Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-197/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən 24 saylı mənzilə İddiaçı 1/2 hissədə, Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi və həmçinin 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar Cavabdeh alınaraq X3 verilməsi icra olunması üçün xx.xx.2022-ci il tarixdə Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra icra tədbirlərinin yerinə yetirilməsi zaman müəyyən olunmuşdur, icra sənədinə əsasən qeyd edilən qızıl əmlaklar Cavabdeh mövcud olmadığından İddiaçı verilməsi mümkün olmamışdır. Həmçinin Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Zaur Hacıyevin xx.xx.2023- cii il tarixli qərarında qeyd edilmişdir ki, Cavabdeh dəfələrlə şöbəyə dəvət edilmiş, qeyd edilən qızıl külçələrin verilməsi tələb edilmiş, cavabdeh isə hər dəfə həmin külçələrin onda olmadığını bildirmişdir. Həmin külçələrin dəyəri icra sənədində qeyd edilmədiyi üçün küçələrin özü olmadığı təqdirdə dəyərinin alınıb verilməsi göstərilmədiyi üçün icra sənədinin icrasının təmin etmək mümkün olmamışdır. Bu əsaslada icra məmuru Zaur Hacıyev Bakı Şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1743/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul etmişdir. Eyni zamanda Cavabdeh icra şöbəsinə ünvanladığı ərizəni məzmunu qərarda olduğu kimi qeyd edilmişdir. Göründüyü kimi qeyd olunan qızıl külçələrin cavabehdən alınaraq ona verilməsi qərara alınsada, cavabdeh bilərəkdən qızıl külçələrini və ya onların dəyərini ona verməkdən boyun qaçırır üzərinə düşən öhdəliyin qərəzli olaraq icra edilməsindən yayınır. Mübahisə predmeti olan 19 ədəd bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1899 г 10 рублей” yazısı olan qızıl sikkələrin və 5 ədəd bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1897 г 15 рублей” yazısı olan qızıl sikkələrin dəyərinin müəyyən eymək üçün əmlakın qiymətləndirilməsi işi həyata keçirilmişdir. “X4 Mərkəzi” MMC-nin xx.xx.2023-cü il tarixli hesabatına əsasən 30400 manat (otuz min dörd yüz manat) olduqları müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə qərarına əsasən Cavabdeh alınaraq ona veriləcək 19 ədəd bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1899 г 10 рублей” yazısı olan qızıl sikkələrin və 5 ədəd bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1897 г 15 рублей” yazısı olan qızıl sikkələrin verilməsi təmin edilmədiyi tədqirdə onların dəyəri tutularaq ona ödənilməlidir. Göstərilənlərə əsasən, Cavabdeh iddiaçıya məxsus olan qızıl külçələrinin dəyərini yəni 30400 manat (otuz min dörd yüz manat), qızıl külçələrin bazar dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri 150 manat (bir yüz əlli manat) və ödənilmiş dövlət rüsumu 182 manat (bir yüz səksən iki manat) olmaqla ümumilikdə 30732 manat (otuz min yeddi yüz otuz iki manat) pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəmənin əvvəlki qətnaməsində mübahisə predmeti olan qızıl əşyaların ona qaytarılması qət edilsə də, icra mərhələsində bu mümkün olmamışdır, ona görə də məcbur qalıb hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. 9/9887 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə razı deyil. Belə ki, ekspert fərqli çəkidə olan qızılları eyni qiymətlə dəyərləndirib. Həmçinin rəy qızıl nümunələrinə baxış keçirilmədən verilmişdir. Onun fikrincə xx.xx.2024-cü il tarixli, 6/2014-9/2348 saylı rəy isə qeyri-dəqiqdir. Bu səbəbdən o, öz təşəbbüsü ilə “Yeni Dövr” qiymətləndirmə mərkəzindən qızıl külçələrinin qiymətləndirilməsi ilə bağlı hesabat almışdır. Göstərdiklərinə əsasən, qiymətləndirmə mərkəzinin hesabatında göstərilən qiymətlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, onda ümumiyyətlə qızıl olmayıb. Həmçinin, həm iddiaçı tərəfindən, həm də rəy vermiş mütəxəssis və ekspertlər tərəfindən qızılların qiymətləri həddindən artıq şişirdilmişdir. İddia əsassızdır. Buna görə də, göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil iddianı tələbini qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, iddiaçı bu məsələni icra qaydasında həll etməli, icra məmurunun qərarından şikayət verməli idi. İcra məmuru icra işini icra mümkünsüz olduğundan geri qaytarmışdır. İddiaçı özünə münasibətdə qızılları qiymətləndirmişdir. Hesab edir ki, həmin qiymətlər şişirdilmişdir. Ekspertlər tərəfindən verilmiş rəylər ilə razı deyil. Səidə xanımda həmin qızıl sikkələr hazırda yoxdur. Göstərdiklərinin nəzərə alınmasını və idda tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin cavabdehin vəkili və nümayəndəsi Vəkil “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etmədiklərini bildirmiş və məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi, «Kristal-5» firmasının balansında sahəsi 28.7 kv.m olan əmlak üzərində Cavabdeh məxsus pay haqqının 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin Cavabdeh aid edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlakların Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1743/2021 saylı qətnaməsinin “19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar" hissəsinə aşağıdakı məzmunda izah verilmişdir: - «19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей", digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr Cavabdeh alınaraq İddiaçı verilsin». -xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, borclu Cavabdeh probasiya şöbəsibə ərizə ilə müraciət edərək bildirmişdir ki, icra sənədində göstərilən qızıl əmlaklar onda yoxdur və bu baxımdan həmin qızıl əmlakları tələbkara verə bilmir. -Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərardan görünür ki, Cavabdeh dəfələrlə şöbəyə dəvət edilmiş, qeyd edilən külçələrin verilməsi tələb edilmiş, cavabdeh isə hər dəfə bildirmişdir ki, həmin külçələr onda yoxdur, külçələrdən məlumatsızdır və bu barədə izahat yazmışdır. Həmin külçələrin dəyəri icra sənədində qeyd edilmədiyi üçün külçələrin özü olmadığı təqdirdə dəyərinin alınıb verilməsi göstərilmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. -“Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM 047/2023 saylı, xx.xx.2023-cü il tarixli “əmlakın qiymətləndirilməsi” barədə hesabatından və ona əlavə edilmiş maliyyə arayışından görünür ki, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1899 г 10 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1100 manat, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1897 г 15 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1900 manat, ümumi bazar dəyəri 30.400 manat (otuz min dörd yüz) qiymətləndirilmişdir. Bununla yanaşı, sifarişçi İddiaçı “X4 Mərkəzi” MMC-nin hesabına 150 manat (yüz əlli” məbləğində xidmət haqqının dəyərini ödəmişdir. -xx.xx.2023-cü il tarixli, 21532 saylı qəbzdən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən 182 manat (yüz səksən iki) manat dövlət rüsumu ödəmişdir. - Məhkəməyə iddiaçı tərəfindən sübut qismində “Tap.az”, “Lalafo.az” internet saytlarından çıxarışlar təqdim edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9887 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, mülki iş materialında göstərilən 02 adda zərgərlik məmulatlarının 2021-2022-ci il tarixlərinə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 22800 manat, 2023-cü ilin noyabr ayına 26400 manat müəyyən olunur. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/2014-9/2348 saylı məhkəmə iqtisad ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, bir tərəfindən “1988 г 10 рублей”, digər tərəfində sol tərəfə baxan kişi baralyefi olan sikkə - metalı təxminən 900 əyarlı qızıla uyğundur, çəkisi 8.26 qramdır; 1 ədəd sarə rəngli metaldan, bir tərəfindən ”1897 г 15 рублей”, digər tərəfində sol tərəfə baxan kişi baralyefi olan sikkə - metalı təxminən 900 əyarlı qızıla uyğundur, çəkisi 12.88 qramdır; ekspertiza tədqiqatına təqdim edilmiş zərgər məmulatlarının 2021, 2022-ci il tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 26550 manat, 2023, 2024-cü il tarixlərə 30150 manat müəyyən olunur. Həmin zərgərlik məmulatlarının ayrı-ayrılıqda adları rəyin tədqiqi hissəsində göstərilmişdir. -“Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin YDQM 099-030/2024 saylı, xx.xx.2024-cü il tarixli “əmlakın qiymətləndirilməsi” barədə hesabatından görünür ki, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1899 г 10 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1100 manat, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1897 г 15 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1900 manat, ümumi bazar dəyəri 38720 manat (otuz səkkiz min yeddi yüz iyirmi) qiymətləndirilmişdir. -xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, Məhkəmə Ekspertizası Mərkəzinn xx.xx.2024-cü il tarixli 3-16-16/2/6/2014-9/2348 saylı rəyində 19 ədəd qızıl sikkələrin bir tərəfində “1988 г” qeyd edildiyini, lakin faktiki olaraq sikkənin üzərində “1899 г” yazısı həkk olunmuşdur. - Məhkəmə Ekspertizası Mərkəzinin fiziki-kimyəvi ekspertizalar şöbəsinin aparıcı eksperti X2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixli 6/2014- 9/2348 saylı ekspert rəyinin tədqiqi hissəsində “10”-luq sikkə (maddi sübut) üzərində olan tarixi sikkə üzərindən yox, məhkəmə qərardadında qeyd edilən tarixdən götürdüyü üçün rəydə texniki səhv kimi görünmüşdür. O, sikkə üzərində olan tarixin “1899” kimi nəzərə alınmasını xahiş edir və bildirir ki, maddi sübuta qiymət verilərlən onun üzərində olan tarix deyil, onun əyarı və çəkisi nəzərə alınır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı, Cavabdeh ilə xx.xx.1990-cı il tarixində rəsmi nikaha daxil olmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 609/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması qət edilmişdir. İddiaçı onların birgə nikahda olduğu dövründə əldə edilmiş əmlakda payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən 24 saylı mənzilə İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payının müəyyən edilməsi, «Kristal-5» firmasının balansında sahəsi 28.7 kv.m olan əmlak üzərində Cavabdeh məxsus pay haqqının 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsinin Cavabdeh aid edilməsi, 19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlakların Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-456/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1743/2021 saylı qətnaməsinin “19 ədəd 10 manatlıq və 5 ədəd 15 manatlıq qızıl əmlaklar" hissəsinə aşağıdakı məzmunda izah verilmişdir: - «19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей", digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələr Cavabdeh alınaraq İddiaçı verilsin». Sözügedən qətnamənin icra edilməsi məqsədi ilə, Cavabdeh dəfələrlə icra şöbəsinə dəvət edilmiş, qeyd edilən külçələrin verilməsi tələb edilmiş, cavabdeh isə hər dəfə bildirmişdir ki, həmin külçələr onda yoxdur, külçələrdən məlumatsızdır və bu barədə izahat yazmışdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli “icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarı ilə, qətnamədə və icra sənədində həmin külçələrin dəyəri qeyd edilmədiyi, külçələrin özü olmadığı təqdirdə dəyərinin alınıb verilməsi göstərilmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmışdır. İddiaçı həmin qızıl külçələrin qiymətləndirilməsi üçün “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinə müraciət etmiş, YDQM 047/2023 saylı, xx.xx.2023-cü il tarixli “əmlakın qiymətləndirilməsi” barədə hesabatı ilə, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1899 г 10 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1100 manat, bir tərəfində İİ Nikolayın şəkili həkk olunmuş və digər tərəfində isə “1897 г 15 рублей” yazısı olan qızıl sikkə, 1 ədədinin dəyəri 1900 manat, ümumi bazar dəyəri 30.400 manat (otuz min dörd yüz) qiymətləndirilmişdir. Hazırda iddiaçı, Cavabdeh iddiaçıya məxsus olan qızıl külçələrinin dəyərini yəni 30400 manat (otuz min dörd yüz manat), qızıl külçələrin bazar dəyərini müəyyən etmək üçün keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri 150 manat (bir yüz əlli manat) və ödənilmiş dövlət rüsumu 182 manat (bir yüz səksən iki manat) olmaqla ümumilikdə 30732 manat (otuz min yeddi yüz otuz iki manat) pul məbləğinin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarında qeyd edilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Ailə Məcəlləsinin 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin hu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur (Ailə Məcəlləsinin 31.1-ci maddəsi). Ər-arvadın hər birinin mülkiyyətində olan əmlakın ümumi siyahısı Ailə Məcəlləsinin 34.1-ci maddəsində nəzərdə tutulmuşdur: nikaha daxil olanadək onlara məxsus olan; nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinin mənası baxımından ərin və ya arvadın şəxsi vəsaiti hesabına əldə edilmiş əmlak ərin və ya arvadın ayrıca əmlakı hesab edilir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, qanunvericiliyin tələbinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak hesab olunduğundan, tərəflər arasında bağlanmış nikah pozulmaqla, birgə nikah dövründə əldə edilmiş əmlaka dair tərəflərin ½ hissədə payları müəyyən olunduğundan, həmçinin qanuni qüvvəyə minmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1743/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə «19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей", digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələrin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edildiyindən, iddia tələbi qızıl külçələrin dəyərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslı olduğundan iddia həmin hissədə təmin edilməlidir. Bu yerdə məhkəmə xüsusilə qeyd etməyi zəruri bilir ki, işin faktiki halları ilə də sübuta yetirilir ki, 19 ədəd bir tərəfində “1899 г 10 рублей”, digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş və 5 ədəd bir tərəfində “1897 г 15 рублей", digər tərəfində İİ Nikolayın şəkli həkk olunmuş qızıl sikkələrin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və bu işin mübahisəsiz halıdır. İddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə əsas isə o olmuşdur ki, sözügedən qızıl sikkələr real olaraq cavabdehdə mövcud olmadığından icra məmuru tərəfindən icra sənədi icra edilmədən geri qaytarılmış, nəticədə onun qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuş, o cümlədən hökmən icra edilməli olan məhkəmənin qətnaməsi icrasız qalmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin “qızıl sikkələrin dəyəri olan 30400 manat (otuz min dörd yüz) pulun alınması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Bu yerdə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 6/2014-9/2348 saylı məhkəmə iqtisad ekspertizasının rəyi ilə razılaşaraq həmin rəyi mötəbər sübut qismində qəbul edir və hesab edir ki, qeyd olunan qızıl məmulatlarının dəyəri qismində 30150 manat məbləğ əsas götürülməlidir. Belə olan halda, cavabdehdən tutulmalı olan məbləğ iddia tələbində qeyd olunan 30400 manat deyil, ekspert rəyində göstərilmiş 30150 manat əsas götürüldüyündən, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İddia tələbinin “X4 Mərkəzi” MMC-ni göstərdiyi qiymətləndirmə xidməyinin dəyəri 150 (yüz əlli) manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində isə məhkəmə hesab edir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri- dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30150 (otuz min yüz əlli) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş “X4 Mərkəzi” MMC-nin göstərdiyi qiymətləndirmə xidmətinin dəyəri 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 182 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə məhkəmə-əmtəəşünaslıq, materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizalarının keçirilmələrinə sərf edilmiş ümumilikdə 260 manat pul vəsaitinin 200 manat hissəsi Cavabdeh, 60 manat hissəsi isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 30150 (otuz min yüz əlli) manat məbləğində pul vəsaiti, iddiaçı tərəfindən ödənilmiş “X4 Mərkəzi” MMC-nin göstərdiyi qiymətləndirmə xidmətinin dəyəri 150 (yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun 150 manat hissəsi tutularaq, İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 32 manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-əmtəəşünaslıq, materialların məhkəmə ekspertizası, məhkəmə iqtisad ekspertizalarının keçirilmələrinə sərf edilmiş 260 manat pul vəsaitinin 200 manat hissəsi Cavabdeh, 60 manat hissəsi isə İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-197/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-197/2024
16.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver