Məhkəmə qərarları › İş №2(007)-2008/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2008/2023

06.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2008/2023 06.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3400 manat borcun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hal- hazırda Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 98A, mənzil 27-də yaşayır. Şikayətçi olduğu Cavabdeh onun tanışıdır. Bildirir ki, Cavabdeh 2020-ci ilin iyun ayında ondan xahiş etmişdir ki, ona 3400 manat borca pul versin. Borcu istəməkdə məqsədini soruşanda isə Cavabdeh ona bildirdi ki, cavabdeh qızıllarını lombarda qoyaraq faizə pul götürmüşdür və hal-hazırda krediti ödəyə bilmədiyi üçün qızılları batır və qızılları satışa çıxarılacaqdır. “Əgər imkanı varsa ona 3400 manat borca pul versin və həmin 3400 manatı tez bir müddətdə ödəməyə söz vermişdir”. İddiaçı olaraq o, Cavabdeh sözünə görə və ona həddindən artıq inandığına görə 3400 manat verdi. Sonra ona məlum oldu ki, Cavabdeh onun ona olan etibarından sui-istifadə edib və onu aldadıb. Aradan artıq 2 il keçib, Cavabdeh nəinki ona olan 3400 manat borcunu ödəmir, hətta telefon zənglərinə cavab belə vermir. O, artıq başa düşdü ki, Cavabdeh ona olan etibarından sui-istifadə edərək ondan kömək istəməsi sadəcə aldatmaqdan başqa bir şey olmamışdır. Bu səbəbdən də, aralarında yaranan mübahisəyə görə Bakı Şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə şikayət etmişdir. Cavabdeh Bakı Şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış və Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Azər Əhmədova Cavabdeh ona 3400 manat borclu olduğunu izahatında etiraf etmişdir. Cavabdeh izahatında barəsində yazılanların doğru olduğunu bildirərək, maddi durumu aşağı olduğundan borcunu ödəyə bilmədiyini bildirmişdir. Bakı Şəhər Sabunçu RPİ-nin 13-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Azər Əhmədov ona bildirdi ki, Cavabdeh ona borcu olduğunu etiraf edir və bu məsələnin mülki münasibətlər zəminində baş verməsi öz əksini tapır, bu səbəbdən də, “Pul tələbinə dair’' məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı tam qəbul edir. İddiaçı 3400 manat məbləğində borc almışdır. Bu barədə ərizə təqdim etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının izahatını, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, izahatı alınmış X2 bildirmişdir ki, təxminən 2 il bundan əvvəl tanıdığı Cavabdeh ondan özünün qızıllarını lombarddan çıxarmaq üçün 3400 manat borc pul almışdır. Lakin indiyədək qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr gətirib pulları qaytarmaqdan yayınmışdır. O, 3400 manat pulu Cəmiləyə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsində Cəmilənin kirayədə yaşadığı evində vermişdir. Vətəndaş Cavabdeh yazdığı izahatında bildirmişdir ki, o, ünvan 1 ünvanda qeydiyyatda olsa da, hal hazırda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində kirayədə yaşayır. Firuzə adlı qadını 2019-cu ildən tanımışdır. 2020-ci ilin yanvar ayında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığındakı "Sevinc” şadlıq sarayı ilə üzbəüz lombardda girov qoyduğu qızıl-zinət əşyalarını çıxarmaq üçün 2020-ci ilin iyun ayında özündə pul olmadığı üçün Firuzədən 3400 manat borc pul almışdır. Firuzə də həmin məbləği ona ünvan 3 ünvanda bir yerdə kirayədə yaşadıqları ünvanda vermişdir. Lakin, o, 100 manatı qaytarsa da pandemiya ilə əlaqədar heç yerdə işləmədiyi üçün qalan pulu qaytara bilməmişdir. xx.xx.2022-ci ildə Firuzə özünə məxsus 050-209-85 11 nömrəli ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək borcu qaytarmayacağı təqdirdə polisə şikayət edəcəyini demişdir. Hazırda Firuzəyə 3300 manat borcu qalmışdır. Hissə-hissə ödəyəcəyinə söz vermişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 54 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh qızıllarını lombarda qoymuş, lakin ödəniş edə bilmədiyindən, lombardın qızılları satışa çıxarmaması üçün İddiaçı 3400 manat pul istəmişdir. İddiaçı Cavabdeh 3400 manat məbləğində pul vermişdir. İddiaçı pulun qaytarılmasını tələb etsə də Cavabdeh qaytarmamışdır. İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdr. Məhkəmə iclasında cavabdeh iddia tələbini tam etiraf etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı etiraf etməsini təsdiq edərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3400 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 3400 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar