Məhkəmə qərarları › İş №2(007)-217/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-217/2022

23.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-217/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov Ramil Firdun oğlunun katibliyi, İddiaçı, Cavabdeh2MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh1 MMC-nin “Mediland Hospital”Tibb Mərkəzinə və Cavabdeh2MMC-nin “Zəfəran Hospital”Tibb Mərkəzinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 MMC-nin “Mediland Hospital ”Tibb Mərkəzinə və Cavabdeh2MMC-nin “Zəfəran Hospital”Tibb Mərkəzinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, iddia tələbini onunla əsaslandırmışdır ki, 25.09.2018-ci il tarixində, Bakı şəhəri Xətai rayonu, 1188 məhəllə, Sabit Orucov küçəsi, 17C ünavnında yerləşən “MEDİLAND HOSPİTAL” Tibb Mərkəzində müayinə edilmiş,anjudan keçmişdir.Bu müayinə üçün 25.09.2018-ci il tarixli, 26645 saylı mədaxil qəbzi üzrə ondan 370 manat pul alıblar. Anju bitən kimi, X4 Əkbərovu, qızı Gülnarə Seyidovanı, kürəkəni X8 çağıraraq anjunun nəticəsini açıqlamış, vəziyyətin çox pis olduğunu, dərhal əməliyyat edilməyəcəyi halda, 1 saatamı, 2 saatamı həyatını itirə biləcəyini, hər an ölə biləcəyini bəyan etmiş və onların bunun üçün heç bir cavabdehlik daşımayacaqlarını bildirmişdir. Demişdir ki, təcili açıq ürək əməliyyatı keçirməlidir, 4 ədəd damara şunt qoyulmalıdır.Rüfət Zeynalovun bu gözlənilməz diaqnozundan övladları,ailə üzvləri böyük narahatçılıqlar keçirdiblər.X6 1 ay müddət istədi ki, biz tanıdıqları başqa həkimlərlə, Moskva şəhərində olan qohumları vasitəsilə oradakı ürək mütəxəssisləri ilə məsləhətlər etsinlər. Rüfət Zeynalov bildirdi ki, nəinki 1 ay, heç 1 gün də belə gecikmək olmaz. Övladlarını bu vəziyyətə gətirəndən sonra, Rüfət Zeynalov bildirdi ki, tanıdığı yaxşı bir həkim var, nəticədə, “ZƏFƏRAN HOSPİTAL” X7 adlı bir həkimi dəvət etdi. Rüfət Zeynalov, yeni gələn Ramin həkimlə birlikdə anjunun nəticələrinə baxdılar və hər ikisi eyni fikirdə oduqlarını bildirdilər.Sonradan onlara məlum oldu ki, Ramin, “ZƏFƏRAN HOSPİTAL-ın cərrahı imiş Beləliklə, Ramin adlı həkim, onun yaxınlarının hazırkı şok-çaşqınlıq vəziyyətlərindən istifadə edərək, onu 27.09.2018-ci il tarixində “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzində gözlədiyini bildirdi. O, çox gec başa düşmüşdür ki, həkimlərin yaxın qohumlarına demiş olduqları bu yersiz, qorxuducu söbətləri, ondan əbəs yerə pullar almaq üçün açar olub.Bu sözləri onun özünə demiş olsaydılar, onların hu şiddəti artıran söhbətlərinə inanmazdı, bu qeyri-peşəkarların onu əməliyyat etmələrinə razı olmazdı, 1 il ərzində də bu qədər əziyyət çəkməzdi. 27.09.2018-ci il tarixində o, yaxın qohumları ilə Bakı şəhəri, Nərimanov rayonu, Asif Məmmədov küçəsi, 30 ünavnında yerləşən “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzinə, həkim Ramin Əliyevin yanına gəlmişlər. 27.09.2018-ci il tarixli, 4681 saylı mədaxil qəbzi üzrə ondan 1500 manat pul almışlar, həkim Ramin Əliyev onu müayinə edib, ona stabil stenokardiya diaqnozu qoyulub.Ona bildirib ki, 2 günə onu əməliyyat edəcəkdir. 29.09.2018-ci il tarixində əməliyyat olunmaq üçün “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzinə gəlmişdir.Məlum olub ki, əməliyyat otağını su basıb, bu gün əməliyyat olmayacaq. Beləliklə, onu 02.10.2018ci il tarixədək hospitalda yatırmışlar. 01.10.2018-ci il tarixində “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzində ondan 01.10.2018-ci il tarixli, 4720 saylı Mədaxil qəbzi üzrə 4 ədəd damarının dəyişilməsi üçün 4500 manat pul almışlar, 02.10.2018-ci il tarixində onun üzərində i açıq ürək əməliyyatı etmişlər. Bu dövrdə, ona qulluq etməsi üçün həyat yoldaşı Valentina Əkbərovanın yanında qalmasına görə, 6 gün ərzində ondan üstəlik 300 manat da pul alıblar. 08.10.2018-ci il tarixində onu evə buraxmışlar, ancaq ağrıları səngimədi. 3 gündən sonra, 10.10.2018-ci il tarixində həkim Ramin Əliyevə zəng etmişdir ki, ağrıyır, sinəsində ağrılar və yanğılar dayanmır.Həkim ona demişdir ki, belə olmalıdır. Onun yanına gəlməsini məsləhət görmüşdür. 20.10.2018-ci il tarixində həkim Ramin Əliyevin yanına gəlmişdir.O, “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzində müayinə olunmuş, 10 gün bundan əvvəl bunlara 6-7.000 manat pul verməsinə baxmayaraq, ondan üstəlik müayinə üçün 21 manat da pul almışlar. Ramin Əliyev bildirmişdir ki, belə də olmalıdır, yaxşı olacağaqsan.Ona bir neçə müalicə yazaraq, başından elədi. Onun yazmış olduğu müalicəni tam olaraq elətdirmiş, ancaq hər hansı bir dəyişiklik olmamışdır, ağrılar onu tərk etməyib. Ağrıları davam etdiyindən 10.11.2018-ci il tarixində “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzinə gəlmiş,onu yenidən pullu müayinə etmişlər, ondan 21 manat pul almışlar.Ramin Əliyev yenə onu yola verərək evinə ötürmüşdür. 04.12.2018-ci il tarixində yenidən Ramil Əliyevin yanına gəlmişdir, “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzində onu pullu müayinə etmişlər, ondan 21 manat pul almışlar.Yenə də Ramil Əliyev ona müalicələr yazmışdır, onu ovunduraraq yola salmışdır. 05.01.2019-cu il tarixində yenidən Ramil Əliyevin yanına gəlmiş, “ZƏFƏRAN HOSPİTAL" Tibb Mərkəzində onu pullu müayinə etmişlər, ondan 21 manat pul almışlar. Ramil Əliyev ona müalicələr yazmış, onu yenidən aldadaraq, bu ağrıların keçəcəyini bəyan edərək onu yola salmışdır. Ürəyində əməliyyata qədər olmuş həmin ağrılar kəsilmədiyindən, sinəsində yanğılar olduğundan, sinəsində kəskin ağrılar olduğundan, 2 ay bu ağrılara dözəndən sora, 16.02.2019-cu il tarixində həkim Ramin Əliyevin yanına gəlmiş, “ZƏFƏRAN HOSPİTAL" X9 Əliyevin sifarişi ilə X2i yenidən müayinə etmiş,ondan 20 manat pul almışdır. Bu müayinədən sonra “ZƏFƏRAN HOSPİTAL” X10 Nemət Bəşirov ona, guya müalicə üçün 16.02.2019-cu il tarixli Resept yazmışdır. Bu dərmanlara da müəyyən qədər, 205 manat vəsait xərcələyərək, qəbul edəndən sonra, ağrıları kəsmədiyindən, yenidən Ramin Əliyevin yanına gəlmişdir, ona öz iradlarımı bildirmişdir, 18.03.2019-cu il tarixində “ZƏFƏRAN HOSPİTAL” Tibb X1 Ramin Əliyevin tapşırığı ilə müayinə edib, ondan 20 manat pul almışdır. X11 müalicələr yazmış, yaxşı olacağı vədini vermişdir.O, bu dəfə də müalicələrin nəticə verməməsi səbəbindən Ramin Əliyevə öz narazılığını bildirmişdir, ondan qəti olaraq tədbir görməsini tələb etmişdir. Yəni 16.02.2019-cu il, 18.03.2019-cu il tarixlərində də onu ödənişli müayinə edib,onu aldadıb yola saldıqlarından, qəti narazılığını onlara bildirmişdir.Bu həkimlərin müalicələri heç bir nəticə vermədi, həmin ağrıları davam etdi, bu ağrılar onu mənən sarsıtdı. Bu həkimlər birlikdə məsləhət gördülər ki, onu yenidən müayinə etsinlər, yenidən anju olmağını istədilər. Odur ki, həkimlərin tələbi ilə 03.05.2019-cu il tarixində Bakı şəhəri Xətai rayonu, 1188 məhəllə, Sabit Orucov küçəsi, 17C ünavnında yerləşən “MEDİLAND HOSPİTAL” 'Tibb Mərkəzinə gəldi, 13672 saylı qəbz üzrə avans olaraq 300 manat pul ödədi, 03.05.2019-cu il tarixində anju edildi. Ramin Əliyev məcburiyyət qarşısında qalaraq artıq etiraf etdi ki, ürəyinin 4 yox, 3 damarını dəyişib, 4-cü damarın dəyişilməsinə ehtiyac olmayıb. Necə ehtiyac olmayıb ki, müayinədən sonra hər 4 damarın 90 faiz hissəsinin tutulduğu müəyyən edilib, qərara gəlinib ki, 4 ədəd damar dəyişilməlidir. Ramin Əliyev, həyat qədər zəruri olan bu məqamı ona görə etiraf edib ki, istər-istəməz anju nəticəsində bu hal bəlli olacaqdı. Belə ki, edilən anjunun nəticəsindən məlum olub ki, bütün bu ağrılara səbəb, Ramin Əliyevin əməliyyat zamanı dəyişəcəyi nəzərdə tutulub, ancaq dəyişmədiyi 4-cü damarın hazırda 90 faiz hissəsinin tutulmasıdır. Odur ki, bu həkimlər, az əziyyət çəkmələri üçün, onu yarımcan etdiklərindən öz əməllərini ört-basdır etməkdən ötrü qərara gəliblər ki, həmin damarın müalicəsi ilə bağlı, ürəyinə STEND qoysunlar. STEND qoylması üçün edilən müayinə ilə də müəyyən edilib ki, həmin ağrılar, əməliyyat edilməyən həmin 1 damarın fəsadlarıdır. Müayinədən sonra bu dost həkimlər qənaətə gəliblər ki, ürəyinin tutulan damarına STEND qoyacaqlar. Ancaq bu əməliyyat üçün pulu olmadığından, müddət istədi ki, pul əldə etsin. O, əlacsız qalaraq borc aldı, pul düzəldib, bu dost həkimlərin yanına gəldi. 03.07.2019-cu il tarixində “MEDİLAND HOSPİTAL” Tibb Mərkəzində,bu dost həkimlər, onu aldatmalarına, onu bu aylar ərzində əziyyətlərə salmalarına, onun həyatı ilə oynamalarına hazırkı xərci çəkməli olmasına baxmayaraq, STEND qoyulması üçün ondan 2400 manat pul aldılar. Həmin gün onu əməliyyat etdilər, bu qeyri-peşəkar, təcrübəsiz, deyərdi ki, bacarıqsız, insan taleyini oyuncaq sayan bu şəxslər, 3 saat müddətində onun həyatı ilə oynayıblar, böyük biabırçılıqla, STEND qoya bilməyiblər. Maraqlısı odur ki, müayinə edib STEND qoyacaqları qənaətinə gələn bu dost həkimlər, deməli, müayinəni düzgün başa düşməyiblər ki, bu da həkim olaraq, insan taleyi ilə oynayan bu şəxlərin qeyripeşəkarlığının təzahürləridir. Stend uğursuzluqla nəticələndikdən sonra, ödəmiş olduğu 2400 manatdan 1512 manat manatı ona qaytarıblar, 788 manatı saxlayıblar.Əvvəlcə 1000 manat saxlayıblar, yaxın qohumlarının müdaxiləsindən sonra, daha 212 manat qaytarılıb. 2 ay müddət keçmiş, səhhəti yaxşılaşmayıb. X12 məsləhət görüb ki, yeni açılmış Estetik mərkəzdə reabilitasiya keçməlisən, sonra səhhətin yaxşı olacaqdır. 06.09.2019-cu il tarixində MEDİLAND HOSPİTAL Tibb Mərkəzində, aşağı ətraf venalarının rəngli Doppler müayinəsi edilmiş, bunun üçün ondan 44585 saylı qəbz ürə 45 manat pul alıblar. Bundan sonra onu Toğrul Talıbov adlı həkimin yanına göndərmişlər. Orada ona 2 ay Yoqa hərəkətləri etdirdilər. Aparata salıb dedilər ki, 35 günə 1960 manat pul verməlisən. Onun o qədər pulum olmadığından, bildirdi ki, 1600 manat verə bilər. Onu aparata salmışlar, buna görə 400 manat pul almışlar. Bu aparat oyununun 7-cü günü, bildirdi ki, mənim halı pisləşir, pulu da yoxdur, aparatı istəmir. T.Talıbov bildirdi ki, belə olmalıdır. Sonra bildirdilər ki, onun əvəzinə pul ödəyəcəklər. Aparalan müalicə zamanı 25 dəqiqə keçmiş ürəynin döyüntüləri artdı, o, aparatla müalicəni dayandırmalarını tələb etdi. Bu aparat oyunundan sonra da, təzyiqinin qeyristaibilliyi və ürək döyüntüləri yarandı. O, aparatla müalicəni dayandırdıqdan sonra Toğrul ona zəng edərərk bildirdi ki, müailəcini davam et, pulunu o və Ramil ödəyəcək, Rüfət də onu ödənişsiz anju edəcəkdir. Bundan başqa, sinəsində olan əcaib tikiş yeri onu narahat etdiyindən, guya bunun müalicəsi üçün ona 3 ampula Kenoloq, 3 ampula Jetokain aldırdılar.Bunun üçün 28 manat vəsait xərcləmişdir. Toğrul Talıbov isə dedi ki, bu dərmanlan saxla,ona 10 gün sistem yazdı, bunun üçün Elit aptekdən 350 manata sistem üçün dərmanlar aldı. Bunlar da ona kömək etmədi. Sonda, bu həkimlər o nəticəyə gəldilər ki, yenidən açıq ürək əməliyyatı edilməlidir. Bunların ən dəhşətlisi odur ki, açıq ürək əməliyyatı edərək dərdimə əlac edə bilmədilər, ona ağrıkəsicilər yazaraq onu bu preparatlardan istifadə etməyə vadar etdilər, o vaxtdan da bu günə qədər, bu həkimlərin qeyri-peşəkarlıqlarının qurbanı olaraq, sağlamlığını itirərək ağrıkəsicilərlə yaşayır. Beləliklə, yuxarıda göstərilən xüsusatları məhkəmənin nəzərəinə çatdırmaqla bildirir ki, bu 2 il müddət ərzində qeyri-peşəkarlıqları ilə ona mənəvi və maddi ziyanlar vurublar, etmiş olduqları səhvləri düzəltməyə yönəlmiş əməlləri ilə ona olmazın əziyyətlərini veriblər, sağlamlığına zərbə vurublar, onu yarımcan ediblər. Nəticədə, o, sağlamlığını-canını itirmişdir. Artıq qaçılmazdır ki, yenidən açıq ürək əməliyyatı edilməlidir. Məlumdur ki, yeni əməliyyat üçün yenidən, bu həkimlərin aldıqları qədər pullar ödəməlidir, yenidən mənəvi əziyyətlərə qatlaşmalıdır. Sual olunur ki, nə üçün? Adları gedən, həkim adlandırlan bu şəxslərin səriştəsizlikləri, qeyri-peşəkarlıqları, bacarıqsızlıqları ucbatından nə üçün o, sağlamlığını, həyatını itirməlidir. “MEDİLAND HOSPİTAL” Tibb Mərkəzinə X12a 2.463 manat, “ZƏFƏRAN HOSPİTAL” X13 Ramil Əliyevə 6.610 manat vəsait xərcləmişdir. O, “MEDİLAND HOSPİTAL” Tibb Mərkəzinə və “ZƏFƏRAN HOSPİTAL” X5 məktubları yazaraq, “Hələ ki, mənə vurduqları mənəvi zərəri, yüz minlərlə pulları nəzərə almadan onlardan xahiş və tələb etmişdir ki, 5 gün müddətində məndən almış olduqları, həmçinin ona, əbəs yerə xərclətdikləri, ümumilikdə 10.000 manata qədər pulları ona yenidən əməliyyat edilməsi üçün qaytarsınlar.Əks halda, barələrində Səhiyyə Nazirliyinə, hüquq mühafizə orqanlarına şikayətlər edəcək, ictimaiyyətə, cəmiyyətə əməlləri, qeyri-peşəkarlıqları barədə çatdıracaq, məhkəmədə onlara qarşı 500.000 manat mənəvi zərərin, 10.000 manat maddi zərərəin ödənilməsinə dair iddia qaldıracaq. Ancaq cavabdehlərdən bir xəbər olmadı,ona hər hansı bir cavab verilmədi, ondan almış olduqları, həmçinin ona əbəs yerə xərclətdikləri, ümumilikdə 10.000 manata qədər pulları ona,yenidən əməliyyat edilməsi üçün qaytarmayıblar.Hesab edir ki, özünün qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilən qaydada məhkəmə müdafiəsindən istifadə etməlidir. Qeyd olunanlara əsasən “MEDİLAND HOSPİTAL” Tibb Mərkəzinin və “ZƏFƏRAN HOSPİTAL” Tibb Mərkəzinin həkimlərinin onu uğursuz ürək əməliyyatı etmələri,ilə bağlı hərəkətlərinin qeyr-peşəkar hesab edilməsi,uğursuz tibb əməliyyatları nəticəsində onun sağlamlığının itirilmiş hesab edilməsi ,cavabdehlərdən ona vurulmuş maddi və mənəvi zərərə görə 510000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2MMC-nin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, təmsil etdiyi müalicə müəssisəsində iddiaçının müalicəsi və əməliyyat düzgün aparılıb.Bundan sonra vətəndaş xəstəxanadan evinə buraxıkıb və hər hansı bir narahatçılığı olmayıb.Qeyd olunanlara əsasən iddianın təmin olunmamsını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib,iş materiallarını araşdıraraq hesab edir ki,iddia təmin olunmamalıdır. İş materiallarında olan: “Zəfəran” Hospitalından verilmiş XQN:01837/569 saylı epiqrizdən görünür ki,İddiaçı həmin hospitala 27.09.2018-ci ildə müraciət edib, müracət edib 02.10.2018-ci il tarixdə ümumi anesteziyaaltında və CPB vasitəsilə “Lima-Lad-Ao-RPD (VSM) Ao-CxPL (VSM) sxeması ilə 3 damar Aorta koronar şuntlama əməliyyatı icra edildi. Əməliyyatdan sonrakı erkən periodfəsadsız keçdi. 04.10.2018-ci il tarixində stasionra transfer edildi. 0810.2018ci il tarixdə stabil vəziyyətdə (sternum stabil,yara təmiz,sinus ritmi) sahə kardioloqunun nəzarəti altında evə yazıldı. Azərbaycan respublikası Səhiyyə Nazirliyi” Məhkəmə Tibbi Ekspertiza və X3” X14 19.01.2022-ci il tarixli,167 saylı ekspert rəyində qeyd olunmuşdur ki, “1956-cı il təvəllüdlü İddiaçı adına tərtib olunmuş məlumatlara,məhkəmə tibbi mütəxəssis müayinələrinə asaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: ”Mediland Hospital”da İddiaçı adına tərtib olunmuş tibbi sənəddə göstərilənlərə əsasən ona 25.09.2018-ci il tarixdə angioqrafiya icra olunmuşdur.“Zəfəran Hospital”da tibbi sənəddə göstərilənlərə əsasən o,27.09.2018-ci il traixdə “Ürəyin işemik xəstəliyi”Qeyri-stabil stenakardiya”diaqnozu ilə hospitalın ürək damar cərrahiyyə şöbəsinə daxil olmuşdur.Aparılmış müvafiq müayinələrdən sonra 02.10.2018-ci il tarixdə “3 damar Aorta koronar şuntlama” cərrahiyyə əməliyyatı icra olunmuş,əməliyyatdan sonrakı dövr fəsadsız keçmiş 08.10.2018-ci il tarixdə stabil vəziyyətdə sahə kardioloqunun nəzarəti altında evə yazılmışdır.Tərtib olunmuş tibbi sənədlərdə göstərilənlərə əsasən 03.05.2019cu il tarixdə ”Mediland Hospital”da İddiaçı üzərində anqioqrafiya icra olunmuş və onda ürəyin işemik xəstəliyi aşkar olunmuşdur. “Zəfəran Hospital”da İddiaçı adına tərtib olunmuş tibbi sənəddə göstərilənlərə əsasən o,10.09.2019-cu il tarixdə hospitala həkimkordioloqa müraciət etmişdir. Aparılmış müvafiq müayinələrdən sonra onda “Mitral çatışmazlıq 2-3 dərəcə. Trikuspiadal çatışmazlıq 1 dərəcə.Pulmonar çatışmazlıq-min dərəcə, aorta çatışmazlığı-1 dərəcə” olması müəyyən edilmişdir. İddiaçı müalicə müəssisələri şəraitində aparılmış müalicələr onun vəziyyətinə uyğun olmuşdur.İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda əməliyyatdan sonra ürəyin son mədəciyinin ön divara gedən LAD damarda 99% darlıq əmələ gəlmişdir ki, bu da atereskleroz prosesinin proqressivləşməsi ilə əlaqədardır.Qeyd olunanlarla əlaqədar İddiaçı müalicəyə ehtiyacı vardır.Müalicəyə sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyildir ”Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslandırdığı halları sübuta yetirməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. İddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi və digər sübutlarla təsdiqini tapmayan izahatı iddianın tam və ya qismən təmin olunması üçün kifayət etmir.Ona görə də iddia təmin olunmamalıdır.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh1 MMC-nin “Mediland Hospital” Tibb Mərkəzinə və Cavabdeh2 MMC-nin “Zəfəran Hospital” Tibb Mərkəzinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar