Məhkəmə qərarları › İş №2(007)-2115/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2115/2025

07.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2115/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasını təmin edib, yetkinlik yaşına çatmayan X1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi, 162 Q saylı evin, 61 saylı mənzili, yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 292, M3, M2 mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edəsiniz. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, 32A saylı evin, 68 saylı mənzil, yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, İmadəddin Nəsimi küçəsi, giriş 98, M4, M2 onun şəxsi mülkiyyətindədir. Həmin mənzili o, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin 18 aprel 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Sonra isə həmin mənzilə dair Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən 28 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə çıxarış almışdır. Alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh öhdəsinə götürmüşdür ki, 1 ay ərzində ailə üzvləri ilə birlikdə mənzildən qeydiyyatdan çıxacaqlar. O, bu günə kimi düşünürdü ki, onlar qeydiyyatdan çıxıblar, lakin Asan 4 Xidmət Mərkəzindən əldə etdiyi arayışdan aydın oldu ki, Cavabdeh yetkinlik yaşına çatmayan nəvəsi X2 qeydiyyatda qalıbdır. Onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırılır. Tərəflərin izahatları: Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. O əlavə olaraq bildirdi ki, mübahisəli mənzili cavabdehdən alqı-satqı müqaviləsi əsasında almışdır. Hal-hazırda sözügedən mənzildə qeydiyyatda qalan cavabdehin qızıdır və onun hal-hazırda 16 yaşı var. Onlar faktiki olaraq sözügedən mənzildə yaşamır, hal-hazırda Azərbaycanda yoxdur, Rusiyaya gediblər, O, Mənzil Kommunal İstismar Sahəsinə müraciət edəndən sonra məlum olmuşdur ki, cavabdehin qızı Viktoriya mənzildə qeydiyyatda qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş Cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2023-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə sonuncu ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi, 162 q saylı evin, 61 saylı mənzili (yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 292, M3, M2) iddiaçıya satmışdır. Müqavilənin 8 və 13-cü bəndində qeyd edilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür və satıcı Cavabdeh xx.xx.2023-cü il tarixinədək çıxmağı öhdəsinə götürür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən həmin mənzil İddiaçı adına həmin tarixdə qeydə alınmışdır. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, yetkinlik yaşına çatmayan X2 mübahisəli mənzildə qeydiyyatda qalmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, iddiaçının izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 15.1-ci, 27.2-ci, 158.3-cü, 178.1-ci, 425-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Beləliklə, iddiaçı Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi, 162 q saylı evin, 61 saylı mənzili (yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 292, M3, M2) qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmişdir. Hazırda cavabdehin yetkinlik yaşına çatmayan qızı X2 həmin mənzildə yaşamadığı üçün həmin mənzildən istifadə hüquqlarını itirmiş və mənzildə formal olaraq qeydiyyatda qalmışdırlar. İş materiallarında olan sənədlər də onların qeyd olunan mənzilə qeydiyyatının formal xarakter daşıdığını sübut edir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh mübahisəli mənzildən qeyddiyyatdan çıxmış və onun mənzilə olan istifadə hüququ itirilmişdir. Ona görə də yetkinlik yaşına çatmayan X1 da həmin mənzilə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına əsasən məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan qızı X1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi, 162 q saylı evin, 61 saylı mənzilindən (yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 292, M3, M2) istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə xərcləri: Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci 9.1.20-ci maddələrinə əsasən hesab edir ki, iddiaçı müharibə veteranı olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçün onun ödəməkdən azad olduğu 100 manat dövlət rüsumu Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan qızı X1 Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərif küçəsi, 162 q saylı evin, 61 saylı mənzilindən (yeni qaydalarla: AZ 1142, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, giriş 292, M3, M2) istifadə hüququ itirilmiş hesab edilsin. İddiaçı tərəfindən məhkəmə xərcləri qismində ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar