Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2103/2021 07.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı Siğorta Şirkəti ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Siğorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 07 yanvar 2013-cü il tarixində idarə etdiyi “KAMAZ” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən “Mercedes C class” markalı ** MS *** dövlət qeydiyyat nişanlı və “AZSamand” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş və sonunculara maddi zərər dəymişdir. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh2 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. İcbari Sığorta Haqqında” Qanunun 25-ci maddəsinə görə Cavabdeh2 avtomobili etibarnamə olmadan idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehlərdən Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi hesabata əsasən “Mercedes C class” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə 2800 və “AZ Samand” ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 224/2013 saylı sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC “Mercedes C class” markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilə 2800 və “AZ Samand” ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə 800 manat sığorta ödənişini həyata keçirmişdir. Hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən hər iki avtomobil üçün ödənilmiş 3600 manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehlərdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Haqqında bəhs edilən yol-nəqliyyat hadisəsində zərərçəkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən vurulmuş zərərin tam ödənilməsini tələb edə bilər. İddiaçı Sığorta Şirkəti zərərçəkən zərərin əvəzini müvafiq sığorta müqaviləsi əsasında ödədiyinə görə qeyd edilən tələb hüququ Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən ödənilmiş sığorta ödənişi qismində sığortaçıya keçmişdir. “Mercedes C class” markalı ** MS *** dövlət qeydiyyat nişanlı və “AzSamand” markalı ** AD *** dövlət qeydiyat nişanlı avtomobillərə dəymiş zərərə görə ümumilikdə 3600 (üç min altı yüz) manat sığorta ödənişi məbləğinin və iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 (otuz manat qırx qəpik) manat pulun əvəzinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X6 iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edib, izahatında göstərdi ki, bundan əvvəl iddiaçı iddia tələbi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət etmiş, həmin vaxt o, qeyd etmişdir ki, dəymiş zərərə görə müəyyən edilmiş cərimə məbləğini hissə-hissə ödəyəcəkdir, bu səbəbdən mülki iş baxılmamış saxlanılmışdır. Lakin sonradan o, maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyib, izahatında göstərdi ki, o, kiməsə etibarnamə verdiyini xatırlamır, bundan əlavə onun kiməsə etibarnamə verməsi həmin hadisəni onun törətməsi demək deyil. Onun istifadəsində və ya adında “KAMAZ” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin olmasını xatırlamır. Buna görə də, o, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh3 ünvan 1 ünvanında qeydiyyatda olsa da, faktiki olduğu yer məlum olmadığından məhkəmə bildirişi cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət X13 AYP seriyalı, 225307 saylı inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh2 07 yanvar 2013-cü il tarixdə, saat 08:00 radələrində idarə etdiyi “KAMAZ 5511 yük” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami küçəsindən 28 May küçəsi istiqamətinə sola dönərkən manevr qaydasını pozmuşdur. Nəticədə sağından düzünə gələn “Mercedes” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş, zərbədən “Mercedes” markalı avtomaşın dayanmış “AZSamand” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşına dəymişdir, avtomaşınlara maddi ziyan dəymişdir. Buna görə də, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (köhnə redaksiyada) 151.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmiş, həmin protokol əsasında onun barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir; - AB seriyalı 096286 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** DX *** dövlət qeydiyyat nişanlı “KAMAZ-5511” markalı yük avtomobilinin sahibi Cavabdeh3dur; - Azərbaycan Respublikası DİN BDYPİ-nin məlumatından görünür ki, “KAMAZ-5511 yük” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh3dur, onun adına 14 avqust 2008-ci il tarixdə şəhadətnamə verilmişdir. 15 avqust 2008-ci il tarixdən etibarən həmin avtomobilə dair 15.08.2008-15.08.2011-ci il, 03.09.2011-01.03.2012-ci il, 17.01.2013-07.02.2013-cü il və 26.04.2013-14.03.2022-ci il tarixlərdə Cavabdeh2 adına, 26.08.2008-26.08.2013-cü il tarixədək olan müddət üçün Cavabdeh1 adına etibarnamələr verilmişdir; - AA seriyalı 927624 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “AZSamand minik” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “xxxx” ASC-dir; - AT seriyalı 037503 saylı etibarnamənin surətindən görünür ki, “AZSamand minik” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” ASC tərəfindən 19 dekabr 2012-ci il tarixdən 16 yanvar 2013-cü il tarixədək idarə etmək üçün X4 verilmişdir; - AB seriyalı 650751 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** MS *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı minik avtomobilinin sahibi X7r; - ƏN-İİİ seriyalı 556753 saylı etibarnamənin surətindən görünür ki, ** MS *** dövlət qeydiyyat nişanlı “Mercedes-Benz C230” markalı avtomobil X8 tərəfindən 20 noyabr 2011ci il tarixdən 50 (əlli) il müddətinə idarə etmək üçün X5 verilmişdir; - 24 yanvar 2013-cü il tarixli, PAT 224/2013 saylı siğorta aktından görünür ki, “KAMAZ-5511 yük” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 02 oktyabr 2012-ci il tarixdən 01 oktyabr 2013-cü il tarixədək sığortalanmışdır; - 15 yanvar 2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “AZ Samand” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin dəyəri 800,00 manat təşkil edir; - 23 yanvar 2013-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Mercedes C class” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin əvəz olunmalı ehtiyat hissələrinin və təmir işlərinin dəyəri 2800,00 manat təşkil edir; - 28 yanvar 2013-cü il tarixli 0385 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, 800,00 manat məbləğində sığorta ödənişi X2 bank hesabına köçürülmüşdür; - 28 yanvar 2013-cü il tarixli 0387 nömrəli kassa məxaric orderinin surətindən görünür ki, 2800,00 manat məbləğində sığorta ödənişi X3 bank hesabına köçürülmüşdür; - “İddiaçı Sığorta Şirkəti” ASC tərəfindən cavabdehlərə ünvanlanmış 14 oktyabr 2020-ci il tarixli və 12 mart 2021-ci il tarixli pretenziyalardan görünür ki, cavabdehlər həyata keçirilən 3600,00 manat sığorta ödənişinin ödənilməli olması, əks halda məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdar olunmuşlar; - 06 aprel 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 30,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 0,40 manat bank xidmət haqqı alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 02 oktyabr 2012-ci il tarixdən 01 oktyabr 2013-cü il tarixədək sığortalanmış və Cavabdeh2 tərəfindən idarə edilən “KAMAZ 5511 yük” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil 07 yanvar 2013-cü il tarixdə törədilmiş inzibati xəta hadisəsi nəticəsində “Mercedes C 230 minik” markalı ** MS *** dövlət qeydiyyat nişanlı və “AZSamand” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuş, zərərçəkmiş şəxslərə maddi ziyan vurulmuşdur. Törədilmiş inzibati xətaya görə Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsi ilə təqsirli bilinib, 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 24 yanvar 2013cü il tarixdə sığorta aktı tərtib edilmiş, sığorta hadisəsi zamanı yetirilmiş maddi ziyanın ümumi məbləği 3600 manat məbləğində müəyyən edilmişdir. 28 yanvar 2013-cü il tarixli ödəniş tapşırıqlarına əsasında sığorta ödənişi kimi müəyyən edilmiş pul məbləği İddiaçı Sığorta Şirkəti ASC tərəfindən maddi zərərə uğramış tərəflərin hesablarına 2800 manat və 800 manat olmaqla, ümumilikdə 3600 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin övəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sıortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nifuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə (reqress tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə iclasında müəyyən olundu ki, “KAMAZ-5511 yük” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ üzrə Cavabdeh3 adına qeydiyyatda olsa da, həmin avtomobil etibarnamə əsasında digər şəxslərin istifadəsinə verilmiş, 15 avqust 2008-ci il tarixdən onun sərəncamında olmamışdır. Hadisənin baş verdiyi 07 yanvar 2013cü il tarixdə, yeganə olaraq Cavabdeh1 26 avqust 2008-ci il tarixdən 26 avqust 2013-cü il tarixədək olan müddət üçün verilmiş etibarnamə qüvvədə olmuşdur. Cavabdeh2 isə həmin avtomobillə sığorta hadisəsini cavabdeh qismində cəlb edilmiş Cavabdeh3 sahibliyində olmadığı müddətdə, 07 yanvar 2013-cü il tarixdə idarə edərkən törətmişdir. Cavabdeh2 yüksək təhlükə mənbəyi olan “KAMAZ-5511 yük” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili qanuni əsas olmadan idarə etmiş və həmin idarə etmə zamanı mülki hüquq pozuntusu törətmişdir. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusuna görə avtomobili hüququ olmadan idarə edən şəxs kimi Cavabdeh2 ilə yanaşı faktiki sahibliyində olan şəxs kimi Cavabdeh1 da məsuliyyət daşımalıdır, bu zaman qeydiyyat şəhadətnaməsinə əsasən avtomobilin mülkiyyətçisi olan digər Cavabdeh3 üzərinə həmin maddi zərərə görə məsuliyyət qoyula bilməz, buna görə də iddia tələbi Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də həmin cavabdehlər sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini birgə ödəməli olduqlarından, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3600 manat sığorta ödənişinin, 30,00 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməli, Cavabdeh3 münasibətdə iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “Mercedes C 230 minik” markalı, ** MS *** dövlət qeydiyyat nişanlı və “Azsamand” markalı, ** AD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilmiş 3600 (üç min altı yüz) manat siğorta ödənişi məbləği və dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2103/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2103/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver