Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-210/2025 06.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “şərəf və ləyaqətin alçalması nəticəsində zərərin əvəzinin ödənilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə qarşı "şərəf və ləyaqətin alçalması nəticəsində zərərin əvəzinin ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı cavabdehlər Cavabdeh1, "MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" onlayın ictimai siyasi qəzetinə qarşı "şərəf və ləyaqətin alçalması nəticəsində zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin hər biri tərəfindən sosial şəbəkədə və internet portalında yayılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən çəkilmiş video yazı və səs yazılarının cavabdehlər tərəfindən silinməsi, cavabdehlər tərəfindən hər birinin ondan üzr istəyərək ünvana çatdığı barədə üstünə şər atıldığını, yalnız reyting xatirinə yanlış məlumat verildiyini açıqlayan videonun yayımlanması, cavabdehlərdən ona dəymiş mənəvi zərərə görə müştərək qaydada 20000 (iyirimi min) manatın və 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını, AR MPM-in 265.4-cü maddəsinə əsasən Cavabdeh1 barəsində AR CM-in 145-ci maddəsinə əsasən qanunsuz azadlıqdan məhrumetmə, cavabdehlərin hər biri barəsində 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayətləri ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər biri tərəfindən sosial şəbəkədə və internet portalında yayılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən çəkilmiş video yazı və səs yazılarının cavabdehlər tərəfindən silinməsi, cavabdehlər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların, videoların yayıldığı kütləvi informasiya vasitələrində təkzib edilməsi, cavabdehlərdən ona dəymiş mənəvi zərərə görə müştərək qaydada 20000 (iyirimi min) manatın və 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, AR MPM-in 265.4-cü maddəsinə əsasən Cavabdeh1 barəsində AR CM-in 145-ci maddəsinə əsasən qanunsuz azadlıqdan məhrumetmə, cavabdehlərin hər biri barəsində 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayətləri ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə taksi sürücüsü kimi fəaliyyət göstərən və “Hyundai İ30” markalı **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 sifariş verərək yaşadığı ünvana getmək istəyib. Lakin taksi sürücüsünün etikadan kənar hərəkətləri onu vadar edib ki, avtomobili tərk etsin və ünvana çatdırmadığına görə ödənişi etməyib. Daha dəqiq desə, Cavabdeh1 taksidə gedərkən gizli şəkildə rəfiqəsi ilə olan danışığını yazıb, video çəkiliş edib, telefonuna köçürüb öncə rəfiqəsi ilə olan həmin söhbətini özünün tik-tok səhifəsində yayımlayıb. Daha sonra insanlar ona irad bildirdiyinə görə videonu silib, özünə reytinq qazanmaqdan ötrü üstünə şər-böhtan atıb ki, guya onu ünvana çatdırıb, ancaq o, ünvana çatandan sonra ödəniş etməkdən imtina edib, onun maşınında şüşə pəncərəsini sındırıb. Əslində isə cavabdeh onu ünvana çatdırmayıb. Yolda rəfiqəsiylə telefonda söhbət etdiyinə görə maşında musiqiyə yüksək səs verib. O, cavabdehdən musiqinin səsini azaltmasını xahiş etsə də, cavabdeh səsi qısaltmaq əvəzinə daha da yüksəldib. Onu narahat etdiyinə görə cavabdehlə getmək istəməyib, maşınından düşmək istədikdə ödəniş etdiksən sonra düşməsini deyib. O da ünvana çatmadığına görə ödəniş etməkdən imtina edib. Cavabdeh1 qapı pəncərəni avtomatik olaraq bağlayıb, o, qapını aça bilməyib, şüşəni aşağı endirə bilməyib, çox əsəbləşib. Maşını saxlamasını tələb edib. Cavabdeh onu maşında iradəsinin ziddinə olaraq həbs edib, azadlığını əlindən alıb. O, bu haldan çox qorxub. Qarşıda polis maşınını göstərib cavabdehdən şikayət edəcəyini bildirib. Sonra cavabdeh maşını saxlayıb, o, maşından düşdükdən sonra arxasınca maşından düşüb anasına, özünə nalayiq ifadələr işlədib. O, polis maşınına çata bilməyib. Cavabdeh işıqforda dayanıb yenə onu təhqir edib. O, cavabdehi polisə şikayət etmək istəyirdi ki, sosial şəbəkədə üstünə şər-böhtan atıb, ondan gizli çəkiliş edib, videonu tik-tokda öz adı ilə qeydiyyat olmadığı səhifələrdə paylaşıb, videonun yayılmasını sürətləndirib, onunla əl bir olan xəbər saytları ilə birləşib üstünə şər-böhtan atıb. Cavabdeh1 ilə bağlı hərəkətlər öz təsdiqini onun barəsində olan AR İXM 510-cu maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(004)-3027/2024 saylı qərarında öz təsdiqini tapır. Cavabdeh1 özü izahatında etiraf edir ki, avtomobildə azadlığını qanunsuz məhdudlaşdırıb, qanunsuz olaraq icazəsi olmadan video yazıya qeydə alıb və paylaşıb. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində qadınlığına, insanlığına, işgüzar nüfuzuna xələl gəlib. Xəbər saytlarında üstünə şər atmasına dair videonun altında rəy bölümündə insanlar tərəfindən ağır şiddətə məruz qalıb, şəxsiyyətini alçaldan çirkin cümlələrə, şəxsinə işlədilən nalayiq ifadələr, ailəsini təhqir edən nalayiq minlərlə rəylərin yazılmasına səbəb olub. Polis İdarəsində yalan ifadə verib, onunla üzləşib, orada da onu və rəfiqəsini əxlaqsız adlandıraraq alçatmağa davam edib, yaxınlarına şər atıb. Onu orada hədələyirdi ki, ərizəsini geri götürməsə, səs və video yazıları yayacaq, həmin yazıları mobil telefonunda saxlayır. Hələ bu az imiş kimi onun şərəfini, ləyaqətini Cavabdeh1 ilə birlikdə Cavabdeh2, “news24.az” və musavat.com internet sosial şəbəkə vasitələri də alçaldıblar. Belə ki, “https://news24.az7151223-xirdalanda-surucu-ile-sernishin-arasindadava.html” linkində “news24.az” saytı Tural Müseyibov yazır: “Xırdalanda sürücü ilə sərnişin arasında DAVA - VİDEO Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb”. Bu xəbərdəki məlumatları dəqiqləşdirmədən, barəsində əsassız, yalan məlumat yayılıb, izləyicilər tərəfindən alçaldıcı sözlər yazılmasına səbəb olub. Bu şəkildə ləyaqəti cavabdehlər tərəfindən alçaldılıb, mənəvi zərbələr alıb. Onun icazəsi olmadan ona aid görüntülər paylaşılıb. Daha sonra Cavabdeh4 onlayn ictimai siyasi qəzeti də öz saytında, xəbəri dəqiqləşdirmədən, jurnalist etikasına uyğun olmayan şəkildə onun hüquqlarını kobud şəkildə pozaraq təhqir ediblər. “https://musavat.com/news/beleleri qadinliqa-insanliqa-uz-qarasidir-sevinc-telmangizidanyayilan-taksi-olavina-reaksiya-video1066944.html”. X1 təqdimatında TV Müsavat-ın canlı efirində "SƏHƏR XƏBƏR" verilişi təqdim olunub. Musavat.com xəbər verir ki, Sevinc Telman qızı verilişdə taksiyə minərək pul vermək istəməyən qadından danışıb. O, qeyd edib ki, “pulun yoxdursa, metro, avtobusla gedə bilərsən və ya piyada getməlisən. Qeyd edək ki, bir qadının taksidən düşərkən pul verməmək üçün qışqır-bağır saldığı görüntüləri yayılıb, bağıran, vay-şüvən qadın, həyasız, dələduzluğun gəldiyi son nöqtə, qadınlığa və insanlığa üz qarası....’’ və sair. Bu videonun altında da ictimaiyyətin haqsız olaraq qınağına, barəsində təhqiramiz sözlərin yazılmasına, ləyaqətini alçaldıb. Onun icazəsi olmadan ona aid görüntülər paylaşılıb. Daha sonra Cavabdeh2 onlayn televiziyasında Səidə Bəkir qızı adlı aparıcı həmin video barədə və ən əsası onun barəsində danışaraq, heç bir dəqiqləşdirmə aparmadan “həyasızlıq etməyiniz nəyə lazımdır.., sonda rəzil olursuz insanlara.., min cürə hoqqa verərək..., “ və sair sözlər izhar edərək təhqir edib, videoda əks olunan “polisə müraciət edəcəm” sözünə məhəl qoymadan, görəsən bu qadın nə üçün polisə müraciət edəcəm deyə fəryad edir cümləsinə məhəl qoymadan nə gəldi danışıb, onu təhqir edib, barəsində yalan məlumat yayıb. Onun icazəsi olmadan ona aid görüntülər paylaşılıb. O, konstitusion hüququ olan şəxsi həyat toxunulmazlığı, şərəf və ləyaqətinin müdafiə etmək hüququnun təminini məhkəmədən xahiş edir. İnsanın şərəfi, ləyaqəti və nüfuzu, şəxsi həyatı hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Cavabdehlər tərəfindən onun barəsində bildirilən ifadələrin şərəf və ləyaqətini alçaldan, yalan ifadələr olması aşkardır. Cavabdehlər tərəfindən yayılan məlumat ləkələyici xarakterə malikdir. Hazırkı halda cavabdehlərin onun barəsində işlətdiyi ifadələr kütləvi şəkildə minlərlə insanlar arasında internet vasitəsi ilə yayılmış hesab edilir. Onun barəsində cavabdehlər tərəfindən yalan məlumatın, o cümlədən şəxsinə aid icazəsi alınmadan videonun yayılması onda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, nəticədə o, mənəvi sarsıntı keçirərək mənəvi zərər çəkib. O, hüquqa, qanuna söykənərək, şərəf, ləyaqətinin, şəxsi həyatının toxunulmazlığının, hətta azadlığının müdafiəsinin təmini üçün ədalət mühakiməsinə müraciət etmək məcburiyyətindədir. O, həmin cavabdehlərin davranışları nəticəsində mənəvi sarsıntı keçirib, ona mənəvi zərər dəyib. O, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ona dəyən mənəvi zərərin və sarsıntının həcmi ölçüyəgəlməzdir. Bununla yanaşı hesab edir ki, cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi 20000 (iyirimi min) manat məbləğində məhkəmə qaydasında tutulmalıdır.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
4. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Cavabdeh4 saytında “Belələri qadınlığa, insanlığa üz qarasıdır! - Sevinc Telman qızıdan yayılan taksi olayına REAKSİYA - VİDEO” başlıqlı məlumatda jurnalist Sevinc Telman qızının, saytın youtube kanalında gedən verilişdə taksiyə minərək pul vermək istəməyən qadından danışdığı bildirilir. Qeyd etməyi lüzum bilirlər ki, həmin görüntülər sosial şəbəkələrdə yayılıb və sayt başqa infomasiya qaynaqlarının etdiyi kimi sosial şəbəkələrdə və digər media orqanlarında yayılan bir süjeti göstərib. Bu görüntülərdə bir taksi sürücüsü və onun gediş haqqını verməyən, üstəlik buna görə də həqiqətən olduqca əsəbi formada qışqıran, bağıran, vay-şüvən qoparan bir qadın görünür. Qadının siması da görüntülərdə aydın deyil. Bundan başqa, hadisə ilə bağlı nə Sevinc Telman qızının video şərhində, nə də yazıda həmin qadının adı, kim olduğu göstərilmir. Çünki görüntülər sosial şəbəkələrdə yayıldığı zaman ümumiyyətlə qadının kim olduğu belə bilinməyib. “Müsavat.com” saytındakı yazıda və “youtube” kanalında müəllif tərəfindən konkret olaraq qadının ünvanına iddia olunduğu kimi hər hansı təhqiramiz ifadə səslənməyib. Əməkdaşları konkret şəxsə deyil, hadisənin özünə münasibət bildirib və taksinin pulunu verməyən şəxsləri (məhz həmin qadın deyil, bu cür əməlləri törədə biləcək) qınayıb. Jurnalistin “pulun yoxdursa, metro, avtobusla gedə bilərsən və ya piyada getməlisən” kim cümləsində hansı təhqiramiz ifadə var. O ki, qaldı digər ifadələrə burada konkret olaraq qadına deyil, hadisənin özünə verilən münasibətlə bağlıdır. Hətta orada konkret olaraq “taksinin pulunu ödəməyən bir qadını hədəfə gətirmədiyi” xüsusilə vurğulanıb. Bir daha qeyd etmək istəyir ki, məlumatda şəxsən iddiaçı haqqında hər hansı təhqiramiz ifadəyə yol verilməyib. İddiaçı şərəf, ləyaqətinin ləkələnməsi ilə bağlı tələbləri yalnız onun özünün subyektiv mülahizələrindən ibarətdir. İnformasiyanın yayılması nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi barədə hissəyə gəldikdə iddia bu hissədə də əsassızdır və rədd edilməlidir. iddia ərizəsində iddiaçı tərəflər ona vurulmuş mənəvi zərərlə bağlı hər hansı sübut təqdim etməyib. Belə olan halda mənəvi zərərin vurulması haqqında tələb edilən məhkəmə qətnaməsi heç bir halda çıxarıla bilməz. İddia qanunsuzdur, əsassızdır, rədd edilməlidir. Ona görə ki, o, Azərbaycan Respublikasının Konstitusiyası və X9 və Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının tələblərinə ziddir və söz və ifadə azadlığının əleyhinə yönəlmişdir. Qeyd edilənlərə əsasən cavabdeh “müsavat.com”a qarsı iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
İş materialları:
5. Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin xx.xx.2024-ci il tarixli İ-5735 saylı məktubundan görünür ki, ərizə əsasında aparılan araşdırma zamanı barəsində şikayət olunna Cavabdeh1 əməlində İXM-nin 510-cu maddəsinin əlamətləri aşkar edilmiş və barəsində inzibati protokol tərtib olunaraq cərimə edilmişdir.
6. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq vətəndaş İddiaçı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə ünvanladığı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3027/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1342/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Cavabdeh1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3027/2024 saylı xx.xx.2024-cü il qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Məhkəməyə iddiaçı tərəfindən müxətlif sosial şəbəkələrdə ("MEDİA TÜRK TV" onlayn televiziyası, "NEWS24.AZ" saytı və "xxxx" MMC və s.) yerləşdirilmiş paylaşımlar və ona edilmiş rəylərin görüntülərdindən çıxarışlar və 1 ədəd disk təqdim edilmişdir.
10. Məhkəməyə Cavabdeh1 tərəfindən videogörüntülərin və söhbətlərdən edilmış çıxarışların qeyd edildiyi 2 ədəd disk təqdim edilmişdir.
Tərəflərin izahatları:
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, ərizə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, şəxsin toxunulmazlıq hüququ var və bu hüququ pozulub.
12. Məhkəmə iclasında iştirak edən cavabdeh MUSAVAT.COM" MMC-nin nümayəndəsi X6 etirazın dəlillərinə uyğnun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onların iddiaçı ilə bağlı heç bir problemləri yoxdur. Videogörüntlər hazırda mövcuddur. Videolar hər yerdə yayılıb. Silinmə tələbi varsa, problem yoxdur, silinər. İddiaçıya hansısa mənəvi ziyan vurduqlarını qəbul etmirlər. Onlar jurnalist olaraq öz vəzifələrini yerinə yetiriblər. Təkzibi onlar etməli deyil, Cavabdeh1 etsə, onu paylaşarlar. “Media haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə məhdudlaşdırılmayan, ümumi istifadə üçün nəzərdə tutulmuş məlumatların toplanması, hazırlanması, redaktə və istehsalı, ötürülməsi, habelə həmin məlumatlara dair fikir bildirilməsi (şərh verilməsi) ilə bağlı jurnalistlərin təqib edilməsi və onlara təzyiq göstərilməsi yolverilməzdir.
13. Məhkəmə iclasında Cavabdeh1 tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, qeyd edilən videogörüntüləri “Tiktok” adlı sosial şəbəkədə özünə məxsus olan səhifədə paylaşıb, səhifəsində videogörüntülərə 20000 baxış olub, onun izləyici sayı isə 8000 şəxsdir. Əvvəl bloqer səhifəsi idi, indi isə turizm səhifəsi olaraq işlədir. Dəfələrlə cəhd edilməsinə baxmayaraq barışıq əldə olunmayıb, sadəcə o, öz işinə görə barışıq əldə etmək istəyib ki, proses uzanmasın. Məhkəməyə sübutları təqdim edib, o, iddiaçının şərəf və ləyaqətini təhqir etməyib, əksinə iddiaçı onu təhqir edib. O, videoları silib. O, ailələridir, iki övladı var, işləmir. Bunların və məhkəməyə təqdim edilmiş materialların nəzərə alınmasını xahiş edir. O, hadisə baş verən vaxt stress içində idi, hər dəfə fərqli insallarla qarşılaşırlar və hər dəfə polisə şikayət edə bilmir. O, mentalitetə uyğun olaraq, iddiaçı xanım olduğu üçün ondan üzr istəyib.
14. Cavabdeh "MEDİA TÜRK TV" onlayn televiziyası və "NEWS24.AZ" saytına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat bildirmələr. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Azərbaycan Respublikası Konstitusiyasının: 46-cı maddəsinin 1-ci hissəsinin tələbinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 23.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. 23.5-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. 23.6-cı maddəsinə əsasən bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.
19. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddəsinə əsasən, kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. 3-cü maddəsinə əsasən dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları kütləvi informasiya vasitələri hesab olunur. 10-cu maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri, habelə yayılması qadağan edilən digər informasiyanı yaymaq, mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla çevirmək, dövlətin bütövlüyünə qəsd etmək, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrak materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir. 16-cı maddəsinə əsasən kütləvi informasiya vasitəsi redaksiyasının, naşirin, yayıcının bu Qanunla müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir. İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər kütləvi informasiya agentliklərində yayılarkən mütləq həmin informasiya agentliyinə istinad edilməlidir. 44-cü maddəsinə əsasən kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. 45-ci maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində nə vaxt və necə dərc olunduğu göstərilir. Dövri mətbu nəşrdə təkzib bir qayda olaraq məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı aktında dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq verilişdə oxunur. Bu tələbi etmiş fiziki şəxsin özünə və ya nümayəndəsinə, hüquqi şəxsin rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı verilə bilər. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Mülki qanunvericiliyə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.
20. “Media haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1.7-ci və 14.1.9-cu bəndlərinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir, 14.1.9. böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlir. 18.1-ci maddəsinə əsasən media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı: Qərardada göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququnun olması təsbit edilir, şəxsiyyətin ləyaqətinin dövlət tərəfindən qorunmasına təminat verilir. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
22.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarı: 3-cü bəndində tövsiyyə olunmuşdur ki, “məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrıayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır”.
İşin faktiki halı:
23. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən "İSR" plazadan yaşadığı ünvana Abşeron rayonu, Xırdalan şəhərinə getmək üçün "BOLT" taksi xidmətində şifariş verib ve **-FH-*** dövlət qeydiyyatlı "Hundai 130" markalı avtomobil gəlib. Tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanılıb. O, taksidə yolda olan zaman Nigar adlı tanışı ilə mobil telefon vasitəsi ilə danışarkən həmin sürücü, yəni iş üzrə Cavabdeh1 avtomobildə musiqinin səsi çoxaldaraq onun telefon danışığına mane olub. O sürücüdən musiqinin səsin aşağı almasını istədikdə, sürücü ona "Mən sizin ailə problemlərinizi eşitmək məcburiyyətində deyiləm, və s.!" deyib. Bu zaman onlar arasında mübahisə yaranıb, o, sürücüdən avtomobili saxlamasını istədikdə sürücü ona ödəniş etdiksən sonra saxlayacağını deyib. O sürücüyə ödəniş etməkdən imtina edərək, qışqıraraq avtomobilin qapılarının açılmasın tələb edib. Həmin sürücü avtomobili saxlayıb, o, avtomobildən endikdən sonra oradan uzaqlaşıb. O, xx.xx.2024-cü il tarixdə işdə olan zaman tanışlarının onun videolarının sosial şəbəkələrdə yayılmasını bildirib, o həmin videoları gördükdən dərhal sonra bu barədə polisə müraciət edib. Hadisə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Tiblisi prospektində **-FH-*** dövlət qeydiyyatlı "Hundai 130" markalı avtomobildə baş verib, həmin görüntülər hadisə ilə bağlı fikir bildirilməklə "NEWS24.AZ" saytında və "xxxx" MMCnin səhifəsində paylaşılıb. Hazırda isə iddiaçı cavabdehlərin hər biri tərəfindən sosial şəbəkədə və internet portalında yayılmış, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 tərəfindən çəkilmiş video yazı və səs yazılarının cavabdehlər tərəfindən silinməsi, cavabdehlər tərəfindən şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzunun ləkələnməsinə səbəb olan məlumatların, videoların yayıldığı kütləvi informasiya vasitələrində təkzib edilməsi, cavabdehlərdən ona dəymiş mənəvi zərərə görə müştərək qaydada 20000 (iyirimi min) manatın və 240 (iki yüz qırx) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılması, AR MPM-in 265.4-cü maddəsinə əsasən Cavabdeh1 barəsində AR CM-in 145-ci maddəsinə əsasən qanunsuz azadlıqdan məhrumetmə, cavabdehlərin hər biri barəsində 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayətləri ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
25. Yuxarıda sadalanan normaların məzmunundan və mahiyyətdən müəyyən edildiyi kimi şərəf və ləyaqətin müdafiəsi ilə bağlı iddianın əsaslılığı üçün 3 şərt eyni anda mövcud olmalıdır. Yəni hazırki mübahisəyə münasibətdə məhkəmə müəyyən etməlidir ki, cavabdehlər tərəfindən sosial şəbəsindəki səhifələrdə yayıldığı şübhə doğurmayan, cavabdehlər tərəfindən iddiaçı barədə işlədilmiş ifadələr işgüzar nüfuza xələl yetirən ifadələrdir və həmin ifadələr həqiqətə uyğun deyildir.
26. Belə ki, iddiaçının qeyd etdiyi videogörüntülərin bilavasitə "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən dərc olunduğu və Cavabdeh1 tərəfindən yayılmasının təmin edilməsi sübuta yetirilib və həmin cavabdehlər, bu yazılarda yer alan məlumatların həqiqətə uyğun olduğunu sübut edə bilməyiblər. Məhkəmə iclasında Cavabdeh1 isə iddiaçıdan üzr istədiyini, razılıq əldə etməyə çalışdığını bildirib. Məhkəmə qeyd edir ki, iddiaçı "MEDİA TÜRK TV" onlayn televiziyasını iş üzrə cavabdeh kimi göstərərək, həmin onlayn televiziya tərəfindən Cavabdeh1 tərəfindən qeydə alınmış videogörüntülərin paylaşıldığını qeyd etsə də, məhkəməyə bununla bağlı heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddianı həmin cavabdehə münasibətdə əsassız hesab edir.
27. Məhkəməyə təqdim edilmiş videogörüntülərdə müəyyən edilir ki, iddiaçı “Bolt” adlı tətbiq vasitəsi ilə taksi xidməti sifariş verib, Cavabdeh1 tərəfindən idarə olunan avtomobilə əyləşib. Yolda iddiaçı mobil telefon vasitəsi ilə söhbət edib, daha sonra isə sürücüyə musiqinin səsini azaltmasını, azalda bilmədiyi təqdirdə düşəcəyini, sürücü isə “mən niyə sizin evinizin problemlərini eşitməliyəm, ya yavaş danışın, ya da ki, evdə danışın və s.” bildirib. Sonra isə iddiaçı avtobili saxlamağı, Cavabdeh1 isə gediş haqqının ödənilməsini tələb etmiş, bundan sonra iddiaçı dəfələrlə avtomobilin dayandırılması tələb etmiş, tərəflər arasında mübahisə yaranıb, sürücü avtomobilin qapısını açdıqdan sonra iddiaçı avtomobili tərk edib. Cavabdehlər "NEWS24.AZ" saytı ona məxsus səhifədə “Sürücü ilə sərnişin arasında qalmaqal” başlığı ilə “Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb” məzmununda məlumat paylaşılıb, "xxxx" MMC tərəfindən ona məxsus “TvMusavatofficial” adlı səhifəsində Sevinc Telman qızının təqtimatında isə aşağıdakı məzmununda fikirlər səsləndirilib: “Video yayılıb, taksiyə minən bir qadın, bağıran bir qadın yol pulunu ödəmək istəmədiyi üçün el dili ilə desək vay-şüvən qoparan bir qadın, yəni o, qadındırsa, qadın kimdir sualı təbii ki, avtomatik olaraq meydana çıxır. Yəni Azərbaycanda son vaxtlar dələduzların meydan tutuladığı bir dövrə, bir zamana və s.”
28. Belə ki, iddiaçı ilə Cavabdeh1 arasında şifahi tapşırıq müqaviləsi bağlanılıb, lakin tərəflər arasında mübahisə baş verib, iddiaçı sürücünün hərəkətlərindən narahatlıq keçirərək, avtomobili tərk etmək istəyib, sürücü isə iddiaçını təyinat ünvanına çatdırmamasına baxmayaraq ödəniş etmədiyi təqdirdə avtomobilin qapısını açmayacağını bildirməklə, onun həyəcanlanmasına səbəb olub. Bundan sonra isə Cavabdeh1 qeyd etdiyi videogörüntüləri yayması nəticəsində müxtəlif sosial şəbəkərlədə, cavabdehlər "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən videogörüntülər paylaşılıb, hadisə ilə bağlı müxtəlif başlıqlarda fikirlər səsləndirilib, iddiaçını gediş haqqı ödəməkdən imtina edən sərnişin kimi qiymətləndirilməklə bu məzmunda məlumatlar yayılıb və həmin məlumatlar geniş kütlə arasında yayılaraq sosial şəbəkə istifadəçiləri tərəfindən rəylər bölməsində iddiaçı barəsində mənfi fikir formalaşdırıb.
29. Göründüyü kimi, videogörüntülərdə Cavabdeh1 iddiaçını təhqir etməsi və ya şərəf və ləyaqətini açlatması və s. birbaşa müşahidə olunmasa da, onun tərəfindən qeydə alınmış və cavabdehlər Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən paylaşılan videogörüntülər yönəldiyi şəxsin, yəni iddiaçının barəsində ətrafda mənfi fikir formalaşdırmışdır. Qeyd edilənlər isə həmin şəxsin nüfuzunun, cəmiyyətdə qazandığı etibarının heçə enməsinə, barəsində xoşagəlməz, yanlış fikirlərin formalaşmasına şərait yaradır.
30. Məhkəmə hesab edir, yuxarıda qeyd olunan videogörüntülərin yayılması nəticəsində cəmiyyət içərisində iddiaçının barəsində formalaşan fikirlər onun şərəf və ləyaqətini alçaldan ifadələr olmaqla, onun işgüzar nüfuzunu ləkələyir.
31. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd olunan müddəalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi “cavabdehlər tərəfindən yayılmış məlumatların, video yazıların yayıldığı platformalardan silinməsi, onlar tərəfindən dərc olunmuş onun haqqında şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsi vəzifəsi hər bir cavabdehə həvalə edilməsi” hissəsində cavabdehlər Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə münasibətdə əsaslı olduğundan qismən təmin olunmalıdır.
32. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarında qeyd edilmişdir ki, vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Əgər işə baxılan vaxt cavabdeh kütləvi informasiya vasitəsinin fəaliyyəti dayandırılmış olarsa və ya onun istehsalına və yayımına xitam verilərsə, yayılmış məlumat haqqında hansı kütləvi informasiya vasitəsində təkzib verilməsi və bunun qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərər çəkənin arzusu da nəzərə alına bilər. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndində göstərilir:
34. “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.”
35. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.
36. Həmin qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
37. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələgörə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
38. İddiaçı iddia tələbində 20000 manat məbləğində işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.
40. Məhkəmə qeyd edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarında çəkilmiş maddi ziyana kompensasiya ödənilməsinin ərizəçinin təqdim etdiyi sübutlar və pozuntu ilə ziyan arasında səbəbli əlaqə əsasında müəyyən etsə də, mənəvi ziyana görə kompensasiya ödənilməsinin ərizəçi tərəfindən bunun sübut edilməsi ilə deyil, onun pozuntu nəticəsində müəyyən sarsıntılara, əzaba və məyusluğa məruz qalması ilə əlaqələndirmişdir.
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH (2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir.
42. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
43. Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə mənəvi narahatlıq yetirilməsinə, “Artiko İtaliyaya qarşı” işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X2rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlərə görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir.
44. Məhkəmə iddiaçının şərəf və ləyaqətinə zərər vurulduğuna görə tərəflərin maddi vəziyyətini, Cavabdeh1 ailə vəziyyətini, həmin tələbin iddiaçının varlanmaqla nəticələnməli olmamasını nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
45. Məhkəmə iddiaçının digər cavabdehlərə aid hissəsinə münasibətdə qeyd edir ki, müxtəlif sosial şəbəkələrdə paylaşılan videogörüntülər məhz Cavabdeh1 tərəfindən qeydə alınmış və yayılması təmin edilmişdir. Bu səbəbdən məhkəmə digər cavabdehlərə aid hissədə iddianı əsassız hesab edir.
46. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində AR MPM-in 265.4-cü maddəsinə əsasən Cavabdeh1 barəsində AR CM-in 145-ci maddəsinə əsasən qanunsuz azadlıqdan məhrumetmə, cavabdehlərin hər biri barəsində 156-cı maddəsinə əsasən şəxsi həyatın toxunulmazlığını pozma cinayətləri ilə bağlı xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
47. MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
48. Hazırki iş üzrə müəyyən edildi ki, iddiaçı artıq Cavabdeh1 barəsində Nəsimi RPİnin 20-ci Polis Şöbəsinə müraciət etmiş və nəticədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq İddiaçı Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə ünvanladığı müraciəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Digər cavabdehlərə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehlərin əməlində MPM-in 265.4-cü maddəsində göstərilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından onun barəsində xüsusi qərardad çıxarılması üçün əsaslar mövcud deyil.
Nəticə:
49. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında baş vermiş hadisə ilə bağlı yayılmış məlumatlar, video yazılar yayıldığı platformalardan silinməli, cavabdehlər Cavabdeh1 tərəfindən, "NEWS24.AZ" saytı tərəfindən “Sürücü ilə sərnişin arasında qalmaqal” başlığı ilə “Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb” məzmununda paylaşılan və "xxxx" MMC tərəfindən ona məxsus “TvMusavatofficial” adlı səhifəsində Sevinc Telman qızının təqtimatında “Video yayılıb, taksiyə minən bir qadın, bağıran bir qadın yol pulunu ödəmək istəmədiyi üçün el dili ilə desək vay-şüvən qoparan bir qadın, yəni o, qadındırsa, qadın kimdir sualı təbii ki, avtomatik olaraq meydana çıxır. Yəni Azərbaycanda son vaxtlar dələduzların meydan tutuladığı bir dövrə, bir zamana və s.” məzmununda paylaşılan İddiaçı haqqında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığı onlayn səhifə və platformalarda təkzib edilməsi vəzifəsi Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə həvalə edilməli, Cavabdeh1 500 manat məbləğində zərər tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
50. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı iddia qaldırılması üçün 240 manat dövlət rüsumu ödəmişdir, hazırkı iş üzrə 150 manat dövlət rüsumunun ödənilməsi tələb olunur.
51. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 90 manatı dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalı, 3,75 manatı iddiaçıya, qalan 146,25 manatı iddiaçıya aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC tərəfindən xx.xx.2024cü il tarixdə İddiaçı ilə Cavabdeh1 arasında baş vermiş hadisə ilə bağlı yayılmış məlumatlar, video yazılar yayıldığı platformalardan silinsin. Cavabdehlər Cavabdeh1 tərəfindən, "NEWS24.AZ" saytı tərəfindən “Sürücü ilə sərnişin arasında qalmaqal” başlığı ilə “Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb. Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb” məzmununda paylaşılan və "xxxx" MMC tərəfindən ona məxsus “TvMusavatofficial” adlı səhifəsində Sevinc Telman qızının təqtimatında “Video yayılıb, taksiyə minən bir qadın, bağıran bir qadın yol pulunu ödəmək istəmədiyi üçün el dili ilə desək vay-şüvən qoparan bir qadın, yəni o, qadındırsa, qadın kimdir sualı təbii ki, avtomatik olaraq meydana çıxır. Yəni Azərbaycanda son vaxtlar dələduzların meydan tutuladığı bir dövrə, bir zamana və s.” məzmununda paylaşılan İddiaçı haqqında onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatların yayıldığı onlayn səhifə və platformalarda təkzib edilməsi vəzifəsi Cavabdeh1, "NEWS24.AZ" saytı və "xxxx" MMC-yə həvalə edilsin. Cavabdeh1 500 manat məbləğində zərər, ödənilmiş 3,75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 90 manatı dövlət büdcəsindən İddiaçı (FİN: xxxxxxx, qəbz nömrəsi: **********, tarix: xx.xx.2024, saat: 13:03) geri qaytarılsın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva