərc çəkərək mənzilini təmir etdirmişdir. Onun yaşadığı çoxmərtəbəli mənzilin üst mərtəbəsindəki 24 saylı mənzilində yaşayan qonşusu və ailəsi o zaman birgə yaşayış qaydalarına əməl etsələr də, lakin son bir il yarımda 24 saylı mənzilin sahibi Cavabdeh tez-tez səhlənkarlıq edərək su kranlarını açıq qoyaraq və ya hamamın döşəməsindən onun hamam və tualeti olan sahəyə su axıdır. Bir müddət o, buna dözmüş, sonradan məcbur olub dəfələrlə mənzildə yaşayan cavabdehə xəbərdarlıqlar etmiş, sonradan cavdehdən mənzilinin hamam-tualetinə çirkab su axıdılmasının qarşısının alınmasını tələb etmiş və su xətlərini və ya hamamın döşəməsinin təmir elətdirməyi bildirmişdir. Mənzilinə daimi su axıdıldığı üçün o, bu barədə dəfələrlə Mənzil İstismar İdarəsinə və digər qurumlara bildirmiş və tədbir görülməsini xahiş etmişdir. İdarənin əməkdaşları dəfələrlə mənzilin sahibinə- cavabdehə qanunsuzluğa son qoyulmasını və birgə yaşayış qaydalarına əməl edilməsini tələb etməyinə baxmayaraq, lakin heç bir nəticəsi olmamışdır. Belə ki, cavabdeh Yuriy Alekseyeviç acıqlı şəkildə hara şikayət edirsə etsin heç kimin heç nə edə bilməyəcəyini, məhkəmə orqanlarının rüşətxorolduğunu, dövlət orqanlarının heç nə qanmadığını demiş və onu alçaldır. O, məcbur olaraq hamamın və tualetin divarlarını 2 dəfə təmir etdirmiş və su turbalarını 2 dəfə dəyişdirmiş, sanitar qovşaqları çox pis vəziyyətə düşmüşdür. Lakin son vaxtlar məcbur olub ərazi üzrə 50 saylı Mənzil Kommunal İstismr Sahəsini rəhbərliyinə şikayət etmiş və sahənin əməkdaşları 02.06.2021-cü il tarixində onun mənzilinə baxış keçirmiş və yuxarı mərtəbə qonşusunun sanitar qovşağından onun mənzilinə suyun axıdıldığını və mənzilini pis vəziyətə saldığını, mənzilində əşyalarının xarab olduğunu, hamam və tualetinin pis vəziyyətə düşməsini müşahidə etmişlər. Bu barədə 02.06.2021-ci il tarixində Akt tərtib etmişlər. Ümumiyyətlə, cavabdeh Yuriy Alekseyeviçin qanunsuz hərəkətləri nəticəsində ona 1000 (bir min) manat maddi ziyan dəymişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun müxtəlif orqanala çoxsaylı müraciətləri və hər dəfə mənzilinə çirkab su axıdılması nəticəsində mənəvi sarsıntılar keçirmiş və keçirdyi sarsıntılar nəticəsində ona vurulmuş mənəvi ziyanı 1000 (bir min) manat qiymətləndirmişdir. Bu vaxta kimi o, dəfələrlə cavabdehdən mənzilini təmir etdirməyi və ya mənzilinə vurulan ziyanı ödəməyi tələb etsə də ,lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək imtina etmişdir. Ona görə hesab edir ki, cavabdehin hərəkətlərinə məhkəmə tərəfindən qiymət verilməli və mənzilinə vurulmuş maddi və mənəvi zərər ödənilməli və mənzilinə cavabdeh tərəfindən vurulmuş zərər bərpa edilməlidir. Cavabdeh qanunsuz hərəkəti nəticəsində onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin, 22 saylı mənzilinə vurmuş olduğu 1000 (bir min) manat məbləğində maddi ziyan, 1000 (bir min) manat məbləğində mənəvi ziyan və cavabdehin təqsiri üzündən məhkəməyə müraciət edərkən ödədiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun cavbdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib onun təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o, ekspert rəyi ilə razı olduğunu mənzilə dəyən zərərlə bağlı MKİS tərəfindən akt tərtib edildiyini, cavabdehə məsələni öz aralarında qonşu kimi həll etmələrini təklif etdiyini, bundan qabaq da onun evinə cavabdeh tərəfindən 2 dəfə su axıdıldığını, evi təmir etdirdiyini, onun 1000 manat xərci çıxdığını bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul emədiyini, ekspert rəyi ilə razı olmadığını, evində trapı qaldırmasını, santexnikasının yaxşı vəziyyətdə olmasını, suyun onun evindən axa bilməsinin mümükünsüz olmasını, onun üstündəki mənzildən axdığını bildirdi. Həmçinin o bildirdi ki, iddiaçıya bu məsələ ilə bağlı jekə məlumat verməsini təklif etmiş, lakin iddiaçı jekə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - 50 saylı MKİS tərəfindən verilmiş 27.08. 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzilində qeydiyyatdadır. - 50 saylı MKİS-nin rəisi A.Şirinov, mühəndisi Z.Heydərov və çilingəri B.Qasımov tərəfindən tərtib edilmiş aktdan görünür ki, onlar Bakı şəhəri, Nizami rayonu , Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzilə İddiaçı şikayətinə əsasən baxış keçirmiş və müəyyən olunmuşdur ki, 24 saylı Cavabdeh mənzilində rakfninin arxasındakı nasazlıq nəticəsində su sızmış, şikayətçinin mənzilinin vanna otağına, tualetə və dəhlizinin təmirinə ziyan vurmuşdur. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 11.01.2021-ci il tarixli rəyindən görünür ki, iddiaçıya məxsus 22 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 24 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülk iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilin hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1632,0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı məxsus olan Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, ev 4, 22 saylı mənzilə həmin evin Cavabdeh məxsus olan mənzilindən su sızması baş vermiş, bunun nəticəsində iddiaçının dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar yaranmış və maddi ziyan vurulmuşdur. Lakin cavabdeh həmin maddi ziyanı iddiaçıya ödəməmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 11.01.2021-ci il tarixli rəyi ilə iddiaçıya məxsus 22 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 24 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 22 saylı mənzilin dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülk iş materiallarının məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 24 saylı mənzildən su axıdıldığı və nəticədə 22 saylı mənzilin hamam və ayaqyolu tikililərinə ziyan vurulduğu, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 4 saylı evin 22 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1632,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Bu zaman cavabdeh qonşuya əlavə təsirdən çəkinməmişdir. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, İddiaçı məxsus mənzilə Cavabdeh məxsus mənzildən su sızmasının baş verməsi və bunun nəticəsində iddiaçının dəhliz, mətbəx, hamam və ayaqyolu tikilisində qüsurların yaranması və maddi ziyan dəyməsi tədqiq edilmiş digər iş materialları ilə yanaşı, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə tam təsdiq olunur və sübuta yetirilir, maddi ziyanın yetirilməsi ilə bağlı ekspertizanın qeyd edilən rəyinin şübhə altına alınması üçün hər hansı bir əsas yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən iddiaçının iddia tələbində qeyd olunan məbləğ nəzərə alınmalı, Cavabdeh vurulmuş maddi zərərə görə 1000 manat məbləğində vəsait tutularaq İddiaçı ödənilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin “ona vurmuş olduğu 1000 (bir min) manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz Cavabdeh təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1000 manat məbləğində maddi zərər, 30 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə əlavə olaraq hesab edir ki, məhkəmə xərclərinə aid olan məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 manat məbləğində maddi zərər, 30 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf edilmiş 50 manat məbləğində vəsait Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar