Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2144/2021 08.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X3 Mirzəyevin sədrliyi, X1 Qurbanovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın əsassız hesablanmış borcun silinməsi və kartdan tutulmuş pulun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın əsassız hesablanmış borcun silinməsi və kartdan tutulmuş pulun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki,ona məxsus olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə həyətdən kənarda - yaşayış evinə gələn ümumi yolda quraşdırılan qaz sayğacına cavabdeh tərəfindən baxış keçirilərkən sayğacda plomb hisəsində nasazlıq aşkar edilib, həmin sayğac yenisi ilə əvəz olunub. Bundan sonra cavabdeh tərəfindən onlara ünvanlanan bildirişdə sayğada olan nazalığın aradan qaldırılması və plomb vurulması qeyd olunub. Daha sonra yaşadıqaları mənzilə qaza 386,00 manat borcun olması barədə xəbədarlıq göndərilib. Qazın mənzilə verilməsi dayandırılıb. Nəticə etibarilə ona əsassız və qanunsuz olaraq həmin sərfıyyat üzrə 386,00 manat borc hesablanıb. Hesab edir ki, cavabdeh tərəfindən müəyyən olunan bu borc məbləği qanunsuz və əsassızdır. Belə ki, ilk növbədə qeyd edir ki, evinə aid olan mübahisəli qaz sayğacı həyətyanı sahədə deyil, həyətindən kənarda - ümumi yolda quraşdırılıb və nəzarəti cavabdehə aid olub. Eyni zamanda həmin sayğacda qeyd olunan qüsur aşkar olunan zaman sayğac cavabdeh tərəfindən dəyişdirilib. Yəni onların tərəfinizdən sayğaca hər hansı şəkildə müdaxilə olunmayıb. Hal-hazırda cavabdeh tərəfindən müəyyən olunan bu əsassız borc məbləğinə görə hər dəfə yaşayış evinə aid olan qaz sayğacının kartına yükləmə həyata keçirdikcə, yüklədiyi məbləğin yarısı cavabdeh tərəfindən silinir. Cavabdehin bu cür qərəzli hərəkətləri nəticəsində həm maddi, həm də mənəvi sıxıntılara məruz qalır. Aydındır ki, cavabdeh tərəfindən mübahisəli sayğacda bir qüsur aşkar olunub. Lakin, həmin qüsurun onun təqsirii ucbatından baş verib-verməməsi müəyyən olunmalıdır ki, buna görə də müvafiq borc hesablansın. Cavabdeh ümumi yolda yerləşən və ən azı ayda bir dəfə nəzarət etməli olduğu sayğacın qüsurunun məsuliyyətini onun üzərinə qoyaraq, ona əsassız borc hesablayıb, sonra da həmin əsassız borcu ödəmədiyi üçün müvafiq qaz kartına yüklədiyi məbləğin yarısını silməsi ciddi qanun və hüquq pozuntusudur. Həyat yoldaşı hazırda şəkər xəstəsidir. Ev soyuq olduğundan hazırda qohumlarının evində qalırlar. Həyat yoldaşına dərmanları belə qohumlar alır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən qaz «saygacı dəyişdirilərkən dəyişdirilən sayğacda olan qüsur onun təqsirii üzündən baş vermədiyindən bu proses, qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilib. Cababdeh bunu qəbul etdiyi halda ondan itirilən qaza görə cərimə tələb etməsi və bunun da ödənilməməsinə görə qaz kartına yüklədiyi məbləğin yarısını oğurlaması tam şəkildə qanunsuzdur.Qeyd olunanlara əsasən “Azəriqaz”İB tərəfindən ona əsassız olaraq hesablanmış borcun silinməsi,müvafiq qaz kartından silinmiş 250 manata qədər pul vəsaitinin və məhkəməyə iddia qaldıran zaman ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə öhdəliyi olmayıb, onun adına hər-hansı bir cərimə yazılmayıb. Ona görə də, hesab edirəm ki, iddiaçının məhkəmədə ərizə vermək hüququ yoxdur. Xahiş edir ki, iddia təmin olunmasın. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan “Azəriqaz” İB-nin Bakı Regional Satışı Departamentinin rəisi Z.Rəsulov tərəfindn təsdiq edilmiş 30 mart 2018-ci il tarixli aktın məzmunundan görünür ki, ünvan 2 ünvanında yerləşən və istehlakçı-abonent Bayramova Cəmilənin adına rəsmiləşdirilmiş qaz sayğacına baxış keçirilərkən məlum olmuşdur ki,qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plomb (yerində aşkar olunmadı)qırılıb. İş materiallarında olan abonentin saldosundan görünür ki, Bayramova Cəmilənin qaz sərfiyyatına görə 386,00 manat borc yaranmışdır. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, qaz sayğacının plombunun qırılması nəticəsində sayğac dəyişdirilmiş və bununla əlaqədar qaz sərfiyyatı üzrə istehlakçı-abonent Bayramova Cəmilənin ödənilməmiş 386 manat borcu yaranmışdır. Araşdırma zamanı müəyyən oluunmuşdur ki,abonentin saldosuna əsasən müəyyən edilmiş borc mənzildə quraşdırılmış qaz sayğacının bir müddət düzgün işləməməsi nəticəsində faktiki istifadə olunmuş qaz sərfiyyqtının ödənişdən kənarda qalan hissəsidir.Yəni,obonent qazdan istifadə etsə də,bunun müqabilində adekvat məbləğdə ödəniş etməmişdir. Bundan başqa, işin halları ilə müəyyən olunmuşdur ki,iddiaçı ilə “Azəriqaz”İB arasında hər hansı bir istehlak müqaviləsi bağlanmamışdır. Belə olan halda iddiaçının bu cür iddia qaldırmaq üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən,bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf) Məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, iddiaçı öz tələblərinin istinad etdiyi halları sübuta yetirə bilmədiyindən iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı aktın əsassız hesablanmış borcun silinməsi və kartdan tutulmuş pulun qaytarılması tələbinə dair təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2144/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2144/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver