Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2198/2022 28.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianı təmin edib, Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 121 saylı evin 48 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 121 saylı evin 48 saylı mənzili məhrum X6na 12 iyun 2008-ci il tarixdə 003036 saylı order əsasında verilmişdir. Həmin orderdə ailə tərkibində onu və anası X11 göstərmişlər. Həmin mənzilin mülkiyyətini təsdiq edən sənəd alınarkən atası və anası Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 121 saylı evin 48 saylı mənzilini onun mülkiyyətinə verilməsinə icazə vermişlər. Həmin mənzilə dair Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən onun adına xx.xx.2012-ci il tarixli, ******* nömrəli çıxarış verilmişdir. X6 08 yanvar 2013-cü ildə vəfat etmişir. Cavabdeh isə onun bacısıdır. Cavabdeh 2022-ci ilin fevral ayında ailə həyatı qurmuş və Abşeron rayonu, Çeyranbatan qəsəbəsinə yerləşən fərdi evə gəlin köçmüşdür. Cavabdehin mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, S.Vurğun küçəsi, ev 9, mənzil 7-də yerləşən mənzil var. Bacısı həmin mənzili anası X8 maddi köməyi ilə almışdır və hal-hazırda da həmin mənzildə yaşayır. Cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalmağı səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarım məhdudlaşdırılır. Qanunun mənasından göründüyü kimi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 121 saylı evin 48 saylı mənzili xüsusi mülkiyyətçisi o olsa belə, mənzilə öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ayrıca sərəncam vermək üçün cavabdehin də razılığı tələb olunur, bu da onun xüsusi mülkiyyətçi kimi hüquqlarımı pozur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada bildirişlər göndərilmiş, lakin zərflər üzərində “bu ünvanda yaşamır” məzmununda qeyd edilərək məhkəməyə geri qaytarılmışdır. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində ********** №-si ilə qeydiyyata alınmışdır. - 5 saylı Bakı “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı arayışlardan görünür ki, İddiaçı, Cavabdeh və X12 ünvan 1 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 182 saylı sərəncamının surətindən görünür ki, Heydər Əliyev adına Bakı NEZ-in müdiriyyəti və həmkarlar komitəsinin 24 aprel 2008-ci il tarixli 1.1.45 saylı protokoluna əsasən Q.Qarayev prospekti 121 saylı binanın giriş 2, mərtəbə 5, sahəsi 38.85 kv.m olan 2 otaqlı 48-ci mənzilin M.Əliyevə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) verilməsi və ona bu mənzildə daimi yaşamaq üçün yeganə əsas olan orderin verilməsi sərəncam verilmişdir. - Heydər Əliyev adına Bakı Emalı zavodunun direktor müavini cənab R.Məmmədova 3 №-li sexin işçisi X9 qızı X10 tərəfindən ünvanlanmış ərizənin surətindən görünür ki, hazırda yaşadığı mənzildə ayrıca yaşamaq istədiyinə görə atasına təklif olunmuş Nizami rayonu, Q.Qarayev prospekti, ev 121, İİ giriş, V mərtəbə, yaşayış sahəsi 38,85 kv.m olan 2 otaqlı 48 №-li mənzilə ailəsi ilə birlikdə getməkdən imtina etmişdir. Onu atasının mənziluçot işindən çıxarılmasını xahiş etmişdir. - Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 003036 saylı orderinin surətindən görünür ki, X14 üç nəfərlik ailə tərkibi ilə (özü, həyat yoldaşı İmrahimova M.Z, oğlu İddiaçıM) birlikdə ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil verilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şitkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 248M saylı əmrinin surətindən görünür ki, Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti 121 saylı evin yaşayış sahəsi 38,85 m2 olan 2 otaqdan ibarət 48 saylı mənzilin sosial kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, X22, anası İbrahimova Mahirə) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsi bağlanılması əmr edilmişdir. - 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********04 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 121, 48 saylı mənzilə dair digər şəxslərin mülkiyyət və istifadə hüquqlarının dövlət reyestrində qeydiyyatdan keçib-keçməməsi haqqında məlumat verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirirlər ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 121,48 saylı mənzil Nizami Rayon icra Hakimiyyəti başçısının 182 nömrəli xx.xx.2008-ci il tarixli sərəncamına, 003036 nömrəli xx.xx.2008-ci il tarixli orderə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial inkişaf idarəsi Mənzil Kommunal Xidmətləri Departamentinin 248M nömrəli xx.xx.2011-ci il tarixli əmrinə, 398 nömrəli xx.xx.2012-ci il tarixli forma 2 arayışına, X13, X3 razılıq ərizələrinə əsasən xx.xx.2012-ci il tarixdə İddiaçı adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, ev 121, 48 saylı mənzilə dair digər şəxslərin mülkiyyət və istifadə hüquqlarının qeydiyyata alınması ilə bağlı məlumat idarənin arxivində aşkar edilməmişdir. - Xİİ-ЖГ Seriyalı 437708 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1987-ci il tarixdə doğulmuşdur, X6, X2dır; - AZ-İ Seriyalı 595653 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 30 dekabr 2012-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 yanvar 2013-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir; - 143 saylı MKİS-in xx.xx.2022-ci il tarixli 103 saylı arayışından görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və yaşayır. X2 və bacısı Cavabdeh göstərilən ünvanda qeydiyyatdadırlar, yaşamırlar. - 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********1 saylı məktubundan görünür ki, 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xx.xx.2016-cı il tarixli 4Ə-355 saylı alqı-satqı müqaviləsinə əsasən X4 ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 9, 7 saylı mənzili (22 kv.m bir yaşayış otağı, 25 kvm köməkçi sahə) X1. Alıcıya bu əmlaka xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X10 xx.xx.2003 cü il tarixdən xx.xx.2008-ci il tarixədək Bakı şəhəri, Rüstəmov küçəsi, ev 29 mənzil 36-də, xx.xx.2008-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, məhəllə 4048, ev 3, mənzil 90-da, 28 04 2016-cı il tarixdən xx.xx.2070-ci il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Vurğun küçəsi, ev 9, mənzil 7-də, xx.xx.2020-ci il tarixdən hazırkı vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddaçının bacısıdır və cavabdeh xx.xx.2020ci il tarixdə iddiaçının razılığı ilə mənzilə qeydiyyata alınmışdır. Cavabdehin iddiaçının mənzilində qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun mənzil hüquqlarımı pozur. Halhazırda iddiaçı əmlakı barədə sərəncam vermək hüquqlarını həyata keçirmək imkanından məhrum olmuşdur. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 121 saylı evin 48 saylı mənzilinə qeydiyyata düşməsinə razılıq vermişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: MPM-in 217.2-ci maddəsində göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bu səbəbdən məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında mübahisəli mənzilə dair yaranmış hüquq münasibətləri 2020-ci ildən, yəni iddiaçı tərəfindən cabvabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 121 saylı evin 48 saylı mənzilinə qeydiyyatda düşməsinə razılıq verilməsindən sonra yarandığından, hazırkı mübahisəyə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; 228.2-ci maddəsinə görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirir; 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bundan başqa, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Eyni zamanda, qeyd edilmişdir ki, obyekti yaşayış sahəsi olan mülkiyyəti tənzimləyən hüquqi normaların düzgün tətbiqi üçün qanunvericiliyin mülki hüquq və mənzil hüququ sahələri arasında xətt keçirilməlidir. Mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mənzil hüququnun (obyekti) predmeti kimi nəzərdən keçirilməli və ailə üzvlərinin bu hüququ onlardan birinin mülkiyyətində mövcud olan yaşayış sahəsində onunla bərabər istifadə etməyi ehtiva edən kimi qiymətləndirilməlidir. Həmin əmlakın özgəninkiləşdirilməsinə və ya mülkiyyətçi tərəfindən sərəncam hüququnun başqa yolla həyata keçirilməsinə isə bu hüququn mövcudluğu təsir etmir, ona görə ki, yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin onunla bərabər istifadə etmək hüququ mülkiyyət hüququnun Mülki Məcəllənin 152.1-ci maddəsində nəzərdə tutulan elementlərindən biri olan istifadə hüququnu təşkil etmir. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 -ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə pasport qeydiyyatındadır. 143 saylı MKİS tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışdan da görünür ki, Cavabdeh mübahisə predmeti olan mənzildə qeydiyyata düşsə də, həmin mənzildə yaşamır. Hazırda cavabdehin qeydiyyatı formal xarakter daşıyır. İddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirmək hüququ məhdudlaşdırıldığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli 182 saylı sərəncamı ilə Heydər Əliyev adına Bakı NEZ-in müdiriyyəti və həmkarlar komitəsinin 24 aprel 2008-ci il tarixli 1.1.45 saylı protokoluna əsasən Q.Qarayev prospekti 121 saylı binanın giriş 2, mərtəbə 5, sahəsi 38.85 kv.m olan 2 otaqlı 48-ci mənzilin M.Əliyevə 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu) verilməsi və ona bu mənzildə daimi yaşamaq üçün yeganə əsas olan orderin verilməsi sərəncam verilmişdir. Bu zaman cavabdeh Əliyeva (Hüseynova) Sevinc Məhərrəm qızı atasına təklif olunmuş Nizami rayonu, Q.Qarayev prospekti, ev 121, İİ giirş, V mərtəbə, yaşayış sahəsi 38,85 kv.m olan 2 otaqlı 48 №-li mənzilə ailəsi ilə birlikdə getməkdən imtina etmişdir. Onu atasının mənzil-uçot işindən çıxarılmasını xahiş etmişdir. Bundan sonra isə Azərbaycan Respublikası Dövlət Neft Şitkətinin Sosial inkişaf İdarəsinin Mənzil Kommunal Xidmətləri Departamentinin xx.xx.2011-ci il tarixli 248M saylı əmri ilə Bakı şəhəri, Nizamı rayonu, Q.Qarayev prospekti 121 saylı evin yaşayış sahəsi 38,85 m2 olan 2 otaqdan ibarət 48 saylı mənzilin sosial kirayə müqaviləsi 3 nəfər ailə üzvü ilə (özü, X22, anası İbrahimova Mahirə) vətəndaş İddiaçı adına dəyişdirilməsi və onunla icarə müqaviləsi bağlanılması əmr edilmişdir. Hazırkı vaxtadək həmin mənzil iddiaçının xüsusi mülkiyyətindədir. İş materialları ilə həmçinin müəyyən edilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd Vurğun küçəsi, ev 9, 7 saylı mənzili (22 kv.m bir yaşayış otağı, 25 kvm köməkçi sahə) cavabdehə satmışdır və ona bu əmlaka xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, cavabdehin yaşamaq hüququnun təmin edəcək başqa mənzili vardır. Bununla yanaşı, Cavabdeh mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçıya mülkiyyətindən maneəsiz istifadə etməyə imkan vermir. Halbuki, “İnsan hüquqlarınm və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fıziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2198/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2198/2022
28.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver