Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2175/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" Siğorta Şirkəti ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Siğorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 765 (yeddi yüz altmış beş manat 0 qəpik) manat sığorta ödənişi məbləği və bu ərizənin verilməsi ilə bağlı 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu, cəmi 795.40 (yeddi yüz doxsan beş manat 40 qəpik) manat Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 26.11.2019-cu il tarixdə idarə etdiyi “BMW 525” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami ray, Babək prospektində hərəkətdə olarkən “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisədən sonra məlum olmuşdur ki, Cavabdeh hadisə yerini tərk etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması DYPİ-nin TP ******* saylı inzbati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. 06.12.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq. “Opel Astra” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 765 (yeddi yüz altmış beş manat 0 qəpik) manat ziyan dəymişdir. PAT ********** saylı sığorta müqaviləsinin 076696 saylı sığorta aktına əsasən “Atəşgah’ Sığorta Şirkəti 765 (yeddi yüz altmış beş manat 0 qəpik) manat sığorta ödənişi həyata keçirmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində “Atəşgah" sığorta şirkətinə dəymiş 765 (yeddi yüz altmış beş manat 0 qəpik) manat zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iddiaçı "xxxx" Siğorta Şirkəti ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2019-cu ilin noyabr ayında onun səhvindən YNH baş vermişdir. Xəsarət alan yox idi, sadəcə cuzi maşına zərər dəymişdi. Hadise baş verən zaman yanında xanım var idi. Həmin xanımın halı pisləşdi və xanımın səhhətini düşünərək 10 dəqiqə ərizədə evlərinə yerləşdirib geri qayıtmışdır. Qarşı tərəflə danışıb siğorta və yol polisinə məlumat vedilər. Siğorta yaxınlaşıb izahat almış və səhəri gün polisə yaxınlaşmışdır. Ona dedilər ki, sürücülük vəsiqəsi alınmalı və 100 manat cərimə edilməlidir. Üstündən bir müddət keçdikdən sonra siğorta onunla əlaqə saxlayaraq ona bildirmişdir ki, siğorta dəyərini o ödəməlidir. Bundan başqa yol polisi onu saxlayarkən, məlum olmuşdur ki, ona hadisə yerindən yayındığı üçün cərimə yazılmışdır. Polis ona izah etmişdir ki sadəcə cəriməni ödəyəcəkdir. Bundan sonra ona məhkəmədən bildiriş gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə olunmuş AD 572562 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW 525” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. İşə əlavə olunmuş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “BMW 525” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X2 maddi zərər yetirilmiş və hadisə yerindən yayınmışdır. İşə əlavə olunmuş "xxxx" Siğorta Şirkəti ASC tərəfindən verilmiş 12 dekabr 2019-cu il tarixli sığorta aktından görünür ki, 26 noyabr 2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitələri zədələnmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 765 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. İşə əlavə olunmuş 20 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" Siğorta Şirkəti ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir. Bu zaman iddiaçıdan 0,40 manat bank xidmət haqqı alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikası Qanununun 63.1-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, “BMW 525” markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bununla da X2 maddi zərər yetirilmiş və Cavabdeh hadisə yerindən yayınmışdır. "xxxx" Siğorta Şirkəti ASC tərəfindən zərərlə bağlı maddi ziyanın ümumi məbləği 765 manat müəyyən olunmuş və müvafiq olaraq siğorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" Siğorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişinin əvəzini ödəməməklə və sığorta ödənişini ondan tələb etmək hüququ olan iddiaçının bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə qanunvericiliyin qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar iddiaçı "xxxx" Siğorta Şirkəti ASC ilə Cavabdeh arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh sığortaçının həyata keçirdiyi sığorta ödənişinin əvəzini ödəməli olduğundan, sığorta ödənişinin əvəzini və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 765 manat sığorta ödənişinin, ödənilmiş 30,0 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 765 manat sığorta ödənişinin, ödənilmiş 30,0 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh "xxxx" Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2175/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2175/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver