Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2109/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1964-cü il tarixdə Gürcüstan Respublikasının Dmanisi rayonunda doğulmuşdur. 19 aprel 1990-cı il tarixdə X2 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində 535 saylı akt qeydi ilə qeydə alınmışdır. Həmin tarixdə də X1 anası Cavabdeh1 razılığı ilə 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli order əsasında ona verilmiş Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilinə uşaqları xx.xx.1983-cü il təvəllüdlü X4 və xx.xx.1989-cu il təvəllüdlü X5 ilə birlikdə köçərək pasport qeydiyyatına alınmışdır və həmin tarixdən də hal-hazıradək həmin ünvanda yaşayırlar. Elə həmin ildə də Cavabdeh1 və uşaqları X2, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilindən pasport qeydiyyatından çıxaraq daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. Rəsmi nikahda olduğu X2 16 iyun 1993cü il tarixdə vəfat etmişdir. 26 noyabr 1994-cü il tarixdə ona ölüm haqqında şəhadətnamə verilmişdir. 1990-cı ildən hal-hazıradək Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzili onun istifadəsindədir və mənzilin bütün kommunal xərclərini də özü ödəyir. Eyni zamanda uşaqları X4, xx.xx.1989-cu il təvəllüdlü X5 və nəvələri də onunla birlikdə yaşayırlar. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilinə 1990-cı ildən sahiblik etməyinə baxmayaraq, mənzilin icarədarı hələ də orderə əsasən Cavabdeh1dır və digər cavadehlərin də orderdə adları var. Halbuki, Cavabdeh1 və uşaqları Cavabdeh2, Cavabdeh3 1990-cı ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilində yaşamırlar. Ona görə də, hesab edir ki, cavabdehlər 31 (otuz bir) ildən çoxdur ki, yuxarıda göstərilən mənzildə yaşamadıqlarına görə mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Eyni zamanda, məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlərin yuxarıda qeyd olunan mənzildə yaşamamaları şahidlər Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 2 saylı mənzilində qeydiyyatda olan və yaşayan X8 (AZE № ********), Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 8 saylı mənzilində qeydiyyatda olan və yaşayan X6 (AZE № ********), Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 10 saylı mənzilində qeydiyyatda və yaşayan olan X3 məhkəmə iclasında təsdiq edəcəklər. Cavabdehlər Cavabdeh1 və uşaqları Cavabdeh2 və Cavabdeh3 1990-cı ildən daimi yaşamaq üçün Rusiya Federasiyasına getmişlər, həmin tarixdən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzil ilində yaşamırlar. Göründüyü kimi o da 1990-cı ildən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzililində yaşamaqla, mənzilə sahiblik edir. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzili onun sahibliyində və sərəncamında olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək hüquqları məhdudlaşdırılıb, çünki mənzilə dair har hansı bir sərəncam vermək üçün cavabdehlərin də razılığı tələb olunur, bu da onun hüquqlarını pozur. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 100 saylı evin, 9 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin zərflər üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 ifadəsində göstərdi ki, o, ünvan 1 ünvanında yaşayır. İddiaçı onun qonşusudur və iddiaçı ilə münasibətləri yaxşıdır. O, hazırda yaşadığı evinə 1988-ci ildə köçmüşdür. İddiaçı isə 9 saylı mənzilə 1990-cı ildə köçmüşdür. O, iddiaçının yaşadığı mənzildə iddiaçını və onun əri Gennnadi müəllimi görmüşdür. Cavabdehləri isə həmin ünvanda 1990-cı ildən indiyə kimi görməmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadəsində göstərdi ki, iddiaçı onun qonşusudur və iddiaçı ilə münasibətləri yaxşıdır. O, binanın birinci, iddiaçı isə üçüncü mərtəbəsində yaşayır. O, iddiaçının yaşadığı evdə iddiaçını və onun övladlarını görmüşdür. Cavabdehləri isə həmin ünvanda görməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və şahid ifadələrini dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan SSR Bakı Şəhər Deputatları Sovetinin İcraiyyə Komitəsinin Mühasibat uçotu və yaşayış sahəsinin bölüşdürülməsi şöbəsinin 11 noyabr 1976-cı il tarixli 058500 saylı orderinin surətindən görünür ki, Cavabdeh1 3 ailə üzvü ilə birlikdə U.İ.L adlı şəxsin mənzili ilə dəyişmə üsulu ilə ünvan 2 ünvanında yerləşən mənzil təqdim edilmişdir. Mənzildə yaşamaq hüququ olan şəxslər aşağıdakılardır: Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X2; - V-ЖГ seriyalı 344670 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ilə İddiaçı 19 aprel 1990-cı il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 535 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qennadiy, arvada Rəhimova soyadı verilmişdir; - İİ-ЖГ seriyalı 470851 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 16 iyun 1993-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 26 noyabr 1994-cü il tarixdə 38 nömrə ilə qeyd edilmişdir; - 26 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 xx.xx.1988-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxmışdır və göstərilən ünvanda yaşamır; - 26 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh3 xx.xx.1982-ci il tarixdən ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxmışdır və göstərilən ünvanda yaşamır; - 26 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh2 xx.xx.1986-cı il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxmışdır və göstərilən ünvanda yaşamır; - 26 saylı MKİS-nin xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, X2 xx.xx.1991-ci il tarixdə ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxmışdır və göstərilən ünvanda yaşamır. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X2 19 aprel 1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. ünvan 2 ünvanında yerləşən mənzil 11 noyabr 1976-cı il tarixli, 058500 nömrəli order əsasında Cavabdeh1 verilmişdir. İddiaçı mərhum X2 ilə nikahlarını rəsmiləşdirdikdən sonra mübahisəli mənzilə köçmüş və qayınanası Cavabdeh1 razılığı ilə mənzilə pasport qeydiyyatına alınmışdır. Bundan sonra isə cavabdehlər ölkəni tərk etmiş, mənzildən qeydiyyatdan çıxmışlar və uzun illərdir ki, respublikada yaşamırlar. İddaçının həyat yoldaşı X2 16 iyun 1993-cü il tarixdə vəfat etmişdir. Qeyd edilməlidir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 övladlarıdır. Hazırda iddiaçı cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 1990-cu ildən sonra, yəni iddiaçı X2 ilə evlənib mübahisəli mənzilə köçdükdən və mənzilə pasport qeydiyyatına alındıqdan sonra yarandığından hazırkı mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olan) normalarına uyğun həll edilməlidir. xx.xx.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə ki, məhkəmə araşdırması zamanı iş materialları, həmçinin şahid ifadələri ilə müəyyən olundu ki, cavabdehlər 1982-1988-ci il tarixlərindən mənzildən qeydiyyatdan çıxmış və uzun illərdir ki, ünvan 2 ünvanında yerləşən mənzildə yaşamırlar. Bu müddət ərzində mənzil iddiaçının istifadəsində qalmış və o öz ailə üzvləri ilə birlikdə mənzildə yaşamağa davam etmişdir. Mübahisələndirilən mənzil fasiləsiz olaraq iddiaçının istifadəsində qalmış və o, mənzilə faktiki olaraq sahiblik edir. Cavabdehlər isə mübahisələndirilən mənzili tərk etmiş, özlərinə yeni yaşayış yeri seçmiş, onlar başqa yaşayış yerinə köçmələri ilə əlaqədar olaraq 30 ildən çoxdur ki, mübahisəli mənzildə yaşamır və həmin mənzildə onlara məxsus heç bir əşya yoxdur. Cavabdehlər keçən müddət ərzində həmin ünvana qayıtmamış, bununla da həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 60-cı maddəsində nəzərdə tutulduğu kimi, yaşayış sahəsindən istifadə hüquqlarını itirmişlər. Belə olan halda, Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulduğu qaydada yaşayış sahəsinin icarə müqaviləsi cavabdehlərin getdiyi gündən pozulmuş hesab edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehlər mübahisəli yaşayış sahəsindən daimi olaraq başqa yaşayış yerinə köçüb getdiklərindən və 30 ildən çoxdur ki, mübahisə predmeti olan mənzildə yaşamadıqlarından iddia tələbi təmin edilməli, onların mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında yerləşən mənzilindən istifadə hüquqları itirilmiş hesab edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2109/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2109/2022
10.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver