Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2091/2022 17.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh5nın iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 89 saylı mənzilinin icarədarı atası X1 olub. Sonra isə bütün ailələrinin razılığı ilə həmin mənzil 25 may 2007-ci il tarixli, ******* saylı çıxarış əsasında onun mülkiyyətinə keçib. Həmin mənzilin onun mülkiyyətinə keçməsinin əsas səbəbi isə qardaşlarına maddi yardım göstərərək Zabrat qəsəbəsində birgə fərdi ev tikdirmələri olmuşdur.Cavabdeh1 onun qardaşıdır, Cavabdeh2 isə Cavabdeh1 həyat yoldaşıdır,Cavabdeh3, Cavabdeh4 və X8 isə onların övladlarıdır. Onlar 2005-ci ildən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 10, mənzil 89-da yaşamırlar. Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində fərdi ev tikdiriblər və bu günə kimi də həmin evdə yaşayırlar.Cavabdeh X5 da onun qardaşıdır, Cavabdeh6 və X6 isə qardaşı Vasifin oğlullarıdır. Onlar da 2005-ci ildən Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi,ev 10, mənzil 89-da yaşamırlar. Bakı şəhəri, Zabrat qəsəbəsi, Yeni yaşayış massivində fərdi ev tikdiriblər və bu günə kimi də həmin evdə yaşayırlar.Cavabdehlərin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmaları səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır.Qeyd edilənlərə əsasən xahiş edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, yetkinlik yaşına çatmayan X3, X2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 89 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Cavabdeh X9 iddianı qəbul etdi və izahat verərək göstərdi ki, onların yaşadıqları evin sənədləri olmadığı üçün, qardaşının evindən qeydiyyatdan çıxa bilmir. İddia tələbinin təmin olunmasına etiraz etmir Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da digər cavabdehlər məhkəməyə gəlməmişdirlər və bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə digər cavabdehləin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmənin əvvəki iclaslarında iştirak etmiş Cavabdeh3,Cavabdeh4,X7,Cavabdeh6 iddianı qəbul etmişlər. Məhkəmə İddiaçı və cavabdeh X4 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan: ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 89 saylı mənzili xx.xx.2007-ci il tarixdən İddiaçı tam pay haqqı ilə mülkiyyətindədir. Azərbaycan Respublikası DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki,cavabdehlər Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 89 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, 10 saylı evin, 89 saylı mənzili İddiaçı tam pay haqqı ilə mülkiyyətindədir. Mənzil dövlət qeydiyyatında iddiaçının adına xx.xx.2007-ci il qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır.Cavabdehlər başqa ünvanda yaşasalar da həmin ünvandan qeydiyyatdan çıxmamışlar. Cavabdehlər iddianı qəbul edirlər. Bundan başqa, cavabdehlər iddiaçının ailə üzvləri deyil. Mülkiyyətçi ilə cavabdehlər arasında mənzildən istifadə ilə əlaqədar notarial qaydada təsdiq olunmuş razılaşma mövcud deyil. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneasiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalı və Sadıxov Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, yetkinlik yaşına çatmayan X3, X2 iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, yetkinlik yaşına çatmayan X3, X2 Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi,10 saylı evin, 89 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2091/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2091/2022
17.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver