Məhkəmə qərarları › İş №2(007)-220/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-220/2024

17.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-220/2024 17.01.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə 19000 manat məbləğində pul vəsaitinin və iddia qaldırılması üçün ödədiyi 147 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında Cavabdeh2 və oğlu Cavabdeh1 işlətdiyi lombarda ümumi dəyəri 20000 manat olan 3 cüt sırğa, 2 ədəd üzük, 2 ədəd klon, 2 ədəd boyunbağı, 4 ədəd qolbaq və 1 ədəd italyan qızılından ibarət komplekt sırğa, üzük, klon və qolbaqdan ibarət qızıl-zinət əşyalarını aylıq 5 faiz olmaqla 6500 manat məbləğində pul götürmüşdür. Pulu götürdükdən sonra vaxtı-vaxtında ödənişlər etmiş, hətta əsas borcdan da ödənişləri etmişdir. Cavabdehlərə 1000 manat borcu qalan zaman onlara məlumat göndərmiş ki, son ödənişi edərək qızıl-zinət əşyalarını geri istəyir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər ona və digər şəxslərə qarşı dələduzluq edərək külli miqdarda pul mənimsəmişdirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ondan aldıqları 19000 manat məbləğində qızılları mənimsəmiş və ona ziyan vurmuşlar. Cavabdehlər onun inamından istifadə etməklə onu aldatmışlar odur ki, məhkəməyə müraciət edərək hesab edir ki, həmin məbləğ cavabdehlərdən tutulmalı və ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X6 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh2 qəti cəza – 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Zərərçəkmiş şəxslər – mülki iddiaçılar X1, X4, X2, X3 və İddiaçı mülki iddiaları baxılmamış saxlanılmış, iddianın baxılmamış saxlanması üçün səbəb olan hallar aradan qaldırıldıqdan sonra cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddianın sonradan mülki mühakimə icraatı qaydasında verilə bilməsi mülki iddiaçılara izah edilmiş, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilmişdir. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi X6 məhkəməyə müraciət etmək üçün 148 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında Cavabdeh2 və oğlu Cavabdeh1 işlətdiyi lombarda ümumi dəyəri 20000 manat olan 3 cüt sırğa, 2 ədəd üzük, 2 ədəd klon, 2 ədəd boyunbağı, 4 ədəd qolbaq və 1 ədəd italyan qızılından ibarət komplekt sırğa, üzük, klon və qolbaqdan ibarət qızıl-zinət əşyalarını aylıq 5 faiz olmaqla 6500 manat məbləğində pul götürmüşdür. Lombarda aylıq pulu vaxtıvaxtında ödəniş etmişdir. 1000 manat borcu qalan zaman cavabdehlərin ona və başqa şəxslərə qarşı dələduzluq etdiyini öyrənmişdir. Cavabdehlər Cavabdeh2 və oğlu Cavabdeh1 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(011)-315/2019 saylı hökmü ilə təyin edilmiş 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplayaraq Cavabdeh2 qəti cəza – 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırda iddiaçı ona dəymiş maddi ziyanın cavabdehlərdən tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin faktiki əsasları və sübut kimi qəbul olunan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-12/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh2 oğlu Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 22 fevral 2010-cu il tarixli ********** VÖEN əsasında lombard fəaliyyəti göstərən zaman öz qulluq mövqeyindən istifadə edərək əldə etdiyi qızıl-zinət əşyalarını qaytarmaq fikrində olmadığı halda 14 fevral 2018-ci ildə işlətdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, «Xalqlar Dostluğu» metrostansiyasının Şimal-Şərq çıxışında yerləşən lombardda İddiaçı götürdüyü məbləğə görə hər ay 5 faiz pul ödəmək şərtilə 6500 manat məbləğində pul verib İddiaçı məxsus ümumi dəyəri 20000 manat təşkil edən 3 cüt qızıl sırğa, 2 ədəd qızıl üzük, 2 ədəd qızıl kulon, 2 ədəd qızıl boyunbağı, 4 ədəd qızıl qolbaq, 1 ədəd sırğa, üzük, kulon və qolbaqdan ibarət qızıl dəstini ələ keçirərək verilən pul faizi ilə birlikdə ödənilib qurtarandan sonra zinət əşyalarını qaytaracağına dair yalan vəd verib etibarından sui-istifadə edərək aldadıb İddiaçı 20000 manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Qanunvericiliyin tələbinə görə zərərin mövcud olması, həmin zərərin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində vurulması, vurulmuş maddi zərərlə törətdiyi cinayət arasında səbəbli əlaqənin olması və cavabdehlərin təqsiri, işin halları və qanuni qüvvəsini almış 27 aprel 2022-ci il tarixli məhkəmə hökmü ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il Qərarında qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-сü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, 27 aprel 2022-ci il tarixli qanuni qüvvəyə minmiş məhkəmə hökmündən görünür ki, İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı kimi tanınmışdır. Cavabdehlərin ona qarşı dələduzluq etməsi təsdiq olunmuşdur. Ona dəymiş ziyan hökmdə öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 147 (yüz qırx yeddi) manat tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 19000 (on doqquz min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu 147 (yüz qırx yeddi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar