Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-198/2024 15.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, öz ailəsi ilə birlikdə 1993-cü ilin oktyabr ayında erməni quldurları tərəfindən Zəngilan Rayonu işğal edildikdən sonra yurdyuvalarından didərgin düşərək Bakı şəhərində məskunlaşmağa məcbur olmuşdur. Həmin dövrdən hal-hazırki günədək onlar ünvan 2 ünvanda fərdi ev tikməklə orada yaşayır və həmin ünvanda müvəqqəti qeydiyyata götürülmüşlər. 1993-cü ilin oktyabr ayından halhazırkı günədək ona məxsus və tərəfindən tikilmiş, ona məxsus fərdi evdə yaşayır. Təxminən 2017-ci ilin əvvəllərində Nizami Rayon Məhkəməsindən ona bildiriş gələrək məhkəməyə dəvət edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Cavabdeh1 öz ailə üzvləri ilə birlikdə onun evinə pasport qeydiyyatına götürülüblər. Cavabdeh1, ona qarşı iddia qaldıraraq onun evinə köçmək istəyir. O, buna qəti etiraz etmiş və bildirmişdir ki, Cavabdeh1 ona qarşı iddia qaldıra bilməz. Onun iddiası Nizami Rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi ev 17, mənzil 2 ünvana köçürülməsi barədədir. Belə ki, onun evi mənzil deyil fərdi evdir. Məhkəmə araşdırılması zamanı (Ali Məhkəmədə) müəyyən olunmuşdur ki, Cavabdeh1 qeydiyata götürülməsi barədə Nizami Rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı mövcuddur. X8 Rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamına qismən dəyişiklik edilməsi barədədir. Guya ki, Nizami Rayon İcra Hakimiyyətinin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Cavabdeh1 Korolenko küçəsi, 55 nömrəli evin 24-cü mənzilinə pasport qeydiyyatına alınması barəsindədir. Əslində isə həmin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı tamamilə saxtalaşdırılmışdır. X7 Vaqif İsa oğluna heç bir aidiyyəti yoxdur. Belə ki, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X3 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. Bütün bu səbəblərdən onun hüququ kobud surətdə pozulur və hesab edir ki, Nizami Rayon İcra Hakimiyyətinin 25 fevral 1997-ci il tarixli, 250 saylı Sərəncamı etibarsız hesab edilərək ləğv edilməlidir. Cavabdeh1 müstəsna olaraq R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 1997-ci il tarixli 250 saylı sərəncamını aşağıdakı səbəblərdən qanuni və əsaslı hesab etmək olmaz. Həmin sərəncam Azərbaycan Respublikasının «Normativ hüquqi aktlar haqqında» Qanunun 5-ci maddəsinə zidd olaraq verilmişdir. Həmin sərəncam saxtalaşdırılmışdır, həmin 10 iyun 1993-cü il tarixli, 2273 saylı Sərəncamı Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilində yaşayan vətəndaş X3 adına şəxsi ev kimi sənədləşdirilməsi haqqındadır. R.Ağayev küçəsi 17 nömrəli evin 1 otaqlı sahəsi 15.6 kv.m olan 2-ci mənzili ümumiyyətlə mövcud deyildir. Ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış sahəsi mənzil deyil, fərdi evdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı vəkili və nümayəndəsi Vəkil, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiasında qeyd etdiyi ev 1994-cü ildə alınmışdır. Cavabdeh isə 1997-ci ildə ona məxsus olan evə qeydiyyata götürülmüşdür. Cavabdehin həmin evdə qeydiyyata alınmasının heç bir əsası yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı hazırkı məhkəmə baxış iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməyinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 20 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 4 ünvanında qeydiyyatdadır. - 67 saylı MKİS-nin ünvan 5aylı, 01 noyabr 2021-ci il tarixli sorğusuna verilmiş cavabından görünür ki, R.Ağayev 17 (keçmiş Partizan küçəsi) 1902-ci ilin binasıdır. Bu evlər həyət tiplidir, evlərin girişləri ayrıdır. Həmin mənzillər çıxarışlı, özəl mənzillərdir. Vətəndaşlar orada yaşayışlarını yaxşılaşdırmaq məqsədi ilə Layihədən kənar yenidənqurma işləri aparmışlar. İddiaçı 1993-cü ildən ünvan 6 ünvanında məskunlaşmış və öz yaşayış şəraitini yaxşılaşdırmaq üçün yenidənqurma işləri aparmışdır. Lakin həmin mənzil 1997-ci ildə Cavabdeh1 RİH tərəfindən verilmişdir və orada pasport qeydiyyatına düşmüşdür. - 67 saylı MKİS-nin Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil Məhəmməd oğlunun M-023/503 saylı, 10 may 2022-ci il tarixli sorğusuna verilmiş cavab məktubunda məlumat görünür ki, Cavabdeh1, Cavabdeh2 (həyat yoldaşı), X6 ünvan 7 ünvanında xx.xx.1997-ci il tarixdən 250 saylı sərəncam əsasında qeydiyyatdadırlar. Həmin ünvanda Zəngilan rayonu, Ağalı kəndindən qaçqın düşmüş İddiaçı, X1 adlı şəxslər 1993-cü ildən qeydiyyatsız yaşayırlar. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2273 nömrəli, 10 iyun 1993cü il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsindəki 94 nömrəli evin 2 otaqlı, yaşayış sahəsi 30.14 kv.m, ümumi sahəsi 43.14 kv.m, balans dəyəri 14643 manat olan 48-ci mənzilinin şəxsi ev kimi vətəndaş X2 adına rəsmiləşdirilmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 250 nömrəli, 25 fevral 1997-ci il tarixli Sərəncamının surətindən görünür ki, Cavabdeh1 müraciətinə əsasən, RİH-nin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamına dəyişiklik edilməsi, vətəndaş Cavabdeh1 müstəsna olaraq R.Ağayev küçəsi, 17 saylı evin 1 otaqlı, sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və onun daimi pasport qeydiyyatına alınması qərara alınmışdır. - AA seriyalı 242581 nömrəli vəsiqənin surətindən görünür ki, Cəmilov X4 rayonundan məcburi köçkün kimi qeydiyyata alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, İddiaçı “Cavabdeh1 müstəsna olaraq R.Ağayev küçəsi, 17 saylı evin 1 otaqlı, sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 1997-ci il tarixli 250 nömrəli Sərəncamının hüquqi qüvvəsi olmayan hesab edilməklə etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, 17 nömrəli evin, 2-ci mənzilinə istifadə hüququnun itirilməsi” tələbinə dair mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilmiş və iddiaçıya aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının istifadəsində olan ünvan 9 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023cü il tarixli, 2-1(102)-1133/2023 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı iş üzrə kasassiya şikayəti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)- 1444/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1444/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9452/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 1993-cü ildən Zəngilan rayonu, Ağalı kəndindən məcburi köçkündür və həmin vaxtdan ünvan 9 ünvanında qeydiyyatsız yaşayır. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 2273 nömrəli, 10 iyun 1993-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsindəki 94 nömrəli evin 48-ci mənzilinin şəxsi ev kimi vətəndaş X2 adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 250 nömrəli, 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə, Cavabdeh1 müraciətinə əsasən, RİH-nin 10 iyun 1993-cü il tarixli, 2273 saylı sərəncamına dəyişiklik edilmiş və hazırki iş üzrə Cavabdeh1 müstəsna olaraq R.Ağayev küçəsi, 17 saylı evin 1 otaqlı, sahəsi 15.6 kv.m olan 2-ci mənzili verilmiş və o daimi pasport qeydiyyatına alınmışdır. 05 dekabr 1997-ci il tarixdən Cavabdeh1, Cavabdeh2 (həyat yoldaşı), X6 ünvan 7 ünvanında 250 nömrəli, 25 fevral 1997-ci il tarixli Sərəncam əsasında qeydiyyatdadırlar. İddiaçı “Cavabdeh1 müstəsna olaraq R.Ağayev küçəsi, 17 saylı evin 1 otaqlı, sahəsi 15.6 kv.m olan 2-ci mənzilinin verilməsi və pasport qeydiyyatına alınması haqqında Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 25 fevral 1997-ci il tarixli 250 nömrəli Sərəncamının hüquqi qüvvəsi olmayan hesab edilməklə etibarsız hesab edilərək ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, 17 nömrəli evin, 2-ci mənzilinə istifadə hüququnun itirilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Bakı şəhəri Nizami Rayon Məhkəməsi 2(007)-3768/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata, iş məhkəmədə baxılmalı olmadığından, xitam verilmiş və iddiaçıya aidiyyəti inzibati məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilmişdir. İddiaçı Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı “Nizami Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 15148C-3222 saylı imtinasının əsassız hesab edilərək Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının istifadəsində olan ünvan 9 ünvanında yerləşən fərdi evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ilə inzibati məhkəməyə müraciət etmiş və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının tələbi mümkün sayılmamışdır. İddiaçı apellyasiya və kasassiya şikayətləri vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 fevral 2023-cü il tarixli, 2-1(103)-1444/2023 nömrəli qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2023-cü il tarixli, 2-1(102)-1133/2023 saylı qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9452/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Qeyd olunanlara əsasən, məhkəmə İddiaçı tələbinə münasibətdə belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, cavabdeh Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 250 nömrəli, 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə, Bakı şəhəri, Nizami rayonu, R.Ağayev küçəsi, 17 saylı evin 1 otaqlı, sahəsi 15.6 kv.m olan 2-ci mənzili müstəsna olaraq Cavabdeh1 verilmiş və o həmin ünvanda daimi pasport qeydiyyatına alınmışdır. Belə olan halda, məhkəmə qeyd edir ki, nə qədər ki, hazırkı cavabdehin sözügedən mənzildə qeydiyyata alınmasına əsas olmuş Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının 250 nömrəli, 25 fevral 1997-ci il tarixli Sərəncamı qüvvədədir, iddiaçının iddia tələbi təmin edilə bilməz. Bununla yanaşı, nəzərə alınmalıdır ki, iddiaçının hazırda tələbinin əsasını cavabdehin Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, R.Ağayev küçəsi, 17 saylı evin 2 saylı mənzilindən qeydiyyatdan çıxarılması təşkil edir, hansı ki, iddiaçı eyni cavabdehin həmin ünvandan qeydiyyatdan çıxarılmasına nail olmaq üçün əvvəllər də yuxarıda qeyd olunan məhkəmələrdə mübahisə qaldırmış və iddia tələbləri təmin edilməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı mülki işə irəli sürülmüş tələb üzrə baxılmalı və İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı məcburi köçkün olduğundan məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1 qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-198/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-198/2024
15.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver