Məhkəmə qərarları › İş №2(007)-2135/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2135/2022

12.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2135/2022 12.09.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərər görə 21.442 (iyirmi bir min dörd yüz qırx iki) manat pulun, mənəvi zərərə görə 10.000 (on min) manat pulun, həmçinin qaldırılmış mülki iddiaya görə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun, ümumilikdə 31.592 (otuz bir min beş yüz doxsan iki) manat pulun Cavabdeh Səxavət oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Səxavət oğlu ilə aralarında ciddi münasibətlər olmuş və onu rəfiqəsi X3 vasitəsi ilə tanımışdır. Cavabdeh ilə İlahə Əliyeva arasında pul məsələsi, yəni Mösümün İlahəyə borcu olmuş və həmin pulun məbləği 21.442 (iyirmi bir min dörd yüz qırx iki) manat olmuşdur. İlahə Əliyeva həmin pulu Cavabdeh israrla tələb etdiyi üçün Mösümün həmin borcun ödənilməsində ona kömək etməyini xahiş etmişdir. O, Mösümlə münasibətlərin ciddi olduğunu nəzərə alıb həmin pulu, yəni 21.835 manatı İlahə Əliyevaya hissə-hissə olaraq tam şəkildə ödəmişdir. Mösüm həmin pulu ona borclu olduğunu və qısa zamanda geri qaytaracağını bildirmişdir. Bütün bunlar 2021-ci ildə baş vermişdir. Lakin sonradan Cavabdehla münasibətlər pozulmuş və hazırkı günə qədər müxtəlif bəhanələr gətirərək borcu ödəməkdən boyun qaçırmışdır. Cavabdeh 21.835 manat məbləğində pulu ona borclu olması onun adına qeydiyyata alınmış və istifadəsində olan +994 50 *** ** ** və +994 70 *** ** ** nömrələri üzərindən "WhatsApp" tətbiqi ilə aparılmış və iddia ərizəsinə əlavə edilmiş SMS yazışmaları ilə bir daha təsdiq olunur. Həmçinin qeyd olunan hal X6 (doğum tarixi: xx.xx.1984. FİN: 1FU3XZN, ünvan: ünvan 1indən təsdiq oluna bilər. Belə ki, yuxarıda qeyd olunan pul məbləği İlahə Əliyevaya onun tərəfindən qaytarılmışdır. Odur ki, iddiaya baxılması ilə əlaqədar İlahə Əliyevanın məhkəmə iclasında dindirilməsi zəruridir. Cavabdeh qanunsuz hərəkətləri, yəni hər dəfə borcu yaxın vaxtlarda ödəyəcəyini söz verib əməl etməməsi səbəbindən maddi zərərə məruz qalmaqla bərabər mənəvi sarsıntı və iztirablar keçirmişdir. Bu səbəbdən cavabdeh vurduğu maddi zərərlə bərabər, qanunsuz davranışı nəticəsində çəkdiyi mənəvi zərərin də məbləği olan 10.000 (on min) manat məbləğində olan pulu və hazırkı iddia ərizəsinə görə tərəfindən 155 manat məbləğində ödənilmiş dövlət rüsumunu ona ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahta verdi və iddianın təmin edilməsini xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Cavabdeh ilə aralarında ciddi yaxın münasibət olmuş onlar ailə qurmağı planlaşdırmışlar. Mösümü rəfiqəsi Əliyeva İlahə vasitəsi ilə tanımışdır. Mösümün İlahəyə 21.442 manat borcu var idi. İlahə həmin pulu Mösümdən tələb edirdi. Mösüm həmin pulu İlahəyə ödəməyində ona köməklik göstərməsini xahiş etmiş, o da Mösümlə münasibəti ciddi olduğu və evlənəcəkləri üçün ona köməklik göstərmək istəmiş və həmin 21.835 manatı borcu İlahəyə hissə-hissə olaraq tam şəkildə ödəmişdir. O, həmin pulu ödəmək üçün işlədiyi Travel şirkətindən biletlərin pulunu götürmüş, daha sonra həmin pulu qaytarmaq üçün bankdan pul götürmüşdür. Bundan sonra Mösüm həmin pulun ona borclu olduğunu və qısa müddət ərzində qaytaracağını bildirmişdir. Mösüm ona əl qaldırdığı üçün polisə müraciət etmiş, lakin sonra ərizəsini geri götümüş, borcla bağlı qərarda Mösüm ona borcu olmadığını bildirmişdir. O, hər dəfə Mösümdən borcunu istəyəndə, Mösüm ona görüşüb söhbət etmələrini demişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş X6 şahid qismində ifadə verərək göstərmişdir ki, Cavabdeh onun dostu olmuş, onun övladı da Mösümü tanıyırdı. 2-3 il olar ki, ondan avtomobil almaq üçün 21000 manat pul almışdır. Tərəflərlə heç bir qohumluq əlaqəsi yoxdur. Günel də onun tanışıdır. 6-7 il olar ki, tanışdırlar və Mösünlə Güneli o tanış etmişdir. Mösümün borcunu hissə-hissə Günel ödəmişdir. Borc məsələsi ilə bağlı X5 Mösüm etiraf etmişdir. Polis şöbəsində Günel dedi ki, Mövsümün borcunu o ödəyəcək, sonra özü Mösümdən həmin pulu alacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”da Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı ilə ümumi tanışları vasitəsi ilə tanış olmuş və onunla ailə qurmaq niyyəti olmuşdur. Onun İddiaçı heç bir borcu yoxdur. xx.xx.2021-ci il tarixdə onu səbəbsiz yerə qısqandığı üçün aralarında mübahisə olmuşdur. Mübahisə zamanı idarə etdiyi “Toyota Pirus” markalı ** DY *** dövlət nömrə nişanlı avtomobillə Nərimanov rayonu, Heydər Əliyev prospektindəki "Günəş" şadlıq sarayın qarşısına çatanda əsəbləşib əli ilə Güneli vurmuş və avtomaşından düşüb getmişdir. Günel ilə barışmış, gələcəkdə onunla ailə qurmaq məqəsdi vardır. Etdiyi əməldən peşman olmuş, gələcəkdə bir daha Günelə qarşı zorakılıq hərəkətləri etməyəcəyinə söz vermişdir. Həmin qərar ilə Nərimanov Rayon Polis İdarəsi X1 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsini qərara alınmışdır. Eyni zamanda "WhatsApp" tətbiqində iddiaçının (+994)-50-274-11-17 mobil nömrə ilə yazışmalarından görünür ki, iddiaçı dəfələrlə qarşı tərəfdən pulunu tələb etmiş, digər tərəf də ona pul verəcəyini, narahat olmamasını bildirmişdir. Lakin konkrt olaraq hansı məbləğdə nə məqsəd üçün pul verəcəyi həmin yazışmada bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçının iddia tələbində qeyd etdiyi 21.442 manat borc məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin, iddiaçı qeyd olunan tələbə riayət etməmişdir. Həmçinin, iddiaçının iddia tələbində və şahid ifadəsində qeyd olunan məbləğin cavabdehə verildiyi bildirilsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”da Cavabdeh İddiaçı heç bir borcu olmadığını bildirmiş, İddiaçı da Cavabdeh bağışladığını, buna görə ona qarşı heç bir şikayəti və tələbi olmadığını qeyd etmişdir. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, borc münasibəti cavabdehlə iş üzrə şahid qismində dindirilmiş X6 arasında yaranmış olması qəbul edilən hesab olunduğu halda belə həmin məbləğin iddiaçı tərəfindən könüllü olaraq şahidə ödənilməsi, lakin cavabdehlə şəxsi münasibətləri pozulduqdan sonra hazırda onu cavabdehdən tələb etməsi inandırıcı və ağlabatan hesab edilə bilməz. Eyni zamanda iş materiallarına sübut kimi əlavə edilmiş "WhatsApp" tətbiqində iddiaçının cavabdehin (+994)-50-274-11-17 mobil nömrəsi ilə yazışmalarında iddiaçı dəfələrlə qarşı tərəfdən pulunu tələb etsə də, cavabdeh də ona pul verəcəyini bildirsə də veriləcək pulun hansı pul olduğu, konkret olaraq hansı məbləğdən bəhs edildiyi, qeyd olunan məbləğin cavabdehə verilən iddia tələbində bildirilən borc olub-olmadığı mülki iş materialları ilə müəyyən olunmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı iddia tələbi “maddi zərər görə 21.442 (iyirmi bir min dörd yüz qırx iki) manat pulun Cavabdeh Səxavət oğlundan tutularaq ona ödənilməsi” hissəsində təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mənəvi zərərə görə 10.000 (on min) manat pulun ödənilməsi” hissəsi ilə bağlı bildirir ki, iddia tələbi həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 2-ci bəndinin 3-cü abzasında göstərilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı mənəvi zərərin ödənilməsi barədə iddia qaldırsa da, ona cavabdeh tərəfindən hansı mənəvi zərər vurulmasına, habelə bu mənəvi zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində yetirilməsinə dair məhkəməyə heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərlə bağlı hissədə də təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi zərər görə 21.442 (iyirmi bir min dörd yüz qırx iki) manat pulun, mənəvi zərərə görə 10.000 (on min) manat pulun, həmçinin qaldırılmış mülki iddiaya görə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun, ümumilikdə 31.592 (otuz bir min beş yüz doxsan iki) manat pulun Cavabdeh Səxavət oğlundan tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci və 124.2-ci maddələrinə əsasən iddia tələbi təmin olunmadığına görə İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu ona aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi zərər görə 21.442 (iyirmi bir min dörd yüz qırx iki) manat pulun, mənəvi zərərə görə 10.000 (on min) manat pulun, həmçinin qaldırılmış mülki iddiaya görə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumunun, ümumilikdə 31.592 (otuz bir min beş yüz doxsan iki) manat pulun Cavabdeh Səxavət oğlundan tutularaq ona ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar