Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2051/2022 15.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun xüsusi mülkiyyətində olmuşdur. 2 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat Kontorunda 2015-ci ilin mart ayında bağlanmış dəyişdirmə müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzillə cavabdehin xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzillərin dəyişdirmə müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xx.xx.2015-ci il tarixdə onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda onun mülkiyyətindədir. Cavabdeh mənzilin keçmiş mülkiyyətçisi olmuş və dəyişdirmə müqaviləsi bağlandıqdan sonra mənzili tərk edərək getmiş, daha sonra isə Azərbaycan Respublikasının hüdudlarını tərk edərək getmişdir. Hal-hazırda harada yaşaması barədə heç bir məlumatı yoxdur. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun mülkiyyət hüquqlarını pozur. Mülkiyyətində olan evə istədiyi kimi sahib ola və istədiyi kimi sərəncam verə bilmir. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzilin keçmiş mülkiyyətçisi olmuş və Konstitusiya Məhkəməsinin qərarında nəzərdə tutulmuş yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxs kateqiyasma aid deyildir. Beləliklə, hesab edir ki, hazırkı mülki işə baxılması Bakı şəhəri Nizami rayon Məhkəməsində baxılmalı və mənzilin keçmiş mülkiyyətçisi Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Elman qızı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin zərflər üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh arasında 31 mart 2015-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzindəki notariat ofisində bağlanaraq reyestrdə 4Ə-744 ilə qeyd edilmiş mənzilin dəyişmə müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilini Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzili ilə dəyişmişdir; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzili 04 aprel 2015-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzili 04 aprel 2015-ci il tarixdə xüsusi mülkiyyət kimi tam payda Cavabdeh adına qeydiyyata alınmışdır; - Notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzilinə mülkiyyət hüququ əldə edərkən subay olmuşdur. Bununla bağlı gələcəkdə hər hası bir mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürmüşdür; - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 24 may 2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı, Cavabdeh və X1 ünvan 6 ünvanında yerləşən mənzilində qeydiyyatdadırlar. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 6 ünvanında yerləşən mənzil Cavabdeh mülkiyyətində olmuşdur. Tərəflər arasında 31 mart 2015-ci il tarixdə bağlanmış mənzilin dəyişmə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən mənzilini Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzili ilə dəyişmişdir. Mənzilin dəyişmə müqaviləsinin bağlanmasından sonra ünvan 6 ünvanında yerləşən mənzilə İddiaçı mülkiyyət hüququ tanınmışdır. Mənzil üzərində iddiaçının bu mülkiyyət hüququ 04 aprel 2015-ci il tarixdə qeydiyyata alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzilin köhnə sakini olan Cavabdeh mənzildən köçsə də, formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmış, bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bununla da, məhkəmə iclasında müəyyən edildi ki, 31 mart 2015-ci il tarixdə bağlanmış müqavilə ilə İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilini Cavabdeh mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən mənzili ilə dəyişmişdir. Hazırda mübahisə predmeti olan mənzil iddiaçının xüsusi mülkiyyətində olsa da, keçmiş mülkiyyətçi müqavilə əsasında öhdəlik götürməsinə baxmayaraq, mənzildən qeydiyyatdan çıxmamışdır. Hansı ki, mənzilin dəyişmə müqaviləsinin bağlanmasından sonra mənzil iddiaçıya təhvil verilmişdir, cavabdeh həmin vaxtdan mənzildə yaşamamışdır. Cavabdehin hal-hazıradək mənzildə qeydiyyatda qalması mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozur. Məhkəmə hesab edir ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququ həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydə alındığı andan ona keçmiş və cavabdeh mülkiyyət hüququnun tərkib hissəsi olan mənzildən istifadə hüquqlarını itirmişdir. Ona görə də, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 6 ünvanında yerləşən mənzilindən istifadə hüququ itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2051/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2051/2022
15.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver