Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2066/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı Nəsrulla qızının iştirakı ilə, İddiaçı Nəsrulla qızının Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Nəsrulla qızı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10500 manat və 4200 ABŞ dollarının manata olan məzənnəsi ilə 7140 manat məbləqində əsas borcun, hazırki gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə qətnaməsi çıxarıldığı gün üçün müəyyən eldiyi bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 3307,5 manat faizlərin, 5000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Nəsrulla qızı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi qızıl-zinət əşyalarımın təmiri ilə bağlı Nizami rayonu ərazisində yerləşən “Laçın” Ticarət Mərkəzinin qızıl təmiri şöbəsinə gedib-gələrkən tanımışdır. Murad həmin şöbədə işləyirdi, özünə məxsus bir neçə qızıl-zinət əşyalarını təmir etdikdən sonra, tanışlıqları, münasibətləri yaranmışdır. Bir gün yenə “Laçın" univermağına gedəndə Murad ona bildirdi ki, Krım yarmadası ilə Türkiyə Respublikasının İstanbul şəhəri arasında kalkan balığının ticarəti ilə bağlı yaxşı təklif almışdır. Bir neçə şərik var. Hər şey razılaşdırılıb. Bu işə qoşumaq üçün pul lazımdır. Onun işlərin içərisində olacağını, işlərin idarə edilməsində onun iştirak edəcəyini, bütün sənədlərdə imzasını olacağını bildirmişdir. İşləmədiyiyi üçün, penisiyasından başqa evinə hər hansı bir yerdən qazanc daxil olmadığından onun təklifi maraqlı gəlmiş və cavabdehin və Muradın ailə üzvlərinin iştirakı ilə onların evində görüşüb, danışıb razılaşmışlar. Səhərisi gün özünə məxsus 20000 manatlıq qızıl-zinət əşyalarını lom qiymətinə 10000 manata hesablayıb ona vermişdir. Pulu Murada verəndən sonra hər gün onunla əlaqə saxlamışdır. Bir müddət sonra Murad əlavə 10000 ABŞ dollar pul lazım olduğunu bildirmiş və onu təhdid edərək, əgər verməsə pul vermək istəyənlərin çox olmasını deyərək ona hədə-qorxu gəlmişdir. Artıq o, 20000 manatlıq qızılını 10000 manata hesablayaraq ona vermişdir. Həm də Murad bildirdi ki, 1 ay ərzində verdiyin pullları götürəcəkdir. Ona görə də naəlac qalaraq oğlunun dostundan 4200 manat ABŞ dolları pul borc alıb Murada vermişdir. Əlavə olaraq Murada 500 manat da pul vermişdir. Axırıncı pul məbləğini Murada verəndən 1 ay- keçəndən sonra Murada zəng etmişdir. Sözünü tutaraq pulunun qaytarmasını ondan tələb etmişdir. Lakin Murad müxtəlif bəhanələrlə pulu verməkdən yayınmağa başlamışdır. Muradın ondan aldığı pulu qaytarmaq istəmədiyini görüb onun iş yerinə getmişdir. Məlum olmuşdur ki, Murad artıq Laçın univrmagında işləmir. Orada öyrənmişdir ki, Muradın ona bildirdikləri yalan olmuşdur.İş yerində də bir şox adamdan pul alıb qaytarmadığına görə, düzgün adam olmadığına görə müdiriyyət tərəfindən icarə əsasında işlədiyi yerdən çıxarılmış, iş yoldaşları ilə söhbətdən sonra əmin olmuşdur ki, Murad ona bildirmişdir ki, hər hansı bir iş qurmamış, sadəcə olaraq ona olan etibarından sui- istifadə edərək, yalandan iş qurmaq adı ilə ondan əmlakını, pulunu ələ keçirmək üçün əvvəlcədən plan qurmuşdur. Bütün bunları biləndən sonra aldadıb ondan aldığı pulunu qaytarmasını Muraddan qəti olaraq tələb etmiş, lakin Murad hər dəfə söz versə də pulu qaytarmamışdır. Növbəti dəfə Murad ona 1 ay vaxt verməyini, pul qaytaracağını bildirəndə artıq ona inanmadığını, bununla bağlı yazılı kağız verməsini tələb etmişdir. Murad ondan aldığı pulu 1 ay ərzində qaytaracağı barədə 14 mart 2018-ci il tarixdə yazılı iltizam vermişdir. Lakin Murad növbəti dəfə onu aldatmışdır. 1 ay tamam olandan sonrada pulunu qaytarmamışdır. Dəfələrlə evinə, ailəsinin üstünə getsə də Muraddan pulunu ala bilməmişdir. Bununla bağlı hakimiyyət orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Lakin Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqləri şikayət ərizəsi əsasında toplanmış materialın mülki xarakterli oduğunu əsas gətirərək Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini təmin etməmişlər. Dəfələrlə Xətai rayon Polis İdarəsinin müstəntiqlərinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarları Xətai rayon məhkəməsi tərəfindən ləğv edilsə də bu yöndə müsbət nəticəyə nail ola bilməmiş, mülki qaydada məhkəməyə müraciət olunmasını bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı Nəsrulla qızı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin olunmasını xahiş etdi. Həmçinni o bildirdi ki, cavabdeh onu aldatmasaydı qızılları özündə qalardı və borc pul almazdı. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Məhkəmə araşdırılması ilə müəyyən olunmuşdur ki, Məmmədova X2 yarmadası ilə Türkiyə Respublikasının İstanbul şəhəri arasında kalkan (xamsa) balığının ticarəti ilə bağlı Cavabdeh 10500 manat və 4200 ABŞ dolları məbləğində pul verməsi faktı təsdiq olunmuşdur. Bu iş materiallarında olan məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri. Xətai RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında qərarıda əks olunmuşdur. Cavabdehin iddiaçıya Pul qaytamalı olması faktı bilavasitə Cavabdeh tərəfindən verilmiş yazılı iltizamlarla təsdiq edilmişdir. Belə olan iddia tələbi 10500 manat və 4200 ABŞ dolların Cavabdeh alınaraq İddiaçı Nəsrulla qızına verilməsi hissəsində və dövlət rüsumuna görə ödənilmiş 30 manat hissəsində təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinin pul vəsaitinin hazırki gün üçün Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəmə qətnaməsi çıxarıldığı gün üçün müəyyən eldiyi bank uçot dərəcəsinə uyğun olaraq hesablanmış 3307,5 manat faizlərin və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəlməsinə baxmayaraq cavabdeh iddiaçı qarşısında pulun qaytarılması öhdəliyi götürməsinə baxmayaraq məhkəmə araşdırması ilə cavabdehin iddiaçının vəsaitini əlində saxlanması ilə varlanması halı müəyyən olunmamış və iddiaçının həmin vəsaitdən konkret hansı fayda əldə edəcəyinə dair dəlillər gətirilməmişdir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 5000 manat məbləğində pulun Cavabdeh qızından tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, İddiaçı Nəsrulla qızı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, özünə mənəvi zərər vurmaya, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə təmin edilməməlidir. Məhkəmə, İddiaçı Nəsrulla qızının 5 000 manat pulu tələb etməsinə baxmayaraq həmin tələbinin əsası olaraq məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Məmmədova Nazı̇ lə Nəsı̇ rulla qızının xeyrinə 10500 manat, 4200 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulmalı iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədova Nazı̇ lə Nəsı̇ rulla qızının xeyrinə 10500 manat, 4200 ABŞ dolları məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dolların manata məzənnəsi nəzərə alınmaqla və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2066/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2066/2021
05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver