Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-217/2025 17.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh mənzilinə su axması səbəbindən vurduğu maddi zərərə görə 2000 manat, vurduğu mənəvi zərərə görə 1000 manat, dövlət rüsumu olaraq məhkəmənin hesabına ödədiyi 50 manat olmaqla, ümumilikdə 3050 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonuküçəsi, M.X.Şərifli küçəsi 86 saylı binanın 46 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Xidməti Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Reyestrindən Çıxarış vermişdir. Onun yaşadığı mənzil beş mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Cavabdeh mənzili onun yaşadığı binada, birinci mərtəbədə yerləşir və mənzil 47 cavabdehə məxsusdur və o həmin mənzildə qeydiyyatdadır. Cavabdehlə eyni binanın eyni mərtəbəsində divar qonşusudur. Onun hamam-tualeti onun yataq otağının divarına bitişikdir. İki aydan artıqdır ki, cavabdehin hamam və tualetindən axan su onun yataq otağının divarını nəmləndirərək tamamilə yararsız vəziyyətə salmış, otağın divarı və poluna vurulmuş parket yararsız vəziyyətə düşmüşdür. Otaq və mənzili üfunət iyi verir, otaqda nəfəs almaq mümkün deyil, cavabdehin təqsiri üzündən sıxıntılar keçirir, əsəbi və gərgin olur. Cavabdehə dəfələrlə müraciət edərək, onun mənzilindən axan suyun qarşısını alması və onun mənzilinə vurduğu zərərin ödənilməsi barədə müraciət etsə də, cavabdeh mənzilindən su axmasının qarşısını almır, vurulmuş zərəri aradan qaldırmır. O, cavabdehin təqsiri üzündən mənzilinə vurulmuş zərərlə bağlı 34 Saylı MKİS müraciət etmişdir. Müraciəti əsasında 54 saylı MKİS tərəfindən mənzilinə baxış keçirilmiş, cavabdehin mənzilindən hamam və tualetin onun yataq otağının divarının və parketinin tamamilə sıradan çıxaraq yararsız vəziyyətə düşməsi müəyyən olunmuş və bu barədə xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. Cavabdehin mənzilə vurduğu zərəri aradan qaldırmaq üçün 2000 manat lazımdır. Eyni zamanda cavabdehin mənzilini yararsız vəziyyətə salması, mənzildə yaşamağın çətinləşməsi, nəfəs almağın mümkün olmaması nəticəsində ailələrinin əsəb gərginliyi keçirməsi səbəbindən mənəvi zərər vurmuşdur. Cavabdehin vurduğu mənəvi zərərə görə 1000 manat ödənilməlidir.
İş materialları :
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi, ev 86, mənzil 46 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.
4. İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil arasında bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq Sazişindən görünür ki, tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağladılar:
1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 3050 manat puldan, 2550 manat pul məbləğini cavabdehə güzəşt edir və gələcəkdə ona məxsus olan mənzilin 18 kv.metrdən ibarət olan otağına dəymiş ziyanla əlaqədar cavabdehə qarşı hər-hansı bir iddia və tələbi olmayacağım bəyan edir.
2. Məhkəmə baxışı zamanı, yəni xx.xx.2025-ci il tarixdə barışıq sazişi tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra 500 manat pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir.
3. Bu Sazişlə nəzərdə tutulmayan və tənzimlənməyən digər məsələlər Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq tənzimlənir.
4. Bu Saziş tərəflər üçün məcburi şərtləri özündə əks etdirməklə Azərbaycan dilində 3 (üç) nüsxədə tərtib olunur. Nüsxələrin biri İddiaçıda, ikincisi Cavabdehdə saxlanılır, üçüncü nüsxə isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim olunur.
5. Tərəflər Bakı şəhəri Nizami Rayon Məhkəməsindən barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iş üzrə icraata xitam verilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iş üzrə icraata xitam verilməsini və təqdim edilmiş barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq :
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 122.3. Tərəflər barışıq sazişi bağladıqda məhkəmə xərcləri və yardım göstərməyə görə nümayəndəyə və vəkilə ödənilən xərclər tərəflərin razılığına uyğun olaraq bölüşdürülür. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər.
Məhkəmənin mövqeyi :
9. Məhkəmə iddia ərizəsini, barışıq sazişini və iş materiallarını araşdıraraq qeyd edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir.
10. Belə ki, İddiaçı nümayəndəsi Nümayəndə ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil arasında xx.xx.2025-ci il tarixdə Barışıq Sazişi bağlanılmış və həmin Barışıq Sazişinə əsasən tərəflər aralarında mövcud olan məhkəmə mübahisəsini məhkəmədənkənar qaydada və qarşılıqlı razılıq əsasında həll etmək məqsədilə, bu barışıq sazişi (bundan sonra “Saziş”) aşağıda qeyd olunan şərtlərlə bağlanılmışdır: • İddiaçı iddia tələbinin tərkib hissəsi olan 3050 manat puldan, 2550 manat pul məbləğini cavabdehə güzəşt edir və gələcəkdə ona məxsus olan mənzilin 18 kv.metrdən ibarət olan otağına dəymiş ziyanla əlaqədar cavabdehə qarşı hər-hansı bir iddia və tələbi olmayacağım bəyan edir. • Məhkəmə baxışı zamanı, yəni xx.xx.2025-ci il tarixdə barışıq sazişi tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra 500 manat pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir.
11. Belə olduqda məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir.
12. Məhkəmə onuda qeyd etməyi zəruri hesab ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
13. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261-264, 267 və 268, 269, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
Qərara Aldı:
İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında xx.xx.2025-ci il tarixdə aşağıdakı şərtlərlə bağlanmış Barışıq Sazişi təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: “1. İddiaçı iddia tələbinin tərkib hissəsi olan 3050 manat puldan, 2550 manat pul məbləğini cavabdehə güzəşt edir və gələcəkdə ona məxsus olan mənzilin 18 kv.metrdən ibarət olan otağına dəymiş ziyanla əlaqədar cavabdehə qarşı hər-hansı bir iddia və tələbi olmayacağım bəyan edir.
2. Məhkəmə baxışı zamanı, yəni xx.xx.2025-ci il tarixdə barışıq sazişi tərəflər arasında imzalandıqdan və Məhkəmə tərəfindən təsdiq edildikdən sonra 500 manat pul məbləği cavabdeh tərəfindən iddiaçıya ödəniləcəkdir". İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan iş üzrə icraatın dayandırılması hissəsindən 10 (on) gün müddətində “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva