Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2177/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X13 Mirzəyevin sədrliyi, X4 Qurbanovun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkilil Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəmir çərçivənin quraşdırılması, köhnə tipli kondisionerin yenisi ilə əvəz edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəmir çərçivənin quraşdırılması, köhnə tipli kondisionerin yenisi ilə əvəz edilməsi tələbinə dair idida ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbini onunla əsaslandırdı ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, 40 nömrəli ev xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyəti başçısının Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-il tarixli, 677 nömrəli arayışından da görünür ki, İddiaçı, X6, X5, X3 və X7 qeydiyyatdadırlar və halhazırda da həmin ünvanda yaşayırlar.İddiaçı hazırki iş üzrə Cavabdeh uzun illərdir ki, qonşu kimi tanıyır, əvvəllər normal münasibətləri olsa da, sonradan bu münasibətlər gənginləşib, hal-hazırda da gərgin olaraq qalır.Belə ki, Cavabdeh müxtəlif bəhanələr gətirərək onunla mübahisə edir, hətta bir neçə dəfə səbəbsiz yerə söz və mübahisə etməklə bərabər iddiaçının oğluna məxsus şəxsi avtomobilini də cızıb.Bununla bağlı iddiaçı dəfələrlə hüquq mühafizə orqanlarına müraciətlər edib, hətta həmin müraciətlərdə qeyd olunan hallar öz təsdiqini tapıb və cavabdehin əməlinə hüquqi qiymət verilərək o, AR İXM-nin müvafiq maddələri ilə cərimələnib.Bundan başqa, cavabdeh ona qarşı lüzumsuz mübahisəli hərəkətlər edərək, həmin hərəkətlərin nəticəsi olaraq iddiaçıya ağır xəsarət yetirib, bununla da Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədib. Buna görə də o, bu məcəllənin 128-ci maddəsi ilə təqsirli bilinib. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “08 noyabr-Zəfər günü münasibəti ilə Amnistiya elan edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1 -ci bəndinə əsasən Cavabdeh Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət işinin icraatına xitam verilib.Hal-hazırda da Cavabdeh hüquqlarını müdafiə etdiyi iddiaçı X1 qarşı qeyri- qanuni hərəkətlərini davam elətdirir.Belə ki, Cavabdeh iddiaçıya məxsus həyətə müxtəlif əşyalar tullayır, hətta iddiaçının razılığı olmadan iddiaçıya məxsus həyətyani sahəyə girib.Belə ki, cavabdehə məxsus yaşayış evinin pəcərələri İddiaçı birbaşa həyətinə açılır.Belə ki, həmin pəncərələr də dəmir çərçivələr olmadığından cavabdeh sərbəst şəkildə iddiaçının həyətinə daxil olur, bu da ki, birbaşa iddiaçının yaşayış hüquqlarının pozulması ilə nəticələnir.Digər tərəfdən halhazırda da Cavabdeh iddiaçının pəncərəsi qarşısında özünə məxsus yaşayış evində köhnə tipli kondisoner quraşdırıb, həmin köhnə tipli kondisoneri yüksək səslə işlətməklə, onun sərbəst yaşamasına ciddi maneəçilik törədir.Belə ki, həmin kondisioner köhnə tipli kondisioner olmaqla, çox gurultulu səslə işləyir, bu da ki, iddiaçının və onun ailə üzvlərinin sərbəst yaşamasına ciddi maneəçilik törədir, iddiaçını ona məxsus mənzilindən sərbəst istifadə etmək hüququndan məhrum edir.Bundan başqa, Cavabdeh bilərəkdən həmin köhnə tipli kondisioneri iddiaçıya məxsus yaşayış evinin qarşısında quraşdırıb.İddiaçı dəfələrlə ona məxsus olan yaşayış evinin qarşısında quraşdırılmış köhnə tipli kondisonerin yerinin dəyişdirilməsini və ya sök ilməsini, həmçinin onun həyətinə baxan cavabdehə məxsus yaşayış evinin pəncərələrinə dəmir çərçivənin quraşdırılmasını tələb etsə də, cavabdeh buna heç bir məhəl qoymayıb, hətta qeyri-qanuni hərəkətlərini davam etdirib, hal-hazırda da davam etdirməkdədir.Təqdim edilən fotoşəkillərdən də görünür ki, cavabdeh tərəfindən qeyd edilən tələblərin qarşısının alınmaması iddiaçı üçün ciddi təhlükə yarada bilər.Belə ki, cavabdeh dəfələrlə həmin pəncərələri sərbəst açmaqla iddiaçının həyətində saxladığı toyuq cücələrini də zəhərləyib.Ona görə hesab edir ki, cavabdeh Ə.X2 bu qeyri- qanuni hərəkətlərinin qarşısı alınmalı, iddiaçıya ciddi maneə törədən köhnə tipli kondisoner sökülməli və ya yeri dəyişdirilməli, iddiaçının həyətinə baxan cavadehə məxsus evin pəncərələri dəmir çərçivələr ilə bərkidilməlidir.Göründüyü kimi Cavabdeh qeyri-qanuni hərəkətlərə yol verməklə birgə yaşayış qaydalarının tələblərini tam şəkildə pozur.Qeyd edilənlərə əsasən Cavabdeh Qulamirzə oğluna məxsus fərdi yaşayış evinin pəncərələrinə dəmir çərçivələrin (dəmir reşotkaların) quraşdırılması vəiddiaçının evinə bitişik hissədə cavabdehə məxsus fərdi yaşayış evinin çölündə quraşdırılmış köhnə tipli kondisionerin yerinin dəyişdirilməsi və ya sökülməsi barədə qətnamə çıxarılmaını xahiş edir. İddiaçı da eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Qulamirzə oğlu məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada məlumatlandırılsa da,məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçın nümayəndəsini-vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,ilk iddia təmin olunmamalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən verilmiş çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, 40 nömrəli ev xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbə nümayəndiliyindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki həmin mənzildə X6, X5,İddiaçı Bəhram qızı və X7 qeydiyyatdadırlar və hal-hazırda da həmin ünvanda yaşayırlar. Məhkəmənin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadla iş üzrə məhkəmə texniki-tikinti-əmtəəşünaslıq ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspet qarşısında aşağıdakı suallar qoyulmuşdur: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, T.Bədəlov küçəsi, 40 nömrəli evə qonşu olan və Cavabdeh Qulamirzə oğluna məxsus evdə quraşdırılmış kondisioner İddiaçı Bəhram qızının və onun ailə üzvlərinin sərbəst yaşamalarına maneçilik törədirmi? Əgər törədirsə həmin kondisionerin yeri dəyişdirməklə maneənin aradan qaldırılması mümkündürmü?. Cavabdeh Qulamirzə oğluna məxsus fərdi yaşayış evinin pəncərələrinə dəmir barmaqlıqlar (reşotka) qoyulması tərəflər arasında olan mübahisəyə son qoyulması üçün zəruri hesab oluna bilərmi? xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Röyal Talıbovun ekspertiza aparılmasından imtina məktubu məhkəməyə daxil olmuşdur.İmtinaya səbəb kimi mərkəzdə bu cür ekspertizaların keçirilməsinin mümkün olmaması və hər hansı bir ekspertiza növünə aid edilməməsi göstərilmişdir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair başqa bir sübut təqdim etmədiyindən yalnız iddiaçının izahatına istinad edərək iddianı tam və ya qismən təmin etmək mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(68-ci paraqraf) “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq “əsaslı şübhədən kənar”sübut standartları tətbiq edilir(93-cü paraqraf). Məhkəmə iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərkən belə nəticəyə gəlir ki, iddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də iddia təmin olunmamalıdır. İddia təmin olunmadığı üçün dövlət rüsumu da iddiaçıya aid olunmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı dəmir çərçivənin quraşdırılması, köhnə tipli kondisionerin yenisi ilə əvəz edilməsi tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Mirzəyev
Məhkəmə qərarları › İş №2(007)-2177/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2177/2022
25.10.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver